[Qəhrəman:] Kənarda şiddətlə əsən qış ruzgarı birqat pəncərələri yumruqlayır, kiçik qar və buz zərrələri ilə bombardman edirdi.
Buradakı dağ günəşinin tərkibində olan zərrələr … misilsiz dərmanlardır.
Hər zərrəsi ulduz kimi; Gur bulaqdan sular axdı.
□ Zərrə qədər (də), bir zərrə qədər – bax bir zərrə.
Mehrin könüldə zərrə qədər bir zavalı yox.
Tahir qızın gecikməyindən zərrə qədər də incimirdi.
[Sultan:] Sənin o quru qəfəsənin altında vətənə heç zərrə qədər də məhəbbət yoxdur, Məcid.
Bir zərrə – 1) bir az, çox cüzi miqdar. Bir zərrə su içdim. Bir zərrə ondan ver.
– Qızın dodaqlarında və üzündə bir zərrə də olsa qırmızılıq qalmamışdı. ;
2) qətiyyən, heç, əsla.
Yox böylə ikidilli, yamanüzlü cəfakar; Bir zərrə utanmaz!
[Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət.