ÇAY

ÇAY I is. coğr. Qurunun səthində dərə üzrə daima və ya ilin çox hissəsində axan su. Qoca Nəbatinin eşqi, arzusu; O gün batmadımı Arpa çayında? (B.Vahabzadə).

ÇAY II is. [ çin. ] bot. Yarpağından çay dəmləmək üçün istifadə edilən ətirli bitki. Samovarı doldumu? Çaynikdə çay oldumu? Sizdən sual alıram; Bizə izin oldumu? (Ə.Cavad).

ÇATMAQ
ÇEVİRMƏK
OBASTAN VİKİ
Çavundur (çay)
Çaundur - öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür. == Ümumi məlumat == Çaundur Oxçu dərəsi və Süsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza tökülür. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçərkən isə Mədən çay adlanır. Böyük qolları Gığı çay və Əcənan çaydır. Hal- hazırda Oxçu çayı olduqca artıq çirklənmişdir. Qafan mis zavodlarının bütün çirkab suları, ağır metallar və ola bilsin ki, radioaktiv maddələr ermənilər tərəfindən bilərəkdən (Araz hövzəsini çirkləndirmək məqsədilə) Çaundur çaya axıdılır. == Sözün mənası == Çaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrdən başlayaraq, məskunlaşan Çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır.
Çay axımı
Çay axımı — çayın canlı kəsiyindən müəyyən vaxt ərzində axıb keçən suyun miqdarı. Çay axımı müəyyən vaxt (gün, ay, il) ərzində suyun məsrəfi ilə (m³ və ya km³) müəyyən edir. == Su balansı tənliyi == Çay axımı yerüstü axımla müəyyən olunur və onun suyığım hövzəsinin su balansı tənliyi ilə xarakterizə olunur. Bu tənlik aşağıdakı kimidir: x+c+d=y0+E+Z Burada: x+c+d – su balansı tənliyinin mədaxil; y0+E+Z isə onun məxaric hissələridir. x— atmosfer yağıntısı; c—torpağın nəmliyi; d—qonşu hövzələrdən gələn yeraltı su axımı; y0—çay axımı; E—buxarlanma; Z—qonşu hövzələrə axıb gedən yeraltı su axımıdır. == Axım modulu == Axım layının qiymətlərinə görə axım modulu tərtib edilir. Axım modulu çay hövzəsinin 1km2sahəsindən gələn su sərfinə görə xarakterizə olunur: q=1000Q/F Burada q—axım modulu, l/san km2; Q—orta sərf, m3/san; F—çay hövzəsinin sahəsidir, km2. Axım layının müşahidə illərindəki orta qiyməti axım norması adlanır. Avropanın şimalında axım normasının qiyməti 300–500 mm, cənubda, Xəzər dənizi sahillərində onun qiyməti 5–10 mm-ə qədər azalır və Qafqaz dağları ərazisində axım normasının qiyməti 1500–2000 mm-ə çatır. Azərbaycan ərazisində axımın paylanmasında iki qanunauyğunluq müşahidə olunur.
Çay ağacqurbağası
Çay ağacqurbağası (lat. Duellmanohyla) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi. == Növləri == Duellmanohyla chamulae (Duellman, 1961). Duellmanohyla ignicolor (Duellman, 1961). Duellmanohyla lythrodes (Savage, 1968). Duellmanohyla rufioculis (Taylor, 1952). Duellmanohyla salvavida (McCranie et Wilson, 1986). Duellmanohyla schmidtorum (Stuart, 1954). Duellmanohyla soralia (Wilson et McCranie, 1985). Duellmanohyla uranochroa (Cope, 1875).
Çay ağacı
Çay ağacı (lat. Melaleuca) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Cajuputi Adans. Callistemon R.Br. Gymnagathis Schauer Kajuputi Adans. Meladendron St.-Lag. Melaleucon St.-Lag. Melanoleuca St.-Lag.
Çay bifurkasiyası
Çay bifurkasiyası — Çayın və onun yatağının iki qola ayrılması,onların sərbəst olaraq ayrı-ayrı hövzələrə tökülməsi.
Çay bitkisi
Çay (lat. Camellia sinensis) — Çaykimilər fəsiləsinin kamelliya cinsinə aid növ. Bu bitkinin yarpaqları geniş istehlak olunan içkinin, çayın istehsalında istifadə olunur. Ağ çay, sarı çay, yaşıl çay, qara çay və s. kimi çay növlərinin hamısı eyni bitkinin bu gün yetişdirilən iki əsas çeşidindən: C. sinensis var. sinensis və C. s. var. assamica çeşidlərindən birindən əldə edilsə də, müxtəlif oksidləşmə səviyyələrinə çatmaq üçün fərqli şəkildə emal edilirlər. Qara çay bunların arasında ən çox oksidləşmə səviyyəsinə malik olan, yaşıl çay isə, ən az oksidləşmiş olandır. Kukicha adlı çay da C. sinensis məhsuludur, ancaq yarpaq yerinə budaqcıqlar istifadə olunur.
Çay daşı
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Çay delfinləri
Çay delfinləri — Dişli balinalar alt fəsiləsinə daxil olan fəsilə. Fəsiləyə dörd delfin növü daxildir. Onun üçü çay sularında, biri isə okean suyunda yaşayır. Hazırda bu fəsiləyə daxil olan növlərin nəsli kəsilmək həddindədir. Səbəb isə insanlar təfindən ovlanma, yaşayış yerlərinin daralması və kiçik papulyasiyadır. Hidrolakator sistemina malikdirlər. Hazırda əsas areldan kənarda Mekonq çayında 100 başdan ibarət delfin yaşayır. Onlarında nəsli kəsilmək üzrədir. == İstinadlar == == Xarici keçidlər == Rice, Dale W. (1998). Marine mammals of the world: systematics and distribution.
Çay dərələri
Azərbaycanın müasir, əsasən, mövsümi, qismən daimi çayları qar, buzlaqlar, yağış və yeraltı sularla qidalanmaqla müxtəlif formalaşma xüsusiyyətlərinə, mürəkkəb quruluşa, qədim inkişaf tarixinə malik olan dərə şəbəkəsi əmələ gətirir və relyefin təkamülündə əhəmiyyətli rol oynayır. Ərazinin müxtəlif hissələrində inkişaf etmiş çay şəbəkəsi morfoloji xüsusiyyətlərinə, yaşına, tektonik strukturlarla münasibətinə, uzunluqlarına, terras səviyyələrinin sayına, sululuq dərəcəsinə və sutoplayıcı hövzələrinin ölçülərinə görə fərqlənirlər. Çay dərələrinin orta hissəsi əsasən ortadağlıqda yerləşir və bu hissədə, əsasən, yataq nisbətən genişlənir və terras səthləri aydın seçilir. Əksər çay dərələrinin yamaclarının meyilli və astanalı olması burada da davam edir, onların dərinliyi 2000 metrə çatır. Buna baxmayaraq yataqda allüvi və sel materialları toplanır. Ana süxurlar isə daha çox meyilli və astanalı sahələrdə səthə çıxır. Çay dərələrinin aşağı hissəsi alçaqdağlığa və onların dağətəyi maili düzənliklərə çıxan sahələrinə uyğun gəlir. Bu hissədə çay dərələri xeyli genişlənir, dərinliyi isə 200-500 metrdəın artıq olmur. Səthi nisbətən hamar olub, geniş sahəni əhatə edən akkumulyativ terraslar formalaşır. Cənub yamacın gətirmə konuslarının zirvələri bir qayda olaraq burada yerləşir və burada akkumulyasiya prosesi üstünlük təşkil edir.
Çay dərəsi
Çay eroziyası
Çay evi
Çayxana və ya Çay evi — ilk növbədə çay və digər yüngül içkilər xidmət edən bir məkan.Onun funksiyası mədəniyyətlə asılı olaraq geniş dəyişməsinə baxmayaraq, çay evləri çox vaxt sosial qarşılıqlı əlaqə mərkəzləri kimi xidmət edirlər.
Çay hövzəsi
Çay hövzəsi — Müəyyən bir çaya yerin səthindən və yer altından su toplanan əraziyə deyilir. Çay hövzəsi bir-birindən suayrıcılar ilə ayrılır. Çay hövzələri axarlı və axarsız hövzələrə bölünür. Bilavasitə çayı dənizə və ya okeana axıb gedən hövzəyə-axarlı hövzə, çay sisteminin Dünya okeanı ilə əlaqəsi olmayan hövzəyə isə axarsız hövzə deyilir. Axarsız hövzələr materiklərin daxili hissəsində hər tərəfi hündür çökək sahələrdə yerləşir.
Çay ilbizcüllütü
Çay ilbizcüllütü (lat. Tringa stagnatilis) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Çay iyesi
Çay məcrası
Çay mənbəyi
Çayın mənbəyi — çayın başlandığı yer. Mənbə əsasən bulaq, göl, buzlaq, bataqlıq və ya digər iki çayın birləşməsi ola bilər. Xəritələrdə adətən eniş sahələr mənbə olaraq göstərilir. Çay sistemində çoxlu sayda mənbələr olsa da, mənsəbdən ən uzaqda yerləşən mənbə əsas hesab edilir. Başlanğıcını bataqlıqdan götürən çaylara misal kimi Volqa çayını göstərmək olar. Amur çayı Arqun və Şilki, Ob çayı isə Biya və Katun çaylarının birləşməsindən yaranır. Azərbaycan ərazisindən axan Qurbağalı çayının mənbəyi Kiçik Alagöldür. Çay Kiçik Alagöldən başlayaraq Böyük Alagölə tökülür.
Çay nəqliyyatı
Çay nəqliyyatı — Çay nəqliyyatının inkişafı üçün imkanların kifayət qədər geniş olmasına baxmayaraq, bu imkanlardan lazımı dərəcədə istifadə edilmir. Çayda suyun səviyyəsinin dəyişməsi, burada texniki baxımdan lazımı tənzimləmə işlərinin aparılmasının vacibliyi. mütəmadi dərinləşdirmə işlərinin görülməsi və digər səbəbləri çay nəqliyyətinin inkişafına maneçilik edən səbəblərə aid etmək olar. Çay nəqliyyatı nisbətən ucuz və ekoloji baxımdan təhlükəsiz nəqliyyat növlərinə aiddir. Bıuıa görə hər bir materikdə ölçücə iri və çay nəqliyyatının istifadəsi üçün əlverişli sayılan yerlərdə çay limanları inşa edilmişdır. Məsələn, Avropada — Dunay və Volqada, Şimali Amerikada — Missisipi və Missuridə, Asiyada — Xuanxe və Yansızıda, Afrikada — Nildə çay limanları istismar edilir. Bu çaylarda turizm əhəmiyyətli kruizlərlə yanaşı yük daşımaları da həyata keçirilir. Avropada çay nəqliyyatı üçün yararlı olan su arteriyaların təxminən 37 min km-i hələ istifadə ediimir. Müasir dövrdə Avropada çay nəqliyyatı ilə yükdaşıma imkanlarından yalnız 15%-ə qədər istifadə olunur. Belə vəziyyəti nəzərə alaraq, Avropa Birliyi ölkələri tərəfındən çay nəqliyyatının inkişafına yönəldilmiş birgə ‘'Marko Polo" proqramı həyata keçirilir.
Çay paketi
Çay paketi və ya Birdəfəlik çay — çay yarpaqların ehtiva edən və dəmləmə çay üçün istifadə edilən kiçik, məsaməli möhürlü paket. Çay paketləri daha çox kağız, ipək və ya plastikdən hazırlanır.
Çay partiyası
Çay partiyası hərəkatı (ing. Tea Party movement) — Amerikada mövcud olan siyasi hərəkatdır ve əsasən ABŞ hökumət xərclərini və vergiləri azaltmaqla ABŞ-nin milli borcunu və federal büdcə defisitini azaltmağa nail olmaq tərəfdarıdır. 2009-cu ildən bəri baş verən aksiyaları dəstəkləyir. Bəzi araşdırmalar amerikalıların 10%-inin bu hərəkatın üzvü olduğunu bildirir. == Xarici siyasət haqqında fikirləri == Çay partiyası ile əlaqədar olan respublikaçılar(Michele Bachmann, Jeff Duncan, Connie Mack IV, Jeff Flake, Tim Scott, Joe Walsh, Allen West və Jason Chaffetz) Liviyadan ABŞ hərbi personelinin çıxarılması haqqında qərarı dəstəklədi. Çay partiyası ilə əlaqədar olan respublikaçılar (Jim DeMint, Mike Lee and Michael Crapo) xarici köməyin Liviya, Pakistan və Misirə edilməklə məhdudlașdırılmasını dəstəklədi. Çay partiyası ABŞ-nin Suriyaya müdaxilə etməsinin əleyhinədir. == Mənşəyi == Mənşəyini Boston çay qonaqlığından götürülmüşdür. == Seçkilərdə iştirakı == "The New York Times" 2010 seçkilərində 138 respublikaçı namizədin Çay partiyasından olduğunu aşkar etdi. Wall Street Journal və NBC News təşkilatlarının sorğusuna görə oktyabrın ortasında 35% seçici Çay partiyasını dəstəkləyir.
Çay qaraquşu
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Çay qaşığı
Çay qaşığı- Süfrə aksesuarlarından olan kiçik bir qaşıq, bir fincan çay və ya qəhvə məzmunu qarışdırmaq və ya udum-udum içmək üçün uyğundur.
Çay samuru
Çay sistemi
Çay sistemi — Eyni mənsəbə malik olan, ərazidə bütün suları toplayaraq vahid axın şəklində eyni dənizə, gölə və s.-yə çatdıran çayların cəmi. Çay sistemi əsas çay və onun qollarından ibarətdir. Çay sistemi bölgənin çay şəbəkəsinin tərkib hissəsini təşkil edir. Dünyada ən böyük çay sistemi Amazondur.
Çay terrasları
Çay terrasları — çay dərələrində geniş yayılmış bu morfoskulpturların elementlərin morfoloji xüsusiyyətləri, sayı, nisbi və mütləq yüksəklikləri, deformasiya və saxlanılma dərəcələri çay hövzəsinin yerləşdiyi sahənin mütləq yüksəkliyindən, dərənin yaşından, relyefin enerjisindən, uzun müddətli, çoxillik və mövsümi iqlim dəyişmələrindən, axımın miqdarından və rejimindən, erozion siklləri müəyyən edən və terrası formalaşdıran tektonik hərəkətlərin xarakterindən və ritmlərin sayından, çayların uzunluqlarından, eroziya bazisinin miqrasiyasından bilavasitə asılıdır. Bu əlaqəni müxtəlif geotektonik rejimli morfostrukturları kəsən çay dərələrində terrasların sayına, struktur quruluşuna, deformasiya dərəcəsinə, ölçülərinə və kəsilişlərdə olan çöküntü komplekslərinin xarakterinə əsasən izah etmək mümkündür. == Böyük Qafqazın cənub yamacı çaylarında terras səviyyəsi == Böyük Qafqazın cənub yamacı çaylarında B. Ə. Budaqov 17 terras səviyyəsi ayırmışdır (cədvəl 1). Cədvəl 1. Baş Qafqaz silsiləsinin cənub yamacının bəzi çay dərələrinin çay terrasları Bu terraslar çayların su səviyyəsindən 0,5–2; 6–8; 10–15; 20–25; 30–35; 40–45; 50–55; 65–70; 75–80; 90–115; 120–125; 135–145; 150–155; 175; 190–200; 210–220; 240–250 metr yüksəkliklərdə yerləşir, lakin bütün çay dərələrində bu terras kompleksləri tam iştirak etmir. Ərazinin intensiv tektonik qalxması və güclü eroziya nəticəsində terras səviyyələrinin bəziləri tamamilə yuyulmuş, bəzi sahələrdə isə onların xırda fraqmentləri saxlanılmışdır. Alçaq və qismən orta səviyyəli terraslar daha yaxşı saxlanılmışdır. Bu terras səviyyələri çay dərələrinin orta və aşağı hissələri üçün xarakterikdir. === Şimal-şərq yamacın çay dərələrində terraslar === Şimal-şərq yamacın çay dərələrində (Qusarçay, Qudyalçay, Vəlvələçay, Gilgilçay və s.) əsas terras səviyyələri onların sinklinal strukturları kəsdiyi sahələrdə, geniş sahəli olmaqla yaxşı saxlanılmışdır. D. A. Lilienberq, B. Ə. Budaqov şimal-şərq yamacda, A. A. Mikayılov isə Qusar maili düzənliyində 14–17 terras səviyyəsinin olduğunu göstərir.
Çaykovski şəhəri
Çaykovski — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir
Çaykur Rizəspor
Çaykur Rizəspor — Rizədə 1953-cü ildə yaradılmış bir futbol klubu. == Tarixi == Klub Türk Milli Qurtuluş Mübarizəsinin ilk adımının atıldığı 19 may 1919 tarixinin 34. ildönümü olan, 19 may 1953 tarixində; Manifaturacı Yakup Temizel, Manifaturacı Atıf Taviloğlu, Manifaturacı İsmet Bilsel, Deftardar Yaşar Domlekçioğlu ve Manifaturacı Muharrem Kürkçü tərəfindən 5 kişilik qurucular heyəti ile Rizedə yaradılıb. 9 fevral 1991 tarixində yapılan Olağanüstü Ümumi Qurul ilə, Qara dəniz bölgəsinin ən böyük kamu şirkəti olan Çaykur ilə birleşerek, "Çaykur Rizespor Kulubü" adı ilə o tarixdən etibarən də profesional dəstələrdəki mübarizəsini davam etdirir.
Çaykur Rizəspor FK
Çaykur Rizəspor — Rizədə 1953-cü ildə yaradılmış bir futbol klubu. == Tarixi == Klub Türk Milli Qurtuluş Mübarizəsinin ilk adımının atıldığı 19 may 1919 tarixinin 34. ildönümü olan, 19 may 1953 tarixində; Manifaturacı Yakup Temizel, Manifaturacı Atıf Taviloğlu, Manifaturacı İsmet Bilsel, Deftardar Yaşar Domlekçioğlu ve Manifaturacı Muharrem Kürkçü tərəfindən 5 kişilik qurucular heyəti ile Rizedə yaradılıb. 9 fevral 1991 tarixində yapılan Olağanüstü Ümumi Qurul ilə, Qara dəniz bölgəsinin ən böyük kamu şirkəti olan Çaykur ilə birleşerek, "Çaykur Rizespor Kulubü" adı ilə o tarixdən etibarən də profesional dəstələrdəki mübarizəsini davam etdirir.
Çaykənar magistralı
Çaykənar magistralı - Təbrizdəki Quruçayın şimal və cənub tərəfində yerləşən ikitərəfli magistral yol. == Haqqında == Yolun ümumi uzunluğu 10 km-dır və Təbriz şəhərinin ucqar qərb və şərq tərəflərindıki küçələri birləşdirir. Magistral yolun bir hissəsi onun şərq qutaracağına yaxındır və yol boyunca səkilərə sahibdir. Qarı körpüsü qovşağından başqa digər bütün qovşaqlar ayırma qovşaqlarıdır. Çaykənar magistralı 2 km uzunluğunda yeraltı keçidə malikdir və bu göstəriciyə görə İranda birincidir.
Çaykənarı
Çaykənarı (əvvəlki adları: Dəlləkkənd; Alekseyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çaykənarı kəndi adlandırılmış, Alekseyevka kənd inzibati ərazi dairəsi Çaykənarı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Qusarçayın sağ sahilindən bir qədər aralı, Samur-Dəvəçi ovalığındadır. == Tarixi == == Toponimikası == XIX əsrdə ruslar və ukraynalıların burada məskunlaşmasına qədər kəndin adı Dəlləkkənd olmuşdur. Kəndə köçürülən slavyan (əsasən ukrayın, həmçinin rus) əhalinin əsası Ukraynanın indiki Xarkov vilayətinin Boqoduxovskiy rayonunun Şarovka kəndinin sakinlərindən ibarət idi. Beləliklə, Alekseyevka kəndi (digər kənd koloniyalarından fərqli olaraq) Azərbaycanda əsası qoyulmuş ukrayın kəndi olmuşdu. 1933-cü ildə Azərbaycanda Alekseyevka adlı digər iki kənd Qazax və Lənkəran rayonlarında qeydə alınmışdır. == Əhalinin sayı == Əhalisinin sayı 2000 nəfərdən çoxdur.
Çaykənarı bələdiyyəsi (Xaçmaz)
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çaykənd
Yaşayış məntəqələri Azərbaycan Çaykənd (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çaykənd (kənd, Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çaykənd (qəsəbə, Göygöl) — Azərbaycanın Göygöl rayonunda qəsəbə. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Çaykənd (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çaykənd (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Çaykənd (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Çaykənd (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Çaykənd — Azərbaycanın Şəmkir rayonunda kənd. İranda Çaykənd (Zəncan) — Çaykəndi (Əhər) — Ermənistan Çaykənd (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Çaykənd (Daşkəsən)
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaykənd (Gədəbəy)
Çaykənd, Qasımağalı (?-2015) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əmiraslanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Əmiraslanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qasımağalı kəndi Çaykənd kəndi adlandırılmışdır. == Toponimikası == Kiçik Qafqaz dağının ətəyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaykənd (Kəlbəcər)
Çaykənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Tərtər çayının sahilində, dağətəyi ərazidədir. == Əhalisi == Kənd əhalisi 1856 qafqaz təqviminə görə. Azərbaycan dilində Danışan alxaslı tayfasına məxsus Kürdlərdən ibarətdir.
Çaykənd (Qaraqoyunlu)
Çaykənd (1991-ci ildən Dprabak) — Qаrаqоyunlu mahalına aid kənd. İndiki adı Dprabak. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir. == Haqqında == Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 22 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 409, 1914-cü ildə 677, 1931-ci ildə 662 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur. Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi. İlk dini və dünyəvi məktəblər də çaykənddə olub. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılmış və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərib.
Çaykənd (Zəncan)
Çaykənd — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mahnişan bölgəsində, Ənquran kəndistanında, Mahnişan qəsəbəsindən 27 km cənubdadır.
Çaykənd (kənd, Göygöl)
Çaykənd — Azərbaycan Respublikasının Göygöl rayonunun eyni adlı inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Ermənilər Çaykənddə === Ermənilər bu kəndə 1896-cı ildə Türkiyədən köçüblər. Sultan Əbdülhəmidin dövründə Anadoluda yaşayan ermənilər və türklər arasında ilk ciddi qarşıdurmalar baş verən zaman Çar Rusiyasına sığınan erməniləri Gəncə ətrafında yerləşdirirlər. Çaykənddə, Martunaşendə (Qarabulaq) tikilən kilsələrin üzərində də 1896-cı il yazılmışdı. Çaykənd erməniləri də söhbət zamanı babalarının Türkiyədən köçdüyünü söyləyirdilər. 1918-ci ildə Azərbaycana gələn türk ordusu Çaykənddə döyüşməyi riskli sayıb, kəndi bir müddət mühasirədə saxlasa da, ora girməyib. Çaykəndlilər qatı millətçilər idi. İrəvan erməniləri üçün də bu kənd xüsusi əhəmiyyət kəsb edirdi. SSRİ zamanında Çaykənd-İrəvan avtobusu işləyirdi. Başqa erməni kəndləri Çaykəndi özlərinə dayaq bilirdilər.
Çaykənd (qəsəbə, Göygöl)
Çaykənd — Azərbaycan Respublikasının Xanlar rayonunun Çaykənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Çaykənd kənd inzibati ərazi-vahidi tərkibindəki Çaykənd qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Çaykənd (Şuşa)
Çaykənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Çaykənd kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çaykənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsi çay kənarında yerləşdiyinə görə Çaykənd adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Çaykənd (Şəmkir)
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaykənd dəfinəsi
Çaykənd dəfinəsi — Azərbaycan Respublikası Göygöl rayonunun Çaykənd kəndində tapılmış (1935) gümüş sikkə dəfinəsi. Dəfinə (ümumi çəkisi 4830 q) 2297 sikkədən ibarətdir. Sikkələr Osmanlı sultanları II Mehmet və II Bəyazid (1 sikkə), Ağqoyunlu Rüstəm və Məhəmməd (2), Şirvanşah Fərrux Yasar və II Şeyx İbrahim (1930 sikkə), habelə Səfəvi I İsmayılın (354 sikkə) hakimiyyəti dövründə kəsilmişdir. Çaykənd dəfinəsinin XVI əsrin I rübündə basdırıldığı ehtimal olunur. Çaykənd dəfinəsi XV əsrin sonları — XVI əsrin əvvəllərində azərbaycan tarixinin bəzi problemlərini, pul dövriyyəsi maliyyə və çəki sistemini öyrənmək üçün qiymətli mənbədir. Dəfinə Milli azərbaycan Tarixi Muzeyində saxlanılır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh. 467.
Çaykənd mis təzahürü
== Yerləşməsi == Çaykənd qırılması boyu eyni adlı qranitoid intruzivinin cənub təmasında yerləşmişdir. == Haqqında == Bu filiz təzahürü kvars-sulfidli damar və damarcıqlarla müşayiət olunan hidrotermal-metasomatik zonadan dəyişmiş filizli zonadan ibarətdir. Bu zona yer səthində 1,0 km. uzunluğunda 4 kəsilişdə və dərinliyə 3 quyu ilə öyrənilmişdir. Bu kəsilişlər üzrə filizli intervalların qalınlıqları 0,5-2,0 m , misin miqdarı 0,20-1,66%, molibdeninki isə 0,005-0,01%, bəzəndə 0,022%-ə qədərdir.
Çaykənd əməliyyatı
Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü fədai adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Azərbaycan tərəfindən Çaykənd əməliyyatında, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Əməliyyatda OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir. Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu.
Çaykəndi
Çay kəndi (Vərziqan)
Çaykəndi (Heris)
Çaykəndi (fars. چاي كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (90 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 35 km qərbdədir.
Çaykəndi (Xudafərin)
Çaykəndi (fars. شرفهچاي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (7 ailə).
Çaykəsən (Mərənd)
Çaykəsən (fars. چايكسن‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (30 ailə).
Çaylan (Xoy)
Çaylan (fars. چاليان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 652 nəfər yaşayır (135 ailə).

Значение слова в других словарях