ÇANAQ

сущ.
1. устар. чанах (посуда, вмещающая приблизительно 5 кг. сыпучих тел: пшеницы, ячменя и т.п. ). Çanağa un tökmək сыпать муку в чанах, çanaqla ölçmək nəyi измерять чанахом (чанахами) что
2. мед. таз (часть скелета человека и животных – костный пояс, опирающийся на нижние конечности). Çanaq oxu ось таза, çanağın əyilməsi мед. наклонение таза
3. чашка, чаша:
1) любой сосуд, вместилище округлой формы
2) предмет или часть предмета, имеющие округлую форму. Sazın çanağı чаша саза, kamançanın çanağı чаша кеманчи
4. ковш (приспособление в различных машинах, производствах, служащее для зачерпывания, разливки и т.п. )
5. раковина:
1) твёрдый защитный покров наружного скелета многих беспозвоночных в виде витой коробки
2) водоотводная большая воронка под водопроводным краном
6. панцирь:
1) твёрдый покров некоторых животных (черепах, крокодилов и т.п. ). Tısbağa çanağı черепаший панцирь
2) металлическая обшивка у военных кораблей, поездов; броня. Gəminin çanağı панцирь корабля
7. корыто (продолговатый сосуд из выдолбленного бревна для домашних надобностей)
II
прил. анат. тазовый (относящийся к тазокостному поясу). Çanaq qurşağı тазовый пояс, çanaq sümüyü тазовая (безымянная) кость; diz çanağı коленная чашка; baş (beyin) çanağı череп (скелет головы позвоночных и человека); göz çanağı глазница (глазная впадина)
◊ qan çanağı о человеке, жаждущем крови, драки и т.п. ; gözləri qan çanağına döndü глаза налились кровью; gözləri çanağından çıxıb глаза вышли из орбит; tısbağa çanağından çıxıb çanağını bəyənmir черепаха вышла из панциря, а панцирь уже ей не нравится (говорят, когда дети, добившись определенного положения в обществе, игнорируют своих родителей, не считают их достойными себя)
ÇAMIRLILIQ
ÇANAQ-BUD
OBASTAN VİKİ
Çanaq (Kəleybər)
Çanaq (fars. چناق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (22 ailə).
Çanaq (anatomiya)
Çanaq ya çanaq qurşağı (lat. Pelvis) — insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşməklə aşağı ətrafların bədənə birləşməsində əss funksiya daşıyaraq, dayaq istinadı təşkil edir, eyni zamanda digər həyati vacib üzv və orqanlar üçün "yuva" və ya yataq təşkil etmiş olur. Çanaq boşluğu lat. cavitas pelvis çanağın bir cüt adsız sümüklərinin arxadan (14–16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən) oma sümüyü və öndən simfiz — qasıq bitişməsi (lat. symphisis pubica) vasitəsilə bir-biriləri ilə bitişmələrindən yaranmış boşluq olub, iki hissəyə bölünür: yuxarı, geniş hissə — böyük çanaq (lat. pelvis major); aşağı dar hissə — kiçik çanaq (lat. pelvis minor). Böyük və kiçik çanaqlar arasındakı səd oma sümüyü dimdiyindən (lat. promontory), qalça sümüyünün qövsi xəttindən, qasıq sümüyünün yuxarı ayağının və qasıq bitişməsinin (lat.
Çanaq (dəqiqləşdirmə)
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Çanaq (qab)
Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Çanaq (Əhər)
Çanaq — İranın Şərqi Azərbaycan ostanında kənd. Əhər şəhristanının Kəlibər bölgəsində, Gərmadüz kəndistanında, Kəlibər qəsəbəsindən 36 km simal-şərqdədir.
Çanaq sümüyü
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Adsız sümük (çanaq)
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Çanaq (ölçü vahidi)
Çanaq — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaqdan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Təxminən 12 kq tutumu olmuşdur. "Bir çanaq arpa", "bir çanaq pendir" anlayışları çanağın tutumu ilə bağlı yaranmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da ölçü qabı kimi istifadə olunmuşdur. Bu qablardan ölçü məqsədilə istifadə olunmasına dair folklorumuzda və yazılı ədəbiyyatımızda çoxlu misallar var. Və yaxud: Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Təzəkənd-i Çanaq (Biləsuvar)
Təzəkənd-i Çanaq (fars. چناق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (19 ailə).
Çanaq-i Süfla və Ülya (Biləsuvar)
Çanaq-i Süfla və Ülya (fars. چناق سفلي وعليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 180 nəfər yaşayır (40 ailə).
Bud-çanaq oyanağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Koliforniya çanaqlı yastıcası
Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı)
Müqəddəs Tanrı anası kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə 1651-ci ildə inşa edilmişdir. Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı. K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır. Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir. Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.
Oleandr çanaqlı yastıca
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tut çanaqlı yastıca
Yuxarı Çanaqbulaq (Marağa)
Yuxarı Çanaqbulaq (fars. ‎‎‎چناقبلاغ عليا‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (10 ailə).
Çanaqbulaq
Çanaxbulaq (Yardımlı) — Azərbaycan Respublikasıın Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Çanaqbulaq (Meşkinşəhr)
Çanaqbulaq (fars. چناق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsində, Şərqi Meşgin kəndistanında, Meşkinşəhrdəndən 27 km cənub-şərqdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 465 nəfər yaşayır (117 ailə).
Çanaqbulaq (Miyanə)
Çanaqbulaq (fars. چناق بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Miyanə şəhristanının Türkmən bölgəsində, Bərvanan kəndistanında, Türkmən qəsəbəsindən 9 km şərqdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (14 ailə).
Çanaqbulaq (Ərdəbil)
Çanaqbulaq — İranın Ərdəbil ostanında kənd. Mərkəzi şəhristanının Germi bölgəsində, Muğan kəndistanında, Biləsuvar-Aslandüz avtomobil yolunun üstündədir.
Çanaqlı (Urmiya)
Çanaqlı (fars. ‎‎چناقلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhristanının Ətraf bölgəsində, Nazlı kəndistanında, Urmiya şəhərindən 18 km simal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (89 ailə).
Çanaqlı amöblər
Çanaqlı amöblər (lat. Testacealobosia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. Zərif sitoplazmatik bədəni qorumaq üçün birkameralı çanaq quran amöbşəkilli orqanizmlərdir. Çanaqlı amöblərin sitoplazması iki təbəqəyə bölünür: şəffaf, törəməsiz ektoplazma və dənəvər endoplazma. Hərəkət və qidanın tutulması lobopodiyalar (məs., Arcellidae, Dittlugiidae, Centropyxidae fəsilələri), fillopodiyalar (Englyphidae fəsiləsi), retikulopodiyalar (Polystomidae, Microgromiidae fəsilələri) şəklində olan psevdopodiyaların köməyilə həyata keçir. Çanaqlı amöblərin əksəriyyəti birnüvəlidir. Ancaq ikinüvəlilərə də rast gəlinir. Yığılıb-açılan vakuol bir və ya bir neçədir. Çanağın düzəldiyi materialdan asılı olaraq amöblər üç böyük qrupa bölünür: keratin tipli zülaldan ibarət (Arcella), ekzogen mənşəli mineral hissəciklərdən ibarət – ksenosom (Difflugiidae, Centropyxidae, Plagiopyxidae fəsilələri) və nəhayət, endogen mənşəli materialdan – indosomdan (Diffugiidae fəsiləsi) təşkil olunmuşlar. Çanaqlı amöblərdə ağız (psevdopodiyaların çıxması üçün deşik) birdir, ancaq bir neçə cins üçün 2 və ya 3-5 ağızcığın olması da səciyyəvidir.
Çanaqlı xərçənglər
Çanaqlı xərçənglər (lat. Ostracoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Çanaqlı xərçənglər və ya ostrakodlar yanlardan sıxılmış, ikitaylı çanaqla örtülü, 7 cüt çıxıntıdan (antenna, çənələr və ayaqlar), üst çənədə yerləşən ayağabənzər qısqaclardan, böyük alt çənədən və buğumsuz qısa qarından ibarət canlılardır. Ağız hissə üst dodaq, güclü üst çənədən ibarətdir. Həzm kanalı qida borusu, ön mədə, mədə və bağırsaqdan iarətdir. Bağırsağın sonunda arxa çıxışdəliyi yerləşir. Tənəffüs prosesində bütün bədən iştirak edir. Bu sinifin nümayəndələrinin ayaq hissəsində qəlsəmə kisələri yoxdur. Bəzi Cyprinidae nümayəndələrində kisəvəbənzər ürək vardır. Bəzilərində (məsələn, Cypris) qan dövranı yoxdur.
Çanaqqala böhranı
Çanaqqala böhranı — 9 sentyabr 1922-ci ildə türk qüvvələrinin İzmirə girməsindən sonra, 1922-ci ilin sentyabrında ingilis və fransızların nəzarətində olan Boğazlar Neytral Bölgəsinə irəliləməsi ilə ortaya çıxan siyasi və hərbi böhrandır. Bu böhran Birləşmiş Krallığın baş naziri Devid Lloyd Corcun səlahiyyətlərini itirməsi ilə nəticələndi. Bundan əlavə, Kanada hökuməti bu böhran zamanı və ondan sonra Birləşmiş Krallıqdan diplomatik olaraq müstəqil fəaliyyət göstərməyə başladı. Bundan əlavə, bu böhran Britaniya Millətlər Birliyinə üzv olan dövlətlərin xarici siyasətdə sərbəst buraxılmasına yol açan 1931-ci il Vestminster Nizamnaməsinin formalaşmasında ən mühüm amillərdən biri oldu. Türk qüvvələri 9 sentyabr 1922-ci ildə İzmirə girdikdən sonra Çanaqqaladan başlayan neytral zonadan İstanbula doğru irəliləməyə başladı. Böyük Britaniya Nazirlər Kabineti 15 sentyabr 1922-ci ildə iclas keçirdi və Britaniya qüvvələrinin öz mövqelərini saxlaması barədə qərar qəbul etdi. Ertəsi gün xarici işlər naziri Lord Kerzonun olmadığı bir vaxtda, bəzi kabinet nazirləri Türkiyənin Sevr müqaviləsini pozduğunu əsas gətirərək İngiltərə və onun Dominionları tərəfindən Türkiyəni müharibə elan etməklə hədələdilər. Sentyabrın 18-də Fransada bu məsələni müzakirə etdikdən sonra ölkəsinə qayıdan Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzon Fransanın baş naziri Raymon Puankare tərəfindən geri çağırılıb. Sentyabrın 20-də Fransaya qayıdan Kerzona, Puankare Çanaqqaladakı fransız qoşunlarının dərhal geri çəkilməyə başladığını bildirdi və atəşkəs edilməsi üçün sərt şəkildə danladı. İngilis xalqı Çanaqqalada türklərlə yenidən döyüşə girmək istəmirdi.
Çanaqqala boğazı
Dardanel boğazı (yun. Δαρδανέλλια, Δαρδανέλια) və ya Çanaqqala boğazı (türk. Çanakkale boğazı eyni adlı şəhərin şərəfinə) — Asiyanı Avropadan ayıran boğazlardan biridir; Egey və Mərmərə dənizləri arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır. Hellespontos (q.yun. Ἑλλήσποντος, lat. Hellespontus) boğazın qədim adlarından biridir.

Значение слова в других словарях