Nikolay Çernışevski
Nikolay Qavriloviç Çernışevski (12 (24) iyul 1828, Saratov, Rusiya imperiyası – 17 (29) oktyabr 1889, Saratov, Rusiya imperiyası) – Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.
Nikolay Qavriloviç Çernışevski 1828-ci il iyul ayının 24-də Saratov şəhərində keşiş ailəsində doğulmuşdur. 1853-cü ildə Peterburqa köçmüş, "Oteçestvennıe zapiski" jurnalında əməkdaşlıq etmişdir. Nikolay Qavriloviç 1853–1856-cı illərdə "Sovremennik" jurnalının redaktoru və ideya rəhbəri olmuşdur.
1850-ci ildə Peterburq Universitetinin Tarix filologiya fakültəsini bitirmişdir. 1861–1862-ci illərdə "Zemlə i volə" inqilabi təşkilatının ilhamçısı və məsləhətçisi olan Çernışevskinin daim artan nüfuzundan təşvişə düşən çar hökuməti onu 1862-ci ildə həbs edərək, Petropavlovsk qalasına salmış, sonra katorqaya Sibirə ömürlük sürgünə məhkum etmişdir. 1883-cü ildə Çernışevskiyə Həştərxanda yaşamağa, 1889-cu ildə isə Saratova qayıtmağa icazə vermişdir. Çernışevskinin dünyagörüşünün formalaşmasında A. I. Gertsen və V. Q. Belinskinin, həmçinin klassik alman fəlsəfəsinin (xüsusilə L. Feyerbaxın), ingilis siyasi-iqtisadının, fransız utopik sosializminin güclü təsiri olmuşdur. Çernışevski idrak məsələsində qəti materialist mövqedə durmuş, aqnostisizmi kəskin tənqid etmişdir. Çernışevski praktikaya böyük əhəmiyyət vermiş, onu həqiqətən əsl meyar adlandırmşdır.