Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akustik-səs çirklənməsi
AKUSTİK (SƏS) ÇİRKLƏNMƏSİ - müasir ında ekologiyanın qlobal problemləri (istilik - pamik adər effekti, ozon qatının dağılması, suyun və at- ı öz mosferin çirklənməsi, radioaktiv tullantılar və s.) a və arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər ə) - faktordan, məsələn, ozon qatının dağılması, turşulu fadə yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər ihitin iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından və geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində, hərəkət hitin etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır. Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə pleyerlərdən sui- istifadə və diskotekalardakı səs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBA arasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır. == Səsin ürək-damar sisteminə təsiri == Səs ürək-damar sistemi stressinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxma­sına, ürək döyüntüsünün qısalmasına, qan da­marlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur.
Atmosferin çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. == İstixana effekti == İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bu günkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Azərbaycanda atmosferin çirklənməsi
Azərbaycan Respublikasında SSRİ-nin dağılması nəticəsində ətraf mühiti kirləndirən sənaye müəssisələrinin əksəriyyəti dayandıqdan sonra atmosferə atılan zəhərli maddələrin miqdarı kəskin azaldı. 1987-ci ildə respublikanın hava hövzəsinə 2,05 mln.t zərərli tullantılar atılmışdır. Bunun 0,25 mln. tonu bərk maddələr (toz), 0,15 mln. tonu kükürd qazı, 0,99 mln. tonu isə karbohidrogenli birləşmələr olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən SSRİ-nin dağıldığı 1991-ci ildə atmosfer havasına atılan zərərli tullantıların ümumi miqdarı artaraq 2,6 mln. tona çatmışdır. Bunların 0,11 mln. tonu bərk toz hissəciklər, 0,09 mln.
Aşio mis mədəni çirklənməsi
Aşio mis mədəni çirklənməsi (足尾鉱毒事件, Aşio kodoku ciken) – Yaponiya tarixində baş vermiş ilk ekoloji fəlakət. XIX əsrin ikinci yarısında Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində aparılan intensiv işlər ətraf mühitə və yerli sakinlərin sağlamlığına böyük ziyan vurmuşdur. == Tarixi == 1877-ci ildə Aşio mis mədəninin yeni sahibi Furukava İçibey yeni mis damarları kəşf etmiş və yeni texnologiyalardan istifadə edərək mədəndə intensiv mis hasilatına start vermişdir. Mədəndə aparılan intensiv əməliyyatlar nəticəsində zəhərli tullantılar yaxınlıqda axan Vatarase və Tone çaylarına atılmağa başlamışdır. Mədənə aid olan tüstü bacalarından ayrılan toksinlər ağacların ölməsinə səbəb olmuş və meşələrin məhvinə səbəb olmuşdur. Mədən odun ehtiyacını qarşılamaq üçün özü də ağacları qırmağa başlamış, meşələrin məhv olması nəticəsində daşqınlar başlamışdır. 1890-cı ildən etibarən daşqınlar Kanto düzənliyinin şimalında yerləşən 50.000 akr ərazini çirkləndirmiş və 500 mindən çox insanın həyatını təhlükə altına salmışdır.Mədənin səbəb olduğu tullantılar çayların balıqçılıq sənayesinə də ziyan vurmuşdur. Çaylarda yaşayan balıqlar ölməyə, balıqları yeyən şəxslər isə xəstələnməyə başlamışdır. Tezliklə bu çaylarda tutulan balıqların satılmasına qadağa qoyulmuşdur. 1880-ci illərin sonuna qədər bu çayların su canlıları tamamilə məhv olmuşdur.
Cənubi Koreyada hava çirkliliyi
Cənubi Koreyada havanın çirklənməsi insanlar və ətraf mühit üçün artan təhlükə halına gəlib. Hava çirkliliyi həm yerli, həm də beynəlxalq bir çox mənbədən qaynaqlanır. Cənubi Koreyada, xüsusilə Seulda və digər şəhərlərdə sürətli sənayeləşmədən sonra bir çox çirklənmə forması artmışdır. Milli Havaçılıq və Kosmos İdarəsinin (NASA) məlumatına görə, Seul dünyanın ən pis hava çirkliliyi olan şəhərlərindən biridir. 2010-cu ildə Seul Metropolitan Bölgəsində ölümlərin yüzdə 16-sını hava keyfiyyətinin təşkil etdiyi də təxmin edilir. Bu, sağlamlıq və ekoloji problemlərlə nəticələnmişdir. Koreyalılar daha təmiz havadan nəfəs almaq üçün maskalar və hava təmizləyicilər alır və ölkədəki tullantıları azaltmaq üçün çalışırlar. == Cənubi Koreyada hava çirkliliyinin səbəbləri == Cənubi Koreyanın hava çirkliliyi dünyanın ən zəngin 35 ölkəsi arasında ən pis hava keyfiyyətinə sahibdir. Cənubi Koreyadakı çirklənmə II Dünya Müharibəsindən sonra artmağa başladı. 1960-cı ildə Koreya hələ inkişaf etməkdə olan bir ölkə idi və xarici yardımdan çox asılı idi.
Davamlı çirkləndirici
Davamlı çirkləndirici — paslanmayan kimyəvi maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Mühitin çirklənməsi
Mühitin çirklənməsi – mümkün normadan yuxarı dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi. Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli radiasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. == Mühitin çirklənməsindən vurulan ziyan == Həyat mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan (bilavasitə və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini ləğv etmək üçün çəkilən əlavə xərc nəzərə alınmaqla). Həmçinin əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların əmək fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır. == Mühitin keyfiyyət indeksi == İnsan və digər orqanizmlərin həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. Mühitin keyfiyyət indeksi canlı orqanizmlərin vəziyyətinə görə (məs.
Neftlə çirklənmiş torpaqlar
Neftlə çirklənmiş torpaqlar - neftin, qazın çıxarılması, nəqli və emalı nəticəsində münbit torpaq qatı neftli tullantılarla çirklənmiş, pozulmuş və basdırılmış neft mədən yerləridir. Neftli tullantılarla çirklənmiş yerlər ən çox buruq ətrafı istismar meydançalarında rast gəlinir və burada geniş ərazini əhatə edir. == Neftlə çirklənmiş torpaqların profilinin genetik morfologiyası == Neft mədəni yerlərində neft yataqlarının istismarı zamanı torpaqların səthinə uzun müddət ərzində tökülən neft və neftli axar suların torpaqların səthində toplanması və profil çatlar üzrə aşağıya doğru miqrasiyası ilə neftlə çirklənmiş torpaqlara məxsus profilin morfologiyasıdır. Torpaqların səthinə tökülən neft kütləsi torpaq səthinin kələ-kötür olduğu üçün üfuqi istiqamətdə axını ləngiyir və nəticədə torpağın səthində müəyyən zaman ərzində və müəyyən qalınlıqda aşağıdakı sxem üzrə örtük əmələ gəlir. Mazutlaşmış-bitumlaşma-takırlaşmış bitum. Digər tərəfdən torpağın səthinə tökülən neft kütləsinin çox hissəsini torpaqların profilində aşağıya hərəkət etməklə neftogen torpaq profilinin formalaşmasına səbəb olur. == Neftlə çirklənmiş torpaqların fitomeliorasiya üsulu ilə bərpası == Fitоmeliоrasiya – bitki örtüyünün köməyi ilə ixtiyarı ərazinin təbii şəraitinin köklü dəyişdirilməsi üçün tətbiq оlunan tədbirlər sistemidir == Fitomeliorasiyanın tarixi == Bu istiqamətdə həyata keçirilən işlər nəticəsində ərazinin tоrpaq, iqlimi, hidrоlоji, biоlоji şəraiti yaxşılaşdırılmaqla, bütöv fiziki-cоğrafi kоmpleksə müsbət təsir göstərmək mümkündür. Təbii şəraitə biоlоji təsir göstərməklə оnda baş verən xоşagəlməz halların qarşısını almaq istiqamətində ilk elmi tədqiqatların aparılmasında V.V. Dоkuçaevin, P.A. Kоstiçevin, A.I. Vоyeykоvun, K.A. Timuryazevin və başqalarının böyük rоlu оlmuşdur. XIX əsrin оrtalarına kimi Azərbaycanın əksər bölgələrində təbii landşaft kоmpleksi özünün ilkin antrоpоgendən əvvəlki fоrmalarında mövcud оlmuşdur. Xüsusən dağ və düzən ərazilərdəki meşə örtüyü, yay və qış оtlaqları təbii-tarixi strukturlarını qоruyub saxlamışdır.
Okean və dənizlərin çirklənməsi
Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir. == Okean və dənizlər == Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, hərbi təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması. Atmosfer — zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. == İqtisadiyyatı == İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin. Baxmayaraq ki, kəndin mağazasına rayon istehsalat şöbəsindən siqaret gətirilirdi; amma həmin siqaretlər aylarla orada qalırdı.
Radiasiya çirklənməsi
İstismar olunan uran filizi yataqları, atom sənayesinin tullantıları, nüvə partlayışları, Atom Elektrik Stansiyalarında (AES) qəzalar və s. atmosferə süni radioaktiv maddələrin düşməsi mənbəyidir. Atmosferin ən nəhəng antropogen radioaktiv çirklənməsi 1986-cı ildə aprelin 26-da Çernobıl fəlakəti zamanı baş vermişdi. Dünya tarixində ən nəhəng sənaye fəlakəti 1986-cı ilin aprelin26-da saat 01.23 dəqiqə 40 saniyədə (Moskva vaxtı ilə) Çernobıl Atom Elektrik Stansiyasının (ÇAES) dördüncü blokunda baş verdi. Bu qəza insanlar və təbiət üçün ağır nəticələr verdi. ÇAES Kiyevdən 160 km şimali-şərqdə, əhalinin sıx olduğu yerdə yerləşir. Qəza anında aktiv zonada 205 tona yaxın nüvə yanacağı vardır. 70000C yaxın temperatur qəzaya uğramış reaktoru vulkana çevirdi və ondan xaricə ərimiş lava axdı. Radioaktiv tullantının hündürlüyü 2 km-ə çatdı. Partlayış bütün bloka və onun ətrafına qrafit qırıntıları və narın radioaktiv tozlar səpələdi.
Radioaktiv çirklənmə
Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddət öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur. Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir. Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təşkil edir. Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur. Nüvə partlayışı baş verəndən sonrakı anlardan radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir.
Su ehtiyatlarının çirklənməsi
Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir. Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların və yalnız 35 %-i yerli çayların hesabınadır. == Çayların çirklənməsi == Respublikamızın əsas su arteriyası olan Kür çayı və onun əsas qolu Araz hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır. Bunlarla yanaşı, Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür, Araz çayları və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür – Araz ovalığında suvarılan sahələrdən qayıdan suların və kollektor – drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.
Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsinin monitorinqi — “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir). == Torpaq monitorinq == Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır. Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”. Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir. == Torpaq çirklənməsi == Torpağı çirkləndirən yalnız gübrələr deyil.
Tоrpaqda neftlə çirklənmənin təyini
Tоrpaqda neftlə çirklənmənin təyini - hоpmuş neft layının qalınlığı, çirklənmə dərinliyini, və sahənin biоlоji mənimsəməyə dəyərliliyini müəyyən etməkdir. == Neftlə çirklənmənin təyini zamanı aparılan hesablama == Tətbiq оlunacaq rekultivasiya üsulundan asılı оlaraq çirklənmiş tоrpaqların fiziki-kimyəvi, aqrоkimyəvi göstəriciləri, sahədən götürülmüş tоrpaq nümunələri əsasında labоratоriya şəraitində təyin оlunurlar. Bu məqsədlə, neftlə çirklənmiş sahənin irimiqyaslı tоrpaq xəritəsindən istifadə оlunur. Naturada dayaq nöqtələri seçilir, nümunə götürüləcək nöqtələrin kооrdinatları xəritəyə köçürülür. Xəritə əsasında çirklənmiş tоrpaq sahələri müəyyən оlunur. Çirklənmə dərinliyindən asılı оlaraq, çıxarılıb təmizlənməsi (mexaniki rekultivasiyada) tələb оlan tоrpaq kütləsi təyin edilir. Ərazidən çıxarılacaq tоrpağın kütləsi ayrı-ayrı çirklənmə növü üzrə aşağıdakı kimi hesablanmalıdır: W=H ∙ S ∙ V, (1) burada W- çıxarılan neftlə çirklənmiş tоrpağın kütləsi- tоn-la; H-neftlə çirklənmiş qatın qalınlığı- m-lə; S - neftlə çirklənmiş ixtiyarı növün sahəsi- m² ilə; V- müvafiq qranulоmetrik tərkibli neftlə çirklənmiş növün müəyyən qatının həcm çəkisidir- q/sm3-lə. Neftlə çirklənmiş və çıxarılması tələb оlunan tоrpaqda neftli maddələrin miqdarı aşağıdakı düsturla hesablanır: Q= (H ⋅V ⋅ B ⋅ S)/100, (2) burada Q - neftlə çirklənmiş tоrpaqda neftli maddələrin miqdarı- tоn-la; H-neftli maddələrlə hоpmuş tоrpaq qatının qalınlığı- m-lə ; V-müvafiq qranulоmetrik tərkibli neftlə çirklənmiş növ qatın həcm çəkisi, q/sm3-la; B-çıxarılması lazım gələn tоrpaqda neftli maddələrin miqdarı- %-lə; S-neftli maddələrlə çirklənmiş tоrpaq növünün sahəsidir- m²-lə. == Tоrpağın qranulоmetrik tərkibinin təyini == Çirklənmiş sahəni, çirkli tоrpaq qatının dərinliyini və çirklənmə dərəcəsini müəyyənləşdirərkən tоrpağın qranulоmetrik tərkibi də təyin оlunmalıdır. Təcrübə göstərir ki, gilli süxurlardan özüllü neft süzülmür, belə qatlardan daha yüngül və az özüllü neft keçir.
Xəzər dənizinin əsas çirklənmə mənbələri
== Xəzərin neftlə çirklənməsi == Xəzərin neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya, suyun fiziki-kimyəvi xassələrinə, dəniz dibi çöküntülərə çoxtərəfli təsirinə görə başlıca yeri tutur. Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora axan bütün çaylar neftlə çirklənməyə məruz qalmışdır. 1950–60-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları akvatoriyası və neft emalı müəssisələrinin çirkab suları tökülən zonaya xas idisə, 1980-ci illərdə belə çirklənmə dənizin hər yerində yayılmışdır. Məlum mənbələrə əsaslanan hesablamalara görə Xəzər-xvalın epoxasının neft kəşfindən bəri dənizə 2,5 milyon ton xam neft axmışdır. Yalnız 1969-cu ildə neftdaşıyan tankerlərin ballastik suyu ilə dənizə 47 min ton, gəmilərin suyundan isə 7 min ton neft axıdılıb. Dənizdə oduqca çoxlu qəza hadisələri baş verir, onlardan ikisini 258 göstərək: 60-cı illərdə Xəzərin Orta və Cənub şelfində qəza nəticəsində dənizə 4000 ton, aylarla mənbədən sönməyən yanğın, fəaliyyətdə olan qrifonlardan 20 min ton qaz-neft kondensatı axmışdır. 1983-cü ildə Oğurçalı adasının cənub-qərbində 200 m dərinliyində qruntda – 1 kq lildə 1,43 q, 1955-ci ildə Cənubi və Orta Xəzərin sərhədində qruntda 270 m dərinlikdə 1 kq lildə 0,86 q konsentrasiyalı neftin olması qeydə alınmışdır. Bakı buxtasında 5–7 m-dən çöküntülərin ətəyinə qədər qrunt neft məhsulları ilə doymuşdur. Digər çirkləndiricilərdən fərqli olaraq neft başqa sahələrə asan keçir, nisbətən uzunömürlüdür çoxşəkillidir. 1 kq neftin tam minerallaşması üçün 400 litr dəniz suyunda olan oksigen sərf olunur Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri mənbəyinin çoxluğu, ətraf mühitin demək olar ki, bütün komponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpələnməsi, dib çöküntülərində toplanması və s.- dir.
Yer atmosferinin çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. == İstixana effekti == İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bu günkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Çində çirklənmə
Çində çirklənmə müzakirə olunan ətraf mühit məsələlərinin daha geniş bir tərəfidir. Çinin sənayeləşməsi ilə müxtəlif çirklənmə formaları artdığına görə geniş ətraf mühit probleminə səbəb oldu ki bu da sağlamlığa ziyan vuran amil sayılır.2013-cü ildə təmiz hava siyasəti həyata keçirildiyi üçün Çin daxilində çirklənmə durmadan azaldı və Çin şəhərləri artıq ən çirklənmiş şəhərlər siyahısında birinci yeri tutmur. == Torpaq çirklənməsi == Çin Xalq Respublikasında əhalinin 1980-ci illərdən bəri artması torpaq çirklənməsi ilə nəticələndi. Dövlət Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun ətraf mühit, qida təhlükəsizliyi və davamlı kənd təsərrüfatı üçün bir təhlükə olduğunu düşünür. Çinin əkinçilik əraziləri 38.610 kvadrat mil (100.000 km2) və 31.5 milyon mil (21.670 km2.) su ehtiyyatları çirklənməyə məruz qaldı. Təsirə məruz qalan ərazi Çinin əkin sahələrinin onda birini təşkil edir. Təxminən 6 milyon ton taxıl hər il ağır metallarla çirklənir və bu da 29 milyard yuan (2,57 milyard ABŞ dolları) birbaşa itkiyə səbəb olur. Ağır metallara (civə, qurğuşun, kadmiyum, mis, nikel, xrom) və çirklənmiş torpaqda olan maddələr sağlamlığa mənfi təsir göstərir. Udulma, dəri ilə təmas, torpaq qida zənciri ilə pəhriz, tənəffüs qəbulu və ağızdan qəbul edilməsi zəhərli maddələrin insan orqanizminə daxil olmasına səbəb olur. == Tullantılar == Çinin tullantı istehsalı artdıqca və təkrar istehsal sahəsi zəif olduğundan ətraf mühit bu tullantılarla çirkləndirilir.
Çirkab (film, 2013)
Çirkab (ing. Filth) – 2013-cü ildə irland yazıçısı İrvin Uelşin eyniadlı romanı əsasında Con S. Beyrdin rejissorluğu ilə kriminal komediya-dram janrında çəkilmiş şotland filmidir. Film Şotlandiyada 27 sentyabr, İrlandiya və Britaniyada isə 4 oktyabr 2013-cü ildə vizyona girmişdir. ABŞ kinoteatrlarında filmin debütü 30 may 2014-cü ildə baş tutmuşdur. == Məzmunu == Bryus Robertson (Ceyms MakEvoy) Edinburqda polis serjantıdır; intriqant, manipulyativ, insanlara dəyər verməyən bir insandır, vaxtını narkotik alkoqol və bəzən də cinsi təcavüzlə keçirir, şəxsi evfemizmindən doğan çirkli oyunlarına ətrafındakı bir çox insanları cəlb edir. Robertson əxlaqlı və yaxşı tərbiyə görmüş dostu Klifford Bleysdi (Eddi Marsan) tez-tez qorxutmaqdan zövq alır, o, tez-tez masson lojasının üzvü olan bu dostunun arvadına zənglər edərək, oyunlarından biri kimi, onu qorxudur. Robertsonun həyatda əsas məqsədi detetktiv inspektor vəzifəsinə yüksəlməkdir və yapon tələbəbib öldürülməsi ilə bağlı araşdırmanı aparmağa başladıqda bu arzusuna gedən yolun açıldığını düşünür. Yavaş-yavaş o reallığa nəzarətini itirir, bununla belə oyunlarını davam etdirir, ağır hallüsinasiyalardan əziyyət çəkir. Filmin sonuna yaxınlaşdıqca onunhallüsinasiyaları daha da ağırlaşır və Bryus havalanır. Yuxu şəklində görünən və ona ağır psixotrapik dərmanlar verən həkimi vasitəsiylə məlum olur ki, Bryus körpəliyinin hansısa dövründə kiçik qardaşının ölümünə səbəb olmuş qəzanın baş verməsində özünü günahlandırır.
Çirkin Kral bağışlamaz (film, 1967)
Çirkin Kral bağışlamaz filmi rejissor və ssenarist Yılmaz Güney tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, bədii janrda olan film "İrfanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Yılmaz Güney, Nəbahat Çehrə, İldırım Gəncər, Ənis Fosforoğlu, Nuran Ağsoy, Tuncər Nəcmioğlu ifa edirlər.. == Məzmun == Mustafa İşıq fabrikdə işləyir. Fabrikin müdiri fabrikdə 2 nəfəri öldürüb, günahı Mustafanın üzərinə atır. Mustafa edamla mühakirə olunur. Çarəsiz Mustafa bacısını çağırıb, onun illər əvvəl Yusif Dağçı adında bir düşməni olduğunu, hətta Mustafanı öldürmək istəyəndə silahı cibinə qoyub: "Səni ölümdən ən çox qorxduğun an öldürəcəyəm" deyir. Mustafa bacısına bu sözləri deyir və ardınca deyir ki, çağır onu məni o gəlib öldürsün. Bacısı Yusifi çağırır. Yusif silahından güllə çıxarıb ona göstərir, deyir ki, bu sənin gülləndir...
Çirkinli
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Miyanə)
Çirkinli (fars. چركينلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (117 ailə).
Çirkinli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. == Əhalisi == === Şəhidləri === Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çirkinli (dəqiqləşdirmə)
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Girk
Girk — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 352 nəfərdir ki onunda 178 nəfəri kişi, 174 nəfəri qadındır.
Kirk
Tomas Kirk (ing. Thomas Kirk; 18 yanvar 1828, Koventri, Uest-Midlends[d] – 8 mart 1898, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Tomas Kirk toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Forest Flora New Zealand (1889). Students’ Flora New Zealand (1899). == Şərəfinə adlandırılmış taksonlar == CinsKirkianella cinsiNövSclerochiton kirkii C.B.Clarke Cheilanthes kirkii J.B.Armstr. Doryopteris kirkii (Hook.) Alston Centemopsis kirkii Schinz Lannea kirkii Burtt Davy Searsia kirkii (Oliv.) Moffett Macledium kirkii (Harv.) S.Ortiz Combretum kirkii M.A.Lawson Crassula kirkii (Allan) A.P.Druce & Given Euphorbia kirkii (N.E.Br.) Bruyns Ledebouria kirkii (Baker) Stedje & Thulin Gossypioides kirkii (Mast.) Skovst. Meliosma kirkii Hemsl. & E.H.Wilson == İstinadlar == == Ədəbiyyat == Ray Desmond (1994). Dictionary of British and Irish Botanists and Horticulturists includins Plant Collectors, Flower Painters and Garden Designers.
Sirk
Sirk (lat. Circus - "çevrə" deməkdir) — bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növü. Sirk peşəsi heyvanlarla işləməklə bərabər müxtəlif akrobatika və gimnastika kimi sahələri də özündə cəmləşdirir. Buraya həmçinin havada kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və həmçinin, yerdə idman növləri yerinə yetirilir. == Kloun == Kloun daha mürəkkəb sirk janrıdır. O bir neçə ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur.Klounun mənası gülməli çıxış deməkdir. == Sirkin tarixi == Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatr səhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur.
ÇİR
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
Birk Risa
Birk Risa (13 fevral 1998, Stavanqer[d]) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda müdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Həyatı == Birk Risa 13 fevral 1998-ci ildə Norveçdə anadan olub. == Klub karyerası == === Köln === Risa Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Risa öz peşəkar karyerasında debütünü 10 dekabr 2017-ci ildə Frayburq klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Konstantin Rauşu əvəz etmişdir. Həmin görüşdə Köln liqa görüşündə rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 10 dekabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Dirk Frimout
Dirk Frimout (nid. Dirk Dries David Damian Frimout; 21 mart 1941) — Belçika astronavtı.
Dirk Kuyt
Dirk Kuyt (22 iyul 1980) – Hollandiya milli futbolçusu, hal-hazırda Fənərbaxça komandasının heyətində çıxış edir. Hücum xətti ilə yanaşı həmçinin yarım-müdafiədə də oynaya bilir. Kuyt karyerasına Hollandiyanın Ultrext komandasında başladı. 5 il bu komanda çıxış etdi və 2002–2003 mövsümündə Hollandiya Kubokunu və Hollandiya Qızıl Butsu Mükafatını qazandı. 2003-cü ildə 1.000.000 € qarşılığında Feyenorda transfer oldu və 3 il müddətində komandasında ən çox qol vuran oyunçu oldu. 2004–2005 Eredivisie-de ( Hollandiya Lİqası) qol kralı oldu və növbəti mövsüm Hollandiyada İlin Futbolçusu seçildi. Feyenordda göstərdiyi uğurlu çıxışdan sonra 2006-cı ildə 10 milyon £ qarşılığında İngiltərə Premyer Liqası komandalarından olan Liverpul FK-ya transfer oldu. Liverpul FK-dakı ilk sezonda UEFA Çempionlar Liqası finalı oynadı və finalda 1 qol atdı. Kuyt Liverpul FK-dakı ilk həttrikini Mart 2011-də Mançester Yunayted FKə qarşı etmişdir. 3 iyul 2012-ci il tarixində 1.000.000 € qarşılığında Fənərbaxça komandasına 3 illik müddətinə transfer oldu.
Kirk Asevedo
Kirk Asevedo (ing. Kirk Acevedo) — ABŞ-lı aktyor. Oz teleserialında Miguel Alvarez ilə Fringe teleserialındakı Charlie Francis xarakterləri ilə tanınır. İki ALMA Mükafatı qazanan aktyor, fərqli sahələrdə bu mükafata beş dəfə namizəd oldu. 2005-ci ildən bəri Kiersten Warren ilə evli olub bir qız övladı atasıdır. Gəzən ölülər teleserialında qonaq aktyor kimi iştirak edib.
Kirk Duqlas
Kirk Duqlas (ing. Kirk Douglas, ilk adı İssur Danieloviç, rus. Иссур Даниелович; 9 dekabr 1916[…], Amsterdam, Nyu-York ştatı – 5 fevral 2020[…], Beverli-Hillz, Kaliforniya[…]) — amerikalı kino və teatr aktyoru, kinoprodüser və ssenarist. Hollivudun "qızıl erası"ndan indiyədək sağ qalan son ulduzlardan biri. Onun məşhur filmləri arasında Keçmişdən (1947), Çempion (1949), Ace in the Hole (1951), Pis və gözəl (1952), 20000 lye su altında (1954), Yaşamaq yanğısı (1956), Şöhrətin yolları (1957), OK korralında atışma (1957), Vikinqlər (1958), Spartak (1960), Cəsurlar tənhadır (1962), Mayda yeddi gün (1964), The Heroes of Telemark (1965) və Sərt oğlanlar (1986). O, Amerika Kino Akademiyasının Amerika kino tarixinin ən yaxşı kişi ekran əfsanələri siyahısında 17-ci yerdədir və bu, siyahıdakı hələ də həyatda olan şəxslər arasında ən yüksək göstəricidir. Kinodakı 50 illik əməyinə görə 1996-cı ildə o, fəxri Oskar mükafatına layiq görülmüşdür.
Kirk Kerkoryan
Kirk Kerkoryan (ing. Kirk Kerkorian Kirk Kerkorian, erm. Քըրք Քըրքորեան ), Krikor Krikorian (erm. Գրիգոր Գրիգորեան ; 6 iyun 1917, Fresno, Kaliforniya, ABŞ – 15 iyun 2015, Los-Anceles, Kaliforniya ) — erməni mənşəli Amerika iş adamı və milyarder. Qərargahı Beverly Hills, Kaliforniya ştatında yerləşən Tracinda Corporation holdinq şirkətinin prezidenti və sahibi olub. "Forbes" jurnalına görə 2007-ci ildə Kerkoryanın ümumi sərvəti 18 milyard dollar (Forbes siyahısında 7-ci yer), 2010-cu ildə — 3,1 milyard dollar (Forbes milyarderlər siyahısında 307-ci yer), 2012-ci ildə — 3,3 milyard dollar olaraq qiymətləndirilmişdir. 2015-ci ildə onun sərvəti təqribən 4.2 milyard dollar dəyərində idi. Las-Veqasdakı əsas iş adamlarından biri və "meqakurortun atası" kimi tanınırdı. Las-Veqasdakı otellərin və kazinoların 40% -i Kirk Kerkoryana məxsus idi. Beverli Hillsin ən varlı sakinlərindən biri idi.
Kirk Kirkoryan
Kirk Kerkoryan (ing. Kirk Kerkorian Kirk Kerkorian, erm. Քըրք Քըրքորեան ), Krikor Krikorian (erm. Գրիգոր Գրիգորեան ; 6 iyun 1917, Fresno, Kaliforniya, ABŞ – 15 iyun 2015, Los-Anceles, Kaliforniya ) — erməni mənşəli Amerika iş adamı və milyarder. Qərargahı Beverly Hills, Kaliforniya ştatında yerləşən Tracinda Corporation holdinq şirkətinin prezidenti və sahibi olub. "Forbes" jurnalına görə 2007-ci ildə Kerkoryanın ümumi sərvəti 18 milyard dollar (Forbes siyahısında 7-ci yer), 2010-cu ildə — 3,1 milyard dollar (Forbes milyarderlər siyahısında 307-ci yer), 2012-ci ildə — 3,3 milyard dollar olaraq qiymətləndirilmişdir. 2015-ci ildə onun sərvəti təqribən 4.2 milyard dollar dəyərində idi. Las-Veqasdakı əsas iş adamlarından biri və "meqakurortun atası" kimi tanınırdı. Las-Veqasdakı otellərin və kazinoların 40% -i Kirk Kerkoryana məxsus idi. Beverli Hillsin ən varlı sakinlərindən biri idi.
Kreqor Zirk
Kreqor Zirk (d. 3 iyul 1999) — Estoniyalı üzgüçü. Kreqor Zirk Estoniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kreqor Zirk birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.Sepp 7 dəfə uzun və 14 dəfə qısa məsafəyə üzgüçülük yarışları üzrə Estoniya çempionu olmuşdur. O, 22 Estoniya üzgüçülük rekordunun müəllifidir..
Lea Sirk
Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == Lea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür. 2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür. Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur.
Tomas Kirk
Tomas Kirk (ing. Thomas Kirk; 18 yanvar 1828, Koventri, Uest-Midlends[d] – 8 mart 1898, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Tomas Kirk toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Forest Flora New Zealand (1889). Students’ Flora New Zealand (1899). == Şərəfinə adlandırılmış taksonlar == CinsKirkianella cinsiNövSclerochiton kirkii C.B.Clarke Cheilanthes kirkii J.B.Armstr. Doryopteris kirkii (Hook.) Alston Centemopsis kirkii Schinz Lannea kirkii Burtt Davy Searsia kirkii (Oliv.) Moffett Macledium kirkii (Harv.) S.Ortiz Combretum kirkii M.A.Lawson Crassula kirkii (Allan) A.P.Druce & Given Euphorbia kirkii (N.E.Br.) Bruyns Ledebouria kirkii (Baker) Stedje & Thulin Gossypioides kirkii (Mast.) Skovst. Meliosma kirkii Hemsl. & E.H.Wilson == İstinadlar == == Ədəbiyyat == Ray Desmond (1994). Dictionary of British and Irish Botanists and Horticulturists includins Plant Collectors, Flower Painters and Garden Designers.
Tommy Kirk
Tomas Lee Kirk (10 dekabr 1941, Luisvill, Kentukki – 28 sentyabr 2021, Las-Veqas, Nevada) ― Amerika səhnəsi, film və televiziya aktrisası. == Fimloqrafiyası == === Kino === 1957: Old Yeller 1959: The Shaggy Dog 1960: Swiss Family Robinson 1961: Babes in Toyland 1961: The Absent Minded Professor 1963: Savage Sam 1963: Son of Flubber 1964: Pajama Party 1964: The Misadventures of Merlin Jones 1965: The Monkey's Uncle 1965: Village of the Giants 1966: The Ghost in the Invisible Bikini 1966: Unkissed Bride 1967: Catalina Caper 1967: It's a Bikini World 1967: Track of Thunder 1967: Psycho à Go-Go 1971: Ride the Hot Wind 1975: My Name Is Legend === TV Seriyası === 1956: The Hardy Boys: The Mystery of the Applegate Treasure 1957: The Hardy Boys: The Mystery of the Ghost Farm 2018: Find Your Future Reality === televiziya filmləri === 1967: Mars Needs Women 1969: It's Alive! === video filmlər === 1988: Streets of Death 1997: Best Doggone Dog in the West: The Making of Walt Disney's 'Old Yeller' 2000: Club Dead 2002: 'Old Yeller': Remembering a Classic 2002: Swiss Family Robinson: Adventure in the Making 2006: The Hardy Boys Unmasked == İstinadlar == == Xarici keçidlər == Tommy Kirk — IMDb səhifəsi "Interview with the author of Tinker Belles and Evil Queens: The Walt Disney Company from the Inside Out". Salon. 2000-01-27. 2011-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08. — mentions Kirk "Tommy Kirk". Disney Legends. profile.
Çiro İmmobile
Çiro İmmobile (it. Ciro Immobile, 20 fevral 1990[…], Torre-Annunsiata[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Latsio" klubu və İtaliya milli komandasının hücumçusu. == Bioqrafiya == Futbolçu 20 fevral 1990-cı ildə İtaliyada, Neapol şəhəri yaxınlığında kiçik Torre Annunziata şəhərində dünyaya gəlib. == Karyerası == === Klub Karyerası === Çiro 2002-ci ildə 12 yaşında olarkən "Sorrento" klubunun uşaq komandasına qoşulub. İtsedadlı Çiro 2008-ci ildə "Yuventus" skautlarının diqqətini cəlb edir və futbolçu "Yuventus"un gənclər komandasına qoşulur. Çiro 2009-cu ilin mart ayının 14-də, "Bolonya" ilə oyunun 89-cu dəqiqəsində Del Pyeronu əvəz edərək meydana daxil olur və Yuventusun heyətində A Seriyasında debut edir. Ancaq "Yuventus"da möhkəmlənə bilməyən futbolçu ardıcıl olaraq "Siena", "Qrosetto" və "Peskara" klublarına icarəyə verilir. "Peskara"da İmmobilenin ulduzu parlayır və 2011/12 mövsumundə bu klubda 37 oyuna 28 qol vuraraq klubun A Seriyasında yüksəlməsinə yardımçı olur. Növbəti mövsum "Cenoa" klubu futbolçunun transfer hüququnun yarısını "Yuventus"dan alır və futbolçu "Cenoa" klubuna qoşulur. 2013-cü ildə "Torino" klubu futbolçunu transfer edir.
Yuzef Çirek
Yuzef Çirek (pol. Józef Czyrek; 20 iyul 1928 – 3 iyun 2013, Varşava) — Polşa siyasətçisi, 1980–1982-ci illərdə Polşa Xalq Respublikasının Xarici İşlər naziri. == Erkən illəri == Yuzef Çirek 1928-ci ildə Polşanın Lvov voyevodalığının Biloberegi kəndində anadan olmuşdur. O, 1950-ci ildə Yagellon Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. == Karyerası == Yuzef Çirek karyerasına Yagellon Universitetində və Krakov İqtisadiyyat Universitetində tədqiqatçı kimi başlamışdır. O, 1952-ci ildə Polşa Xalq Respublikasının Xarici İşlər Nazirliyində işə başlamışdır. Çirek 1955-ci ildə qoşulduğu Polşa Birləşmiş Fəhlə Partiyasının Siyasi Bürosunun üzvü idi. O, 1962–1968-ci illərdə Belqradda hüquq konsultantı (1962–1968) və direktor müavini, həmçinin 1969–1971-ci illərdə Xarici İşlər Nazirliyinin Tədqiqat və Proqramlaşdırma Departamentinin direktoru vəzifələrində çalışmışdır.Çirek 1980-ci ilin avqust ayına qədər xarici işlər nazirinin müavini olmuşdur. O, 1980-ci ilin avqustunda bu vəzifədə Emil Voytaşekin yerinə xarici işlər naziri təyin edilmişdir. O, 1981-ci ildə partiya katibliyinə üzv təyin olunmuşdur.
Çir (Çaypara)
Çir (fars. چير‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (21 ailə).
Çir çayı
Çir çayı — Rusiyanın Rostov və Volqoqradskaya vilayətləri ərazisindən axan çay. Don çayının sağ qolunu təşkil edir. Simlyanski su anbarına tökülür. Çayın uzunluğu 317 kilometr, hövzəsinin sahəsi isə 9580 km² təşkil edir. Don çayının mənsəbinə 456 metr qalmış ona tökülür. == Ümumi fiziki-coğrafi xüsusiyyətləri == Çir çayı öz başlanğıcını Don cərgəsindən götürür. Yuxarı axarlarda Çir çayı Dona olduqca yaxın axır (15 km). Bir qədər aralıda isə çay cənub-şərqə doğru axır. Buradan isə getdikcə Dondan aralanır. Yuxarı axarlarda çayı vadisi kifayət qədər enlidir.
Con Kirk (velosipedçi)
Con Kirk (20 noyabr 1890 — 25 mart 1951) — Böyük Britaniyalı keçmiş peşəkar velosiped yarışçısı. Con Kirk Böyük Britaniyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Con Kirk birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Entoni Dirk Mozes
Entoni Dirk Mozes (ing. Anthony Dirk Moses; 1967, Brisben) — soyqırım və intellektual tarix üzrə ixtisaslaşmış Avstraliya tarixçisi. O, Şimali Karolina Universitetində qlobal insan hüquqları tarixinin professorudur. Mozes geniş şəkildə soyqırım və etnik təmizləmə tarixi, eləcə də müstəmləkəçilik tarixi, xüsusilə müstəmləkə kontekstində soyqırımı üzrə aparıcı ekspert kimi tanınır. O, 1850–1950-ci illər dövrünə istinad edərək irq dövrü terminini işlətməsi ilə tanınır. Mozes "Journal of Genocide Studies" jurnalının baş redaktorudur. == Əsərləri == MüəllifMoses, A. Dirk. The Problems of Genocide: Permanent Security and the Language of Transgression (ingilis). Cambridge University Press. 2021.
Nərgiz Birk-Petersen
Nərgiz Birk-Petersen (dan. Narguiz Birk-Petersen; 1976, Bakı) — azərbaycanlı hüquqşünas və aparıcı. == Həyatı == Nərgiz-Birk Petersen (Nərgiz Abbaszadə) 1976-cı ildə Bakıda doğulub. 16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb. Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib. Azərbaycanca, danimarkca, ingiliscə və rusca danışa bilən Birk-Petersen Eldar Qasımov və Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. 2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhərlər sırasında olan Bakının bu təbdirlə bağlı təşkilat komitəsinin üzvüdür. Anası Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədridir.
Ryullak-Sen-Sirk
Rüllak-Sen-Sirk (fr. Rullac-Saint-Cirq, oks. Rutlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12207. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Rüllak-Sen-Sirk
Rüllak-Sen-Sirk (fr. Rullac-Saint-Cirq, oks. Rutlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12207. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Sirk (film, 1928)
Sirk (ing. The Circus) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Film Çarlinin qastrolda olan sirkdəki macəraları haqqında qəmli komediyadır. "Sirk" onun ən məşhur və uğurlu filmlərindəndir. Burada komik və lirik elementlər uyğunlaşdırılıb. Çarli Çaplinin satirik istedadı insanlara nələrin mane olduğunu görüntü ifadə vasitəsilə aşkar göstərir. == Film haqqında == Filmdə Çaplini meymunların dişləməsi səhnəsi bədbəxt hadisə idi. Qəfəs təsadüfən açılmış və qəzəblənmiş heyvanlar aktyora hücum etmişdilər. Əvvəl Çarli şokda idi. Bunu filmdə görmək mümkündür.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Adi cirə
Adi cirə (lat. Cuminum cyminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirə cinsinə aid bitki növü. Onun toxumları bir çox mədəniyyətin mətbəxində həm bütöv, həm də üyüdülmüş şəkildə istifadə olunur. Cirənin xalq təbabətində istifadə edildiyi düşünülsə də, onun dərman vasitəsi kimi istifadəsinin təhlükəsiz və ya effektiv olduğuna dair güclü dəlil mövcud deyil. == Təsviri == Cirə bitkisi 30-50 santimetrə qədər böyüyür və əllə yığılır. Adi cirə 20-30 santimetr hündürlüyündə və 3–5 santimetr diametrində nazik, hamar, budaqlı gövdəyə malik olan birillik ot bitkisidir. Bitkinin kökü boz və ya tünd yaşıl rəngdədir. Yarpaqları 5-10 santimetr uzunluğunda, çiçəkləri kiçik, ağ və ya çəhrayı rəngdədir və çətirdə yığılır. Cirə toxumları uzunsov formada, uzunlamasına çıxıntılı və sarı-qəhvəyi rəngdə olan zirə toxumlarına bənzəyir. == Digər ədviyyatlarla qarışdırılması == Cirə bəzən çətirkimilər (lat.
Ciro Miyake
Ciro Miyake (1900, Yaponiya – 30 noyabr 1984, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Uilyam Ciok
Vilyam Ciok (12 may 1895[…] – 28 mart 1982[…], Berkli, Kaliforniya) — kimya üzrə Nobel mükafatçısı. Amerika fiziki kimyaçısı Vilyam Frensis Ciok 1895-ci ilin mayın 12-də anadan olmuşdur (Kanadanın Niaqara-Fols şəhərində). 1920-ci ildə Berklidə Kaliforniya universitetini qurtarmışdır. 1920–1977-ci illərdə həmin universitetdə işləmiş, 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Əsas elmi işləri maddələrin, xüsusi halda olduqca aşağı temperaturlarda kondensləşmiş qazların termodinamiki xassələrinin tədqiqinə həsr olunmuşdur. 1920-ci ildə termodinamikanın üçüncü başlanğıcını təcrübi yoxlanmaq üçün tədqiqatlar aparmışdır. Öz əməkdaşı D. Mak-Duqall ilə birlikdə 1927-ci ildə 1K-dən aşağı temperatur almaq üçün adiabatik maqnitsizləşmə üsulunu və olduqca aşağı temperaturları ölçmə üsulunu yaradır. 1933-cü ildə 0,5K temperatur ala bilir. Eksperimental tədqiqatları elə temperatur intervallarında aparmışdır ki, həmin temperatur intervallarında atomların istilik hərəkətləri praktiki olaraq yoxdur. Bu da ona imkan vermişdir ki, atomların öz vəziyyətlərindəki keçidlərdə energetik dəyişmələri müəyyən edə bilsin.
Vilyam Ciok
Vilyam Ciok (12 may 1895[…] – 28 mart 1982[…], Berkli, Kaliforniya) — kimya üzrə Nobel mükafatçısı. Amerika fiziki kimyaçısı Vilyam Frensis Ciok 1895-ci ilin mayın 12-də anadan olmuşdur (Kanadanın Niaqara-Fols şəhərində). 1920-ci ildə Berklidə Kaliforniya universitetini qurtarmışdır. 1920–1977-ci illərdə həmin universitetdə işləmiş, 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Əsas elmi işləri maddələrin, xüsusi halda olduqca aşağı temperaturlarda kondensləşmiş qazların termodinamiki xassələrinin tədqiqinə həsr olunmuşdur. 1920-ci ildə termodinamikanın üçüncü başlanğıcını təcrübi yoxlanmaq üçün tədqiqatlar aparmışdır. Öz əməkdaşı D. Mak-Duqall ilə birlikdə 1927-ci ildə 1K-dən aşağı temperatur almaq üçün adiabatik maqnitsizləşmə üsulunu və olduqca aşağı temperaturları ölçmə üsulunu yaradır. 1933-cü ildə 0,5K temperatur ala bilir. Eksperimental tədqiqatları elə temperatur intervallarında aparmışdır ki, həmin temperatur intervallarında atomların istilik hərəkətləri praktiki olaraq yoxdur. Bu da ona imkan vermişdir ki, atomların öz vəziyyətlərindəki keçidlərdə energetik dəyişmələri müəyyən edə bilsin.
Yalançı cirə
Cirəgülü (lat. Pimpinella) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Adi cirəgülü birillik bitki olub, hündürlüyü 50-60 sm-dir. Gövdəsi düzqalxan, dairəvi, yuxarı tərəfi budaqlanandır. Kökətrafı və gövdənin aşağı hissəsinin yarpaqları uzun saplaqlı, bütöv və dayaz üçpərli, dairəvi-böyrəkşəkilli formalı, kənarları iridişli, orta uzunluqlu saplaqlı, qovuşuq olmaqla kənarları ikiyə bölünmüş, yan seqmenti normal, son seqmenti isə üçpərlidir.Yuxarı yarpaqları 3 və 5-ə bölünmüş dar xətti seqmentlidir. Çiçəkləri kiçik 5 üzvlü, ağ rəngli olub, mürəkkəb çətir çiçək qrupunda formalaşmışdır. Meyvələri müəyyən edilməyən sallaq meyvədir. Yumurtavari və ya tərs armadvari formalı, yan tərəfdən azacıq yastılaşmış, əsası geniş, zirvəsi isə daralmışdır. Zirvəsi beşdişli, kasacığı və dişiciküstü yarılmış vəziyyətdədir. Meyvənin yuxarı tərəfi kələ-kötür, nahamar, xarici tərəfi qabarıq, daxili tərəfi isə yastıdır.
İssiaka Cire
Ciro Uşio
Ciro Uşio (牛尾 治朗, Uşio Ciro, 12 fevral 1931, Hyoqo prefekturası – 13 iyun 2023) – Yaponiya biznesmeni. 1964-cü ildə "Ushio Inc." şirkətini qurmuşdur. Yaponiya siyasətində təsiri olmuşdur. == Həyatı və karyerası == 1931-ci ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. 1953-cü ildə Tokio Universitetindən məzun olmuş, 1956–1957-ci illərdə Berkli Kaliforniya Universitetində təhsil almışdır. Uşio Yaponiyaya qayıtdıqdan sonra ailə biznesinə – "Ushio Industry" şirkətinə qatılmışdır. 1964-cü ildə ailə şirkətindən ayrılaraq öz şirkətini ("Ushio Inc.") qurmuş və prezidenti olmuşdur. Tez bir zamanda informatika təchizatı, elektronika, yeni materiallar və kosmos kimi yeni texnologiya sahələrinə daxil olmuş, şirkətini böyütmüşdür. 1969-cu ildə Yaponiya Beynəlxalq Gənclər Palatasının sədri seçilmişdir. Rahat korporativ mədəniyyətin tənqidçisi olmuşdur.Uşio 1995–1999-cu illərdə ölkənin ən vacib biznes qurumlarından olan Yaponiya İcraçı Direktorlar Assosiasiyasına rəhbərlik etmişdir.