çiyələk
çiynəmək
OBASTAN VİKİ
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir. == Çiyin sümüyünün sınıqlarının əlamətləri == Sınığın istiqamətindən asılı olaraq əlamətlər: kəskin ağrı; şişkinlik; qançır; deformasiya; qeyri-adi hərəkət; ətrafın qısalması; vəzifəsinin məhdudlaşması baş verir.Yalnız uşaqlarda sınıqlar zamanı çiyin sümüyünün sınıqlarında sınmış sümük fraqmentləri istiqamətini dəyişmir ("yaşıl budaq tipi") və yuxarıda göstərilən əlamətlər inkişaf etmir. == İlk yardım == Sınıq yerindən asılı olmayaraq çiyin sınıqlarında nəqliyyat immobilizasiyası üçün standart şina ilə iki taxta parçasından istifadə etmək olar; birini qoltuqaltı nahiyədən, digərini-yuxarıda əks tərəfdən qoyurlar. Bintləmə zamanı köməkçi zədələnmiş əli 900 bucaq altında əyərək, ətrafı azca bədəndən kənarlaşdırıb bu vəziyyətdə saxlayır, sonra çiyin nahiyəsini–döş qəfəsində, mil-bilək sümüyünü qarın nahiyəsinin yuxarı hissələrində bənd edərək, əli gövdəyə bintləyirlər. Şina qoyulmuş əlin ləçəkvari sarğıdan salınması məqsədəuyğun deyil, ona görə ki, o çiyin oynağının lazımi qədər hərəkətsizliyini təmin etmir. == Həmçinin bax == Çiyin; Sınıqlar; Zədə; Yara; Sarğı; Sümük.
Çiyinayaqlılar
Çiyinayaqlılar (lat. Brachiopoda) — heyvanlar aləminə aid heyvan tipi. Oturaq həyat keçirən dəniz heyvanlarıdır. Bədənin qarın və bel səthini uzunluğu 10 sm-ə qədər olan ikiqapaqlı çanaq örtür. Substrata saplaq vasitəsilə yapışır. Ayrıcinsiyyətlidir. İnkişafı metamorfozladır. 200-ə qədər növü məlumdur. Qazıntı halında tapılmış növlərin sayı 7000-ə çatır. Qalıqlarına Kembri dövründən rast gəlmək olur.
Çiyinayaqlılar (Brachiopoda)
== Quruluşu == Bu tipə aid canlılar əsasən dənizlərin dayaz hissələrində, soyuq sularda rast gəlinən, oturaq həyat tərzinə malik tək-tək yaşayan heyvanlardır. Bədənin bel və qarın hissəsi ikitaylı çanaqla örtülüdür. Buna görə də onların xarici görünüşü ikitaylı molyusklara oxşayır. Çanaqların ölçüləri, adətən, bir neçə santimetr təşkil edir. Ən iriölçülü çanaqlar Magellania venosa növündə rast gəlinir. Onların çanaqlarının uzunluğu 8.5 sm-ə çatır. Çanaqların rəngi, adətən, sarımtıl, çəhrayi və ya boz, bəzi növlərdəqara, narıncı və ya qırmızı rənglərdə olur. Çiyinayaqlıların çanaqları asimmetrik olur. Bu zaman qarın hissəyə aid olan tay nisbətən böyük və qabarıq, bel tayı isə yastı bəzi hallarda isə batıq olur. Tayların arxa hissəsi xüsusi fır (kilid) və ya əzələ vasitəsilə birləşir.

Значение слова в других словарях

древеси́нный ЛДПР не по-де́тски пробрести́ шипу́н градуи́рование неви́дящий нево́льный плагиа́торство пло́скость подсоединя́ть усло́виться жульдеба полишинель bacterian brinkman exam letter-clip snowmobile touch-up vimineous windwardly водочерпалка обод помрачать