Mal-qara alveri ilə məşğul olan adam. (“Koroğlu” dastanının lüğəti)
– Ay bala, çodar olmayıb nə olacaq! Görmürsən pal-paltarını? Görünür ki, bunların yerlərində qoyun çox bahadı. (“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Aman atam, mənim zehnim itirmə,
Bu qılıqda çodar olmaz, hay olmaz!
Beş manat yerinə on beş bağışlar,
Bu qılıqda çodar olmaz, hay olmaz!
(“Eyvazın Çənlibelə gətirilməyi”) (“Koroğlu-Hümmət”)
*
– Ata, dükana bir çodar gəlib, doqquz yüz baş qoyunu var. Bax elə indi onu dükanda qoyub gəlmişəm. (Paris nüsxəsi, 3-cü məclis)