ÇOMAQ

“Kitabi-Dədə Qorqud”da çokan kimi işlədilib. Qədim mənası “toppuz” demək olub. Sancaq yerinə, “çomaqlı iynə” işlədiblər. Qoyunu ayağından tutmaq üçün olan koğaya da çokan (çovkan) deyiblər. Sözün arxetipi çaxmaq feili ilə bağlıdır. Çomaqdan zərbə aləti kimi istifadə olunub, çovkan isə çomağa oxşadığı üçün belə adlanıb (bu söz fars mənşəli hesab edirlər, inandırıcı deyil). Başqa yozum: mənbələrdə çoxmaq kəlməsi “yumru” kimi şərh olunub. Çomağın başı yumru (top­puz) olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÇOLAQ
ÇOPUR

Digər lüğətlərdə