ÇOMAQ

is. Başı yumru ağac; dəyənək. Çomaqla ilanı öldürmək.
– Keçinin əcəli çatanda başını çobanın çomağına sürtər. (Məsəl).
Kişi əlində çomaq; Sürür yüklü öküzü. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇOMAQ ÇOMAQ Paltonun köhnəliyini sübut etmək üçün biçarə Paşa bəy bir çomaq götürüb, paltoya çırpdı, toz qalxıb, duman kimi ətrafı tutdu (Çəmənzəminli); DƏY

Etimologiya

  • ÇOMAQ “Kitabi-Dədə Qorqud”da çokan kimi işlədilib. Qədim mənası “toppuz” demək olub. Sancaq yerinə, “çomaqlı iynə” işlədiblər
ÇOLUQ-ÇOCUQ
ÇOPUR

Digər lüğətlərdə