ÇÖZMƏK
ÇUBUQ
OBASTAN VİKİ
Yüksək çözümlülük
Yüksək çözümlülük (high resolution) – rastr displeylərində və çapda: mətni və qrafikanı kifayət qədər dəqiq (incəliklə) əks etdirən ekranın və ya görüntünün keyfiyyət xarakteristikasıdır. Çözmə kəmiyyəti görüntünü yaratmaq üçün istifadə edilən piksellərin (nöqtələrin) sayı ilə müəyyən olunur: piksellər nə qədər çox olarsa, çözümlülük də bir o qədər yüksək olur. Məsələn, IBM Enhanced Graphics Adapter (640×350 piksel) adapteri ilə müqayisədə IBM Video Graphics Array (VGA) adapteri daha yüksək çözümlü (640×480 piksel) görüntü yaradir. Displeyin çözmə imkanını kifayət qədər, hətta meqapikselli displeylərin (1000×1000 piksel) göstəricilərini aşaraq, artırmaq olar (məsələn, 1600×1200 piksel). Çapa gəldikdə isə, yüksək çözümlülük anlayışından əsasən lazerli printerlərlə və fotoyığım avadanlıqları ilə bağlı istifadə olunur; bu halda çözmə imkanı bir düymdə çap olunan nöqtələrin sayı ilə ifadə olunur. Lazerli çapda çözümlülük təxminən bir düymdə 300-dən 1200 nöqtəyədək olur; sadə fotoyığım qurğularında çözümlülük təxminən bir düymdə 1000 nöqtə, sənaye keyfiyyətli qurğularda isə 1000-2000 və daha artıq nöqtəyə çatır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çözümlülük
Çözümlülük – 1. Kəsilməz kəmiyyətin onun rəqəmli analoqu ilə verilməsinin dəqiqliyi. 2. Görüntünün dəqiqliyini müəyyənləşdirən xarakteristika. Görüntü displeyə çıxarıldıqda onun çözümlülüyü ekrandakı piksellərin sayı ilə müəyyən olunan bir düymdəki nöqtələrin sayına, printerə çıxarıldıqda isə bir düymdəki nöqtələrin sayına deyilir. Bu say da görüntünün dəqiqliyini və keyfiyyətini göstərir. Məsələn, bəzi lazer printerlərinin çözümlülüyü bir düymdə 300 nöqtə, yüksək çözümlülüklü printerlərdə isə bir düymdə 600 – 2000 nöqtə olur. Bəzi hallarda üfüqi və şaquli istiqamətlərdə çözümlülük üst-üstə düşmür. Çözümlülüyün 320 x 200 olması görüntünü əmələ gətirən nöqtələrin iri, görüntünün keyfiyyətinin isə aşağı olmasını göstərir. Çözümlülüyün 1240 x 800 olması görüntünün ibarət olduğu nöqtələrin yetərincə kiçik, görüntünün keyfiyyətinin isə yüksək olması deməkdir.
4K çözümlülük
4K — Kinematoqrafiya məqsədləri üçün bazara təqdim olunan ilk 4K kamera, 2003-cü ildə bazara buraxılan Dalsa Origin-di. 4K texnologiya, Kaliforniya Universiteti, San Diego, CALIT2, Keio Universiteti, Dəniz Yüksək Lisenziya Məktəbi və 2004-cü ildə IGrid və CineGrid kimi məkanlarda müxtəlif nümayişlər gerçəkləşdirən dünyadakı Universitetlərdəki müxtəlif araşdırma qrupları tərəfindən inkişaf etdirilmişdir. == Formatlar == === Rəqəmsal film === Rəqəmsal film ən-boy dərəcəsi piksel görüntü imkanı dərəcəsinə görə dəyişir. Rəqəmsal filmlərdəki ilk yüksək görüntü imkanı standartlarından biri 4K'dır. Xüsusilə komputer oyunlarının inkişafında 4K standartının böyük qatqısı olmuşdur. === PC formatları === ==== UHD ==== Ultra High Definition (UHD), 3840 x 2160 piksel və yuxarı görüntü imaknına verilən addır. Bir UHD monitor, bir Full-HD monitorun dört qatı görüntü imkanı təmin edir. Şaquli görüntü imkanı piksel sayısı (3840) səbəbi ilə kinematoqrafiya 4K standartı ilə qarşılaşdırılaraq "4K" ilə sinonim işlədilir. UHD'nin 4K, 5K, 8K və 10K törəmələri PC monitorlarında işlədilməkdədir. ==== YouTube formatı ==== iyul 2010'da YouTube 4K formatındakı videoların yüklənməsinə qismən olsa da icazə vermişdir.
8K çözümlülük
8K Ultra HD — eni təxminən 8000 piksel olan şəkil və ya displey çözümlülüyü. 8K UHD (7680 × 4320) Rec 2020 (UHDTV) standartında müəyyən edilmiş ən yüksək çözümlülükdür. "8K" termini ümumidir və üfüqi piksel sayı təxminən 8000 olan hər hansı çözümlülüyə aiddir. Bir neçə fərqli 8K çözümlülük müxtəlif təşkilatlar tərəfindən standartlaşdırılıb. 8K çözümlülük 4K-nın davamçısıdır. Televiziya istehsalçıları 2017-ci ilə qədər 4K-nı yeni standarta çevirməyə çalışdılar. CES 2019-da ilk 8K televizorları təqdim edildi. 8K-ya hazır cihazların 2023-cü ilə qədər ildə 11 milyon ədəd qlobal satışla UHD televizorlarının yalnız 3%-ni təşkil edəcəyi proqnozlaşdırılmışdı (Strategy Analytics-in 2018-ci il proqnozu). Bununla belə, televizor istehsalçıları optimist olaraq qalırlar, çünki 4K bazarı gözlənildiyindən daha sürətli böyüyüb, faktiki satışlar 2016-cı ildə proqnozları təxminən altı dəfə üstələyib. 2013-cü ildə bir ötürmə şəbəkəsinin HDTV çözümlülüyü internet sürəti ilə məhdudlaşdı və yüksək məlumat sürətini ötürmək üçün peyk yayımlarına əsaslanırdı.

Значение слова в других словарях