1. Bir şeylə vurularaq tozu çıxarılmaq (yorğan-döşək, geyim, xalça-palaz və s. haqqında).
İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə atıldığını görmək olurdu.
Döşəklərin yunu çırpılır, didilir və təzədən salınır.
2. Bərk səslə örtülmək.
Birdən qapı çırpıldı bərk; Qız diksindi bu zaman.
Hümmət cavab verincəyə qədər qapı çırpıldı.
3. Şappıltı ilə yerə dəymək: yıxılmaq.
Gülüş [Məmişi] otağın içində hərlədi, hıçqırahıçqıra qovladı, birdən sürüşüb üzüüstə döşəməyə çırpıldı.