ÇIRPINMAQ

f.
1. Bərk döyünmək, oynamaq, titrəmək, vurmaq. Ürəyi (qəlbi) çırpınmaq.
– Könül bir quşdur ki, sevməz əsarət: Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət.
[Jasmen:] Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində. H.Cavid.

2. Özünü xilas etmək üçün qanadlarını oynadaraq təlaş içində çalışmaq (quşlar haqqında).
Qızılquş pəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq.
Eldar hələ ölməmiş və çırpınmaqda olan xoruzu götürüb, mənə uzatdı. M.Rzaquluzadə.

3. Zərbə ilə örtülmək, bağlanmaq. Qapı çırpıldı.
4. Səs çıxardaraq toxunmaq, xəfifcə çarpmaq.
Neva çırpınır yatağında: Sudan çıxmış balıq kimi. R.Rza.
Bakıdan beş gün ayrılanda; Yuxuma Xəzər girir; Sarı qumlu sahillərdə çırpınan; Gümüş telli ləpələr girir. N.Rəfibəyli.

5. Üstündəki tozu, torpağı, su damlalarını düşürtmək üçün bədəni şiddətlə sarsıtmaq; silkələnmək. Qoyun çimdiriləndən sonra çırpındı.
– Sərin sabah küləyi boşluğa yayılırdı; Quşlar yuvalarında çırpınıb ayılırdı. R.Rza.

Синонимы

  • ÇIRPINMAQ çırpınmaq bax döyünmək
  • ÇIRPINMAQ çabalamaq — əlləşmək — eşələnmək
ÇIRPINMA
ÇIRPINTI

Значение слова в других словарях

домо́лвить жерёбая зерно́вки нафиксатуа́рить расша́танный самовя́з ба́бкин зата́пливать ко́сточковый перека́лывание плотого́н преподава́тельский приби́ть разлинова́ть шепото́к copying ink guard-fish half-pint kiloampere lens organizational semitonal shrinkage маргаритка сперма