ÇƏKİC

is.
1. Mıx vurmaq, metal döymək və b. bu kimi işlərdə işlədilən metal və ya taxta dəstəyə keçirilmiş müxtəlif formalı metal alət; toxmaq. Çəkiclə mıx vurmaq. Dülgər çəkici. Dəmirçi çəkici. Daşdoğrayan çəkic.
[Camal:] Ay arvad, yadımda ikən get, eyvandan çəkici, beş-altı da mıx qoymuşam, onları gətir. Ə.Vəliyev.

2. xüs. Metalı təzyiqlə işləmək üçün zərbvuran maşın. Buxar çəkici. Pnevmatik çəkic.
3. Atmaq, tullamaq üçün çəkicə oxşar idman aləti. Çəkic atmaq üzrə çempion adı üçün dörd nəfər yarışırdı. “Azərbaycanın görkəmli idmançıları”.

Этимология

  • ÇƏKİC Bu söz qədim mənbələrdə çokan kimi verilib, “zərbə” anlamı ilə bağlıdır. Ruslardakı чеканка kəlməsi də bizdən keçib
ÇƏKİBALIĞI
ÇƏKİCLİ
OBASTAN VİKİ
Çəkic
Çəkic (və ya toxmaq) — mismar vurmaq, metal döymək və başqa bu kimi işlərdə istifadə olunan taxta və ya metal dəstəkli müxtəlif formalı metal alət. Çəkic — insan tərəfindən istifadə edilən ən qədim alətlərdən biridir. Çəkic yığcam kütləyə malikdir. Adətən iki hissədən ibarətdir: zərbə başlığı; dəstək hissəsi — çəkicin dəstəyi müxtəlif materiallardan — metaldan, ağacdan və ya plastmasdan hazırlana bilər. Çilingər çəkici müxtəlif zərbə başlığına malikdir: bərabər ölçülü, daralan. Dülgər çəkici iki hissəyə ayrılmışdır ki, əlavə hissə mismarların çıxarılması üçün istifadə edilir. Bəzən, detala zərər vurmamaq üçün zərbə hissəsi yumşaq materialdan (rezin, mis, qurğuşun) istehsal edilmiş, çəkiclərdən istifadə olunur.
Mexaniki çəkic
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Çəkic sümükcüyü
Çəkic sümüyü (lat. Malleus) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq, boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək hissəsinin uzunluğu 4,3-5,7 mm arasında (8–9 mm), kütləsi isə 25 mq-dır. Çəkic sümüyünün başı-lat. caput mallei (capitulum mallei-BNA), boynu-lat. collum mallei, dəstəsi-lat. manubrium mallei, uzun ınçıxıntısı-lat. processus anterior (Folil) və qısa bayır çıxıntısı-lat. processus lateralis vardır.
Oraq və çəkic
Oraq və çəkic (Unicode: "☭") — kommunizmin simvolu. Oraq çəkicin üzərinə diaqonal olaraq qoyulmaqla əmələ gəlir. Bu iki simvol fermerləri və proletariatı simvollaşdırır. Ən məşhur forması, Sovet İttifaqının bayrağındakı oraq və çəkicin qızıl ulduzla birlikdə istifadə edildiyi formasıdır. Bundan əlavə, bir çox bayraq və emblemlərdə istifadə edilmişdir. Unicode simvol standartında "oraq və çəkic" simvolunun kodu U+262D (☭)-dir. Oraq və çəkic simvolu Sovet İttifaqının yarandığı illərdə, 1917–1918-ci illərdə istifadə olunsa da, 1923-cü ildən rəsmi olaraq istifadə edilməyə başlandı. İlk simvollarda qılınc da var idi. Bu qılınc inqilabın arxasında duran üçüncü qüvvə olan əsgərləri təmsil etmək üçün qoyulmuşdu, lakin Vladimir Lenin bunun çox təhqiramiz bir görüntü olduğunu düşünərək, qılınc təsvirinin kommunist ənənəsinin bir hissəsi olmadığını və qılıncın emblemə daxil edilməməsinə qərar verildi. O zamankı Qızıl Ordunun forma və medallarında, papaqlarında və s.
"Oraq və Çəkic" medalı
"Oraq və Çəkic" medalı — Sosialist Əməyi Qəhrəmanının atributu. == Haqqında == 22 may 1940-cı ildə SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin 22 may 1940-cı il tarixli "Sosialist Əməyi Qəhrəmanları üçün əlavə fərqlənmə nişanları haqqında" Fərmanı ilə təsis edilmişdir. SSRİ-nin ən yüksək mükafatı - Lenin ordeni və Ali Sovet Rəyasət Heyətinin diplomu ilə yanaşı verilir. Ümumilikdə “Oraq və çəkic” medalı ilə 20613 nəfər, iki dəfə 201 nəfər, üç dəfə 16 nəfər təltif edilib.
Oraq, çəkic və yazı fırçası
Oraq, çəkic və yazı fırçası və ya oraq, çəkic və qələm — Şimali Koreyada hakim olan Koreya Fəhlə Partiyası bayrağında yer alan emblem və Çuçxe ideologiyasının simvolu. Kommunizmin klassik simvolu olan, proletariatı və əkinçiləri təmsil edən oraq və çəkic simvolu ilə yanaşı, Koreya gözəl yazı sənəti aləti və ziyalı təbəqəsini təmsil edən yazı fırçası əlavə edilərək yaradılmışdır. oraq, çəkic və yazı fırçası, istifadə baxımından Çuçxe fəlsəfəsinin simvolu kimi də tanınır. Marksist-Leninist əsaslara söykənən Çuçxe fəlsəfəsinin azərbaycanca qarşılığı "Müstəqil mövqe" və "özünü təmin etmək"dir. Şimali Koreyanın qurucusu Kim İr Sen, Çuçxe ideyası ilə doqmatizmi məğlub etməyi qarşısına məqsəd qoymuş, ideoloji sahədə özünü təmin etmək üçün əsas yaratmaq istəmiş və nəticədə Çuçxe konsepsiyası həyatın bütün sahələrinə daxil olmuş və təsir etmişdir. Çuçxe fəlsəfəsinə görə, insan onu digər varlıqlardan fərqləndirən yaradıcılıq, zəka və müstəqillik xüsusiyyətləri sayəsində inkişaf edir, öyrənir və daim irəliləyir. insan instinktlərindən kənarda, yalnız təhsil, müzakirə və yaradıcılıq təcrübəsi vasitəsilə irəliləyə bilər.
Su çəkici
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Çəkicbaşlar
Çəkicbaşlar (lat. Scopidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.
Çəkicbaşlı köpək balığı
Çəkicbaşlı köpəkbalığı (akula) - başları yan tərəflərə (sağa və sola) uzanmış köpək balığı növü. Kəllələrinin quruluşundan digər növlərdən asanlıqla ayırd edilə bilir. Əsasən çox dərin olmayan isti sularda rast gəlinir. İlin isti vaxtlarında soyuq sularda da rast gəlinə bilir. Çəkicbaşlı köpəkbalıqlarının rəngi açıq bozdan yaşılımtıl rəngə qədər dəyişir. Digər köpəkbalıqlarına nisbətən kiçik ağıza sahibdir. Balıqlardan fərqli olaraq heç bir köpəkbalığı növündə, eləcə də çəkicbaşlı köpəkbalığının bədəni pulcuqlar yoxdur, hamardır. Belində və yanlarında (sağda və solda) olmaqla 3 böyük üzgəci və növündən asılı olaraq bir neçə kiçik üzgəci var. . Əsas dayaq sistemini sümüklər deyil, qığırdaq təşkil etdiyindən fosillərində, əsasən, dişlər tapılır. Çəkicbaşlı köpəkbalıqları gündüz sürü şəklində, gecələr isə tək ovlanırlar.
Çəkicbaşlı köpəkbalığı
Çəkicbaşlı köpəkbalığı (akula) - başları yan tərəflərə (sağa və sola) uzanmış köpək balığı növü. Kəllələrinin quruluşundan digər növlərdən asanlıqla ayırd edilə bilir. Əsasən çox dərin olmayan isti sularda rast gəlinir. İlin isti vaxtlarında soyuq sularda da rast gəlinə bilir. Çəkicbaşlı köpəkbalıqlarının rəngi açıq bozdan yaşılımtıl rəngə qədər dəyişir. Digər köpəkbalıqlarına nisbətən kiçik ağıza sahibdir. Balıqlardan fərqli olaraq heç bir köpəkbalığı növündə, eləcə də çəkicbaşlı köpəkbalığının bədəni pulcuqlar yoxdur, hamardır. Belində və yanlarında (sağda və solda) olmaqla 3 böyük üzgəci və növündən asılı olaraq bir neçə kiçik üzgəci var. . Əsas dayaq sistemini sümüklər deyil, qığırdaq təşkil etdiyindən fosillərində, əsasən, dişlər tapılır. Çəkicbaşlı köpəkbalıqları gündüz sürü şəklində, gecələr isə tək ovlanırlar.
Çəkicvuran Rozi
Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu. Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir. İkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu. Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi. 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi. Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu. Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir. Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı. Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi.

Значение слова в других словарях