ÇAVUŞLUQ
ÇƏLƏBİ
OBASTAN VİKİ
Çələb (Bicar)
Çələb (fars. چالاب‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 359 nəfər yaşayır (71 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Fənarizadə Muhiddin Çələbi
Fənarizadə Muhiddin Çələbi (Bursa – 7 yanvar 1548, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == İlk Osmanlı şeyxülislamı Molla Fənarinin oğlu Yusif Bali Fənarinin nəvəsi, Rumeli başqazısı Ələddin Əli Fənarinin oğlu olub, Bursada dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, təqribən 1480-ci ildə dünyaya gəldiyi məlumdur. Əvvəlcə atasından, ardından Xətibzadə Muhiddin və Əfdalzadə Həmiddin Əfəndidən dərslər aldı. 1495-ci ildə təhsilini bitirib, ailəsinin ad-sanından istifadə edərək İstanbulda yeni tamamlanmış Atik Əli Paşa mədrəsəsində müdərris təyin olundu. Daha sonra Bursada və 1513-cü ildə Sahn-ı Səman mədrəsəsində müdərris oldu. 1519-cu ildə Ədirnə, 1520-ci ildə isə İstanbul qazılığına gətirildi. 1523-cü ildə Anadolu, 1524-cü ildə isə Rumeli qazəsgəri seçildi. 15 il davam edən Rumeli qazəsgərliyi dönəmində dövrün bəzi siyasi hadisələrinə qarışdı. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə Xain Əhməd Paşa tərəfindən tərtiblənən bir məsələnin araşdırılmasında vəzifələndirilmiş, ancaq Əhməd Paşa tərəfdarı olan Muhiddin Çələbi bu məsələdə ədalətsiz davranaraq araşdırmanın sonunu Piri Mehmed Paşanın əleyhinə nəticələndirmişdir.
Fəthullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Fətullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi. == Həyatı == Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. == Həmçinin Bax == Azərbaycan ədəbiyyatı == Mənbə == Bakıxanov, Abbasqulu ağa.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Hacı Rəhim xan Çələbiyanlı
Hacı Rəhim xan Hacı Əli xan oğlu Çələbiyanlı (1820-1909) — Məşrutə inqilabının əleyhidarı, general, Cənubi Azərbaycanın Qaradağ bölgəsində yaşayan Çələbiyanlı elinin elxanı. == Həyatı == Hacı Rəhim xan Hacı Əli xan oğlu 1820-ci ildə Qaradağ vilayətinin Kərmədüz mahalının Həsrətan kəndində anadan olmuşdu. 1877-ci ildə böyük qardaşını Çələbiyanlı elinin elbəyiliyindən və sərhəddar vəzifəsindən kənarlaşdırıb, özü yiyələndi. Qardaşı oğlu Kərim xan Rəşidəddövlə ölən günə qədər nə onu, nə də böyük oğlu Nüsrətəssultan Böyük xanı bağışladı. 1883-cü ildə Azərbaycan əyalətinin hakimliyini Əmir Nizam Həsənəli xan Gərrusini təyin etdilər. Həsənəli xanın Qacarlar səltənətində rüşvət almaqda tayı-bərabəri yox idi. O, vəzifəyə təyin olunan kimi adamları bir-bir işdən çıxarır, sonra böyük məbləğdə rüşvət alıb, yenidən bərpa edildi. Əmir Nizam Rəhim xanı da fərmanla sərhədçibaşı vəzifəsindən azad etdirdi. Rəhim xan şaha layiq bir peşkəş düzəldib Həsənəli xana təqdim etdi və yerində qaldı. Həsənəli xan ona üstəlik mirpənc (general-leytenant) rütbəsi və Nüsrətüssəltənə ləqəbini verdi.
Hacı Rəhim xan Çələbiyanlı (kitab)
Hacı Çələbi
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. == Hacı Çələbinin xalqın vəkili təyin olunması == Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hacı Çələbi xan
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. == Hacı Çələbinin xalqın vəkili təyin olunması == Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hezarfən Əhməd Çələbi
Hezarfən Əhməd Çələbi (osman. هزارفنّ أحمد چلبی; 1609, Konstantinopol – 1640, Əlcəzair) — XVII əsrdə Osmanlı imperiyasında yaşadığı güman edilən müsəlman türk alimi. == Ümumi məlumat == Hezarfən Əhməd Çələbinin düzəltdiyi qanadlarla Abbas ibn Firnasdan sonra uçmağı bacaran ilk insan olduğu deyilsə də, onun haqqında yeganə məlumat Səyahətnamədə var. 1623–1640-cı illər arasında IV Sultan Muradın hakimiyyəti dövründə uçma konstruksiyasını reallaşdırdığı üçün, həmçinin dərin elminə görə xalq arasında Hezarfən olaraq adlandırıldığı deyilir. Hezar fars mənşəli söz olub, 1000 deməkdir. Hezarfən isə "elmli", yəni "çox şeyi bilən adam" mənasını verir. Hezarfən Əhməd Çələbinin uçmaqla bağlı çalışmalarında Leonardo Da Vinçidən çox əvvəl bu mövzuda sınaqlar aparan, 10-cu əsrdə yaşamış müsəlman türk alimlərindən biri olan İsmayıl Cövhəridən ilhamlandığı deyilir. Cövhərinin əldə etdiyi nəticələri araşdıran və öyrənən Çələbi quşların uçuşunu tədqiq edərək tarixi uçuşundan əvvəl hazırladığı qanatların möhkəmliliyini ölçmək üçün Ox meydanında sınaqlar apardığı güman olunur.1632-ci il küləkli havada Qalata qülləsindən quş qanadlarına bənzəyən bir vasitə ilə özünü boşluğa buraxan və uçaraq Bosforu keçib 3358 metr kənarda Üsküdarda Doğancılara eniş etdiyi güman edilən Hezarfən Əhməd Çələbi türk aviasiya tarixinin ən diqqət çəkən adamlarından biridir. Bu uçuş haqqında sənədlər indiyə qədər sadəcə Övliya Çələbinin Səyahətnaməsində yer alır.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. == Həyatı == Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. === Həzrəti Mövlananın Çələbi Hüsaməddini özünə həmdəm və xəlifə seçməsi === Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
Musa Çələbi
Musa Çələbi (1388, Osmanlı imperiyası, Bursa – 5 iyul 1413, Osmanlı imperiyası) — Osmanlı şahzadəsi olaraq Fetrət dövründə Ədirnədə Sultan elan edilərək Osmanlıların Rumelidəki torpaqlarında hökmranlıq etmişdir. Musa Çələbi İldırım Bəyazidin doqquzuncu oğlu olaraq dünyaya gəlmişdir. Sultan İldırım Bəyazidin Gərmiyanoğlu Süleyman Şahın qızı Dövlət Şah Xatundan olan dördüncü oğlu Şahzadə Böyük Musa Çələbi ilə qarışdırılmaması üçün Fetrət Dövründə Kiçik Musa Çələbi olaraq da xatırlanmaqdadır. (Kiçik) "Musa Çələbi" qardaşları İsa Çələbi, Süleyman Çələbi və Mehmed Çələbi ilə taxt mübarizələrinə girmişdir. Musa Çələbi 1403–1404-cü illərdə Bursa da Teymurdan fərman alaraq hökm sürmüş, amma daha sonra qardaşı İsa Çələbi tərəfindən buradan uzaqlaşdırılmışdır. 1409-cu ildə qardaşı Mehmed Çələbi ilə görüşərək Ədirnədə Rumeli və Anadoluda hökm sürən qardaşı Süleyman Çələbi əleyhinə bir müqavilə bağlamışdır. Musa Çələbi Rumeliyə keçərək Osmanlı Rumeli torpaqlarında Süleyman Çələbi ilə hərbi mübarizəyə girmişdir. Nəhayət 1410-cu ildə əvvəl Ədirnədə Osmanlı Rumeli torpaqları və sonra Anadolu əraziləri üzərində Sultan olaraq hökm sürən qardaşı Süleyman Çələbini bir basqın ilə Ədirnədən qaçırtmış və onun öldürülməsinə səbəb olmuşdur. Musa Çələbi 1410-cu ildə Osmanlı idarəsindəki Rumeli bölgələrində Osmanlı hökmdarı olaraq Ədirnədə taxta oturaraq 1410–1413-cü illər arasında səltənət sürmüşdür, lakin bu dəfə də 1413-cü ildə qardaşı Mehmed Çələbi ilə girdiyi hərbi mübarizələr sonunda məğlub olaraq1413-cü ildə öldürülmüşdür. Musa Çələbinin Ankara müharibəsindən əvvəlki həyatı haqqında əlimizdə çox az qaynaq var.
Mustafa Çələbi
Mustafa Çələbi (I Bəyazidin oğlu) — 4-cü Osmanlı sultanı I Bəyazid ilə xanımı Dövlət Xatunun oğlu. Mustafa Çələbi (I Mehmedin oğlu) — 5-ci Osmanlı sultanı I Mehmedin oğlu. Mustafa Çələbi(tr) (d. 1917 – ö. 2012) — Türkiyə siyasətçisi.
Mustafa Çələbi (I Bəyazidin oğlu)
Mustafa Çələbi (1380, Ədirnə, Akrotiri və Dekeliya – 1422) — 4-cü Osmanlı padşahı İldırım Bəyazidin Dövlət Şah Xatundan doğulan ən böyük oğludur. Mustafa Çələbi 1402-ci ildə Ankara döyüşündə iştirak etmişdir. Atası ilə birlikdə Əmir Teymura əsir düşmüş və Səmərqəndə aparılmışdır. Atasının vəfatından bir müddət sonra 1405-ci ildə Anadoluya geri qayıtdı, əvvəlcə Niğdəyə, daha sonra isə Kastamonuya getdi. 1416-cı ildə Venesiyanın yardımıyla Rumeliyə və Valaxiya qaçdı və burada bəzi sancaqbəylərinin, eyni zamanda Bizans imperatoru II Manuilin, Valaxiya çarının və bəzi Avropa dövlətlərinin dəstəyini aldı. Topladığı qoşunla Selanikdə I Mehmedlə toqquşdu. Bu döyüşdə ağır itkilər verdi və Selanikə çəkildi. Mustafa Çələbinin Selanikə sığınması I Mehmedlə Bizans imperatoru II Manuil arasındakı münasibətləri pozdu. Münasibətlərin düzəldilməsi üçün qısa zamanda danışıqlar başladı. Nəticədə iki dövlət arasında razılığa gəlindi.
Mustafa Çələbi (I Mehmedin oğlu)
Mustafa Çələbi ya da Kiçik Mustafa Çələbi (1408, Osmanlı imperiyası – 1422) — 5-ci Osmanlı padşahı I Mehmedin ikinci oğludur. Anasının kim olduğu məlum deyil. Eyni illərdə yaşayan İldırım Bəyazidin oğlu Mustafa Çələbi ilə qarışdırılmamalıdır. Gənclik illərini digər şahzadələr kimi sancaqlarda keçirmişdir. Atası I Mehmedin vəfatından sonra meydana gələn Şahzadə Böyük Mustafa üsyanı siyasi vəziyyəti dəyişmiş, bundan qorxan Mustafa Çələbi lələsi Şərabdar İlyas bəyin də təşviqi ilə Qaramanoğullarına sığındı. Karaman və Gərmiyan bəyləri ilə birlikdə Həmid elindən hərəkətə keçən Kiçik Mustafa Bursanı mühasirəyə aldı. Bursa şəhərinin ağsaqqalları Kiçik Mustafanın lələsi Şərabdar İlyasa heyət göndərərək geri çəkilməyini məsləhət gördü. Məsləhətə riayət edən Kiçik Mustafa bu dəfə də İznikə yönəldi və 40 günlük mühasirədən sonra şəhəri ələ keçirdi. Kiçik Mustafa burada İbrahim Paşa sarayına çəkildi və özünü sultan elan etdi. Bütün bu özbaşınalıqdan sonra II Murad 6 sentyabrda Konstantinopol mühasirəsini qaldırdı və Anadoluya keçdi.
Noman Çələbi Cihan
Noman Çələbi Cihan (1885, Çirki[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1918, Sevastopol, Rusiya) — Krım Tatar əsilli xadim. Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dili öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. İmperya güclərindən xalqını qurtarmaq, haqsızlı-ğa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mər-can İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir.
Noman Çələbicihan batalyonu
Noman Çələbicihan batalyonu (ukr. Батальйон імені Номана Челебіджіхана, Krım tatarca: Noman Çelebicihan Batalyonı) — Krım Xalq Respublikasının sədri olmuş Noman Çələbi Cihanın şərəfinə adlandırılmış, Krım tatarlarından ibarət batalyon. Batalyon Krımın anneksiyasında sonra 2015-ci ildə formalaşdırılıb və 18 sentyabr 2016-cı ildə qurulduğunu elan edib. Əsasən Krım sərhəddindəki Xerson bölgəsində fəaliyyət göstərirlər. 560 üzvü olan batalyon Krımın sərhəddində yerləşən Ukrayna Dövlət Sərhəd Mühafizəsi Xidmətinin dəstəsinə kömək göstərir.
Orxan Çələbi
Orxan Çələbi və ya Şahzadə Orxan (1412 – 29 may 1453, Konstantinopol) — bacısı Sultan Fatma xanımla birlikdə Bizans imperiyasına girov olaraq göndərilən beşinci Osmanlı Sultanı I Mehmedin (Çələbi Mehmet) böyük qardaşı və Qasım Çələbinin oğludur. Onun Əli şah, Cihan şah, Vəli Xan və Buğa Xan adlı dörd oğlu var idi. O İstanbulun fəthi zamanı keşiş paltarı geyinərək Konstantinopol şəhərindən qaçmağa çalışarkən Osmanlılar tərəfindən tutularaq edam cəzasına məhkum edilmişdir. Bizans İmperatorluğu mütəmadi olaraq Orxan Çələbini Anadoluya göndərməklə əhalini Osmanlı imperiyasının əleyhinə üsyana qaldıracağı ilə hədələyir və bunu etməmək müqabilində Osmanlıdan xərac alırdı. Fateh Sultan Məhəmməd hakimiyyət başına gəldikdən sonra bu xəracı verməkdən imtina etmişdir. Orxan Çələbi, İstanbulun II Məhəmməd tərəfindən mühasirəyə alınması zamanı 600 əsgəri ilə şəhərin Osmanlılara qarşı müdafiəsində iştirak etmişdir. O, adamlarını Yeddiqüllənin dənizkənarı divarlarına və Yeniqapıya doğru uzanmış olan qala divarları silsiləsində yerləşdirmişdir. İstanbulun fəthindən sonra Şahzadə Orhan rahib kimi geyinərək şəhəri tərk etmək istəyərkən Osmanlı əsgərləri tərəfindən tutularaq edam edilmişdir. Əmir Süleyman Çələbinin oğlu olan və 1420-ci ildə Bursada I Mehmed tərəfindən gözlərinə mil çəkilmiş olan Şahzadə Orxan Çələbi ilə qarışdırılmamalıdır.
Oğru müharibələri (Çələbi)
Oğru müharibələri — Bəhram Çələbinin əsəri. Qırxıncı və doxsanıncı illərin oğru qanunları bir-birindən çox fərqlənir. Bu fərqi başa düşmək olar. İttifaqın dağılması oğru qardaşlığına da birbaşa təsir edib. Zakonniklərin bir qismi bu dövrdən də sağ-salamat çıxaraq öz ənənələrinə sadiqliyini qoruyub saxlamağa müvəffəq oldu. Klassik ənənələrə sadiq oğrulara indi NEP dövrünün oğruları deyirlər. Yeni oğrular isə oğru qanunlarını müasir tələblərə uyğun şəkildə tətbiq edənlərə deyilir. Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislərində cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin əsasən “peşka”lar və ya “döyüşçü”lər qırılırdılar, mübarizə avtoritetlərin qətlinəcən gedib çatmırdı. İttifaq dağıldıqdan sonra isə… Əsərin birinci kitabı 2019-cu ildə Bakı Kitab Klubunda 270 səhifədə nəşr edilib.
Süleyman Çələbi (siyasətçi, 1953)
Süleyman Çələbi (türk. Süleyman Çelebi; 1953, Ordu) — Türkiyə siyasətçisi, həmkarlar ittifaqı üzvü. 1980-ci ildə DİSK Təşkilat şöbəsinə seçilmişdir. 1980-ci il dövlət çevrilişindən sonra DİSK işində mühakimə olunmuş və 4 il həbsdə qalmışdır. DİSK-in yenidən fəaliyyətə başlaması ilə yenidən aktiv həmkarlar ittifaqına qayıtmışdır. 1991-ci ildə Əhməd Fəhmi İşıqlardan sonra DİSK baş katibi seçilmişdir. 1999-cu ildə Türkiyədə keçirilən ümumi seçkilərdən sonra Tekstil-İş şirkətinin prezidenti Rıdvan Budakın vəzifəsini icra etmişdir. 28–30 iyul 2000-ci ildə keçirilmiş DİSK XI Baş Assambleyanın sədri seçilmişdir. 5 oktyabr 2009-cu ildə o, silahlı hücuma məruz qalmışdır. Onun əməliyyatı uğurla keçmiş və həyatı təhlükədən çıxmışdır.
Çələbi (titul)
Çələbi — Azərbaycan və Türkiyədə tarixi titul. Sözün lüğəvi mənası "alicənab" və ya "mərifətli" deməkdir. "Çələb" sözü qədim türkcədə "tanrı" mənasını daşıyırdı və bu titul həmçinin, "tanrının adamı" deməkdir.
Çələbizadə Həsən Paşa
Çələbizadə Həsən Paşa (Ruse – 13 fevral 1791, Şumen[d], Silistrə əyaləti) — III Səlim səltənətində ümumilikdə 10 ay 27 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Ruscuq əyanlarından Çələbi Hacı Süleyman ağanın oğludur. Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. Sultan Mustafa dövründəki rus səfərlərinə qatıldığı və Krım xanı Krım Gərayla birlikdə basqınlarda iştirak etdiyi bilinir. Qapıçıbaşı təyin edilsə də, atası kimi əyan olmaq istədiyini bildirərək bundan imtina etdi. Bu hərəkəti ilə bürokratiyanı qəzəbləndirən Həsən ağa sabiq Krım xanlarından Səlim Gərayın yanına sığınaraq onun vasitəçiliyi ilə bağışlandı və Ruscuqda yaşamasına icazə verildi. Ardından Avstriya cəbhəsindəki müharibələrə qatıldı və sədrəzəm Muhsinzadə Mehmed Paşanın təqdirini qazandı. 8 sentyabr 1773-cü ildə vəzirlik rütbəsilə İlbasan sancaqbəyi təyin edildi. Ancaq verilən tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbilə 1775-ci ilin iyulunda vəzirlikdən uzaqlaşdırıldı. Daha sonrakı illərdə sədarət kəndxudası Çəlik Mustafa Paşanın istəyilə 28 avqust 1787-ci ildə vəzirlik rütbəsi verilərək Vidin mühafizəsi ilə vəzifələndirildi.
Çələbilər məscidi
Çələbilər məscidi ― Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşən XVII əsrə aid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Çələbilər məscidi Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir. 1678-ci ildə Məhəmməd ibn Hacı Qaraman Əhməd tərəfindən tikdirilib. Məsciddə mədrəsə də fəaliyyət göstərib. Burada dini və dünyəvi elmlər tədris olunub. XVIII əsrdə yaşamış Azərbaycan şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Qələndər Çələbi üsyanı
Qələndər Çələbi üsyanı (türk. Kalender Çelebi isyanı) – 1527-ci ildə Anadoluda baş verən şiə ayaqlanması. Baba Zünnun üsyanı kimi, bu ayaqlanma da Sultan Süleyman Qanuni dövründə (1520–1566) çıxmışdır. Ard-arda baş tutan Belqrad, Rodos və Moxac səfərləri səbəbilə xəzinədə yaranan azalmanı aradan qaldırmaq məqsədilə əhalidən toplanan vergilər artırılmış, buna etiraz edən əhali isə Qələndər Çələbi rəhbərliyində ayaqlanmışdır. Üsyana rəhbərlik edən Bektaşı təriqətinin şeyxi Qələndər Çələbi Hacı Bektaş Vəli soyundan gəldiyini iddia edərək özünü şah elan etmiş, Qələndər Şah ünvanıyla Səfəvi şahı Şah İsmayılla əlaqələr qurmağa cəhd etmişdir. Timar torpaqları əlindən alınan sipahilərin də qatılmasıyla sayıları 30 minə çatan üsyançılar Əlbistan yaxınlığında məskunlaşdılar. Üsyan xəbəri Sultan Süleymana səfər dönüşü Petrovaradində verildi. Anadolu bəylərbəyi Bəhram Paşa və Qaraman bəylərbəyi Mahmud Paşa üsyanı yatırmaqla vəzifələndirildilər. Onlar bölgəyə gəlmədən öncə isə Sivas bəylərbəyi Yaqub Paşa üsyançılara məğlub olub geri çəkildilər. Ardından 8 iyun 1527-ci ildə Tokat yaxınlığında Qaraman və Hələb əyalətlərindən gələn dəstək birliklərlə üsyançılara hücum edən Bəhram Paşa yenidən məğlub oldu və Qaraman bəylərbəyi Mahmud Paşa, Alaiyə, Amasiya və Birəcik sancaqbəyləri, eləcə də Qaraman və Anadolu timar dəftərdarları döyüş meydanında həlak oldular.

Значение слова в других словарях