ÇƏKMƏK
ÇƏLƏNG
OBASTAN VİKİ
Çələb (Bicar)
Çələb (fars. چالاب‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 359 nəfər yaşayır (71 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Abadi Mehmet Çələbi
Abadi Mehmet Çələbi (türk. Abadi Mehmet Çelebi; Amasya – 1554) — Osmanlı hüquqşünası. O, təhsilini İstanbulda başa vurmuş, Kamalpaşazadədən dərs almışdır. Mehmet Çələbi fətvada etimad səviyyəsinə yüksəlmişdir. Onun "Məcmua-i fətva" ("Fətvalar toplusu") adlı çap olunmamış bir əsəri var.
Abdurahmanov Rəcəb Çələbi oğlu
Aşıq Çələbi
Aşıq Çələbi, əsl adı Pir Mehmed (1519, Prizren – 1571, Üskub) — Osmanlı bioqrafı, şairi və tərcüməçisi. O, Rumelinin bir çox şəhərlərində kadi vəzifəsini tutmuş, 1568-ci ildə yazdığı "Meşair əş-şüəra" əsəri ilə məşhurdur. Aşıq Çələbi Prizrendə bir seyid ailəsində anadan olmmuşdur. O, 1535-ci ildə vəfat edən atasının ölümündən sonra Filibeyə, oradan da İstanbula köçmüşdür. Orada dövrünün ən yaxşı müəllimlərindən oxuduğu mədrəsəni bitirmiş, mükəmməl təhsil almışdır. Daha sonra Bursada məhkəmə katibi vəzifəsində çalışmışdır. 1546-cı ildə İstanbula qayıtmışdır. Orada müəllimi Əmir Qisin sayəsində məhkəmədə vəzifə almışdır. Bundan sonra o, Rəcəb Çələbinin vəfatından sonra boş qalmış imperator divanında baş etirafçı vəzifəsini almaq istəsə də, fətva idarəsində işə düzəlmişdir.
Bağır xan Çələbiyanlı
Bəhram Çələbi
Bəhram Çələbi — Azərbaycan yazıçısı. == Həyatı == Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləmişdir. == Yaradıcılığı == İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır. 1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib. Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb.
Cavid Çələbiyev
Cavid Çələbiyev (17 may 1992, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2013-cü il Dünya Çempionatının qalibi. == Karyerası == Cavid Çələbiyev 2013-cü ilin iyulunda Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra isə Cavid Çələbiyev Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Cavid Çələbiyev turnirin 1/32 final mərhələsində Tacikistan nümayəndəsi Araz Avzalşoyeva (2:1), 1/16 final mərhələsində isə son olimpiadanın finalçısı olan Monqolustan nümayəndəsi Tugstsogt Nyambayara (2:1) qalib gəldi və Dünya Çempionatının 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Keniya nümayəndəsi Benson Giçaru oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Hindistan nümayəndəsi Şiva Tapa oldu. Bu görüşdə də Cavid Çələbiyev rəqəbinə qalib gəldi (3:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun Qazaxıstan nümayəndəsi Kayrat Yerəliyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.
Cəlalzadə Mustafa Çələbi
Cəlalzadə Mustafa Çələbi (d. 1491, Kastamonu - ö. 1567, İstanbul) — I Süleyman dönəmində yaşamış Osmanlı dövlət adamı və tarixçisi.
Fənarizadə Muhiddin Çələbi
Fənarizadə Muhiddin Çələbi (Bursa – 7 yanvar 1548, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == İlk Osmanlı şeyxülislamı Molla Fənarinin oğlu Yusif Bali Fənarinin nəvəsi, Rumeli başqazısı Ələddin Əli Fənarinin oğlu olub, Bursada dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, təqribən 1480-ci ildə dünyaya gəldiyi məlumdur. Əvvəlcə atasından, ardından Xətibzadə Muhiddin və Əfdalzadə Həmiddin Əfəndidən dərslər aldı. 1495-ci ildə təhsilini bitirib, ailəsinin ad-sanından istifadə edərək İstanbulda yeni tamamlanmış Atik Əli Paşa mədrəsəsində müdərris təyin olundu. Daha sonra Bursada və 1513-cü ildə Sahn-ı Səman mədrəsəsində müdərris oldu. 1519-cu ildə Ədirnə, 1520-ci ildə isə İstanbul qazılığına gətirildi. 1523-cü ildə Anadolu, 1524-cü ildə isə Rumeli qazəsgəri seçildi. 15 il davam edən Rumeli qazəsgərliyi dönəmində dövrün bəzi siyasi hadisələrinə qarışdı. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə Xain Əhməd Paşa tərəfindən tərtiblənən bir məsələnin araşdırılmasında vəzifələndirilmiş, ancaq Əhməd Paşa tərəfdarı olan Muhiddin Çələbi bu məsələdə ədalətsiz davranaraq araşdırmanın sonunu Piri Mehmed Paşanın əleyhinə nəticələndirmişdir.
Fəthullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Fətullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi. == Həyatı == Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. == Həmçinin Bax == Azərbaycan ədəbiyyatı == Mənbə == Bakıxanov, Abbasqulu ağa.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Hacı Rəhim xan Çələbiyanlı
Hacı Rəhim xan Hacı Əli xan oğlu Çələbiyanlı (1820-1909)—Məşrutə inqilabının əleyhidarı, general, Cənubi Azərbaycanın Qaradağ bölgəsində yaşayan Çələbiyanlı elinin elxanı. == Həyatı == Hacı Rəhim xan Hacı Əli xan oğlu 1820-ci ildə Qaradağ vilayətinin Kərmədüz mahalının Həsrətan kəndində anadan olmuşdu. 1877-ci ildə böyük qardaşını Çələbiyanlı elinin elbəyiliyindən və sərhəddar vəzifəsindən kənarlaşdırıb, özü yiyələndi. Qardaşı oğlu Kərim xan Rəşidəddövlə ölən günə qədər nə onu, nə də böyük oğlu Nüsrətəssultan Böyük xanı bağışladı. 1883-cü ildə Azərbaycan əyalətinin hakimliyini Əmir Nizam Həsənəli xan Gərrusini təyin etdilər. Həsənəli xanın Qacarlar səltənətində rüşvət almaqda tayı-bərabəri yox idi. O, vəzifəyə təyin olunan kimi adamları bir-bir işdən çıxarır, sonra böyük məbləğdə rüşvət alıb, yenidən bərpa edildi. Əmir Nizam Rəhim xanı da fərmanla sərhədçibaşı vəzifəsindən azad etdirdi. Rəhim xan şaha layiq bir peşkəş düzəldib Həsənəli xana təqdim etdi və yerində qaldı. Həsənəli xan ona üstəlik mirpənc (general-leytenant) rütbəsi və Nüsrətüssəltənə ləqəbini verdi.
Hacı Rəhim xan Çələbiyanlı (kitab)
Hacı Çələbi
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. == Hacı Çələbinin xalqın vəkili təyin olunması == Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hacı Çələbi xan
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. == Hacı Çələbinin xalqın vəkili təyin olunması == Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hezarfən Əhməd Çələbi
Hezarfən Əhməd Çələbi (osman. هزارفنّ أحمد چلبی‎; 1609, Konstantinopol – 1640, Əlcəzair) — XVII əsrdə Osmanlı imperiyasında yaşadığı güman edilən müsəlman türk alimi. == Ümumi məlumat == Hezarfən Əhməd Çələbinin düzəltdiyi qanadlarla Abbas ibn Firnasdan sonra uçmağı bacaran ilk insan olduğu deyilsə də, onun haqqında yeganə məlumat Səyahətnamədə var. 1623–1640-cı illər arasında IV Sultan Muradın hakimiyyəti dövründə uçma konstruksiyasını reallaşdırdığı üçün, həmçinin dərin elminə görə xalq arasında Hezarfən olaraq adlandırıldığı deyilir. Hezar fars mənşəli söz olub, 1000 deməkdir. Hezarfən isə "elmli", yəni "çox şeyi bilən adam" mənasını verir. Hezarfən Əhməd Çələbinin uçmaqla bağlı çalışmalarında Leonardo Da Vinçidən çox əvvəl bu mövzuda sınaqlar aparan, 10-cu əsrdə yaşamış müsəlman türk alimlərindən biri olan İsmayıl Cövhəridən ilhamlandığı deyilir. Cövhərinin əldə etdiyi nəticələri araşdıran və öyrənən Çələbi quşların uçuşunu tədqiq edərək tarixi uçuşundan əvvəl hazırladığı qanatların möhkəmliliyini ölçmək üçün Ox meydanında sınaqlar apardığı güman olunur.1632-ci il küləkli havada Qalata qülləsindən quş qanadlarına bənzəyən bir vasitə ilə özünü boşluğa buraxan və uçaraq Bosforu keçib 3358 metr kənarda Üsküdarda Doğancılara eniş etdiyi güman edilən Hezarfən Əhməd Çələbi türk aviasiya tarixinin ən diqqət çəkən adamlarından biridir. Bu uçuş haqqında sənədlər indiyə qədər sadəcə Övliya Çələbinin Səyahətnaməsində yer alır.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. == Həyatı == Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. === Həzrəti Mövlananın Çələbi Hüsaməddini özünə həmdəm və xəlifə seçməsi === Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
Musa Çələbi
Musa Çələbi (1388, Osmanlı imperiyası, Bursa – 5 iyul 1413, Osmanlı imperiyası) — Osmanlı şahzadəsi olaraq Fetrət dövründə Ədirnədə Sultan elan edilərək Osmanlıların Rumelidəki torpaqlarında hökmranlıq etmişdir. Musa Çələbi İldırım Bəyazidin doqquzuncu oğlu olaraq dünyaya gəlmişdir. Sultan İldırım Bəyazidin Gərmiyanoğlu Süleyman Şahın qızı Dövlət Şah Xatundan olan dördüncü oğlu Şahzadə Böyük Musa Çələbi ilə qarışdırılmaması üçün Fetrət Dövründə Kiçik Musa Çələbi olaraq da xatırlanmaqdadır. (Kiçik) "Musa Çələbi" qardaşları İsa Çələbi, Süleyman Çələbi və Mehmed Çələbi ilə taxt mübarizələrinə girmişdir. Musa Çələbi 1403–1404-cü illərdə Bursa da Teymurdan fərman alaraq hökm sürmüş, amma daha sonra qardaşı İsa Çələbi tərəfindən buradan uzaqlaşdırılmışdır. 1409-cu ildə qardaşı Mehmed Çələbi ilə görüşərək Ədirnədə Rumeli və Anadoluda hökm sürən qardaşı Süleyman Çələbi əleyhinə bir müqavilə bağlamışdır. Musa Çələbi Rumeliyə keçərək Osmanlı Rumeli torpaqlarında Süleyman Çələbi ilə hərbi mübarizəyə girmişdir. Nəhayət 1410-cu ildə əvvəl Ədirnədə Osmanlı Rumeli torpaqları və sonra Anadolu əraziləri üzərində Sultan olaraq hökm sürən qardaşı Süleyman Çələbini bir basqın ilə Ədirnədən qaçırtmış və onun öldürülməsinə səbəb olmuşdur. Musa Çələbi 1410-cu ildə Osmanlı idarəsindəki Rumeli bölgələrində Osmanlı hökmdarı olaraq Ədirnədə taxta oturaraq 1410–1413-cü illər arasında səltənət sürmüşdür, lakin bu dəfə də 1413-cü ildə qardaşı Mehmed Çələbi ilə girdiyi hərbi mübarizələr sonunda məğlub olaraq1413-cü ildə öldürülmüşdür. == Əvvəlki yaşamı == Musa Çələbinin Ankara müharibəsindən əvvəlki həyatı haqqında əlimizdə çox az qaynaq var.
Mustafa Çələbi
Mustafa Çələbi (I Bəyazidin oğlu) — 4-cü Osmanlı sultanı I Bəyazid ilə xanımı Dövlət Xatunun oğlu. Mustafa Çələbi (I Mehmedin oğlu) — 5-ci Osmanlı sultanı I Mehmedin oğlu. Mustafa Çələbi(tr) (d. 1917 – ö. 2012) — Türkiyə siyasətçisi.
Noman Çələbi Cihan
Noman Çələbi Cihan (1885, Çirki[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1918, Sevastopol, Rusiya) — Krım Tatar əsilli xadim. == Həyatı == Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dili öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. İmperya güclərindən xalqını qurtarmaq, haqsızlı-ğa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mər-can İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir.
Noman Çələbicihan batalyonu
Noman Çələbicihan batalyonu (ukr. Батальйон імені Номана Челебіджіхана, Krım tatarca: Noman Çelebicihan Batalyonı) — Krım Xalq Respublikasının sədri olmuş Noman Çələbi Cihanın şərəfinə adlandırılmış, Krım tatarlarından ibarət batalyon. Batalyon Krımın anneksiyasında sonra 2015-ci ildə formalaşdırılıb və 18 sentyabr 2016-cı ildə qurulduğunu elan edib. Əsasən Krım sərhəddindəki Xerson bölgəsində fəaliyyət göstərirlər. 560 üzvü olan batalyon Krımın sərhəddində yerləşən Ukrayna Dövlət Sərhəd Mühafizəsi Xidmətinin dəstəsinə kömək göstərir.
Süleyman Çələbi
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. == Həyatı == === İlk illəri === Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər. Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi.
Səyahətnamə (Övliya Çələbi)
Səyahətnamə və ya Övliya Çələbi Səyahətnaməsi— Övliya Çələbinin XVII əsrdə yazdığı bir səyahət kitabıdır. On cilddən ibarətdir. Səyahətnamə ilk dəfə 1848-ci ildə "Müntehâbat-ı Evliya Çelebi" adı ilə Qahirə Bulak çap evində nəşr edilmişdir. İkdam qəzetinin sahibi Əhməd Cövdət bəy və Nəcib Asim bəy 1896-cı ildə İstanbulda Pertev Paşa Kitabxanasındakı nüsxəyə əsaslanaraq çap etməyə başladılar. 1902-ci ilə qədər yalnız ilk altı cild nəşr olunurdu. Yeddinci və səkkizinci cildlər Türk Tarix Komitəsi tərəfindən 1928-ci ildə, doqquzuncu və onuncu cildlər isə 1935-1938-ci illərdə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi tərəfindən yeni hərflərlə nəşr edildi. Səyahətnamə 1814-cü ildə Hammer tərəfindən kəşf edildikdən sonra bir çox əcnəbi alim Çələbi haqqında araşdırma apardı və əsərləri bir çox dilə tərcümə edilərək nəşr olundu. Orxan Şaiq Gökyay 1996-cı ildə "Səyahətnamə"nin ilk cildini Latın əlifbasına çevirdi və bu tarixdən sonra əsər daha çox insan tərəfindən öyrənilməyə başlandı 2013-cü ilin iyun ayında UNESCO-nun Dünya Yaddaşı Siyahısına daxil edilmişdir. == Məzmunu == Realist bir gözlə izlənilən hadisələr sadə və aydın, bəzən də fantastik bir povestlə, xalqın anlaya biləcəyi şəkildə yazılmış və xalqın anlaya biləcəyi deyimlərdən çox istifadə edilmişdir. Övliya Çələbi, Səyahətnaməsində gəzdiyi və gördüyü yerləri öz üslubunda təsvir edən 17-ci əsrin nadir yazıçılarından biridir.

Значение слова в других словарях