Çəpni dili — əsasən Qərbi Asiyada danışılmış,[1] türk dil ailəsinin oğuz dil qrupuna aid olan, çəpni tayfasına[2] mənsub ölü dil. Çəpni dili eyni dil birliyi daxilində özünəməxsus sözləri ilə onu bilənlərin bir-birini başa düşməsinə imkan verən xüsusi bir dildir.[3]
Çəpni dili | |
---|---|
Təsnifatı | |
Dil kodları |
Bu dil 1242–1906-cı illər arasında çəpnilər tərəfindən istifadə edilmişdir.[4]
Çəpni dili bir çox başqa türk dilləri ilə paylaşdığı ahəng qanunu kimi qrammatik xüsusiyyətlərə malikdir. Dil cümlə quruluşuna görə ümumiyyətlə subyekt-obyekt-predikat sırasına malikdir.[5] Alman və ərəb kimi dillərdən fərqli olaraq çəpni dilinin qrammatik cinsi (kişi, qadın, cins ayrı-seçkiliyi) yoxdur. Lüğətinin bir hissəsi qədim türkcə[6] və Osmanlı türkcəsi ilə eynidir. Bu, özünəməxsus bir dildir. Bundan əlavə, çəpni dili Azərbaycan, türk və türkmən kimi digər oğuz dilləri ilə aşağı qarşılıqlı anlaşılmazlıq göstərə bilər.[4]
Çəpni dili | Anadolu türkcəsi |
---|---|
Yalazı tunataza özgüidiş. | Silahı karıma verdim. |
Silik manışla halanıyo, ziade gevikleşmen. | Jandarma -bir- yabancıyla geliyor fazla konuşmayın. |
Hontayı paylıhlikmi? | Buğdayı çalalım mı? |
Tunataz velekledi. | Kadın doğum yaptı. |
Elegüne malamat yettik. | Millete rezil kepaze olduk. |
Gücükleme Mehmedou gırana salıkla. | -Sen- oturma, Mehmet'i köy meydanına gönder. |
Narlık velekledi zeele uura. | Güneş doğdu, akşam üstü -buraya- gel. |
İdriso gonuş çiylen gili gili biter? | İdris söyler misin, -bu- verimsiz toprakta mısır yetişir mi? |
Bu dildə danışanların əksəriyyəti Giresun, Ordu, Beşikdüzü, Şalbazarı və Kürtün ərazilərindəndir.[3] Türkiyədə indiki dövrdə "gizli dil"lərdən biri hesab olunur.[8] Türk dilində mövcud olan çəpni ləhcəsi və ya Giresun ləhcəsi çəpni dilinin türkcə versiyasıdır. Çəpni ləhcəsi ilə çəpni dili bir-birindən fərqlidir və eyni zamanda, bir-birinə yaxın ifadələr də mövcuddur. Çəpni ləhcəsinin İstanbul türkcəsi ilə bir neçə fonetik fərqi var.[7]