ÜMUMXALQ Avqust ayının 29-da Çokyakartada biz “Sekaten” adlanan ümumxalq bayramında iştirak etdik (M.İbrahimov); ÜMUMBƏŞƏRİ O günün həsrətilə yaşayır, o günü yaxınlaşdırmağa çalışırdıq ki, ümumbəşəri dostluq və qardaşlıq dövlətlərin də siyasətinə, əxlaqına istiqamət verəcək, həyat tərzini müəyyən edəcək, heç kəs, heç kəsi hədələməyəcəkdir (M.İbrahimov).