ÜRƏKAÇAN

ÜRƏKAÇAN Axı, o [Fərid], ömründə bu qədər gözəl yerlər, ürəkaçan mənzərələr görməmişdi (M.İbrahimov); DİLARA (kl.əd.) Dəhanı gül-şəkər, zülfü dilara; Gibi, qoynu hilli, ey sənəm-sənəm (Nəbati); DİLFİRUZ (arx.) Sitarə: Ox, nə qədər də gözəl, sanki səmadan enmiş bir fıriştəyi-hüsn, yaxud bir alihəyi-ləhndir ki, fəryadi-dilfiruzi yaşıllıqlar altında titrəyə-titrəyə bu qocaman ormanın göbəyinədək yayılır (A.Şaiq); DİLGÜŞA (kl.əd.) Niqabın üzdən aç, ey gül; Kim, olsun dilgüşa məclis (S.Ə.Şirvani); DİLKEŞ (kl.əd.) Ey camalı günəş, zülfləri dilkeş; Cana saldın atəş çıxanda sərxoş (M.P.Vaqif); DİLRÜBA (şair.) Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir (M.İbrahimov); KÖNÜLAÇAN ...Hamı təzə paltarda, süfrəyə çərəz və səməni otu qoyulmuş, könülaçan söz danışır... (Çəmənzəminli); DİLBAZ (kl.əd.); FƏRƏHLƏNDİRİCİ, RƏVANBƏXŞ (kl.əd.).

ÜRƏK
ÜRƏKGETMƏ

Значение слова в других словарях