Şahbuz

coğ. Chahbouz

şahbaz
şahdamar
OBASTAN VİKİ
Şahbuz
Şahbuz — Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2007-ci il tarixli, 511-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Şahbuz Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı.. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsinin adı idi. Şahbuz yaxınlıqdakı hündür yerdə qalıqları qalmaqda olan qədim qalanın adıdır. Məntəqə yaxınlıqdakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz – "sıldırım") sözünün təhrif formasından ibarətdir. Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu. 68 s.
Şahbuz (kənd, Şahbuz)
Şahbuz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Gömür (Şahbuz)
Gömür kəndi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == Adı mənşəcə, türk sözü olub "gömmək", "basdırmaq" mənasını verir. Başqa bir bənzər versiyaya görə isə "Göy ömür" mənasındadır. == Mədəniyyəti == Kənddə yeni tipli orta məktəb(2006), icra numayəndəliyi (2014) binası vardır. Yolların asfaltlanmasi prosesi başa çatdırılıb. == Coğrafiyası == Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, dağlıq ərazidə yerləşir. Geniş otlaqlara və biçənəklərə sahibdir. Ərazidə çoxlu dərman mənşəli bitki əvəlik, şıbbık, ələyəz, qırxbuğum, səhləb, solmazçiçək, çobanyastığı, böyrəkotu və s.), kol meyvələri (yemişan, zirinc, itburnu, böyürtkən, mərmərik qoyungözü, qaraçöhrə və s. vardır. == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başlanmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gömür kəndində 12 evdə 27 nəfəri kişilər 23 nəfəri isə qadınlar olmaqla 50 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı.
Gəlinqaya (Şahbuz)
Gəlinqaya — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin сənub-qərb yamacında yerləşir.– (hünd. 2876,0 m). Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Naxçıvançayın sağ qolu Zərnətünçayın mənbə hissəsində zirvə. Üst Pliosen yaşlı andezit-dasit tərkibli subvulkanik günbəzvari çıxıntıdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının şimal-qərb seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Keçili (Şahbuz)
Keçili — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndi Külüs kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Keçili kənd Soveti yaradılmışdır. Dəniz səviyyəsindən 3000 m hündürlükdə, rayon mərkəzindən 20 km şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Yaxınlığlnda kiçik dağ çayının sağ sahilində erkən orta əsrlərə aid Kolluq yaşayış yeri qeydə alınmışdır. == Toponimika == Keçililər - qədin türk tayfası. Mənşəcə oğuzların kayı (qayı) tayfasından idilər. XI əsrdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmişlər. Orta əsrlərdə Arazın sağ sahilində (indiki Cənubi Azərbaycanda) yaşamış Keçililər Səfəvilər dövründə Naxçıvanda məskunlaşmışlar.Şahbuz rayonunda Keçili kəndinin adı Keçililərlə bağlıdır. Zəngəzur silsiləsinin ətəyindədir.
Keçəldağ (Şahbuz)
Keçəldağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Alp yamacları var. Mərkəzində vulkan püskürmələri olur. Günbəzvari formadadır (hünd. 3118,9 m). Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağının suayırıcısında zirvə. Naxçıvançay və Küküçayın mənbə hissəsində, Qanlıgöldən 3 km şimal-şərqdədir. Qanlıgöl kalderasının şimal-şərq kənarında erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn, cənub-qərb yamacı sıldırımlı konusvari yüksəklikdir.
Kolanı (Şahbuz)
Kolanı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kolanı - Şahbuz rayonunda kənd. Rayonun mərkəzindən 10 km-ş.-də, Yevlax-Laçın-Naxçıvan avtomobil yolunun kənarında. Naxçıvançayın (Arazın qolu) sahilindədir. Əh. 1607 nəfər (2000): bağçılıq və heyvandarlıqla məşğuldur. == Toponimikası == Naxçıvançayın sahilində, ortadağlıq qurşqdadır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalıadlanırdı. XIX əsr Azərb.
Kükü (Şahbuz)
Kükü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin cənub-qərb yamacındadır. Kənd ərazidən axan eyniadlı çayın adını daşıyır. == Əhalisi == Əhalisi 1517 nəfərdir.
Kənd Şahbuz
Şahbuzkənd (əvvəlki adı: Kənd Şahbuz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kənd Şahbuz kənd inzibati ərazi dairəsi tərkibindəki Kənd Şahbuz kəndi Şahbuzkənd, Kənd Şahbuz kənd inzibati ərazi dairəsi Şahbuzkənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası və tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin adı ərazidəki Şahbuztəpə adlanan yüksəkliyin adından alınmışdır. == Əhalisi == Əhalisi 1250 nəfərdir.
Qaladibi (Şahbuz)
Qaladibi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə. Qala hündür qayalığın ətəyində salınmışdır. O, şimal tərəfdən təbii qayalıqla əhatə olunur, şimal, cənub və qərb tərəfdə isə iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmləndirilmişdir. Qala divarının tikintisində düzbucaqlı çıxıntılardan və rizalitlərdən istifadə edilmişdir. Bu tip tikinti texnikası inkişaf etmiş Dəmir dövrü üçün xarakterikdir. Qalanın içərisində daşdan inşa olunmuş dördkünc formalı binaların qalıqları saxlanmışdır. Tədqiqat zamanı aşkar olunan arxeoloji materiallar çəhrayı rəngli keramika parçalarından ibarət olub. Erkən Antik dövr üçün xarakterikdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq çəhrayı rəngdə yaxşı bişirilmişdir.
Qarababa (Şahbuz)
Qarababa — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 2013-cü ilə qədər mövcud olmuş kənd. Qarababa Naxçıvan çayının (Arazın qolu) sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kənd XIX əsrin əvvələrində Hümbət bəy adlı şəxsə məxsus idi. Onun atası Qarababa bəy əvvəlcə rəiyyəti ilə birgə Qarabağda yaşamışdır. Qarabağ xanı ilə arası dəydikdən sonra Naxçıvan zonasında məskunlaşaraq yaşayış məntəqəsi salmışdir. Kənd həmin bəyin adı ilə adlanmışdır. 1809-cu il mayın ortalarında Abbas Mirzə Qovanlı-Qacarın başçılıq etdiyi İran qoşunu ilə Rusiya imperiyası arasında baş verən döyüş məhz Qarababa kəndi ətrafında baş vermişdir. 2013-cü il Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Qarababa kəndi ləğv edilərək Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmişdir.
Qoturdağ (Şahbuz)
Qoturdağ — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Dərələyəz silsiləsinin cənub-şərq yamacında zirvə. Günbəzvari formadadır (hünd. 2050,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun qərb hissəsinə cavab verən Mərzəsuyal silsiləsinin ən yüksək zirvəsi. Naxçıvançayla Nursuçayın suayırıcında, Kolanı kəndindən 2,5 km cənubdadır. Orta Pleystosenin flüviqlasial törəmələrindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimal yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Kolanı-Zırnel antiklinalının cənub-cənub-şərq periklinal hissəsində yerləşir.
Şahbuz (dəqiqləşdirmə)
Şahbuz ‎
Dərə piri (Şahbuz)
Dərə piri, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində ziyarətgah. == Haqqında == Şahbuz rayonunun Nursu kəndinin şimalında, dərənin içərisində ziyarətgah. Pirin binası son zamanlarda təmir edilmişdir. Pir binası beşbucaqlı formadadır. Binanın girişi cənub tərəfdəndir. Onun içərisində bir böyük və iki kiçik müsəlman qəbiri vardır. Pirin içərisində həmçinin biri böyük, biri isə kiçik olmaqla iki qara daş vardır. Pır yerli əhalinin müqəddəs ziyarətgahlarından biridir. İnsanlar bura gələrək qurban kəsir və niyyətlərinin hasil olması üçün ziyarət edirlər. Pirin içərisi xalça və palazlarla döşənmiş, islam müqəddəslərinin rəsmləri ilə bəzədilmişdir.
Qabaqtəpə dağı (Şahbuz)
Qabaqtəpə — Şahbuz rayonu ərazisində dağ (hünd. 2175,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Badamlı kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir. Zirvə hissəsindən və cənub-qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
Qarovulxana dağı (Şahbuz)
Qarovulxana dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1840,8 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan Qabaqtəpə qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində zirvə. Badamlı kəndindən 1,2 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, yamacları erozion dərələrlə yarılmış günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının geniş cənub-qərb qanadında yerləşir. Yamacından şimal-şərq və şimal-qərb istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir.
Qızıl Qışlaq (Şahbuz)
Qızıl Qışlaq (əvvəlki adı: Aşağı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Remeşin kəndi Kükü kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Remeşin kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Remeşin kənd inzibati ərazi dairəsinin mərkəzi Aşağı Remeşin kəndi Qızıl Qışlaq kəndi, Remeşin kənd inzibati ərazi dairəsi Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əhalisi 778 nəfərdir.
Ağbulaq (Şahbuz)
Ağbulaq (əvvəlki adı: Gecəzur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gömür kənd inzibati ərazi dairəsi tərkibindəki Gecəzur kəndi Ağbulaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gecəzur kəndində 13 evdə 30 nəfəri kişilər 24 nəfəri isə qadınlar olmaqla 54 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı. Əhalisi 536 nəfərdir (2009).
Badamlı (Şahbuz)
Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Mədəniyyəti == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir. == Coğrafiyası və iqlimi == Badamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur.
Biçənək (Şahbuz)
Biçənək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Coğrafi mövqeyi == Biçənək Şahbuz rayonunun mərkəzindən 24 kilometr şimal-şərqdə, Zəngəzur silsiləsinin ətəyində, Naxçıvan-Laçın-Yevlax avtomobil yolunun kənarında yerləşən kəndin adıdır. Kənd Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Rayon ərazisində bu kənd adı ilə bağlı Biçənək aşırımı, Biçənək çayı, Biçənək mineral su bulaqları, Biçənək yolu, Biçənək meşəsi, Biçənək körpüsü və sair kimi coğrafi obyekt adları da mövcuddur. Biçənək kəndi keçmiş Zərnətün və Xınzirək kəndləri və Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası ilə həmsərhəd ərazidə yerləşir. Məşhur Batabat yaylağı, Biçənək aşırımı, Fərhad evi, Zorbulaq bu kəndin yaxınlığındadır. Buradakı Əyriqar dağı, Ağ qaya, Qara qaya, Ballı qaya, Sarı qaya, Gəlin qayası, Xəznə təpəsi, Sandıq daş, Miz daş, Saat daşı, At taxta, Yanıq taxta, Yuxarı pay, Orta pay, Bənövşəli dərə, Qara göl, Cilli göl, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Soyuq bulaq, Qiblə bulaq, Qızıl bulağı, Qırxgözlü bulaq, Turşsu və sair kimi yer-yurd adları ərazinin qədim oğuzlara məxsusluğunu təsdiqləyən faktlardır. == Tarixi == Tarixi qaynaqlara görə, Biçənək aşırımı qədim və orta əsrlərdə Naxçıvandan Beyləqana və oradan da Bərdəyə gedən yolun üstündə idi. IX əsr ərəb tarixçilərinin məlumatına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Bu aşırım Naxçıvanla Arranı birləşdirən yeganə yol idi.
Cindağ (Şahbuz)
Cindağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ, Zəngəzur silsiləsinin qərb yamacında yerləşir. Gecəzur kəndindən 3.5 km cənub-şərqdədir (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun şimal yamacında zirvə. Ağbulaq kəndindən 4 km cənub-şərqdədir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran eyniyaşlı dolerit və andezit-dasit tərkibli və izometrik formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Şimal və cənub-qərb yamacları orta pleystosenin flüvioqlasial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Konusvari formadadır, subvulkandır.
Şahbuz kənd
Şahbuzkənd (əvvəlki adı: Kənd Şahbuz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kənd Şahbuz kənd inzibati ərazi dairəsi tərkibindəki Kənd Şahbuz kəndi Şahbuzkənd, Kənd Şahbuz kənd inzibati ərazi dairəsi Şahbuzkənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin adı ərazidəki Şahbuztəpə adlanan yüksəkliyin adından alınmışdır. Əhalisi 1250 nəfərdir.
Şahbuz rayonu
Şahbuz rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Şahbuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Naxçıvan (1978-ci ildən Babək) rayonuna verilmişdi; 1965-ci ildən yenidən müstəqil rayondur. Şimalda və şərqdə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 836,58 km2. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd var. Mərkəzi Şahbuz şəhəridir. Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Dağlıq ərazidir. Ən yüksək nöqtəsi Salvartı (3162 m), Üçqardaş (3156m), Keçəldağdır (3115m).
Şahbuz çayı
Şahbuzçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay.
Şahbuz şəhəri
Şahbuz — Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2007-ci il tarixli, 511-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Şahbuz Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı.. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsinin adı idi. Şahbuz yaxınlıqdakı hündür yerdə qalıqları qalmaqda olan qədim qalanın adıdır. Məntəqə yaxınlıqdakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz – "sıldırım") sözünün təhrif formasından ibarətdir. Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu. 68 s.
5 saylı Şahbuz-Babək seçki dairəsi
Dərə Şahbuz yaşayış yeri
Dərə Şahbuz — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qədim yaşayış yeri. Eneolit dövrünə aid yaşayış yeri rayonunun Külüs kəndindən şimalda, Külüsçayın sağ sahilində yerləşir.. Buradan aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qum qarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır. Keramika nümunələri Qarğalartəpəsi və Şomutəpə abidələrindən aşkarlanan keramika ilə bənzərlik təşkil edir.
Sarıdağ (Şahbuz rayonu)
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Sarnındibiçayın mənbə hissəsindədir. Hündürlüyü 1986,9 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasında zirvə. Külüs kəndindən 4 km-dək cənub-qərbdə, Sarınındibi çayının mənbə hissəsindədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.
Soltanbud dağı (Şahbuz)
Soltanbud dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz və Culfa гayonlarının sərhədində dağ (hünd. 2277,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun suayırıcısında zirvə. Əlincəçayın yuxarı axınındakı sağ Dəmirlisuçay qolunun mənbə hissəsində, Milax kəndindən 5,5 km şimal - şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından şimal-şərq və şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
Səngərtəpə (dağ, Şahbuz)
Səngərtəpə dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1757,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunun cənub yamacında, Nursu kəndinin şimal-şərq kənarında zirvə. Nursuçayın sol sahilindədir. Orta Pleystosenin flüvioqlasial törəmələrindən təşkil olunmuş konusvari yüksəklikdir. Yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Xarabalıq yaşayış yeri (Şahbuz)
Xarabalıq yaşayış yeri — Şahbuz rayonunun Ağbulaq kəndinin şimal-şərqində erkən orta əsrlərə aid yaşayış yeri.
Şahbuz-Babək seçki dairəsi
Şahbuz Dövlət Təbiət Qoruğu
Şahbuz dövlət təbiət qoruğu — Naxçıvan Muxtar Respublikasında qoruq. 16 iyul 2003-cü ildə yaradılmışdır, rəsmi açılışı 18 sentyabr 2004-cü ildə olmuşdur. Qoruğun əsas torpaq sahələri dəniz səviyyəsindən 2200–2400 m hündürlükdəki dağlıq sahələri, Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşir.Naxçıvan MR-sının arid iqlim şəraitində çox zəngin təbii ehtiyatlara malikdir. Dərələyəz silsiləsinin cənub və zəngzur silsiləsinin qərb yamaclarını əhatə edir. Yüksək dağlıq hissəsində alp, subalp, çəmənlikləri formalaşmışdır. Eyni zamanda məşhur Qanel göl, Batabat göllərinin ərazisidə bu qoruğa daxildir. Ərazidə 2899 bitki növü yayılmışdır. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə məskunlaşmasına imkan yaranmışdır. Qoruğun ərazisi geoloji cəhətdən Təbaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə xarakterizə olunur. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin inkişaf tapması landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayır.

Значение слова в других словарях