ŞEYTANLIQ

is. Xəbərçilik, casusluq, çuğulluq. [Dəmirqaya:] Mirzəağa məni aldadıb. O casusdur.
Mən onun etdiyi şeytanlıqlara şahidəm. H.Nəzərli.

□ Şeytanlıq etmək (eləmək) – xəbərçilik etmək, çuğulluq etmək, casusluq etmək, xəbərçiliklə, çuğulluqla məşğul olmaq, şeytanlamaq.
[Namaz:] İndi məlum olur ki, belə ustalıq ilə söz qayırmaq, şeytanlıq eləmək onların işi imiş. M.F.Axundzadə.
[Həsən:] Sən bir fikir elə, qol saatın ilə bilərziyini aparsam, Allahın izniylə on pud qənd alaram, heç də gətirib burada satmaram ki, şeytanlıq edib tutdursunlar. Qantəmir.
[Sərvinaz:] [Fətişin] şeytanlıq eləyib, camaatı nahaqdan tutdurmasından deyəydi. İ.Əfəndiyev.

Синонимы

  • ŞEYTANLIQ iblislik
  • ŞEYTANLIQ xəbərçilik — çuğulluq
  • ŞEYTANLIQ iftiraçılıq — böhtançılıq
ŞEYTANLAMAQ
ŞEYTANSİFƏT

Значение слова в других словарях