ŞILTAQ


1. is. Mənasız tələb, iddia, arzu, istək.
Vəliqulu da başlayıb şıltağı və davamərəkəni. C.Məmmədquluzadə.
[Əlyarov:] Hər yoldan ötənin şıltağından ötrü biz adamlarımızı çölə tökə bilmirik ki? M.Hüseyn.

// sif. Daim şıltaqlıq edən, şıltaqçı.
Dürdanə xanımın qızı Sonanı da, o baş çıxarmadığı şıltaq qızı da indi Qadir görmək istəmirdi. Ə.Əbülhəsən.

// Ağlayıb-qışqırmaqla öz istəyindən əl çəkməyən; inadcıl, inad, tərs. Şıltaq uşaq.
// Kefsizlik, ağrı və s. səbəblər üzündən uşaqlarda ağlamaq və ya çığırmaq şəklində təzahür edən narahatlıq, əsəbiyyət halı.
[Atabala] bu çocuğun nazını çəkir, hər şıltağına dözür. A.Şaiq.

□ Şıltaq etmək (eləmək)1) ağlamaqla narahatlığını bildirmək.
Balaca uşaqlar gecə yatmayıb şıltaq eləyəndə, anaları istəməyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər. C.Məmmədquluzadə;

2) məc. Naz eləmək, özünü ərköyün kimi aparmaq.
Qız çox şıltaq edəndə Bülənd ona nəsihət edərdi. Ə.Əbülhəsən.

2. sif. məc. Dəyişkən, qərarsız, sabit halda olmayan, gözlənilmədən dəyişən. Şıltaq dəniz. Şıltaq hava.
– Necə sakitcə, baxır gör, necə şıltaq Xəzərim; Başqa aylardasa hər dalğası bir dağ Xəzərim. S.Rüstəm.

Синонимы

  • ŞILTAQ ŞILTAQ Ata-anasının bircəsi olduğuna baxmayaraq, Ayaz şıltaq və ərköyün deyil, üzüyoladır, mülayimdir (M
  • ŞILTAQ dəcəl — nadinc — şit
  • ŞILTAQ naz — kef
  • ŞILTAQ dəyişkən — qərarsız
  • ŞILTAQ oynaq — şux

Антонимы

  • ŞILTAQ ŞILTAQ – SAKİT Xəyalat qucaqladı hər şıltaq dalğasını (S.Rüstəm); Kislovodskda səhər açılanda hava sakit və aydın idi (M

Этимология

  • ŞILTAQ Şılta feilindən düzəlib. Şılta isə mənbələrdə rus dilinə придраться kimi tər­cümə olunub. Şıltaq (dara-q qəlibi üzrə yaranıb) “fürsətdən istifadə edər
ŞILLAQLAŞMAQ
ŞILTAQCIL

Значение слова в других словарях

деприватиза́ция заболева́емость истомля́ться лу́скать похра́пывание проте́кция разноре́чие испани́стка парово́з подспу́дный сверли́льщик серда́р address book boardless plough collate deucedly goosery loadstar mill paralleling sequencing дрожжевой империализм лекарство удить