Qəmər adaları


Komorlar, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı[3][4], daha çox Komor adaları adı işlədilir (2002-ci ilədəkFederativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km²( Mayotta (Maore) adası ilə 2235 km²).Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan)Mvali (Moheli)

Komor
komor Udzima wa Komori
fr. Union des Comores
ərəb. الاتحاد القمري
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
«Unité  — Justice — Progrès
(fr. "Birlik, Ədalət, İnkişaf")
»
Himn: KomorcaUdzima wa ya Masiwa
Adalar İttifaqı
Rəsmi dilləri ərəb dili[1], fransız dili[1]
Paytaxt Moroni
İdarəetmə forması Federativ Respublika
Prezident Əzəli Əssumani
Vitse Prezident Nourdine Bourhane
Sahəsi
 • Ümumi 1862 km²
Əhalisi
 • Əhali 780,971 nəfər (165-ci)
 • Siyahıyaalma (15.IX.2003) 575 660 nəf.
 • Sıxlıq 355 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 1 211 million dollar (201-ci)
 • Adambaşına 1 700 dollar (213-cü)
İİİ (2013) 0.429
Valyuta Komor frankı
İnternet domeni .km
ISO kodu KM
BOK kodu COM
Telefon kodu +269
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var.

Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, «ay» deməkdir. Ayın təsviri bayrağında da vardır.

6.VII.1975-ci il tarixindən Komor adaları - müstəqil dövlətdir. Ölkənin prezidenti 26.V.2016 başlayaraq - Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir.

Tarix[redaktə | mənbəni redaktə et]

Komor Adalarının doğru adı Qəmər adalarıdır. Osmanlı qeydlərində və Ərəbcədə bu adla keçər. Qəmər sözü Ərəbcədə "ay" deməkdir. Ancaq Fransızlar bu adı "Komor (Comores)" olaraq oxuyublar və rəsmi olaraq da bu ad istifadə edilmişdir.

Komor Adalarına İslam xıv əsdə gətirilib ve əhali tamamilə Müsəlman olub.Tarixi mənbələrə görə bu adalarda Müsəlmanların gəlməsinə qədər məskunlaşma nəzərə çarpaçaq dərəcədə az olub. Müsəlmanlar bu adalara gəldikdən sonra burada ayrı bir sultanlıq qurdular. Sonralar bu adaların hər birində ayrı-ayrı sultanlıqlar yaradıldı və onlar arasında bəzən müharibələr olurdu.

xvııı əsrdə Tanqanika sahilindən gələrək Böyük Komor adasına yerləşən Şeyx Ngome də Pate adanın xanım sultanının bacısıyla evləndi. Bu evlilikdən doğulan Mwinye Mku adlı şəxs Sultan Əhməd adını alaraq xalasının taxtına keçdi və digər adaları da özünə birləşdirdi. Sultan Əhmədin Böyük Komor Adasındakı rəhbərliyi 1875-ci ilə qədər davam etdi. Ancaq onun sultanlığı dövründə Fransız müstəmləkəçilər Komor adalarına hücumlara başladılar və 1841-ci ildə Mayotta adasını ələ keçirdilər.

Böyük Komorda 1875-ci ildə Sultan Əhmədin yerinə keçən nəvəsi Seyyid Əli fransızlara yanaşmaq və onların himayədarlığı qəbul etmək məcburiyyətində qaldı. Fransızlar Anjuan adasını da 1886-cı ildə Sultan III Abdullahın hakimiyyətidə oldu vaxt özdərinə tabe etdilər. Beləcə , bütün Komor Adaları Fransız hakimiyyətinə keçmiş oldu.

Adalardakı ənənəvi sultanlıq (əmirlik) Fransız hakimiyyəti altında 1912-ci ildə qədər davam etdi. Fransızlar 1912-ci ildə bütün yerli rəhbərlikləri və İslami tətbiqləri ortadan qaldırdılar və Komor adalarını yenə öz hakimiyyətlərində olan Madagaskara tabe etdilər. II Dünya Müharibəsindən sonra Kamor adaları Müsəlmanları müstəqillik uğrunda mübarizələrini sürətləndirdilər və bu məqsədlə Tanzaniyada bəzi təşkilatlar yaratdılar. Bu təşkilatlar sonra Kamor adaları Milli Qurtuluş Hərəkatında birləşərək güclü fəaliyyət başladılar.

Fransa 1974-cü ildə adaların gələcəyi ilə bağlı referendum keçirmək məcburiyyətində qaldı. Açıqlanan nəticələrə görə Mayotte Adası xalqının 65%-i Fransız idarəsinin davamını , digər adalardakı xalqın isə 95%-i müstəqilliyi istəmişdi. Fransa 1 yanvar 1976-ci ildə Mayotta Adasından başqa adaların müstəqilliyini qəbul etdi. Ancaq maraqlıdır ki, qurulan müstəqil respublikanın başçılığına bir qərb heyranı olan Əli Suveylih keçirildi.

Ali Suveylih ölkəsini müasirləşdirmə iddiası ilə İslami sıxışdıraraq aradan qaldırmaq kimi bəzi islahatlar həyata keçirmək surətilə Fransız işğalçılarının bacara bilmədiklərini həyata keçirməyə səy göstərdi. Ancaq 1978-ci ildə Əhməd Abdullah tərəfindən çevriliş etdilərək Ali Suveylih vəzifədən uzaqlaşdırıldı. Yeni başçı oktyabr 1978-ci ildə konstitusiyanı dəyişdirərək dövlətin rəsmi adını Komorlar Federativ İslam Respublikası etdi. Əhməd Abdullah da Fransa ilə yaxşı dolanmağa diqqət göstərməsinə və İslamlaşdırma fəaliyyətini yalnız xalqı özünə bağlamaq üçün istifadə etməsinə baxmayaraq qərblilərin dəstəklədiyi muzdlu əsgərlər tərəfindən özünə qarşı bir neçə dəfə uğursuz çevriliş cəhti edildi. Qərb Əhməd Abdullahın ölkənin İslamlaşdırılmasına əhəmiyyət verməsindən narahat olurdular. Əhməd Abdullah noyabr 1989-cu ildə bir sui-qəsd nəticəsində öldürüldü və yerinə Səid Məhəmməd Cuhar keçirildi.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

Respublika. 2001-ci ilin konstitusiyasina görə prezident 5 il müddəətinə seçilir, namizədlər növbə ilə 3 adadan birindən seçilir. 26.05.2001-26.05.2006 illərdə və 26.05.2016 tarixindən Nqazidja (Qrand Komor) adasından Azali Assoumani, 26.05.2006-26.05.2011 illərdə Ndzvani (Anjuan) adasından Ahmed Abdallah Mohamed Sambi, 26.05.2011-26.05.2016 illərdə Mvali (Moheli) adasından Ikililou Dhoinine olub.

Parlamen (Assambleya) 33 deputatdan ibarət olub bunun 18-i ümumi səsvermə yolu ilə, 15-i adaların Assambleyası tərəfindən seçilir.

Komor Adalarının ordusu 500 nəfərdən ibarət daimi ordu və polisdən və həmçinin 500 nəfərdən təşkil onunmuş Silahlı Qüvvələrdən ibarətdir. Su və Hava təhlükəsizliyinə müqavilə əsasında Fransa məhsuliyyət daşıyır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 806 153 nəfərdir. (iyul 2016-ci il) (Mayotta (Maore) adası ilə birlikdə 1 050 000 nəfərdən çoxdur.)

2012-ci il siyahıyaalmasina görə 724 294 nəfərdir. (Mayotta (Maore) adası ilə birlikdə təxmini 936 900 nəfər)

İllik artım tempi - 2.7%-dir.

Uzun ömürlülük - kişilərdə 61, qadınlar üçün 66 ildir.

Etnik tərkibi - antaloatra (metis Afro Ərəb Malaqas mənşəli) - 95%-də çoxu, Makua (Zənci Bantu) - 1.5%, Ərəblər - 0,5%, Malagaslar - 0,5% və həmçinin: farslar, fransızlar və hindistanlilardan - (0,2%) ibarətdir.

Rəsmi dövlət dili Ərəb və Fransizdir. Əhalinin böyük əksəriyyəti Komor dilində danişir(suaxili və ərəb dilini qarışığı olan dildir.)

Din - əsasən sünni müsəlmanlar, az sayda şiə müsəlmanlar, fransız və Malagas əhali - xristian katolikdir.

Kişilərin 63%-i, qadınların 39%-i oxuyub yaza bilir.(2003)

Əhalini 28% şəhərlərdə yaşayır.

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Komor inkişaf etməkdə olan bir iqtisadiyyata malikdir. Ölkədə həyat standartları yüksək olan insanlar çox deyil . Heyvandarlıqla yanaşı taxıl , kartof və ədviyyat da istehsal edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Central Intelligence Agency, Center N. F. A. The World Factbook (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 1981. ISSN 0277-1527; 1553-8133
  2. http://chartsbin.com/view/edr.
  3. İlham Əliyev Astanada İƏT-in elm və texnologiya üzrə birinci Sammitində iştirak edib Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine. president.az, 10.09.2017  (az.)
  4. Атлас мира. ред. Поздняк Г. В.; Омск: Роскартография, ФГУП «ОКФ», 2007 ISBN 5-9523-0164-9