ŞƏRƏFLİ

sif.
1. Hörmətli, ehtiramlı, sayğılı, vüqarlı, şanlı. Müəllim adı şərəfli addır.
– Adın şərəflidir sənin, ey qadın; Dahilər anası çağrılır adın. S.Vurğun.

2. Hörmət, şərəf, şan-şöhrət gətirən, iftixar doğuran. Şərəfli iş. Şərəfli əmək. Şərəfli zəhmət.

Синонимы

  • ŞƏRƏFLİ şanlı — şöhrətli — hörmətli — möhtərəm — ehtiramlı
  • ŞƏRƏFLİ ŞƏRƏFLİ (şərəf sahibi), ŞANLI [Muxtar bəy:] Mənim nəslim şanlı, şərəfli Turanın cahangiri Teymur xanın nəslindəndir (S

Антонимы

  • ŞƏRƏFLİ ŞƏRƏFLİ – BƏDNAM Bu gün ən şərəfli bir gündür bizə (A.Şaiq); Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır (Ata
ŞƏRƏFLƏNMƏK
ŞƏRƏFSİZ
OBASTAN VİKİ
Şərəfli
Şərəfli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Şərəfli oymağı
Şərəfli oymağı — Ustaclı elinin böyük qollarından biri. Ustaclı elinə bağlanan oymaqlardan biri də Şərəflidir. Şərəfli oymağı Sivasdan sonra Diyarbəkrdə məskunlaşmışdı. Diyarbəkr Osmanlı dövlətinin tərkibinə keçəndən sonra Azərbaycana köçdülər. Azərbaycanda Qaradağda, İrəvanda və sonradan Naxçıvanda yurd tutdular. Bir qolu Astrabadda yerləşmişdi. Bədr xan Ustaclı Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu.
Şərəfli yol
Şərəfli yol (film, 1974)
Şərəfli yukka
Şərəfli yukka (lat. Yucca gloriosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Yavaş böyüyür, təbii mühitdə hündürlüyü 2 m-ə çatan, şarşəkilli kol və ya ağac formasını alır. Tək və ya zəif şaxələnmiş, cod və əyri yarpaqlı rozetləri olan ağacşəkilli gövdəsi vardır. Kökümsov gövdəsi yaxşı inkişaf edir, qısadır, torpaşın səthinə yayılır. Yarpaqların uzunluğu 40-50 sm, eni 6-13 mm, ensiz xətvarı, göyümtül-yaşıl kənarları ağ və ya boz rənglidir, liflidir. Cavan yarpaqları düzünə yuxarıya, kənar yarpaqları isə aşağıya əyilir. Bu yarpaqlar bitkinin aşağı hissəsində narın dişli, təpə hissəsində isə bərk sivri uclu olur. Süpürgə çiçək qrupunun hündürlüyü 1-2 m-dir, qol-budaqlıdır, zəngşəkilli çiçəkləri ağ rəngli, qonur və ya yaşılımtıl çalarlı olub, 6-7 sm uzunluqdadır. Aprel-may aylarında çiçək açır.
Şərəfli Yol (1974)
Kinolent Azərbaycanda neftayırma sənayesinin 100 illiyinə həsr olunmuşdur. Filmdə neftayırma zavodlarında çalışan əmək adamlarının fəaliyyətindən, mütəxəssislərin elmi nailiyyətlərindən danışılır. Qarayev adına Sov. İKP XXII qurultayı adına, habelə Vladimir İliç adına Yeni Bakı Neftayırma zavodları kollektivlərinin nailiyyətləri, əmək qabaqcılları... barədə söhbət gedir. Film Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Şərəfli Yol (1989)

Şərəfli yol (film, 1989)
Şərəfli yol — "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan qısametrajlı sənədli film. Kinolentdə İsmayıllı rayonunun təsərrüfat rəhbərlərindən birinin fəaliyyətindən danışılır. Film İsmayıllı Rayonu İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.
100 illik şərəfli ömür
100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film. == Məzmun == Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. == Film haqqında == XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edilmişdir. Ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünülür. Ssenarisi üzərində üç ildən çox çalışılmışdır. C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatlardan sənədli filmin 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Film əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub. Filmi 40 ölkəyə 100-dən artıq beynəlxalq festivala təqdim ediləcək.
100 illik şərəfli ömür (film, 2019)

Şərəfliqoçhisar
Şərəfliqoçhisar, köhnə adı Qoçhisar — Ankaranın bir bölgəsidir.

Значение слова в других словарях