ƏPPƏK

is. [“ətmək”dən.] Çörək.
Ət yeməz, suyuna əppək doğrar. (Məsəl).
[Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N.Nərimanov.

◊ Əppək olub göyə uçmaq – yox olmaq, qeyb olmaq, yoxa çıxmaq.
Məlikməmmədin düz on dörd yaşı tamam olan gecə o otaqda ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu göyə. (Nağıl).

Синонимы

  • ƏPPƏK əppək bax çörək
ƏNZƏLİ
ƏPPƏKLİ

Значение слова в других словарях