ƏL
(Ucar)
təndir düzəltmək üçün dairəvi gil hissə. – Beş-altı əl qoysan, təndir baş olar
II
(Bakı, Salyan, Şamaxı, Şuşa)
tərəf. – Oların öyləri sağ əldədi (Şamaxı); – Düz get, sora sol ələ dön, elə dönən kimi olların darvazasın görəjəx’sən (Şuşa)
III
(Ağdam, Bakı, Bərdə, Salyan, Şuşa, Tərtər)
dəfə. – İki əl mən getmişəm, bir əl də sən get, no:lar (Ağdam); – Paltarı hələ bir əl yumuşam (Bakı); – Bu əl mən gətirim, gələn əl sən (Bərdə)