1. bax əlləmək 1-ci mənada.
Qara Hüseyn, Nurəddinin qıçını əlləşdirib dedi…
2. Əllə qarışdırmaq, yoxlamaq, axtarmaq, tərpətmək.
Bu kağızları kim əlləşdirib birbirinə qarışdırdı? – Müfəttiş kisənin qabağında oturub işləri əlləşdirdi.
Katibin qarşısındakı kağızları əlləşdirən Dövlət … Veysin üzünə baxdı.
3. icb. Dalaşdırmaq, vuruşdurmaq, qapışdırmaq. Uşaqları bir-biri ilə əlləşdirmək.