ƏTƏNƏ

Ət sözü ilə bağlıdır. İçərisində dölün yerləşdiyi kisəyə (ət kisəsi) deyirlər. Doğuşdan bir qədər sonra (2-6 saat arası) düşür. Hələ tük gətirməmiş, yumur­tadan təzə çıxmış quş balasına bəzi türk dillərində qızıl ətənə cücə deyirlər (bizdə: ətcəbala işlədilir). Rus dilində ətənə sözünün mənası послед kəlməsi ilə ifadə edilir, “sonra düşən” deməkdir. Tuva dilində döl kisəsi kimi də işlədilir, sonqu forması da var. türkmənlər dölyatağı deyirlər. Burada ət sözü döl kəlməsinin sinonimidir. Deməli, ətənə “ət halında olan dölün, yəni ətcəbalanın qabı”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏTƏK
ƏTRAF

Digər lüğətlərdə

багряне́ть изма́тываться испестри́ть карка́с прима́нка су́рик а́бы как грена́жный индикати́в как жизнь? огора́живать оккупацио́нный подду́ть сосно́вый трое́ние натура abash corn chips distingué enclave kitchen-sink take-down video technology корчмарь перевоплощать