ƏZBƏRLƏNMƏK f. Əzbər yadda saxlanmaq, əzbər öyrənilmək, əzbər edilmək. Şeir əzbərlənmişdir. – Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli.