Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Əli Əsğər Əli oğlu
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Aşıq Əli
Aşıq Əli İmamquliyev
Bürhan Əli
Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə. == Hakimiyyət üçün mübarizə == Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi.
Ceyhun Əli
Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis. == Həyatı == Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb. 2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib.
Dev Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Div Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Fəxrəddin Əli
Fəxrəddin Əli Vəli oğlu (10 may 1938, Nüvədi, Meğri rayonu – 8 fevral 2022, Bakı) — Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam. == Həyatı == Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. 8 fevral 2022-ci ildə axşam saatlarında vəfat edib. == Rəssamlıq fəaliyyəti == 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b.
Hz. Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Həsən Əli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlar Həsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Leyla Əli
Leyla Əli (30 dekabr 1977) — təqaüdçü Amerikalı peşəkar boksçudur. O, Məhəmməd Əli, əfsanəvi Amerika boksçusunun üçüncü həyat yoldaşı Veronika Porş Əlidən qızıdır. == Həyatı == == İstinadlar == == Qaynaqlar == http://www.eastsideboxing.com/news.php?p=522&more=1 http://forums.doghouseboxing.com/lofiversion/index.php/t112741.html Arxivləşdirilib 2011-07-25 at the Wayback Machine http://www.womenboxing.com/news062204commentsaliwolfe.htm Arxivləşdirilib 2006-11-12 at the Wayback Machine http://www.wban.org/biog/awolfe.htm Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine http://www.talkingboxing.com/interviews/2005/vondawardinterview.html http://www.imdb.com/name/nm0000738/bio http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine http://proxy.mbc.edu:2380/hottopics/lnacademic/? http://proxy.mbc.edu:2572/entry/blackfirsts/boxing http://www.amazon.com/REACH-FINDING-STRENGTH-SPIRIT-PERSONAL/dp/0786887362 NetGlimse.com (2009). Laila Ali — Biography . Retrieved October 8, 2010 from http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine CBS Interactive (2010). Laila Ali FOLLOWS BOXING CAREER OF LEGENDARY FATHER MUHAMMAD ALI. Retrieved October 10, 2010 from http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine Andrew Rooney. (2003). Years of Minutes. New York: Essay Productions.
Mirzə Əli
Mirzə Əli (təq. 1510, Təbriz – ən geci 1576) — illüminator, rəssam. == Həyatı == Mirzə Əli 1510-cu ildə Təbrizdə doğulub. 1576-cı ildə vəfat edib. == İstinadlar == == Ədəbiyyat == Welch, S. C. Persian Paintings: Five Royal Safavid Manuscripts of the Sixteenth Century. N-Y. 1976 Dickson M.B./Welch S.C. The Houghton Shahnameh. vol. 1—2, Cambridge, Mass. 1981.
Məhəmməd Əli
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Qabar Əli
Qabarəli - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. == Tarixi == 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. == Toponimi == Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qara Əli
Qara Əli (türk. Kara Ali) — Osmanlı İmperiyasında yaşamış ən məşhur cəllad. Qara Əlinin yeniyetməlik və gənclik illəri haqqında məlumat yoxdur. XVII əsrin ortalarında yaşadığı və dövrünün ən məşhur cəlladı olduğu məlumdur. Qara Əli özündən əvvəl Osmanlı İmperiyasında cəlladbaşı olmuş cəllad Süleymanın yanında şagird vəzifəsində çalışmışdır. Həmin dövrdə yaşamış cəlladlar bir qayda olaraq qaraçılardan seçilirdi. Qara Əlinin də əslən qaraçı olduğu ehtimal edilir. Qara Əlinin görünüşü haqqında osmanlı mənbələridə bir sıra qeydlər vardır. Onun iri bədənli olduğu söylənilir. Edam zamanı istifadə etdiyi alətləri üstündə gəzirdiyi və Osmanlı sarayında xidmətçilərin görkəminə görə ondan qorxduqları qeyd edilmişdir.
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Şair Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair Qisseyi-Yusif adlı əsərinin sonunda özü haqqında belə yazır "Bunu düzən zəif bəndə, adı Əli Yarlığağıl, əya rəhim, asi qul Yigirmi dörd rəqəm içrə saldı yılı Rəhmətindən mehribanlıq umar imdi." Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb. Bu səhv fikir şairin xatırlanan bəndindəki "asi quli", yəni "günahkar bəndəni" ifadələrinə istinadən söylənilib. Əslində buradakı "Qul" elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın "bəndəsi, qulu" mənasındadır. Digər tərəfdən ədəbiyyatşünaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, "Qisseyi-Yusif"i tədqiqatçı alimlərdən X. Fleyşeir tatar-oğuz, M, Xautsma, H. Həziz Orta Asiya, K. Brokkelman qədim osmanlı, M. F. Köprülüzadə, Е. Bertels və Əmir Nəcib Xarəzm, Ş. Mərcani, B. Yafarov, Y. Aqişev və X. Usm""anov bulqar, B. Perc tatar abidəsi hesab edirlər.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Səbahəddin Əli
Səbahəddin Əli (25 fevral 1907[…] – 2 aprel 1948[…], Kırklareli) — Türkiyə şairi və yazıçısı. == Həyatı == Səbahəddin Əli (1907–1948) hekayə və roman yazarı kimi tanınır. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918–1921 illəri arası ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur. 1922-ci ildə Balıkesir Müəllim Məktəbinə girir. Burada şeir və hekayələr yazır. Sinif yoldaşları ilə bir sinif qəzeti çıxarırlar.
Səhranın əli
Səhranın əli (isp. Mano del desierto) — Antofaqasta bölgəsində (Çili) Pan-Amerika magistralının 5-ci şossesindən 400 metr məsafədə, Atakama səhrasında heykəldir. Heykəl insanın sol ovcunun sanki torpaqdan çıxmış vəziyyətini əks etdirir. Heykəlin hündürlüyü 11 metrdir. Müəllifi çilili Mario İrarrasabaldır. Müəllifin fikrində onun əsəri insan haqsızlığını, tənhalığını, dərd və əzabını və belə nəzərə çarpan ölçüdə olası — acizliyi və köməksizliyi ifadə etməlidir. Tikinti materialı polad karkasüzərində betondur. Açılış 1992-ci il martın 28-də baş tutmuşdur. Heykəl çəkilişlər üçün məşhur yerdir və bir çox reklam roliklərində və musiqi kliplərində çəkilib. "Əl" tez-tez qraffiti ilə boyanır, buna görə də səlahiyyətlilər onu müntəzəm olaraq təmizləyirlər, xüsusən də 2013-cü ildə Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Antofaqastanın səlahiyyətliləri və ölkənin Turizm Nazirliyi 20 könüllünün köməyi ilə onun təmizlənməsini təşkil etdilər.
Qalanın dibində
Qalanın dibində - Azərbaycan xalq mahnısı. Bu mahnı əsasında rus bəstəkarı Mixail Qlinka öz "Ruslan və Lüdmila" operası üçün xor bəstələmişdi. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov bu mahnını öz "Arşın mal alan" operettasında istifadə etmişdir.
Vəzmək (Mahnişan)
Vəzmək (fars. وزمك‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Əli bin əl-Hüseyn
Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. == Bioqrafiyası == Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb. O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.
Cirəndə
Cirəndə — İranın Gilan ostanında yerləşən şəhər. Cirəndə əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825–1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Eli
Eli — ad. Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. Eli Dükommen — isveçrəli jurnalist, pasifist. Eli Puje — ABŞ aktrisası. Eli Qlader — Norveç rəssamı.
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Qaryagin rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.
Cəbinəd (Həştrud)
Cəbinəd (fars. جبيند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (30 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 35 km qərbdədir.
Adam içində
Adam içində — ANS TV-də yayımlanmış veriliş. == Verliş haqqında == Verilişin ilk qonaqları bəstəkarlar Nailə Mirməmmədli, Elçin İmanov, bəstəkar-müğənni Elza Seyidcahan və cazmen Cavan Zeynallı olub. 2 saat davam edən proqramın ilk mövzusu "müğənnilik sənəti" olub. 2 saat ərzində övladlarını müğənni görmək istəyən analar və müğənnilik arzusu ilə yaşayan gənclər müzakirə olunub. "Adam içində" proqramı həftəiçi hər gün 2 saat, 17:00–19:00 arası birbaşa efirdə olub. Verilişin prodüserləri telejurnalist Afət Rahilqızı və teleprodüser Şahin Əhədovdur. "Adam içində" verilişi sosial tok-şou xarakterlidir. Verilişdə əsasən sosial, ailə münaqişələri, şou-biznes, mistik və gündəmdə olan məsələlər, fövqəladə hadisələr müzakirə edilir. "Adam içində" hər mövzuya uyğun tanınmış qonaqlar və ekspertlər də dəvət olunur. Prodüseri Şahin Əhədov olan, sözügedən verilişin aparıcısı isə Elgiz Əkbərdir.
Avşar eli
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Baseri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Basiri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Bayandur eli
== Bayandur adının mənası == Bayandur adının oğuz-Azərbaycan mənşəli еtnonim olması haqqında oğuz mənbələri tutarlı məlumat vеrir. Məşhur türkoloq M.Qaşğarinin "Divani lüğət-it-türk" əsərində oğüzların 22 boyu göstərilir. Bayandur tayfası da damğası ilə birlikdə adı çəkilir. Bayandur tayfasının adı həm ümümtürk abidələrində, M. Qaşğari, Rəşidəddin, Yazıcıoğlu Əli, Əbdülqazi xan Xivəlinin əsərlərində, həm də Azərbaycan xalqının ən qədim dil-tarix abidəsi olan "Kitadi-Dədə Qorqud" dastanlarında çəkilir. Yazıçı oğlu Əli Rəşidəddinə əsaslanaraq oğuzları 24 boya bölmüş və mənalarını səciyyələndirmişdir. Ona görə, Bayandur sözünün mənası nеmətli dеməkdir. F.Rəşidəddin Bayanduru üçoq tayfasına aid еdir və Göyxanın birinci oğlu olduğunu göstərir. Azərbaycan xalqının qədim tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" da Bayandur xan xanlar xanıdır, "Oğuz еli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandırın adı antroponim, gah da еtnonim kimi qеyd olunur. == Bayandur adının yayılması == "Dədə-Qorqud" toponimikası Azərbaycanla (ümumən Qafqazla) bağlı olduğu kimi, еtnonimiya da Azərbaycan-türk dili və xalqının formalaşmasında bilavasitə iştirak еdən tayfalardan ibarətdir.
Bıçaqçı eli
Bıçaqçı eli — Kirmanda yaşayan türk eli. Tayfanın bir hissəsi Azərbaycanda da məskunlaşmışdır. Bu tayfanın adını daşıyan yer adları hələ də qalmaqdadır (məsələn: Bıçaqçı (Zərdab)). Azərbaycan türklərini təşkil edən qruplardan biri olan Bıçaqçı tayfası mənsublarının ana dili Azərbaycan türkcəsinin cənub dialektində danışırlar. Pierre Oberling Bıçaqçı xalçalarında Azərbaycan və Anadoluya xas xüsusiyyətlər olduğunu bildirərək, bunun onların nə zamansa bu bölgələrdən indi yaşadıqları yerlərə köç etdiklərini göstərdiyini bildirir. == Tarixi == Kermanın Sircan bölgəsində yaşamaqdadırlar. Tayfanın adı türk dilində bıçaq düzəldən mənasına gəlir, lakin Nemethin bildirdiyinə görə, həm də dalaşqan, qəzəbli mənasını da bildirməkdədir. Belə adda türk tayfa adları vaxtilə geniş yayılmışdı. Tayfanın erkən tarixi və haradan gəlməsi barədə çox az məlumat bilinməkdədir. İbn Bətutə Sivas bölgəsində yaşayan əsilzadələrdən biri olaraq Əhməd Bıçaqçı adında birini qeyd etməkdədir.
Bəkəki eli
Bəkəki eli İranın Fars ostanında Şiraz şəhərinin Kuhmərə Sorxi məntəqəsinin Mərvək dağında yaşayan eldir.Bəkəkilər Kuhmərə dilinin Bəkəki dialektində danışırlar və şiədirlər. == Oymaqlar == Rəyisi == Mənbə == Abdulla Şəhbazi, Naməlum el:Frasın Sorxi dağ sakinləri barədə araşdırma, Tehran:Ney nəşri,1986. Abdulla Şəhbazi,Ellər və köçərilər tanıdılması üçün müqəddimə,Tehran:Ney nəşri,1989.
Əli Məmmədov (əmək qəhrəmanı)
Əli Cəlil oğlu Məmmədov (1898–1968) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Əli Məmmədov 1898-ci ildə İliç rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1928-1953-cü illərdə Naxçıvan rayonunun "Azərbaycan" kolxozunda sədr işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Azərbaycan SSR və Zaqafqaziya MİK-lərinə, Azərbaycan KP MK Naxçıvan Vilayət Partiya Komitəsinə üzv seçilmişdir. 24 iyun 1949-cu ildə qoyunçuluğun inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Əli Məmmədov 1968-ci ildə Naxçıvanda vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир.
Əli İsmayılov (əmək qəhrəmanı)
Əli Qurbanəli oğlu İsmayılov (1909, Şərur-Dərələyəz qəzası – 5 oktyabr 1969, İliç rayonu) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1941), Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyat və əmək fəaliyyəti == Əli İsmayılov 1909-cu ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Şərur rayonu) Mahmudkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə H.Aslanov adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Əli İsmayılov 5 oktyabr 1968-ci ildə İliç rayonunda vəfat etmişdir.
Əli Əliyev (əmək qəhrəmanı)
Əli Nağı oğlu Əliyev (1932, Nehrəm, Naxçıvan MSSR – 22 may 1995, Nehrəm, Naxçıvan Muxtar Respublikası) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı == Əli Nağı oğlu Əliyev 1932-ci ildə Azərbaycan Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indi ADAU) məktəbini bitirib. == Əmək fəaliyyəti == 30-ildən çox Babək rayonunun "Kommunizm" kalxozunda birqadir işləmiş, "Usta pambıqçı", "Usta tütünçü", "Usta üzümçü" adlarına layiq görülüb. 1976–1980-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 2 çağırış SSRİ Ali Sovetinin, 2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Gərgin əməyi yüksək qiymətləndirilən Əli Əliyev kalxozçuluq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, 2 dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı", ən əsası 1982-ci ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Bəzgək
Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Güzdək
Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Güzdək qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir. == Əhalisi == Əhalisi 2400 nəfərdir. (2008).
Güzlək
Aşağı Güzlək
Gəzənək
Gəzənək — İranın Mazandaran ostanının Amül şəhristanının Larican bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 323 nəfər və 94 ailədən ibarət idi.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Elm (qəzet)
“Elm” (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı. Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir. == Haqqında == Elm qəzeti 1984-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb. Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb. Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır. Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Çibinlər
Çibinlər (lat. Musca) – milçəklər dəstəsinə aid həşəratdır. El içində deyilən "milçək" sözü həm çibinlər həm də mığılar üçün işlənilir, lakin bu həşərat haqqında daha dərin məlumat toplanırkən bunun ikiqanadlılar sistematikasında yeri dəyişilirdi. Bu həşəratlar qidalanma növünə görə fərqlənir. Yetkinlik vaxtına çatan bəzi növlər heç qidalanmır == Quruluşu == Çibiblərin başında çox çətin quruluşlu gözləri, qısa tükləri (antennaları), və ağız organları yerləşir. Bədəni 3 hissədən ibarətdir. Sağda və solda 3 dənə olmaqla 6 ayağı var.
Çində ali təhsil
Çində ali təhsil — Çin Xalq Respublikasının ali təhsil sistemi == Təhsil sistemi == Çinin ali təhsil sistemi ABŞ-nin və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir. == Təhsil müddəti == Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə sahib ola bilər.
Kommunist (qəzet, erməni dilində)
"Kommunist" qəzeti (erm. Կոմունիստ) — Azərbaycan SSR-də nəşr olunan erməni dilində ictimai-siyasi qəzet, Azərbaycan Kommunist Partiyası MK-nın (1963-cü ilin martınadək AKP MK və Bakı Komitəsinin, 1963-cü ilin martından AKP MK-nın, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin) orqanı. Zaqafqaziyada erməni dilində çıxan ilk sovet partiya qəzeti. Qəzetin ilk nömrəsi 1920-ci il mayın 18-də Bakıda çıxmışdır. 1970-ci illərdə həftədə 6 dəfə, 40000 tirajla, 1981-ci ildə 42000 tirajla nəşr olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəzetin nəşri dayandırılmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir (1970).
Ağacəri eli
Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldikləri məlumdur. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat vermişdir. == Tarixçə == Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar. Mahmud Qaşqarlı, "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir.
Caf eli
Caf (kürdcə: جاف; həmçinin Jahf, Jaaf, Jaf, Caf) İran və İraqın sərhəd bölgələrində yaşayan, qəbilə kimi də tanınan ən böyük kürd tayfasıdır. Onların mərkəzi Süleymaniyyədən Sənəndəc arasındadır. Qəbilə çoxlu Nəqşibəndi və Qədiriyyə tərəfdarları ilə əsasən Şafii məktəbinə bağlıdır. 1114-cü ildə Zaher Beg Jaff tərəfindən yaranmışdır, digər mühüm liderlər Məhəmməd Paşa Jaff, Lady Adela, Osman Pasha Jaff və Mahmud Paşa Jaff idi, onların ata-baba yurdu Şervana qalasıdır. Osmanlı İmperiyası onlara 1700-cü illərdə nəcib bir rütbə olan Paşa adını verdi. Onlar təxminən 4 milyon əhalisi olan Yaxın Şərqin ən böyük kürd tayfasıdır və Babani Sorani dilində danışırlar. 1860-cı illərə qədər Ərdalan Knyazlığını idarə etdilər. == Coğrafi paylanma == Jaff tayfası aşağıdakı şəhər və qəsəbələrdə yaşayır: Helebce, Kelar, Silêmani, Ravansar, Sine, Ciwanrro, Selas-bawecani, Kirmaşan, Xaneqîn. == Tarix == Qərb I Dünya Müharibəsi zamanı, Ely Bannister Soane ilə əlaqə qurduğumuz zaman Jaff qəbiləsi ilə əlaqə başladı. Müharibədən sonra tayfa Şeyx Mahmud Bərzəncinə, bu gün Böyük Britaniyanın İraqda kürd muxtariyyəti təsdiq edilməsi qarşı çıxarıldı.
Cavanşir eli
Cavanşir eli — Qarabağın aparıcı ellərindən biri, XVIII əsrdə xanlıq qurmuşdu. == Tarixi == Qədim monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı. Goranda və orunda xandan, xaqandan solda ən hörmətlilər dururdular. Bu sistem orduda da gözlənilirdi. Ordunun sol cinahında döyüşənlər "caban qar" — sol qol, sağ cinahında döyüşənlər isə "baran qar" — sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanlılar, Çobanlılar, Cəlayırlar, Barlaslar (Teymurlular) və digər qurumların ağalıq dönəmlərində ordunun aparıcı qolu caban qar idi. Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü. Cavanşir adını yozanlar arasında tarixçi Rzaqulu xan Hidayət də var. Rzaqulu xan "Rövzzətüs-səfa" adlı əsərində İbrahimxəlil xan Sarıcalı-Cavanşirdən bəhs edərkən yazır: "Cavanşir elinin əsli Türkistandan olaraq Oşir xan nəslindəndir.
Cəbrayıllı eli
Cəbrayıllı eli — Qarabağın ellərindən biri. == Elin tarixi == Orta çağda Cəbrayıllı Əhmədli elinin oymaqlarından biri idi. Əhmədli eli Dizaq nahiyyəsində məskunlaşmışdı. 1588-ci ildə Osmanlıların Qarabağa yürüşü zamanı Əhmədli eli sünnü olmaq nədəniylə heç yana qaçmayaraq yurdunda qaldı. Dirəniş göstərmədən osmanlı ordusuna tabe oldu. I Şah Abbas Səfəvi 1606-cı ildə Qarabağı yenidən ələ keçirəndən sonra dönüklərə divan tutulmasını əmr etdi. Əhmədli elinin başçıları cəzalandı. Qorçubaşı Allahqulu bəy Qəpanaoğlu-Qacar dönükləri talan və tarac etdi. 1615-ci ildə elin Mazandarana sürülməsinə buyruq verildi. Sürgünə şahın iki adlı-sanlı ərkanı Lətifxan bəy davatdar Qacar və Isfəndiyar bəy Ərəbgirli-Şamlı başçılıq edirdi.
Cəlali eli
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlayır eli
Cəlayır eli — azərbaycanlıların etnogenezində iştirak etmiş tayfa. == Tarixi == Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər. Cəlayırlar Azərbaycana və İrana monqol işğalları zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş tümənbaşı Bala-noyonu, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim Munkasar-noyonu, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqedey uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb. Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü. Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır.
Ay Molla əmi (qəzet)
Ay Molla əmi (qəzet) - Qacar hökumətində bilavasitə mürtəce və Məhəmmədəli Mirzənin sarayına bağlı qüvvələrin orqanı sayılan, 1908-ci ildə Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilən qəzet. == Qəzetin nəşri == XXI əsrin sonlarından İranda Qacar hökuməti əleyhinə kortəbii sıçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. XX əsrin əvvəllərində Azərbaycanın Güneyində yaşayan türklərdə «Hümmətçilikdən millətçiliyə» keçmə meylləri yaranırdı. Tədrisin türk dilində aparıldığı məktəblər qurulur, türkcə mətbuat yaranırdı. Belə bir dövrdə çap edilən Azərbaycan türkcəsində dərc edilən mətbu orqanlarından biri də «Ay Molla əmi» adlanan qəzet olmuşdur. Bu qəzet Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilirdi. Dövrün mürtəce qəzetlərindən olan əyləncəli «Ay Molla əmi» İslamiyyə cəmiyyəti tərəfindən 1908-ci ildə (h.q.1326) həm fars, həm də Azərbaycan dillərində çap olunurdu. Azərbaycan türkcəsində olan «Ay Molla əmi» qəzeti qəbul olunmuş qaydada əsasən kiçik həcmdə Bəsirət məktəbinin müdiri, eyni zamanda «Üxüvvət», «İttihad» və «İslamiyyə»nin qəzetlərinin rəhbəri olan Mirzə Əhməd tərəfindən Təbrizdə çap olunurdu. «Ay Molla Əmi», başqa bir mənbəyə istinadən, Mirzə Həsən və Səidüssoltanın rəhbərliyi altında nəşr olunurdu.