Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli[4], lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir[5]. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır.[6]
Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər[7], 1918-ci ildə 135 nəfər[8] yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin bütün sakinləri zorla 1948–1953-cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.