Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağasəf
Ağasəf — ad. Ağasəf Haqverdiyev — Böyük Vətən müharibəsi iştirakçısı. Ağasəf Mövsümov — texnika elmləri doktoru, professor.
Ağasəf Haqverdiyev
Ağasəf Tağı oğlu Haqverdiyev və ya Haxverdiyev (29 mart 1924, Salyan rayonu) — Böyük Vətən müharibəsi iştirakçısı, 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının iştirakçısı olub. == Həyatı == 29 mart 1924-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. 1941–1942 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1942-ci ilin avqustundan 1943-cü ilə qədər 26 Bakı komissarı adına Tbilisi Topçu Məktəbinin kursantı olmuşdur. Oranı bitirdikdən sonra taqım atəş komandiri və 3-cü Cənubi Ukrayna Cəbhəsi batareya komandiri kimi xidmət etmişdir. Şimali Qafqaz, Ukrayna, Moldova, Rumıniya, Macarıstan, Avstriya və Yuqoslaviya ərazilərində vuruşmuş, döyüşlərdə yaralanmışdır. Müharibədən sonra Hərbi Komissarı sistemində çalışmışdır. Bakı Veteranlar Komitəsinin sədri, MDB dövlətləri veteranları Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Ağasəf Haqverdiyev I və II dərəcəli Vətən Müharibəsi ordenləri , Qırmızı Ulduz ordeni, 14 medalla təltif olunmuşdur. 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının, 1985 və 1990-cı ildə keçirilən paradların iştirakçısı olub.
Ağasəf Mövsümov
Mövsümov Ağasəf Ağakərim oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Mövsümov Ağasəf Ağakərim oğlu Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirərək, "Azərneft" İB-də turbin qazıması idarəsinin texniki şöbəsində texnik kimi əmək fəaliyyətinə başlayaraq, texniki şöbənin rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1952–1954 və 1956–1960-cı illərdə "Neft Daşları"nda sahə və texniki şöbənin rəisi, böyük mühəndis, qazıma kontorunun direktor müavini işləmişdir. 1959-cu ildə "Böyük meyilli maili quyuların qazılması zamanı seksiyalı turboburun tətbiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1960–1973-cü illərdə AzETNÇİ-da "Kəşfiyyat quyularının qazılması" şöbəsinin və "Dərin quyuların qazılması problemləri" laboratoriyasının rəhbəri işləmişdir. 1965-ci ildə "Quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin hidrodinamiki tədqiqatları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1973–2001-ci illərdə Dəniz neft-qaz sənayesi DLİ-da qazıma məsələləri üzrə direktor müavini işləmişdir. == Elmi fəaliyyəti == Mövsumov A. A. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: mayelərin özlü-plastik xassələri. Mövsümov A. A. 270-dən artıq elmi məqalənin müəllifidir.
Ağasəfa
Yəhyayev Ağasəfa Qafur oğlu (8 sentyabr 1942, Qarabulaq (Xızı), Xızı rayonu) — şair, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990). == Həyatı == Ağasəfa 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993) vəzifələrində işləmişdir. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993-1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən). Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev və b.
Ağasəfər Mustafayev
Ağasəfər Hüseynqulu oğlu Mustafayev (9.1.1894, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == İkinci Bakı kişi gimnaziyasını bitirmiş (1913), 1918-ci ilədək Rusiyanın Don (Novoçerkassk) Universitetinin fizika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb, geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdir. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Rövşanə Ağasəfqızı
== Haqqında == Rövşanə Ağasəfqızı - 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Ağasif Şakiroğlu
Ağasif Şakiroğlu (Ağasif Şakiroğlu; 30 sentyabr 1988, Bakı) — azərbaycanlı siyasətçi, Gələcək Azərbaycan Partiyasının sədri. 2012-ci ildən Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olan Şakiroğlu, 2014-cü ildən Azərbaycan Demokratik Gənclər Hərakatının təsiscisidir.[mənbə göstərin] == Həyatı == Ağasif Şakiroğlu 30 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə 276 saylı orta məktəbi bitirmişdir və bitirmiş və həmin il Müstəqil Azərbaycan Universitetinin (MAU) Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuşdur. Ardınca, ali təhsilini Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Beynəlxalq Münasibətlər fakültəsində davam etdirmiş, lakin tamamlamamışdır. 2012-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakultəsinin qiyabi bölməsinə qəbul olmuş, 2017-ci ildə ali təhsilini bitirmişdir.[mənbə göstərin] == Fəaliyyəti == 2006-cı ildən ictimai-siyasi həyata qoşulan Ağasif Şakiroğlu bir qrup gənclə bərabər "Azərbaycan Demokratik Gənclər Hərəkatı" adlı qurum təsis edərək ictimai-siyasi fəaliyyətə başlamışdır. [mənbə göstərin] 2007-ci ilin sonlarında isə Müsavat Partiyasına qoşulub.[mənbə göstərin] 2008-ci ildə 7 fərqli gənclər hərəkatlarının birləşməsi nəticəsində yaradılmış HƏDƏF Gənclər Koalisiyasının sədri seçilmişdir. 2011-ci ilin dekabr ayının 19-da üzvü olduğu Müsavat Partiyasından istefa verərək, öz siyasi fəaliyyətini Azərbaycan Respublikasının eks-spikeri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasında (ACP) davam etdirmişdir. 2012-ci ilin fevral ayının 13-ü eks-spiker Rəsul Quliyevin müşaviri təyin edilmişdir.2013-cü ilin yanvar ayının 12-də isə eks-spiker Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olaraq çalışmaqdadır. 2013-cü ilin noyabr ayından eks-spiker Rəsul Quliyev ACP liderliyindən ayrıldığından və dekabr ayında ACP-nin bir partiya olaraq fəaliyyətinə xitam verildiyindən Ağasif Şakiroğlu da ACP-dən təmsil etdiyi Rəsul Quliyevlə bərabər ayrılmışdır. 20 dekabr 2013-cü il tarixində yeni Gələcək Azərbaycan adlı siyasi partiya təsis edən Ağasif Şakiroğlu və tərəfdarları 23 fevral 2014-cü ildə ilk təsis qurultaylarını keçirtmişlər.Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu 5 il müddətinə Gələcək Azərbaycan Partiyasının sədri seçilmişdir.
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır.Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018 ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə «Ocaq» adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir. Kəndin çox yaşlı, hətta dünyasını dəyişmiş sakinlərinin dediyinə görə bu yerdə bir seyyidə qadın dəfn olunub və o, əvvəlcə Alar, sonralar isə Solqard kəndində yaşayan seyidlərin qohumu olmuşdur.
Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Asif, Vasif, Ağasif (film, 1983)
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Ağarəfi Ağayev
Ağarəfi Hilal oğlu Ağayev (1911, Maştağa, Bakı qəzası – 1978) — kimya elmləri doktoru, professor. == Həyatı == Ağarəfi Ağayev 1911-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində bəy ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət fakültəsinə daxil olmuş, 1931-ci ildə həmin fakültəni bitirmişdir. 1934-cü ilə qədər orta məktəb direktoru işləmişdir. 1934-cü ildə Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuş, 1938-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildən onun sonrakı fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. O, 1970-ci ilə qədər BDU-nun Qeyri-üzvi kimya kafedrasının dosenti, 1952–1957-ci illərdə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. 1947–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1954–1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda da dərs demişdir. 1972-ci ildə "qeyri-üzvi kimya" ixtisası üzrə professor adını almışdır. 1971–1978-ci illərdə BDU-nun Kimya-texnologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Ağabək
Ağabək — Sürməli qəzasında kənd adı == Toponimik izah == Ağabək — İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. Ağabək şəxs adındandır. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Ağabəy
Ağabəy (Təkab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. Ağabəy (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.
Abasət İsayev
Abasət İsa oğlu İsayev (7 oktyabr 1948, Kotam, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Abasət İsayev 1948-ci il oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində[mənbə göstərin] anadan olmuşdur. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası aspiranturaya daxil olub.[mənbə göstərin] Burada selen yaımkeçiricisinin elektron xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1976-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Abasət İsayev 2017-ci ildə professor elmi adını alıb. === Elmi-pedeqoloji fəaliyyəti === Onun həm namizədlik, həm də doktorluq dissertasiyası kristal və amorf selen və selen əsasında olan yarımkeçirici sistemlərdə elektron proseslərinin tədqiqinə həsr olunmuşdur. Abasət İsayev tərəfindən ilk dəfə olaraq selen monokristalında bir sıra qeyri-tarazlıqlı proseslər (qalıq və mənfi fotokeçiricilik, foto və elektro-stimulyasiya effektləri, anomal fotokeçiricilik, fotocərəyanın alçaq tezlikli rəqsləri və s.) müşahidə edilmiş və həmin effektlərin kompleks şəkildə tədqiqi nəticəsində yükdaşıyıcıların generasiya-rekombinasiya proseslərini və dreyfini idarə edən müxtəlif təbiətli baryerlərin parametrləri təyin edilmiş, həmin proseslərin mexanizmi aydınlaşdırılmışdır. İsayev 1994-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir və 2015-ci ildən Fizika institutunun magistrantlarına müxtəlif fənnləri tədris edir. O, 1994–2010-cu illərdə Bakı şəhərindəki 289 saylı məktəbdə (Zəngi liseyində) fizika fənnini tədris edib. Abasət İsayev 2004–2011-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin Fizika fənni üzrə Elmi-Metodiki Şurasının sədr müavini, 2008-ci ildən isə Dövlət İmtahan Mərkəzində Fizika fənni üzrə ekspert olmuşdur.[mənbə göstərin] == Elmi əsərləri == Abasət İsayev 130 elmi əsərin müəllifidir və bunlardan 60-ı ölkədən xaricdə, 40-ı isə beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunmuşdur. O, 4 müəlliflik şəhadətnaməsi və patentin sahibidir.
Asəf Ağayev
Ağabəy (Təkab)
Ağabəy (fars. اقابيك‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (27 ailə).
Ağabəy Azərbaycani
Ağabəy Azərbaycani (13 iyul 1939, Tehran) — Almaniyanın "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, professor, Amerikanın MİR humanitar tibb Cəmiyyətinin qurucusu və rəhbəri . == Həyatı == Ağabəy Azərbaycani 1939-cü ilin 13 iyul Tehran şəhərində anadan olub. Atası professor Tahir Ağabəy Azərbaycani Tehran Universitetinin Malerioloji İnstitutunun direktoru olmuşdur. Maleriya xəstələyinin İranda kökünün kəsilməsində böyük əməyi olub. Anası Siddiqə Heyət professor Cavad Heyətin böyük bacısıdır. İranda Təhsil nazirliyinin baş müşaviri və Qızlar Pedoqoji Universitetinin rektoru olub. Ana babası Əli Heyət uzun illər İranda məhkəmə sədri, ədliyyə naziri işləmiş, müxtəlif vəzifələrdə çalışmışdı. Ata babası Hacı Qasım XIX əsrin 50-ci illərində, təxminən 165 il əvvəl Almaniyada çap təhsili aldıqdan sonra mətbəə avadanlıqları alıb İrana gətirmək istəsə də, Sultan Əbdülməcid imkan verməmiş, onu İstanbulda saxlamışdı. O, ilk mətbəəni də burada qurmalı olmuş, sonralar mədəniyyət naziri işləmişdi. === Uşaqlıq illəri, təhsili === 4 yaşında məktəbə gedib.
Ağabəy Məmmədquliyev
Ağabəy Zaur oğlu Məmmədquliyev (15 iyun 2001, Korgöz – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 iyun 2001-ci ildə Qaradağ rayonunun Korgöz qəsəbəsində anadan olmuşdur. Bakı şəhər 197 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Ağabəy Məmmədquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmətinin müharibəyəqədərki son günləri Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağabəy Novruzbəyli
Ağabəy Novruzbəyli (tam adı: Ağabəy Oqtay oğlu Novruzbəyli; 23 may 1971, Bakı, Azərbaycan SSR, SSRİ – 27 may 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Ağabəy Novruzbəyli 23 may 1971-ci ildə Bakı şəhərində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin kimya-texnologiya fakültəsində oxuyurdu. Bundan əlavə, tarix ilə də maraqlanırdı. 1905–1920-ci illərin Azərbaycan tarixi ilə daha çox maraqlandırırdı. == Qanlı Yanvar faciəsi == Qara Yanvar hadisələrindən sonra müxtəlif rəsmi qurumlara müraciətlər etsə də, bu müraciətlər cavabsız qalmışdır. Bu səbəbdən, 19 may 1990-cı ildə gündüz saat 16 radələrində oxuduğu institutdan gətirdiyi kalium-dixromat zəhəri ilə sui-qəsd etmişdir. Zəhəri qəbul etməzdən öncə son yazısında qeyd etmişdir: Sui-qəsd etdikdən sonra cəmi 7 gün yaşamış, 27 may 1990-cı il tarixində vəfat etmişdir. Pirşahı ailə qəbiristanlığında dəfn olunmuşdur. == Xatirəsi == Bakı şəhəri 46 nömrəli tam orta məktəb Ağabəy Novruzbəyli adınadır.
Ağabəy Sultanov
Hacı Ağabəy Sultanov (1938, Bakı – 2007, Bakı) — əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru. == Həyatı == Ağabəy Sultanov 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1960-cı ildə ali təhsilini başa vuran Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlamışdır. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləmiş, 1990-cı ildən isə kafedranın müdiri olmuşdur. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində göstərdiyi səylərə görə ictimaiyyətin dərin hörmət və ehtiramını qazanmışdır. Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ağabəy rəqsi
"Heyvagülü" və ya "Ağabəy rəqsi" — Azərbaycanın milli rəqsi. Segah muğamı üstündədir. Qara zurna ilə ifa olunan xalq rəqsidir. Solo rəqslərə aiddir. El arasında bu rəqsi "Ağabəy rəqsi" də adlandırırlar. Bu bəstə Əli Kərimov tərəfindən bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Heyvagülü" rəqsi.
Ağabəy Əsgərov
Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri. == Həyatı == Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb. 1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.
Ağarəfi Rəhimov
Ağarəfi Hacıbaba oğlu Rəhimov (9 may 1952, Bakı – 25 oktyabr 2005, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır. 1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır. Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.
Ağasur (Soyuqbulaq)
Ağasur (fars. اغاسور‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (20 ailə).
Həsən Ağasoy
Həsən Vəliqulu oğlu Ağayev (Ağasoy) ( 27 mart 1958, Gülüstan, Culfa rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1999). == Həyat və yaradıcılığı == Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.
Ağabəy (Duzluca)
Ağabəy — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Ağabəq kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 55 km, Duzluca şəhər mərkəzinə 19 km məsafədədir.
Asəf
Asəf — kişi adı. Asəf İsgəndərov — fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ibn Bərxiyə Asəf Zeynallı — Azərbaycan bəstəkarı. Asəf Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru. == Həyatı == Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ağası Məlikov Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə, həmçinin Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində və AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb. === Elmi fəaliyyəti === Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir.
Aqadez
Aqadez və ya əvvəlki yazılışı ilə Aqades — Nigerin 110,497 (2012) əhalisi olan 5-ci ən böyük şəhəri. Aqadez Bölgəsinin paytaxtı olan şəhər Böyük Səhrada yerləşir və ənənəvi Tuareq-Bərbər federasiyalarından biri olan Airin paytaxtıdır. Şəhərin tarixi mərkəzi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Aqadez 14-cü əsrdən əvvəl qurulmuş və trans-Sahara ticarət yolu ətrafında böyüməklə tədricən Tuareq xalqının ən vacib şəhəri olmuşdur. Şəhərə hələ də Bilmadan duz gətirən karvanlar gəlir. 1449-cu ildə Aqadez bir sultanlığa çevrildi, lakin sonradan Sonqay İmperiyası tərəfindən fəth edildi və 1591-ci ilə qədər bu imperiyanın bir hissəsi olaraq qaldı. Bu nöqtədə şəhərin 30.000 nəfər əhalisi var idi. Daxili mübarizə sultanlığın tədricən tənəzzülünə səbəb oldu və 19-cu əsrin ortalarına qədərki şəhər keçmiş halına qayıda bilmədi. Bəziləri 19-cu əsrə, Fransız müstəmləkə imperiyası tərəfindən işğal edilənə qədər Aqadezin Osmanlı İmperiyasının Afrika qitəsindəki ən yüksək səviyyəli şəhəri olduğunu iddia edirlər, lakin bu iddia tarixçilər tərəfindən təsdiqlənməmişdir. Şəhər 1906-cı ildən fransızlar tərəfindən idarə olunmuşdur.
Axaşen
Axaşen Tiflis quberniyasının Axalkalaki qəzasında kənd. Qars əyalətinin Ərdahan dairəsində Axaşen kənd, həmin dairədə Axaşen xaraba kənd və həmin əyalətin Artvin və Batum dairələrində Axaşenqışlaq kənd adları ilə eynidir. == Mənbə == B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nurlan, 2008.
Ağayev
Ağayev — soyad. === A === Ağa Ağayev (2002–2020) — Vətən müharibəsi şəhidi. Ağabala Ağayev (1997–2020) — Vətən müharibəsi şəhidi. Ağadadaş Ağayev (d. 1956) — azərbaycanlı müğənni. Ağadədə Ağayev (1912–1990) — İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı. Ağali Ağayev (1995–2020) — Vətən müharibəsi şəhidi. Ağamalı Ağayev (1996–2020) — Vətən müharibəsi şəhidi. Ağamir Ağayev (1996–2020) — Vətən müharibəsi şəhidi. Ağarəfi Ağayev (1911–1978) — Kimya elmləri doktoru, professor.
Tağaser
Tağaser — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tağaser kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim fars dilindəki tağ ("dairə", "qübbə", "gümbəz" mənalarında) və sər ("baş" mənasında) sözlərindən ibarət olub (-a mənsubiyyət bildirir), "gümbəzin başında (yəni yuxarı hissəsində) yerləşən kənd" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Tağaser kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Agave
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor ), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Andre Aqassi
Andre Kirk Agassi (29 aprel, 1970, Las-Veqas) — erməni əsilli ABŞ-lı tennisçi. 4 böyük dəbilqə serialı tennis turnirlərində də çempionluq qazanmış az sayıda tennisçilərdən biridir.
Aqşin Ağayev
Aqşin Şirvan oğlu Ağayev (1 iyun 1993, Ulacalı, Sabirabad rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1999—2010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən Piyada Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etmişdir. Qüsursuz xidmətiylə komandanlığın diqqətini çəkdiyinə görə ona "kiçik çavuş" rütbəsi verilmiş, həmçinin, o, "manqa komandiri" vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur. 2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında "əsgər" rütbəsi ilə çağırılmışdır.
Asif Ağayev
Asif Əzizağa oğlu Ağayev (1961, Ulacalı, Sabirabad rayonu) — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, Şamaxı Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlamışdır. Sonralar "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini, 2013–2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib YAP-ın üzvüdür. Evlidir, 2 övladı var.
Ağa Ağayev
Ağa Əli oğlu Ağayev (4 aprel 2001, Yeni Həyat, Qusar rayonu – 25 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Ağayev 2001-ci il aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağa Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağa Ağayev oktyabrın 25-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağali Ağayev
Ağali Tağı oğlu Ağayev (29 aprel 1995, Siyəzən rayonu – 26 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağali Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001–2012-ci illərdə Siyəzən şəhərində N. Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Ağali Ağayev 2013–2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ağali Ağayev oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Ağamalı Ağayev
Ağamalı Şamil oğlu Ağayev (23 sentyabr 1996, Masallı rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağamalı Ağayev də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.