Aqşin Şirvan oğlu Ağayev (1 iyun 1993, Ulacalı, Sabirabad rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Aqşin Ağayev | |
---|---|
Aqşin Şirvan oğlu Ağayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ulacalı, Sabirabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | Zümrüd |
Atası | Şirvan Ağayev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2011—2013/2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur.[1] 1999—2010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı.
Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən Piyada Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etmişdir. Qüsursuz xidmətiylə komandanlığın diqqətini çəkdiyinə görə ona "kiçik çavuş" rütbəsi verilmiş, həmçinin, o, "manqa komandiri" vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur.
2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında "əsgər" rütbəsi ilə çağırılmışdır.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, "Həmlə" Taborunun kəşfiyyatçısı olan Aqşin Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətindəki döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Ağayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ağamir Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]