Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Eduard Səid
Eduard Səid (ərəb. إدوارد وديع سعيد‎; 1 noyabr 1935[…], Qüds – 25 sentyabr 2003[…] və ya 24 sentyabr 2003, Nyu-York, Nyu-York ştatı) — Fələstinli-amerikalı ədəbi nəzəriyyəçi və fələstinlilərin hüquqları müdafiəçisi. O,Kolumbiya Universitetində İngilis dili və Müqayisəli Ədəbiyyat professoru və Müstəmləkəçilik-sonrası nəzəriyyəsinin qurucu şəxslərindən idi.Robert Fisk, onu fələstinlilərin "ən güclü siyasi səsi" kimi təsvir edib. Səid təsirlimədəni tənqidçi və müəllif ki ən yaxşı Şərqşünaslıq (1978) adlı kitabına görə tanınmışdır. Kitab onun Şərqşünaslıqa barə təsirli ideyaların, qəribitədqiq şərqi mədəniyyətlərindəni təqdim edir. == Həyatı == Eduard Səid 1 noyabr 1935-ci ildə Qərbi Qüdsdə xristian ailəsində anadan olub. Uşaq vaxtdı Anqlikan-Protestant kimi vəftiz olunub. Onun atası zəngin iş adamı, Yerusəlimdən olan Vadi Səid, anası isə Nazaretli Hilda Musa olmuşdur. Ailəsi 1947-ci ilin dekabrında Fələstindən Misirə köçüb və Qahirədə məskunlaşıb. Leykoz xəstəliyindən əziyyət çəkən və uzun və ağrılı müalicə kursu keçən Səid 2003-cü il sentyabrın 23-də Nyu-Yorkda vəfat edib.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. == "Qurban Səid" təxəllüsünün mənası == Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Sinan Səid
Sinan Səid (1934, Kərkük – 12 iyun 1991, Bağdad) — Türkman əsilli müğənni, alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist. == Həyatı == Sənətçi, şair və jurnalist Sinan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdur. Nəsilli-köklü bir ailəyə mənsub olan Sinan Səid ibtidai və orta təhsilini Kərkükdə başa vurduqdan sonra pedaqoji instituta qəbul olaraq 1952-ci ildə rəsm müəllimi ixtisasından məzun olub. Həmin ildən Kərkük qalasındakı "Tahirə" ibtidai məktəbində müəllim vəzifəsində işləməyə başlayıb. Daha sonra "Qərbiyyə" məktəbinə təyin olunub və 1959-cu ilə qədər orada çalışıb. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan gəlir. 1961-ci ildə SSRİ-yə gedərək Azərbaycan Dövlət Universitetinin (ADU) (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsində təhsilini davam etdirib. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. 1965-ci ildə ADU-nun jurnalistika şöbəsini bitirmiş, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə “Evlərinin Öbü Yonca”, “Hər Gün Axşam Olu Dallam” və “Qızıl Üzük, Yaşıl Qaş”ı adlı mahnılar ifa edib.
Səid Aşina
Səid Aşina — Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri. == Həyatı == Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır. Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür. Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir.
Səid Baduyev
Səid Baduyev (14 sentyabr 1904, Qroznı, Terek vilayəti – 20 dekabr 1943) — Çeçen yazıçısı, Çeçen ədəbiyyatının banilərindən biri. Əsərlərini əsasən çeçen və rus dillərində yazmışdır. == Bioqrafiyası == Said Baduyev 1904-cü ildə Qroznı şəhərində (Çeçenistan) bir tacir ailəsində anadan olmuşdur. O, uşaq ikən yetim qalır. Said Baduyevin atası Süleyman Urus-Martanda dünyaya gəlir. Süleyman Rus-yapon müharibəsinə qatılır və 1914-cü ildə Petroqradda müharibədə aldığı yaralardan dünyasını dəyişir. Anası Ukayev Zaybat Starıye Atağı kəndindəndir. Səid Baduyev Qroznı real məktəbində oxumuşdur. Təhsil haqqını ödəmək üçün pul çatışmazlığı səbəbindən o, məkdəbdən xaric edilir. 1922-ci ildə Vladiqafqazdakı kooperativ kurslarını bitirir.
Səid Bayramov
Səid Eldəniz oğlu Bayramov (20 noyabr 1999, Çöl Ərəb, Kürdəmir rayonu – 1 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Bayramov 20 noyabr 1999-cu ildə Kürdəmir rayonunun Çöl Ərəb kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə şəhid Əkbər Şəmiyev adına Kürdəmir rayon Çöl Ərəb kənd tam orta məktəbində təhsil almışdır. Bir müddət kikboksinq ilə məşğul olan Səid Bayramov hərbi xidməti bitirdikdən sonra Bakı şəhərində "Araz" Supermarketdə çalışmışdır. Subay idi. == Hərbi xidməti == Səid Bayramov 2018-2019-cu illərdə Hava Hücumundan Müdafiə Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində andiçmə etdikdən sonra Qazax rayonunun Dəmirçilər kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Səid Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü kəşfiyyatçı olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səid Bayramov 1 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Səid Bilalov
Səid Bilal oğlu Bilalov (12 fevral 1941, Söhüb, Quba rayonu – 1997) — kimyaçı alim, kimya elmləri doktoru, professor. == Həyatı == S.B.Bilalov 1941-ci il fevralın 12-də Quba rayonunun Söhb kəndində kəndli ailəsində anadan olmuşdur. Orta məktəbi Quba rayonunda bitirdikdən sonra, iki il istehsalatda çalışmışdır. 1959-65-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. 1963-cü ildən Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildən yeni yaradılmış Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildın isə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə aprel ayının 6-sinda vəfat etmişdir. == Elmi istiqaməti == S.B.Bilalovun əsas elmi-tədqiqat işləri tərkibində azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun tərəfindən ilk dəfə bir molekulda iki akseptor qrupu və hidroksil qrupu saxlayan aminospirtlərdə, alkoksiaminospirtlərdə və alkiltiospirtlərdə molekullar arası və molekuldaxili hidrogen rabitələrinin mövcudluğu İQ-spektroskopiya üsulu ilə tədqiq edilmişdir.
Səid Cəfərov
Səid Zəfər oğlu Cəfərov (4 fevral 1993; Xol Qarabucaq, Neftçala rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Cəfərov 1993-cü il fevralın 4-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olub. 1999-2010-cu illərdə İ. Səfərov adına Mürsəqulu kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Səid Cəfərov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2013-2014-cü illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2014-2017-ci illərdə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2017-ci ildən isə Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Səid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Cəfərov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səid Dimayev
Səid Öməroviç Dimayev (çeç. СаьӀид Ума́рович Димаев; 24 avqust 1939, Qroznı – 28 mart 2005 və ya 29 mart 2005, Qroznı) — Çeçen musiqiçisi, bəstəkar, dirijor, Rusiya Bəstəkarlar İttifaqının üzvü, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Mədəniyyət nazirinin müavini (1986-1991), Çeçenistan Respublikası Başçısının mədəniyyət və incəsənət müşaviri (1994- 1995), Ömər Dimayevin oğlu. == Həyatı == Səid Dimayev 24 avqust 1939-cu ildə Qroznıda məşhur çeçen musiqiçisi Ömər Dimayevin ailəsində anadan olub. 1957-ci ildə Çeçen-İnquş Musiqi Məktəbinə SSRİ-nin Əməkdar İncəsənət Xadimi, dosent L.M.Şarqorodskinin sinfində bəstəkarlıq fakültəsinə daxil olmuş və 1963-cü ildə onu bəstəkar-nəzəriyyəçi kimi bitirmişdir. Elə həmin il Moskva Dövlət Musiqili-Pedaqoji İnstitutunun musiqi-nəzəri şöbəsinə daxil olub. Lakin sonra fakültəni dəyişərək, bəstəkarlıq fakültəsinə keçib. O, professor Oleq Konstantinoviç Eygesin sinfində bəstəkarlıq təhsili alıb. Sovet bəstəkarı Aram İliç Xaçaturyanın ustad dərsində iştirak etmişdir. 1968-ci ildə institutu bitirdikdən sonra iki il musiqi nəzəri fənləri müəllimi işləmiş, eyni zamanda Qroznı Musiqi Məktəbində polifoniya, harmoniya və forma təhlilindən dərs demişdir. 1970-ci ildə Səid Dimayev Dövlət Çeçen-İnquş Filarmoniyasının bədii rəhbəri oldu.
Səid Hüseynov
Səid Şahin oğlu Hüseynov — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Mərkəzi Aparatında 2013-cü ildə yaradılmış İctimaiyyətlə əlaqələr şöbəsinin ilk rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının KİV-lərdə kütləvi təbliğinin ilk təşkilatçısı, Azərbaycanda elmi jurnalistikanın yaradılmas ının ilk təşəbbüskarı. == Həyatı == Səid Şahin oğlu Hüseynov — 1980-ci il noyabrın 30-da Bakıda ziyalı ailəsində anadan olub[1]. 1997-ci ildə Bakı şəhərində 144 nömrəli orta məktəb i bitirib, 2003-cü ildə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilini başa vurub. 1998-ci ildən jurnalistika ilə məşğul olan S.Hüseynov son 18 ildə "Hər gün", "Gülüstan" və “Xalq qəzet i” qəzetlərində çalışıb, "Sara" televiziyasında təcrübə keçib. O, “İctimai TV”də yayımlanmış palçıq vulkanlarına dair sənədli filmin müəllifi və aparıcısıdır. S.Hüseynov 2004-cü ilin fevral ayından etibarən AMEA Geologiya (hazırkı Geologiya və Geofizika İnstitutunun) İctimaiyyətlə əlaqələr şöbəsində çalışaraq institutun KİV-lərlə əlaqələrini qaydaya salıb və xeyli genişləndirib. O, adıçəkilən şöbənin rəhbəri kimi çalışdığı dövrdə institutun tədqiqatlarını yalnız yerli deyil, xarici mediada da geniş məqalələrlə təbliğ edib. Onun elmlə bağlı məqalələrinin dərc olunduğu nəşrlər sırasında ölkəmizin “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və Rusiyanın “Poisk” qəzetləri, ABŞ-nin “Natural History”, "Azerbaijan International" və İngiltərənin “New Scientist” jurnallarını qeyd etmək olar. O, xarici mətbuatda Azərbaycanın yalnız elmi tədqiqatlarını deyil, elm siyasətini və ətraf mühitin mühafizəsi istiqamətindəki islahatlarını da işıqlandırıb. S.Hüseynov Azərbaycan elmini xarici mətbuatda ardıcıl işıqlandıran ilk jurnalistdir.
Səid Həccariyan
Səid Həccariyan Kaşani(fars. سعید حجاریان‎, 1954, Tehran) - İran islahatçı siyasi strateq, jurnalist,, demokratiya fəalı və keçmiş kəşfiyyatçı.
Səid Həsənov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Səid Koçxyurski
Səid Koçxyurski (1767 – 1812) — Ləzgi şairi, aşıq. Əsərlərini ləzgi və Azərbaycan dillərində yazmışdır. Amansız feodal zülmünə qarşı səsini qaldırmağa cürət etdiyi üçün kor edilmişdir. == Bioqrafiyası == Səid Koçxyurski 1767-ci ildə indiki Qürah rayonunun Koçxyur kəndində anadan olmuşdur. Həyatını ehtiyac içində yaşaması məlumdur. Uzun illər Şirvanda işləyir. Səid Koçxyurski hər zaman yerli xanların feodal zülmünə və qəzəbinə qarşı çıxır. Şirvanda işləyərkən Səid Koçxyurski tez-tez Azərbaycanın məşhur aşıqları ilə görüşür. Bunun sayəsində mahnıları qoşma şəklində bəstələnən populyar bir müğənni olur. Həm doğma ləzgi dili ilə yanaşı, eləcə də Azərbaycan dilində eyni dərəcədə yaxşı yazmağı bilirdi.
Səid Maruf
Mir Səif Maruf Lakrani və ya Səid Maruf - İran azərbaycanlılarından olan voleybolçu. O, voleybol üzrə İran yığma komandasının kapitanıdır. O, 2014-cü il Dünya çempionatının, 2008, 2012, 2016-cı il Olimpiya oyunlarının seçmə mərhələsinin ən yaxşı oyunqurucusu seçilmişdir. O, həçmçinin 2013-cü il Asiya çempionatının ən dəyərli oyunçusu da seçilmişdir. O, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunlarında iştirak etmişdir. İran təqvimi üzrə 2015-2016-cı illər mövsümünün ən yaxşı idmançısı seçilmişdir. == Həyatı == Səid Maruf 1985-ci ilin 20 oktyabrında Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olmuşdur. Marufun ailəsi İranda voleybolun inkişafı tarixində xüsusi seçilən ailədir. Onun dayıları Cahangir Seyid Abbasi, Nobəxt Seyid Abbasi, Xoşbəxt Seyid Abbasi və onun keçmiş komanda yoldaşı Vahid Seyid Abbasi İranın ən tanınmış voleybolçularından olmuşdurlar. O, məktəb vaxtları qaçışla, basketbolla, həndbolla da məşğul olmuşdur.
Səid Məhəmmədpur
Səid Məhəmmədpurkərkərağ (d. 3 mart 1993, Ərdəbil, İran) — İran idmançısı, ağırlıqqaldıran. 2011-ci ildə Dünya Gənclər Yarışlarında 3 qızıl medal almışdır. Əslən azərbaycanlıdır.
Səid Mətinpur
Səid Mətinpur (22 sentyabr 1976, Zəncan) — Azərbaycanlı milli mədəni fəal, jurnalist, bloger və vicdan məhbusu. Zəncanda türkcə və farsca çap olunan "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb. 2009-cu ildə Tehran İnqilab Məhkəməsinin qərarı ilə 8 il həbsə məhkum edilib. Həbsdə olduğu müddətdə Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi jurnalist Səid Mətinpuru vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər. 2015-ci ilin avqust ayının 26-da azadlığa çıxıb. == Haqqında == === Həyatı və fəaliyyəti === Səid Mətinpur 1976-cı il sentyabrın 22-də Zəncanda anadan olub. Tehran Universitetinin fəlsəfə fakültəsini bitirib. Zəncanda türkcə və farsca çap olunan "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" və "Dilmac" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb. Bu nəşrlərdə Azərbaycan mədəniyyəti, və Azərbaycan türkcəsinin tədrisi və təbliği ilə məşğul olan dərnəklərin işi işıqlandırılıb, yerli yazıçı və şairlərin əsərləri çap edilib. 1990-cı illərdə Zəncanda qurulmuş "İşıq" ədəbi dərnəyinin fəaliyyətində aktiv iştirak edib.
Səid Ünsizadə
Səid Ünsizadə, Hacı Səid əfəndi Ünsizadə (1845, Şamaxı, Kaspi vilayəti – 1905, Konstantinopol) — Şamaxı Qazısı, şair. == Həyatı == Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" bağlandıqdan sonra anadilli qəzetlərin çapı gündəmə gəldi və bu yöndə ilk cəhdi Bakı gimnaziyasının şəriət müəllimi Mirzə Məhəmməd bəy etdi. Mirzə Məhəmməd bəyin "Cam hacannüma və ayişeyi bədənnüma" adlı qəzet nəşr etmək istəyi baş tutmadı. Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin dövrün tələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərmiş və nəşr etdikləri mətbuat nümunələri ilə jurnalistikamıza xidmət etmiş Ünsizadə qardaşlarının həyat və fəaliyyətləri, şəxsiyyətləri maraq doğurur. Qeyd etmək yerinə düşər ki, mətbuat fədailəri olan bu qardaşların görmüş olduqları geniş ölçülü fəaliyyət hələ kifayət qədər tədqiq olunmamışdır. Bu qardaşların atalarının adı Şamaxı hakimi Cəfərqulu xanın şeirlərinin birində çəkilir, alim bir şəxs kimi təqdim olunur. Əldə olunan materiallardan bəlli olur ki, Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazmış, yaşadığı Şamaxı və ətraf bölgələrdə tanınmışdır. Əbdürrəhman əfəndinin ölümündən sonra oğlanları Ünsizadə soyadını götürmüşlər.
Səid İrandust
Səid İrandust - Asiya Texnologiya İnstitutunun prezidenti, Rusiya İqtisad Akademiyasının fəxri doktoru, "Tərəqqi" medalı laureatı == Həyatı və fəaliyyəti == Səid İrandust 1960-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Hal-hazırda Asiya Texnologiya İnstitutunun prezidentidir. 1979-cu ildə İsveçə köçmüşdür. 1984-cu ildə Calmers Universitetində kimyəvi texnologiyalar üzrə mühəndislik elmi dərəcəsi almışdır.1989-cu ildə isə monolit reaktorlar tezisi üzrə doktorluğu mudafiə etmişdir.1990-cı ildən 2000-ci ilədək İsvecin ən qabaqcıl universitetlərindən olan Calmers Universitetində işləmişdir. 2001-2005-ci illərdə Bores Universiteti nəzdindəki Kollecin vitse-kansleri olmuşdur. Riyaziyyat elminin inkişafı üzrə İsveç Dovlət Komitəsinin sədri olmuş və universitetlərə qəbul səviyyəsinin genişləndirilməsi üzrə İsveç Dövlət Komitəsinin üzvü olmuşdur. Elm və ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə İsvec Fondunun İdarə Heyətinin üzvü olmuşdur. Moskvada Plexanov adına Rusiya İqtisad Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Səid İsmaqilov
Səid İsmaqilov (başq. Сәйетғәле Әхмәт улы Исмәғилев 8 sentyabr 1884, Ufa quberniyası – 1970, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — şair, folklorşünas, başqırd ədəbiyyatının klassiki. Başqırd Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1944), Başqırd Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyinin üzvü (1938). == Bioqrafiyası == Səid İsmaqilov 8 sentyabr 1884-cü ildə Rusiya İmperiyası, Ufa vilayəti, Ufa qəzasının Yeremeyevo kəndində (indiki Başqırdıstanın Çişmin rayonu) yoxsul kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqdan Səid dəmiryol stansiyalarında fəhlə olaraq çalışmışdır. 18 yaşında Səfərovo kəndindən olan usta skripkaçı Mullaqaliya ilə skripka çalmağı öyrənir. Sabantuyda, Yiyyində skripka çalır, mahnılar, takmak və beytlər ifa edirdi. Səid İsmaqilovun istedadı artıq 1915-ci ildə Ufa əyalət qəzeti Tormoşda yazılmışdır. 1926-1927-ci illərdə Sait İsmaqilov Çişminski Xalq Teatrında sənətçi kimi çalışmışdır. 1937-ci ildə əsərlərinin mətnlərini yazmağa başlamış və artıq 1940-cı ildə mahnı və şeirlər toplusunu buraxmışdır.
Səid Şamlı
Professor Səid Şamlı-İranın Klinik psixologiyasının təsisçisi.1929-cu ildə Məlayer şəhərində anadan olmuşdur.ABŞda təhsil alıbdır.2004-cü ildə Tehranda vəfat edib.
Səid Ədilov
Səid Həsən oğlu Ədilov (5 noyabr 1994; Bərdə rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Ədilov 5 noyabr 1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Səid Ədilov 21 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səid Ədilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səid Ədilov 2 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səid Əlihüseyni
Səid Əlihüseyni (d. 1988, Ərdəbil, İran) - İran ağırlıqqaldıranı. O, Hüseyn Rzazadənin rekordunu təzələyəndən sonra "Super Rzazadə" ləqəbi alıb. Səidin atası, Əli Hüseyni də tanınmış ağırlıqqaldıran olub, Asiyada uğurlar qazanıb. Səid 2006-cı ildə keçirilən gənclər arasında ağırlıqqaldırma yarışında 1-ci yerə çıxıb.
Səid Əliyev
Səid Əliyeviç Əliyev (rus. Саид Алиевич Алиев; 3 dekabr 1998, Mahaçqala) – rusiyalı futbolçu. Çayka Peçanokopskoye FK-da oynayır. == Həyatı == Səid Əliyev Dağıstan Respublikasının Mahaçqala şəhərində, keçmiş futbolçu Əli Əliyevin ailəsində doğulub. Dargi əsillidir. == Klub karyerası == O, Rusiya Peşəkar Futbol Liqasında Anji-2 Mahaçqala ilə debütünü 19 iyul 2017-ci ildə Çernomorets Novorossiysk ilə oyunda etdi. Əliyev, Rusiya Milli Futbol Liqasında Lux Vladivostok ilə 7 iyul 2019-cu ildə Ximki-yə qarşı oyunda debüt etdi. O, birinci hissənin sonunda əvəzedici kimi meydana çıxdı və 2–5 hesablı məğlubiyyətdə komandası üçün iki qol vurdu. 11 yanvar 2020-ci ildə Əliyev Nijni Novqorod FK-ya keçdi. 2021-ci ilin fevralında o, Rusiya Premyer Liqasının "Tambov" klubuna keçdi.
Səid Nursi
Bedîuzzeman Seîd Nûrsî və ya Bedîuzzeman Seîdê Kurdî (azərb. Səid Nursi‎; 1877 – 23 mart 1960, Şanlıurfa) — İslam alimi və filosofu, Risale-i Nur Külliyatının müəllifi və Nur Camaatının ustadı. Risalə-i Nurun İslami məsələlərə yanaşması seçici və ya tənqidi deyil, dəstəkləyici və meydan oxuyandır. O qədər ki, qərəzsizlik belə, onun fikrincə, şeytani bir hiylədir, küfrlə bərabərdir. Səid Nursinin Mucizat-ı Əhmədiyyə kimi risalələrində istifadə etdiyi bəzi rəvayətlər məsəl ənənəsinin əks olunmasından ibarətdir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir. Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. == Həyatı == "Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləriylə xatırlanmışdır. Zamanla "zamanın xariqəsi" mənasını verən Bədiüzzaman ləqəbi adıyla birlikdə deyilmişdir.
Aban ibn Səid
Aban ibn Səid (bilinmir, bilinmir – 634, ərəb. أبان بن سعيد بن العاص‎) — nüfuzlu Qureyşlilərdən biri, Məhəmməd peyğəmbərin səhabəsi. == Bioqrafiya == Tam adı: Aban ibn Səid ibn əl-As ibn Üməyyə ibn Əbd əş-Şəms ibn Əbd Mənaf əl-Kuraşi əl-Umavidir. Aban uzun müddət müsəlmanların düşməni olmuşdur. Qardaşları Əmr və Xalid İslamı qəbul etdikdən sonra ailəsində münaqişələr yaranır. Bədr döyüşündə müsəlmanlara qarşı vuruşmuşdur. Bu döyüşdə onun qardaşları Ubeydə və As ölür. Xudeybi sülh müqaviləsi bağlanarkən Aban Məhəmmədin səfiri Osman ibn Əffanı öz himayəsinə götürür. Müsəlmanlarla qarşıdurma zamanı o, tədricən müsəlmanların ehkamını öyrənir. İslam ənənəsinə görə, Aban tez-tez Suriyaya gedirdi və bu səfərlərin birində Ərəbistana yeni peyğəmbərin gəlişi barədə ona xəbər verən bir rahiblə görüşürdü.
Abdullah ibn əl-Səid Məhəmməd
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[…], Darfur – 24 noyabr 1899, Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898). == Həyatı == Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur. Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.
Adın sirri və tale. Qurban Səid (film, 2010)
Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib. == Məzmun == Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub. Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
Altay Səidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir. Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016.
Bilal Səidov
Bilal Səidoviç Səidov (10 iyun 1914 – 15 noyabr 1994, Qroznı) — SSRİ, çeçen aktyoru, teatr rejissoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, jurnalisti və Çeçen-İnquş Dram Teatrının direktoru, Çeçen-İnquş kukla teatrının direktoru, Çeçen-İnquşetiya Yazıçılar Birliyinin və SSRİ Yazıçılar İttifaqının üzvü (1939), SSRİ Jurnalistlər İttifaqının üzvü (1958). == Həyatı == Bilal Səidov 1914-cü ildə Çeçenistanın Makheti kəndində kəndli ailəsində anadan olub. Doğma kəndində orta məktəbdə, sonra Qroznıda teatr studiyasında təhsil almışdır. 1933–1936-cı illərdə Şota Rustaveli adına Tbilisi Teatr Studiyasında oxumuşdur. Orada rejissor ixtisasına yiyələnmişdir. Evə qayıtdıqdan sonra Çeçen-İnquş Dram Teatrında aktyor və rejissor köməkçisi olaraq çalışmağa başlamışdır. 1941–1942-ci illərdə Qırmızı Orduda xidmət etmişdir. Sonra "Qırmızı Bayraq" qəzetinin məsul katibi işləmişdir. Sürgün edildiyi illərdə ticarətlə məşğul olub. 1957–1959-cu illərdə vətənə qayıtdıqdan sonra "Leninsky Put" respublika qəzetinin xüsusi müxbiri idi.
Bədiüzzaman Səid Nursi
Bedîuzzeman Seîd Nûrsî və ya Bedîuzzeman Seîdê Kurdî (azərb. Səid Nursi‎; 1877 – 23 mart 1960, Şanlıurfa) — İslam alimi və filosofu, Risale-i Nur Külliyatının müəllifi və Nur Camaatının ustadı. Risalə-i Nurun İslami məsələlərə yanaşması seçici və ya tənqidi deyil, dəstəkləyici və meydan oxuyandır. O qədər ki, qərəzsizlik belə, onun fikrincə, şeytani bir hiylədir, küfrlə bərabərdir. Səid Nursinin Mucizat-ı Əhmədiyyə kimi risalələrində istifadə etdiyi bəzi rəvayətlər məsəl ənənəsinin əks olunmasından ibarətdir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir. Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. == Həyatı == "Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləriylə xatırlanmışdır. Zamanla "zamanın xariqəsi" mənasını verən Bədiüzzaman ləqəbi adıyla birlikdə deyilmişdir.
El-Səid Laşin
El-Səid Laşin (9 fevral 1980) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == El-Səid Laşin Misiri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 33-cü pillənin sahibi olub. Daha sonra El-Səid Laşin Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. El-Səid Laşin Misiri 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Güllücə-i Səid (Bostanabad)
Güllücə-i Səid (fars. گلوجه سعيد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 307 nəfər yaşayır (71 ailə).
Hacı Fətulla xan Səidüssəltənə
Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1871–1926) — ədib, İran hərbçisi. == Həyatı == Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1871-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Fətullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Hacı Fətulla xan bütün elmlərə bələd olduqdan sonra hərbi işlərlə ilgilənmişdi. Səidüssəltənə ləqəbini daşıyırdı. Hacı Fətulla xan Müzəffərəddin şah zamanı (1896-1907) Marağanın Müqəddəs Topçu alayının rəisi olmuşdu. Həmin dövrdə Tehranın idarəsi ona tapşırılmışdı. Sonra Tehran şəhər polis idarəsinin rəisi təyin edilmişdi. O, 1901-1902-ci illərdə Kirman əyalətinin hakimi, əmisi və qaynatası olan Mirzə Mahmud xan Əlaülmülkün müavini vəzifəsində çalışmışdı.
Harun Səidov
Harun Səidov (8 may 1891, Dağıstan vilayəti – 13 avqust 1919) — inqilabçı, Vətəndaş müharibəsi iştirakçısı, lak yazıçısı, publisist. == Bioqrafiyası == Harun Səidov 1894-cü ildə Vaçi kəndində (indiki Dağıstanın Kuli rayonu) rayon məhkəməsinin katibi Səid Səidovun ailəsində anadan olmuşdur. Temir-Xan-Şurdakı realnı məktəbini bitirmişdir. 1912-1915-ci illərdə kadet məktəbində təhsil alır. 1915-ci ildə Moskva Ticarət İnstitutuna daxil olur. 1917-ci ildə Dağıstana qayıdır, burada Ulibiy Buynakski ilə birlikdə Dağıstanın təhsil və təşviqat bürosunu qurur. "İlçi" qəzetinin, 1918-ci ildən isə "İnqilabci dağlı" qəzetinin redaktoru olur. Burjua partiyasının siyasətini ifşa edən inqilabçı, qanlı imperialist savaşın davam etməsinə qarşı çıxır. Vətəndaş müharibəsi illərində "Qırmızılar"-ın tərəfini tutur. Dağıstanda əks-inqilab qüvvələrinə qarşı may qiyamının təşkilatçılarından biri olur.
Kavalalı Səid Paşa
Kavalalı Səid Paşa və ya Mehmed Səid Paşa (d. 17 mart 1822 - ö. 18 yanvar 1863) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu. == Həyatı == === İlk illəri === 17 mart 1822-ci ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun xanımlarından Aynülhəyat xanımdır. Uşaq yaşlarından mükəmməl təhsil aldı. Dənizçiliyə olan marağı nəzərə alınaraq təhsili bu istiqamətdə inkişaf etdirildi. 1832-1835-ci illərdə konsul olaraq Misirdə fəaliyyət göstərən Ferdinand de Lesseps onun həm müəllimi, həm də yaxın dostu oldu. Xüsusilə kökəlməyə meyilli olan Mehmed Səid gənclik illərindən idmana olan marağını da məhz bu dostluğa borclu idi. === Hərbi fəaliyyəti === Təhsil həyatını tamamlamasının ardından dənizçi zabiti olan Mehmed Səid, donanma strukturunda sürətlə yüksələrək atasının ölümündən qısa müddət öncə Misir donanmasının sərdarı oldu (1849).
Mehmed Səid Paşa
Mehmed Səid Paşa (d. 1838 - ö. 1 mart 1914) — II Əbdülhəmid və V Mehmed Rəşadın səltənətlərində 8 dəfə - ümumilikdə 9 il sədrəzəm olmuş Osmanlı dövlət adamı. Osmanlı tarixinin ən çox sədarətə gətirilən paşasıdır. == Həyatı == 1838-ci ildə Ərzurumda dünyaya gəlmişdir. Ankaralı Səbazadələr ailəsinə mənsubdur. Əsl adı Mehmed Səid olsa da, çağdaşı olan digər Mehmed Səid Paşalardn fərqləndirilməsi üçün boyunun qısa olması səbəbilə Kiçik Mehmed Paşa olaraq anılır. Atası üləmaya mənsub Həsən Əfəndinin oğlu Əli Namiq bəydir. İlk təhsilini Ərzurumda aldı və daha sonra İbrahim Paşa mədrəsəsində təhsilini davam etdirdi. Atasının ölümünün ardından (1853) ailəni saxlamaq məqsədilə Ərzurum Rabitə idarəsində çalışmağa başlamış, bu səbəblə təhsilini yarım buraxmışdır.
Mehmed Səid Qalib Paşa
Mehmed Səid Qalib Paşa (1763, Konstantinopol – 1829, Balıkəsir ili) — II Mahmud səltənətində 9 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == J. de Saint Denys, Revolution de Constantinople, Paris 1819, II, 177 vd. a.mlf., Histoire de l’Empire ottoman, Paris 1844, II, 314, 316. Şânîzâde, Târih, I, 109 vd., 139; II, 83 vd., 213, 221. Süleyman Fâik, Sefînetü’r-rüesâ Zeyli, İstanbul 1269, s. 166-170 Hızır İlyas, Letâif-i Enderun, İstanbul 1276, s. 315. Fatîn, Tezkire, s. 310 vd. Muâhedât Mecmuası, İstanbul 1294, I, 35 vd.
Sultan Səid xan
Sultan Səid xan ibn Sultan Əhməd xan (1487, Moğolustan – 9 iyul 1533)—Yarkənd xanlığının hakimi. == Həyatı == Sultan Səid xan dövlətini gücləndirmək məqsədiylə bir sıra düzəltmə girişimlərinə başlayır. Aksu kimi münbit torpaqlara köç edir. Xəzinədən xalqa mülk paylayır. Ən önəmlisi xalqın iqtisadi durumunu düzəltmək üçün on ilə qədər müddət bir zaman içində, xalq vergidən azad, məaf tutulur. Aksunun şimal şərqi ilə Bayın qərbindəki Arbat (Aravan) deyilən yerdə, 1516-cı ildə Sultan Səid xan böyük qardaşı Mənsur xan ilə görüşür və aralarında Altı Şəhər dəki bu xanlığı bərabər idarə etmək üçün bir saziş bağlanır, bu görüşmədə tarixçi Mirzə Heydər Duqlatda iştirak edir. Sultan Səid xan Tibet buddistlərinə qarşı İslam dini uğruna savaş yolçuluğuna (qəzavata) çıxdığı zaman, Astım xəstəlıyindən 2 iyul 1533-cü il günü 48 yaşında vəfat edir. == İstinadlar == == Ədəbiyyat == Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257–264.
Sultan Əbu Səid Bahadur xan
Sultan Əbu Səid Bahadur xan (d. 2 iyun 1305 - 1 dekabr1335) — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi. Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır. == Həyatının erkən dövrü == Əbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir.
Səid-Həsən Əbumüslimov
Səid-Həsən Əbumüslimov (1 fevral 1953, Qazaxıstan SSR) — Çeçen tarixçisi, yazıçısı, publisisti, ictimai xadimi, tanınmamış Çeçen İçkeriya Respublikasının liderlərindən biri, çeçen müqavimətinin şəxslərindən biri. == Bioqrafiyası == 1953-cü ildə Qazaxıstan SSR-də anadan olmuşdur. Milliyyətcə çeçendir. === Təhsil === 1974-1975-ci illərdə Moskva Dövlət Universitetinin tarix fakültəsinin hazırlıq şöbəsində təhsil almışdır. 1974-1981-ci illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olur. 1982-1985-ci illərdə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin (xalq təsərrüfatı tarixi və iqtisadi doktrinalar kafedrası) aspiranturasında təhsil almışdır. İqtisad elmləri namizədi dərəcəsi alır. Çeçen, rus və alman dillərini sərbəst bilir. === Tədris fəaliyyətləri === 1990-1994-cü illərdə Çeçenistan Dövlət Universitetində tarixdən mühazirələr oxuyur. === Çeçenistanda ictimai-siyasi fəaliyyəti === 1980-ci illərin əvvəllərindən Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında samizdat paylanmasında, o cümlədən Əbdürrəhman Avtorxanovun və A. Soljenitsinin "Qulaq arxipelaqı" əsərlərinin paylanmasında iştirak etmişdir.
Səid-Maqomed Çupalayev
Səid-Maqomed Çupalayev (4 aprel 1957, Urcar rayonu[d]) — çeçen səhra komandiri, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Gürcü-Abxaz müharibəsinin və Birinci, İkinci Çeçenistan müharibələrinin fəal iştirakçısı, Şamil Basayev qərargahının rəisi, "Borz" xüsusi təyinatlı qüvvələrinin 2-ci alay komandiri (Gelayev xüsusi təyinatlıları). Ruslan Gelayev hərbi rütbəyə yüksəldikdən sonra 1995–1997-ci illərdə Gelayev xüsusi təyinatlı dəstəsinə Səid-Maqomed Çupalayev rəhbərlik etmişdir. 1994–1996-cı illərdəki Birinci müharibədə Çupalayev "çeçen milisləri"nin yaradılmasında iştirak etmiş və Şamil Basayevin komandanlığı altında ÇİR Silahlı Qüvvələrinin "Mərkəzi Cəbhəsi"nin qərargahına rəhbərlik etmişdir. 1999-cu ildə İkinci müharibə başlayanda Aslan Masxadovun əmri ilə Şamil Basayevin komandanlıq etdiyi ÇİR Silahlı Qüvvələrinin “Şərq Cəbhəsi”nin qərargah rəisi vəzifəsinə təyin edilir. Şamil Basayevin müavinlərindən biri və onun şəxsi dostu olur. Basayev ona “Terminator” ləqəbini vermişdir. Birinci Çeçenistan müharibəsi başa çatdıqdan sonra o, İçkeriyanın ən yüksək mükafatı olan “Millət şərəfi” ordeni ilə təltif edilmişdir. == Erkən illər == 4 aprel 1957-ci ildə Qazaxıstanın Semipalatinsk vilayətinin Urcar rayonunun İrinovka kəndində anadan olmuşdur. Həmin il o, ailəsi ilə birlikdə Çeçenistanın Urus-Martan rayonundakı Alxazurovo kəndinə qayıdır. Orta məktəbin səkkizinci sinfini bitirir.
Mirzəzadə Seyid Mehmed Səid Əfəndi
Mirzəzadə Seyid mehmed Səid Əfəndi (1710 – 19 fevral 1775, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. == Həyatı == 1710-cu ildə dünyaya gəldi. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. 1721-ci ildə ailəsinin nüfuzundan istifadə edərək müdərrislik rüyusu aldı. Patrona Xəlil üsyanının ardından şeyxülislamlığa yüksələn atasının istəyilə Süleymaniyə mədrəsəsinə müdərris təyin olundu. Atasının vəzifədən istehfa etməsinə baxmayaraq 5 il boyunca bu vəzifədə xidmət etdi. Ardından 1732-ci ildə İzmir, 1743-cü ildə isə Bursa qazılığına və Məkkə qazılığının namizədliyinə yüksəldi. 1748-ci ildə İstanbul qazısı, 1758-ci ilin aprelində Anadolu qazəsgəri, 1760-cı ilin iyununda və 1763-cü ilin oktyabrında isə 2 dəfə Rumeli qazəsgəri təyin edildi. 1761-ci ilin avqustunda naqibüləşraflığa gətirildi.
Fərid Sədi Mələn
Fərid Sədi Mələn (1906, Van, Van vilayəti – 3 sentyabr 1988, Ankara) — Türkiyəli bürokrat, siyasətçi, Türkiyənin keçmiş Baş naziri. Fərid Mələn 1906-cı ildə Van şəhərində anadan olub. İbtidai və orta təhsilini Vanda alıb. 1928-ci ildə Bursa Erkek Liseyindən məzun olub. Əvvəl İstanbulda yerləşən və adı daha sonra Ankara Universiteti Siyasi Elmlər fakültəsi olan Dövlət Qulluğu Məktəbinə daxil olub. 1931-ci ilin iyulunda məzun olub. 1931-ci il 26 avqustda Bursa Maiyet memurluğunda dövlət qulluğuna daxil olub. 25 oktyabr 1932-ci ildə Maliyyə Müfəttişinin köməkçisi vəzifəsinə təyin edilib. 1 yanvar 1936-cı ildə dördüncü dərəcəli, 14 iyul 1939-cu ildə üçüncü dərəcəli, 26 yanvar 1940-cı ildə ikinci dərəcəli və 28 yanvar 1943-cü ildə birinci dərəcəli müfəttişliyə yüksəlib. 1 may 1940 – 27 noyabr 1941-ci il tarixləri arasında keçən əsgərliyində leytenant olub.