Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşiq
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.
Aşiq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. == Həyatı == Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Zaur Aşiq
Ömər Aşiq
Ömər Faruk Aşıq (türk. Ömer Faruk Aşık)—;(d.4 iyul 1986) Türkiyəli profisional basketbolçudur. O Milli Basketboll Assosasiyasının Nyu Orlean Pelikansında oynuyur. 19 yaşında Avropa Beynəlxalq oyununda 7:0 hesabı ilə qalin gəlmişdi. O ilk dəfə Türkiyənin Fənərbaxça basketbol qrupunda 2005-06-cı illerde oynayıb. Alpellada birinci mövsümündən sonra yenidən Fənərbaxçaya qayıdır ancaq 2009-cu ilde Oradan çıxır. 2009-10-cu illərdə Türkiyənin əsas komandasında oynayır. 2010-cu ildə FİFA-nın dünya çempionatında oynayır. Bu oyunlar zamanı Türkiyə gümüş medal qazanır. 2010-cu ildə Aşıq Çikaqo Bullsa komandasına qatılır.
Aşiq Şekspir
Aşiq Şekspir (ing. Shakespeare in Love) — 1998-ci ildə istehsal olunmuş romantik komediya filmi. == Məzmunu == 16-cı əsr İngiltərədə keçən bu romantik komediya filmində gənc Shakespearenin eşq həyatı izah edilir. Shakespearenin (Cozef Fiennes) eşq həyatı son dövrdə, heç də yaxşı davam etmir. Yeni oyunu "Romeo and Ethel the Pirate s Daughter" mövzusunda isə hələ bir şeylər ortaya çıxara bilməmişdir. Shakespearenin pərəstişkarlarından zəngin və gözəl Viola də Lesseps (Gwyneth Paltrow) duyğusuz bir adam görünüşündəki Lord Wessex ilə evlənmək üzrədir. xəyalında oyunçu olmaq da yatan Viola ilə Shakespeare cütlüyü , tanış olmalarından sonra yeni bir eşqə yelkən açacaqlar. == İstinadlar == == Xarici keçidlər == Aşiq Şekspir — Internet Movie Database saytında.
Aşiq olma
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Aşiq Şekspir (film)
Aşiq Şekspir (ing. Shakespeare in Love) — 1998-ci ildə istehsal olunmuş romantik komediya filmi. == Məzmunu == 16-cı əsr İngiltərədə keçən bu romantik komediya filmində gənc Shakespearenin eşq həyatı izah edilir. Shakespearenin (Cozef Fiennes) eşq həyatı son dövrdə, heç də yaxşı davam etmir. Yeni oyunu "Romeo and Ethel the Pirate s Daughter" mövzusunda isə hələ bir şeylər ortaya çıxara bilməmişdir. Shakespearenin pərəstişkarlarından zəngin və gözəl Viola də Lesseps (Gwyneth Paltrow) duyğusuz bir adam görünüşündəki Lord Wessex ilə evlənmək üzrədir. xəyalında oyunçu olmaq da yatan Viola ilə Shakespeare cütlüyü , tanış olmalarından sonra yeni bir eşqə yelkən açacaqlar. == İstinadlar == == Xarici keçidlər == Aşiq Şekspir — Internet Movie Database saytında.
Murad bəy Aşiq
Murad bəy Qasım bəy oğlu Aşiq (1816-?)—XIX əsr Azərbaycan şairi. == Həyatı == Murad bəy Qasım bəy oğlu 1816-cı ildə Şirvan vilayətinin Sədənrud mahalının Şaharxı kəndində doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili almışdı. Seyid Əzim Şirvani Murad bəy Aşiq haqqında yazır: "İsmi-şərifləri Murad bəy xələfi-Qasım bəy Şirvani. O cənab Mustafa xan cənnətməkanın xahərzadələrindəndir. Təvəllüdü 1233-cü sənəyi-hicridə olubdur. «Əl»an Sədənrudi mahalının Şağarxı ismilə mövsuf olan qəryəsində sakindir. Bir cavandır, xoşsima və xoşəxlaq və təbi-şeri ilə məşhurdur".
Məhəmməd bəy Aşiq
Məhəmməd bəy Behbud bəy oğlu Sarıcalı-Cavanşir (Məhəmməd bəy Aşiq; 1800, Şuşa – 1861, Ordubad) — şair, Əbdüssəməd bəy Aşiqin atası. == Həyatı == Məhəmməd bəy Aşiq 1800-cü ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Dövrünün bir çox ziyalıları kimi şərq dillərini bilirdi. Məhəmməd bəy Vərəndə, Kəbirli mahallarindakı oba və kəndlərini qardaşı Böyük bəyə buraxıb Zəngilan kəndinə köçmüşdü. Onun Zəngilan həyatı keşməkeşli keçmişdi. Qayınları ilə savaşmış, məhkəməyə düşmüşdü. Məhəmməd bəy 1861-ci ildə vəfat edib. Məhəmməd bəy Ehsan xan Kəngərlinin qızı Sona bəyim ilə ailə qurmuşdu. Əbdüssəməd bəy, Behbud bəy, Teymur bəy adlı oğulları vardı.
Əbdüssəməd bəy Aşiq
Əbdüssəməd bəy Məhəmməd bəy oğlu Sarıcalı-Cavanşir (1845 – bilinmir) — şair, Məhəmməd bəy Aşiqin oğlu. == Həyatı == Əbdüssəməd bəy Aşiq 1845-ci ildə Şuşa qəzasının Mehri sahəsinin Zəngilan kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Ordubad şəhərindəki məktəbdə rus dilini öyrənmişdi. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi. 1890-cı ildə alman tədqiqatçı Qustav Radde ilə öz mülkündə görüşmüşdü: Əbdüssəməd bəy Şirinbəyim xanım Zal bəy qızı Səfiyarbəyova ilə ailə qurmuşdu. Cavad bəy, Xosrov bəy adlı oğulları vardı. Əbdüssəməd bəy atasının təxəllüsü Aşiqlə ürək oxşayan şeirlər yazırdı. "Məclisi-üns" ədəbi yığnağın üzvü idi.
Avara aşiq (film, 1993)
== Məzmun == Quldurlar tərəfindən gənc taksi sürücüsü və onun arvadı həlak olur. Onların oğulu Cimi, dələduzlarla dostluq edir və yalan hesabına yaşayır. Böyük qaçaqmalçıya aid olan qızıl oğurlayır. Cimi Polislərdən qaçmağa məcbur olur. O, Bir vaxtlar Atası xilas etdiyi və həlak olduğu şəxsin evinə düşür. Hadisədən Ciminin xəbəri olmur. Cimi özünü ABŞ-dən gəlmiş ev sahibinin qızının adaxlısı kimi aparır. Sonda Cimi Quldurlardan qisasını alır.
Aşiq qadın (film, 2011)
«Aşiq qadın» (alm. Rubbeldiekatz‎) — Almaniyalı rejissor Detlev Bukun 2011-ci ildə travesti-komediya janrında çəkilmiş filmi. Baş rollarda Mattias Şvayqhöfer və Aleksandra Maria Lara oynayırlar. Film ssenari müəllifi Anika Dekker və rejissor Detlev Bukkun, bundan başqa Universal Pictures International, Film1 və Boje Buck şirkətlərin birgə istehsalı nəticəsində yaranmışdı. Bundan başqa ikincidərəcəli rolları Detlev Buk, Dennis Moşitto, Maks fon Tun, Maks Girman və Sunnyi Melles oynamışdılar. Filmin çəkilişləri Berlin, Babelsberq və Sankt Peter Ordinq şəhərlərində keçirilmişdi və dekabr ayının 15-də Almaniyada təntənəli şəkildə teatr reliz versiyası təqdim olunmuşdu, kinoçartlarda isə komediya 3 nömrə altında nümayiş edilmişdi. Filmin kassa yığımı 14,5 milyon avro təşkil etmişdi, ümumi seyircilərin sayı isə 1 milyonu keçmişdi. Bu səbəbdən də «Aşiq qadın» 2011-ci ilin on ən uğurlu Alman filmlər sırasına daxil olur. Tənqidçilər filmi 1982-ci ildə ekranlaşdırılmış və güclü məzmuna malik amerikan travesti-komediya janrında çəkilmiş Tutsi filmi ilə müqayisə edərək, ona ümumilikdə müsbət rəy verdilər. == Filmin xülasəsi == Aktyor Aleksander Honk və ya sadəcə Aleks (Mattias Şvayqhöfer) yerli teatrda İngiltərəli dramaturq Brendon Tomasın "Çarleya xala" spektaklında qadın rolunu ifa edir.
Aşiq Şekspir (film, 1998)
Aşiq Şekspir (ing. Shakespeare in Love) — 1998-ci ildə istehsal olunmuş romantik komediya filmi. == Məzmunu == 16-cı əsr İngiltərədə keçən bu romantik komediya filmində gənc Shakespearenin eşq həyatı izah edilir. Shakespearenin (Cozef Fiennes) eşq həyatı son dövrdə, heç də yaxşı davam etmir. Yeni oyunu "Romeo and Ethel the Pirate s Daughter" mövzusunda isə hələ bir şeylər ortaya çıxara bilməmişdir. Shakespearenin pərəstişkarlarından zəngin və gözəl Viola də Lesseps (Gwyneth Paltrow) duyğusuz bir adam görünüşündəki Lord Wessex ilə evlənmək üzrədir. xəyalında oyunçu olmaq da yatan Viola ilə Shakespeare cütlüyü , tanış olmalarından sonra yeni bir eşqə yelkən açacaqlar. == İstinadlar == == Xarici keçidlər == Aşiq Şekspir — Internet Movie Database saytında.
Dəlicəsinə aşiq olan (film, 1981)
== Süjet xətti == Kiçik (uydurma) Saint Tulipe krallığının şahzadəsi Cristina, bütün kral ailəsi ilə birlikdə Romada dövlət səfərindədir. Onlar kral ailəsi olsalar da, bununla birlikdə onların pulu yoxdur və kiçik krallığın müstəqilliyini qurtarmaq üçün çox böyük – 50 milyard lirəyə ehtiyac vardır və onlar bu pulu əldə etməyə can atırlar. Məhz bu səbəbdən kralın qızı Cristina, səltənətin iflas etməməsi üçün zəngin bir milyarderlə (hərbi silah istehsalçısı) nişanlanır. Darıxmış və üsyankar bir vəziyyətdə, qaldığı villadan gizlincə qaçır və Romanı gəzməyə qərar verir. Başqaları kimi bir avtobusa minərkən həyatını dəyişdirəcək birisi ilə tanış olur: Barnaba Cecchini adlı çılğın və səmimi bir sürücü ilə. İkincisi dərhal ona aşiq olur və qızı hər şeyə və hər kəsə qarşı qazanmaq üçün çox qərarlı olur. İkisi birlikdə çox əyləncəli macəralarla Barnabanın avtobusunda Roma ətrafında gəzintiyə çıxırlar. Bu vaxt, Şahzadə Kristinanın yoxa çıxdığını anladıqdan sonra, atası Gustavo, bu xəbərlərin mətbuatda yayılmasının və qalmaqalların qarşısını almaq üçün qızının itdiyi xəbərlərini sızdırmamağa çalışır və eyni zamanda onu tapmaq üçün xüsusi agentləri və polisləri onun dalınca yola salır. Kristina əyləncədən sonra özü könüllü olaraq evə qayıtmağa qərar verir və Barnabanı ümidsiz vəziyyətdə qoyur. Tramvay sürücüsü qızı tapmaq üçün hər formada işləyir, bütün həmkarlarının müşayiəti ilə ona bir serenada da həsr edilir və hətta boşboğazlığı sayəsində siyasət və maliyyə mütəxəssisi olaraq dövlət naharına dəvət olunmağı belə bacarır.
Ay aşiqləri: Yaralı ürək Qoryo
Aşiqi sadiq (film, 2014)
Aşiqi sadiq qısametrajlı sənədli filmi rejissor Nicat Feyzullayev tərəfindən 2014-cü ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın görkəmli rəssamı, respublikanın əməkdar incəsənət xadimi Lətif Feyzullayevin həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film Azərbaycanın görkəmli rəssamı, respublikanın əməkdar incəsənət xadimi, Abşeron rəngkarlıq məktəbinin bənzərsiz nümayəndələrindən biri, pedaqoji fəaliyyəti dövrundə böyük bir rəssam nəsli yetişdirən Lətif Feyzullayevin həyat və yaradıcılığından bəhs edir.
Aşiqlər (film)
Aşiq — eşqə düşmüş, aşiq olmuş şəxs. Aşiqlər — bu mənaları ifadə edə bilər: Aşiqlər parkı — Ermənistanın paytaxtı İrəvanda yerləşən park. Aşiqlər (film, 2000) — Hindistan rejissoru Aditya Çopranın 2000-ci ildə ekranlaşdırdığı Hindistan filmi. Aşiqlər (film, 2008) — Azərbaycan rejissoru Rafiq Dadaşovun 2008-ci ildə ekranlaşdırdığı Azərbaycan filmi.
Aşiqlər (film, 2000)
Aşiqlər (Mohabbatein-tərcümə: Sevgi hekayələri — Azərbaycanda Aşiqlər olaraq tanınır) — 2000-ci ildə Hindistanda istehsal olunan romantika janrında olan musiqili filmin rejissoru Aditya Çopradır. Bu film Cəsur ürək gəlini alar filmindən sonra Çopranın rejissorluq etdiyi ikinci layihədir. Filmin çəkilişləri Hindistan və İngiltərədə baş tutub. Altı gənc debütantın iştirak etdiyi filmin əsas rollarında Amitabh Baççan və Şahrux Xan yer almışdır. Ayşvariya Ray filmdə Xanın sevgilisi olaraq rol aldı. Musiqilərin müəllifi Çətin-Lalittə məxsusdur, sözləri isə Anand Baxşi tərəfindən qələmə alınıb. Aşiqlər filmi Baççan və Xanın birlikdə rol aldığı ilk film olduğundan bu filmə çox önəm verilirdi. Film tənqidi və kommersiya tərəfdən kifayət qədər uğur qazandı. Film həmçinin ilin ən çox gəlir əldə edən ikinci filmi oldu və superhit elan olundu. Bir neçə mükafat daxil olmaqla Filmfare Ən Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı və Filmfare Ən Yaxşı Köməkçi Aktyor mükafatları müvafiq olaraq Şahrux Xan və Amitabh Baççana verildi.
Aşiqlər (film, 2008)
Aşiqlər qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Rafiq Dadaşov tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bədii-sənədli estetika əsasında çəkilən film Qarabağın və Azərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Bədii səhnələrdə əsas rolları Vaqif Şərifov, Elşən Rüstəmov, Şövqi Hüseynov və Vüqar Məmmədəliyev ifa edirlər == Məzmun == Bədii-sənədli estetika əsasında çəkilən film Qarabağın və Azərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Öz dövrlərinin nüfuzlu şair və ictimai xadimi olan bu 3 şəxsiyyət rus və sovet imperiyaları vaxtında təqib və repressiyaya məruz qalmışdır. == Film haqqında == Filmin ssenarisi Azad Qaradərəlinin "Aşiqlər" kitabının motivləri əsasında yazılmışdır.
Aşiqlər parkı (İrəvan)
Mənazilül-aşiqin
Mənazilül-aşiqin – Seyid Yəhya Bakuviyə aid olan bu əsər 1797 beytdən ibarətdir. Əsərdə təsəvvüf yolunun saliklərini gözləyən çətin və uzun yolun qət edilməsi üçün lazım olan rəhbər və mənzillər açıqlanır. Həmin mənzillər 40 ədəd olub bunlardır: niyyət, inabət, tövbə, iradə, cəhd, müraqəbə, səbir, zikr və fikir, nəfsə müxalifət, riza ,müvafəkat, təslimiyyət, təvəkkül, zöhd, ibadət, vəra, ixlas, sidq, xövf, rəca ,fəna, bəqa, eynəl-yəqin, mərifət, vəlayət, şövq, məhəbbət, vəhdət, qürbət, vüsal, kəşf,hüzur, təcrid, təfrid, inbisat, təhəyyür, nəhayə, təsəvvüf, qürbətin qürbəti. Bu əsərin Nuruosmaniyyədəki nüsxəsi “Çehel mənazilü həft iqlim” adı altında qeyd edilmişdir.
Məşhur aşiqlər siyahısı
Dünya üzərində məşhur olan aşiqlərə işarə edir:
Ay aşiqləri: Yaralı ürək Qoryo (teleserial, 2016)
Ay aşiqləri: Yaralı ürək Qoryo(eng.Moon Lovers: Scarlet Heart Ryeo, Hangul: 달의 연인 — 보보경심 려; Hanja: 달의戀人-步步驚心 麗; RR: Dar-ui yeon-in — Bobogyeongsim ryeo; MR: Tar-ŭi yŏnin — -cPopokyŏngsim ryŏ)- Çin yazıçısı Tong Huanın Bu Bu Jing Xin əsəri əsasında ekranlaşdırılan Cənubi Koreya teleserialıdır. 2016-cı ilin avqustun 29-dan noyabrın 1-nə qədər SBS telekanalında 20 seriyadan ibarət olmaqla hər həftənin bazar ertəsi və çərşənbə axşamı saat 22:00-da yayımlanmışdır. == Məzmun == Günəş tutulması nəticəsində 21-ci əsrdə yaşayan 25 yaşlı Go Ha-jin(Lee Ji-eun), Qoryo sülaləsinin dövrünə qayıdır. O, 941-ci ildə Hae Soo-nun bədənində oyanaraq hakimiyyətdə olan Vanq ailəsinin şahzadələri ilə qarşılaşır. O, əvvəlcə alicənab 8-ci şahzadə Vanq Vuka (Kang Ha-neul) aşiq olur, daha sonra isə öz üzünü maskanın arxasında gizlədən və aşağılayıcı şəkildə "canavar-it" adlandırılan 4-cü şahzadə Vanq So-nu (Lee Joon-gi) sevir. Beləliklə Hae Soo fərqinə belə varmadan özünü şahzadələr arasında rəqabət və siyasət, taxt-tac uğrunda gedən mübarizələr arasında tapır.
Aşiqlik
Aşiq olmaq və ya limerensiya — başqa bir insana yönəlmiş güclü, müsbət çalarlı hiss və ya hisslər kompleksi. Psixoloqların fikrincə, aşiq olmaq şüurun daralması ilə müşayiət olunur ki, bu da hisslərin yönəldiyi obyektin təhrif olunmuş qiymətləndirilməsi ilə nəticələnə bilər. Aşiq sevdiyi insanın çatışmazlıqlarına və onunla münasibətlərdə yaranan ziddiyyətlərə göz yumur, onun müsbət keyfiyyətləri və müsbət qarşılıqlı əlaqə təcrübəsi xüsusi dəyər qazanır. Aşiq olmaq hissinin müsbət çalarlı baxmayaraq, bəzən (məsələn, sevgi obyekti sevgilinin hərəkətlərinə mənfi reaksiya verdikdə) güclü mənfi çalarlı təcrübələrə səbəb ola bilər. Aşiq olmaq qeyri-sabit şüur vəziyyətidir: o, bu və ya digər insanda həmişə sonlu bir müddət ərzində baş verən bir mərhələ kimi mövcuddur. O, azala, bitə və yenidən yarana bilər. Sonda aşiq olmaq başqa bir hissə çevrilə bilər, məsələn sevgiyə. İngilisdilli psixoloji ədəbiyyatda limerensiya (ing. limerence) neologizmi tez-tez istifadə olunur ki, bu da amerikalı biheviorist professor Doroti Tennou tərəfindən təqdim edilmişdir. Maraqlıdır ki, bu söz müəllifin sırf aprior ixtirasıdır, eufoniya üçün tərtib edilib və heç bir başqa sözə qayıtmır.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Aşıq Zərnişan
Aşıq Zərnişan- Aşıq Zərnişan Cabbarqızı (1852–1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Cəfər Cabbarlı, Aşıq Zərnişan, Xızı aşıqları, aşıq sənəti, şahmat. Dahi dramaturq Cəfər Cabbarlı bir sıra yaddaqalan musiqilər bəstələyib: Azad bir quşdum, Gərək günəş dağları aşıb sönməyəydi…, Mən bir solmaz yarpağam ki, Hicrindən oldu, ey gözəl, Sənə nə olub, zalım yar, Sənin dərdindən, Saranın mahnısı, Marş irəli, əsgərim!, Yaşasın Azərbaycan, On dördü (yaxud Nuru Paşa) rəqsi və s. == Həyatı == Aşıq Zərnişan Cabbarqızı (1852–1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Aşıq Zərnişan Xızıda tanınmış Cəlilli nəslinin bir nümayəndəsi olub. Bu nəslin nümayəndələrinin demək olar ki, hər birinin bədahətən şeir demək, söz qoşmaq, yaxud gözəl rəqs etmək bacarığı var. Uşaq yaşlarında Zərnişan Xızı mədrəsəsində təhsil alıb, şeirə, musiqiyə böyük həvəs göstərib, bədahətən şeirlər söyləməklə ətrafdakıları heyrətləndirərdi. Zərnişan 16 yaşında ikən öz doğmaca əmisi oğlu Hacı Əliəkbərlə ailə həyatı qurmuşdur. Gənc ailə Bakıda, İçərişəhərdə yaşayıb. Hacı Əliəkbər şəhərin çox zəngin, varlı tacirlərindən biri idi.
Aşıq havaları
Aşıq havaları — Azərbaycan musiqi folklorunun əsas sahələrindən biri. Müasir aşıqların repertuarında daim işlənib kamilləşən yüzdən artıq klassik hava və onun variantları mövcuddur. Aşıq havalarının xalq dastanları ilə birgə yarandığı, əvvəllər yalnız dastanlarla, sonralar isə eyni zamanda, müstəqil oxunduğu ehtimal edilir. Aşıq havaları məzmun və xarakterinə görə qəhrəmanlıq ruhunda, lirik və nəsihətamiz planda satirik və komik səciyyəli olur. Bu havalarda xalqın sevinc və kədəri, zülm və əsarətə qarşı etirazı, vətənpərvərliyi, qəhrəmanlıq və rəşadəti əks olunmuşdur. "Koroğlu", "Misri", "Orta divani"də mərdlik, cəsurluq, "Qəmərcan", "Gözəlləmə", "Göyçəgülü"ndə oynaqlıq, şən əhvali-ruhiyyə, "Dilqəmi", "Yanıq Kərəmi", "Təcnis"də lirik məhəbbət duyğuları, qüssə və həsrət duyğuları ifadə edilir. Aşıq havaları xüsusiyyətinə görə, əsasən, üç qrupa bölünür: reçitativ (dastanla bağlıdır), yarımreçitativ, mahnı xarakterndə olan havalar. Reçitativdən təğənniyə doğru inkişaf yolu keçmiş Aşıq havaları melodika, vəzn-ritm xüsusiyyətlərinə görə çox zəngin və rəngarəngdir; adətən, strofik formada olur. Bütün havalarda instrumental müqəddimə, əsas mövzu və tamamlama (koda) mövcuddur. Səsin eyni ucalıqda təkrarı, musiqi motivi rüşeymi və bütov ifadələrin variant şəklində təkrar edilməsi, melodiyanın pərdələrlə aşağı hərəkəti, enən sekvensiya Aşıq havalarının səciyyəvi xüsusiyyətlərindəndir.
Aşıq musiqisi
Azərbaycan aşıq sənəti (az-əbcəd. آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.
Aşıq sənəti
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü.Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.
Aşıq ədəbiyyatı
Azərbaycan aşıq sənəti (az-əbcəd. آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.
Abdulla Şaiq
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == === Erkən illəri və təhsili === Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində Anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.
Afiq Həsənov
Afiq Rəşid oğlu Həsənov (7 may 1951, Fərzalı, Gədəbəy rayonu) — Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Afiq Həsənov 07 may 1951-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuşdur. 1958÷1968-ci illərdə həmin rayonun İsalı kənd orta məktəbində oxumuş, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1972-ci ildən təhsilini prof. Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitutunda davam etdirmiş və 1974-cü ildə həmin İnstitu bitirib. "Start" və "Pluq" tipli Havada Hərəkətin İdarə Edilməsi Avtomatlaşdırılmış Sistemlərinin işlənməsində iştirak edib. 1993-cü ildə namizədlik (PhD), 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış və eyni zamanda Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Siqnalların işlənməsi üçün yeni tipli akustooptik metodların və vasitələrin yaradılması problemləri üzərində çalışır. Bir çox elmi tədqiqat və təcrübi konstruktor işlərinin elmi rəhbəri olmuşdur. Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən texnika elmləri üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının həmsədridir.
Afiq Qulamlı
Afiq Fərhad oğlu Qulamlı (24 dekabr 1996, Xırdalan – 19 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afiq Qulamlı 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini 2003–2014-cü illərdə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vuran Afiq müxtəlif işlərdə çalışmış, mülki fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Afiq Qulamlı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afiq Qulamlı səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Afiq Qulamlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Afiq Süleymanov
Afiq Süleymanov (10 iyul 1954) — Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş Katibi (1999). 2 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Afiq Süleymanov 10 iyul 1954-cü ildə anadan olub. 1976-cı ildə ADBTİA-nı bitirdikdən sonra Azərbaycan Dövlət İdman Komitəsində təlimatçı, dövlət məşqçisi, idarə rəisi vəzifəsində çalışıb. Sonralar ÜİLKGİ MK-nin komsorqu, KP RK-nin şöbə müdiri, qadınlardan ibarət ot üstü hokkey üzrə "Rabitəçi" idman komandasının rəisi, 1991-1996-cı illədrə Əlillərin "Mərhəmət" Bədən Tərbiyəsi və İdman Assosiyasiyasının 1-ci vitse prezidenti vəzifəsində işləyib. 1996 -cı il təsis konqresində qrumun baş katibi seçilib. 1996 -cı il Atlanta, 2000 - ci il Sidney, 2004 - cü il Afina,2008-də Pekin, 2012 ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinin olub.[mənbə göstərin] 8 fevral 2013-cü il Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Baş katibi vəzifəsinə təkrarən seçilmişdir.
Aliq Nağıoğlu
Aşil Amperör
Aşil Amperör (fr. Achille Emperaire; 16 sentyabr 1829[…], Eks-an-Provans[d] – 8 yanvar 1898[…], Eks-an-Provans[d]) — fransız rəssam-impressionist, Pol Sezannın dostu. == Həyat və yaradıcılığı == Aşil Amperör xəstəlik ilə doğulmuş və bütün həyatı boyu liliput qalmışdır. 1844–1856 illəri arasında doğma şəhərində rəsm və rəsm tədqiq etmişdir.
Aşir Atlı
Aşir Atlı (türk. Aşir Atlı) (1881 – 23 oktyabr 1957, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Həyatı == 1864-cü ildə Böyük çərkəz sürgünü zamanı daha əvvəl Balkanlara, sonra isə Anadoluya köçən adıgeylər ailəsinə məxsus olan Mehmet bəyin oğlu idi. 1903-cü ildə hərbi məktəbi, 1906-cı ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Birinci Dünya müharibəsində İraq cəbhəsində müxtəlif komandirliklərdə rəhbərlik etmişdi. == Hərbi fəaliyyəti == 27 iyun 1918-ci ildə 2-ci tümən, 23 dekabr 1919-cu ildə 16-cı tümən və 1921-ci ilin avqustunda 16-cı bölmə komandirliyinə təyin edildi. 23-cü bölməyə komandirlik etdiri müddətdə İzmir Şərq Cəbhəsi Milli Qüvvələrinə komandirlik etdi. Bu cəbhədə birlikdə döyüşdüyü Kuva-yi Seyyarenin Marmara və Anadoludakı üsyanları yatırmağa göndərilməsi səbəbilə Kuva-yi Seyyarenin komandiri Çərkəz Ethəmin ilə onun arasında bəzi anlaşılmazlıqlar oldu. Yunanıstanın hücumundan və irəliləməsindən sonra və çərkəz mənşəli olduğundan Bursalıların yıxılmasından general-mayor Bəkir Sami bəy ilə birlikdə Bursanın yunanların əlinə keçməsində cavabdeh oldu. Lakin onun xidmətlərini bilən və təqdir edən Mustafa Kamal Paşanın məsələyə müdaxilə etməsi və Türkiyə Böyük Millət Məclisində onları müdafiə etməsi səbəbilə arxa cəbhədə Antalya Valiliği və Region Komandirliyinə təyin edildi.
Aşıq yaradıcılığı
Azərbaycan aşıq sənəti (az-əbcəd. آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.
Aşıq Çələbi
Aşıq Çələbi, əsl adı Pir Mehmed (1519, Prizren – 1571, Üskub) — Osmanlı bioqrafı, şairi və tərcüməçisi. O, Rumelinin bir çox şəhərlərində kadi vəzifəsini tutmuş, 1568-ci ildə yazdığı "Meşair əş-şüəra" əsəri ilə məşhurdur. Aşıq Çələbi Prizrendə bir seyid ailəsində anadan olmmuşdur. O, 1535-ci ildə vəfat edən atasının ölümündən sonra Filibeyə, oradan da İstanbula köçmüşdür. Orada dövrünün ən yaxşı müəllimlərindən oxuduğu mədrəsəni bitirmiş, mükəmməl təhsil almışdır. Daha sonra Bursada məhkəmə katibi vəzifəsində çalışmışdır. 1546-cı ildə İstanbula qayıtmışdır. Orada müəllimi Əmir Qisin sayəsində məhkəmədə vəzifə almışdır. Bundan sonra o, Rəcəb Çələbinin vəfatından sonra boş qalmış imperator divanında baş etirafçı vəzifəsini almaq istəsə də, fətva idarəsində işə düzəlmişdir.
Aşıq Ömər
Aşıq Ömər (təq. 1621, Evpatoriya – təq. 1707, Evpatoriya) — türk aşığı. == Həyatı == Aşıq Ömərin həyat və yaradıcılığı ilə əlaqədar geniş bilgi yoxdur. Onun anadan olma və ölüm tarixləri də, harada dünyaya gəldiyi də mübahisəlidir. Bir şerində "Kəndim Gözləvəli, Ömərdir ismim" misrasındakı bu Gözləvə kəndinin Konya vilayətində olduğundan bir sıra ədəbiyyatşünas alimlər onun məhz Konyalı olduğunu yazırlar. Bəziləri isə onun Aydmlı olduğunu irəli sürürlər. "Vatan-ı aslimiz Aydın ilidir" misrasına əsaslananlar da onun Aydın vilayətindən olmasını ehtimal edirlər. Ancaq bu xalq aşığının Konyanın Gözləvə kəndində anadan olduğunu və bir müddət Aydında yaşadığım yazanların fikrilə razılaşmaq olar. Beləliklə də, Aşıq Ömərin təxminən 1651-ci ildə Konyanın Gözləvə kəndində anadan olduğunu söyləmək mümkündür.
Aşıq İdris
Aşıq İdris (İdris Şirin oğlu Məhərrəmov; 1894, Zərzibil, Yeni Bəyazid qəzası – 1945) — Göyçəli ustad aşıq. == Həyatı == Aşıq İdris 1894-cü ildə Göyçə mahalının Zərkənd kəndində Aşıq Şirinin ailəsində doğulmuşdur. O, on iki yaşından atası Aşıq Şirindən dərs almış, aşıq sənətinin sirlərinə vaqif olmuşdur. Aşıq İdris otuz beş dastanı sinədən bilmiş, ağır yığnaqlar keçirmişdir. O, müharibəyə gedib geri qayıtmamışdır (1941/45).
Aşıq İmran
Aşıq İmran (tam adı:İmran Mehralı oğlu Həsənov; 1928, Ağbulaq – 15 dekabr 1999) — Azərbaycanın ustad aşığı; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri. == Həyatı == İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir. Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər. 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir. 1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb. Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun "Sənətimin sultanıyam" adlı şeirlər kitabı da işıq üzü görüb. Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.
Aşıq İslam
Aşıq İslam Yarpızlı (1910–1943) — Azərbaycanlı aşıq. Aşıq İslam Yusifov (1893–1968) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Aşıq İslam Rza oğlu (1977–2013) — Şirvan aşıq sənətinin tanınmış simalarından biri.
Aşıq İxtiyar
Aşıq İxtiyar — Naxçıvan aşıqlarından və sazbəndlərindən biridir. == Aşığın həyat və yaradıcılığı == Seyidov İxtiyar Mircəfər oğlu tanınmış Naxçıvanın aşıqlarından və sazəndələrindəndir. O, uzun müddət Naxçıvan Aşıqlar Birliyinin sədri olmuşdur. Aşıq İxtiyar 18 dekabr 1966-cı ildə Naxçıvanın Şahbuz rayonunun Kükü kəndində ziyalı iləsində doğulmuşdur. Orta məktəbdə oxuduğu illərdə saz sənətinə xüsusi həvəs göstərmiş, bu həvəs onu musiqi alətləri düzəltməyə, onların tarixi ilə maraqlanmağa sövq etmişdir. Aşıq İxtiyar 1984-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, 1987-ci ildə hərbi xidmətini bitirmişdir. Daha sonra Naxçıvan Politexnik Texnikumuna daxil olmuş, 1989-cu ildə texnikumu bitirmişdir. Aşıq İxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra saz aləti düzəltməklə məşğul olmuş və Naxçıvan MR Estetik Tərbiyə Mərkəzində saz ixtisası üzrə müəllim işləmişdir. Bu illərdə Aşıq İxtiyar qədim musiqi alətləri düzəltmək sahəsində mükəmməl sənətkar kimi tanınmış və Naxçıvanda onun “Əl işlərinin sərgisi” təşkil edilmişdir. Qədim musiqi alətləri, o cümlədən saz aləti düzəltmək sahəsindıki bacarıq və istedadına görə Aşıq İxtiyar mükafata layiq görülmüşdür.
Aşıq Şahsuvar
Aşıq Şahsuvar (1927, Yarpızlı, Yeni Bəyazid qəzası – 1996, Daşbulaq, Gədəbəy rayonu) – aşıq. == Həyatı == Aşıq Şahsuvar Eyyub oğlu Fərzəliyev 1927-ci ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. 1948–1953-cü illərdə başqa göyçəlilər kimi o da departasiyaya uğrayıb və gəlib Gədəbəy rayonunun Söyüdlü kəndində məskunlaşıb, bir il orada yaşayandan sonra Əli-İsmayıl kəndinə köçüblər, orada da iki il qaldıqdan sonra Hərel-İsa, indiki Daşbulaq kəndinə köçüblər və düz ömrünün sonuna kimi, yəni 1996-cı ilə qədər həmin kənddə yaşayıb. Aşıq Şahsuvar Eyyub oğlu gözəl yaddaşa və gözəl danışıq qabiliyyətinə malik olub, atası Eyyub kimi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi Göyçədə ən gözəl balaban icraçısı olub. Aşıq Şahsuvar bütün Aşıq havalarını özünəməxsus ifa edərdi, onun Göyçə gülü, Yanıq Kərəm cığalı təcnis, dodaqdəyməz, müxəmməs kimi aşıq el havalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar aşıq dastanlarını elə gözəl ifa edərdi ki, məclisdə bir nəfər belə səs çıxarmazdı. O, Xəstə Qasım, Tufarqanlı Abbas, Şah İsmayıl və başqalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar Aşıq Ələsgərin vurğunu idi. Ustadı Aşıq Oruc olmuşdur.
Aşıq Şakir
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir. Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur. Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi.
Aşıq Şenlik
Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır – 1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq == Həyatı == İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. == Ailəsi == Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır. == Fəaliyyəti == Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur.
Aşıq Şirin
AŞIQ ŞİRİN - ustad aşıq == Həyatı == 1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur. Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur.
Aşıq Şivğa
Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძე – Luka Beridze; 1838 və ya 1860, Gürcüstan – 1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıq–şairi. == Həyatı == Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir. Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir. Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir. Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir. Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır. Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Aşıq Əhliman
Aşıq Əhliman (9 mart 1955, Bərgüşad, Ucar rayonu) — aşıq. == Həyatı == Əhliman Rəhim oğlu Rəhimov 9 mart 1955-ci ildə Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan şeir, sənət və ustadlar haqqında söhbətlərə saatlarla qulaq asmaqdan doymazdı. Ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Məhəmmədağa çalıb-oxuyurdusa, Əhliman özünü o məclisə yetirirdi. Ustad sənətçilərin söylədikləri sirli-sehrli nağıl və dastanları yaddaşına köçürməyə çalışar, saz havasını nəfəs kimi udardı. Əhlimanın duyğuları böyük Füzulinin ustad hesab etdiyi Həbibinin doğulduğu Bərgüşad kəndinin gözəl təbiətindən qidalanıb. Şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhliman Rəhimovun sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər… hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir.
Aşıq Əhməd
Aşıq Əhməd (XIX əsr, Güvəndik) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.
Aşıq Əkbər
Aşıq Əkbər Cəfərov (1933, Tovuz rayonu – 24 avqust 1990) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub. Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır. Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.