1. Fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs.
2. Aşağı rütbəli məmur.
3. Zəvvarları müşayiət edən, onların yola düşməsini və gəlməsini uca səslə camaata xəbər verən şəxs. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə həmçinin “başçı” mənasında işlənir.
Nigar xanım dedi:
– Qızlar, çavuş məndən qorxub, dil dodağı quruyub. Yazıqdı, mumyaya bir az yağ qatın, ona verin yesin, özünə də deyin ki, xanım deyir canına yazığı gəlsin, başını götürüb buradan qaçsın, yoxsa onu öldürəcəyəm. (Paris nüsxəsi, 4-cü məclis)
*
Koroğlu dedi:
– Yaz ki, çavuş Rövşəni Məkkədən sənin yanına yollayıram. Belə mömün, namaz qılıb oruc tutan, orucunu yeməyin, halal-haram bilən bir cavan yer üzünə gəlməyib. Mənə necə xidmət edirdinsə, ona da elə qulluq göstər. (Paris nüsxəsi, 4-cü məclis)