ÇAVUŞKUŞU
ÇAYDANLIK
OBASTAN VİKİ
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Çay
Çay (bitki) — bitki növü. Çay (coğrafiya) — coğrafi anlayış. Çay (içki) — içki. Çay (Afyonqarahisar) — ilçə.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. == Ümumi məlumat == Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. == Tarixi == 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. == İstinadlar == == Ədəbiyyat == Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. == İstinadlar == == Xarici keçidlər == Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Adı == Haqqında == Konqo adı bir vaxtlar çayın cənub sahilində yerləşən Konqo Krallığından yaranıb.
Lika (çay)
Lika — Xorvatiyanın Lika bölgəsində çay. 78.1 kilometr uzunluqdadır və 1.570 kvadrat kilometr sahəsi olan bir hövzəyə malikdir. Çayın mənbəyi 596 metr hündürlükdə olan Velebit dağından axan bulaqlardan başlayır. Əsas qolları solda Novçika və Otesika, sağda Qlamoçika və Yadovadır. Çayın üzərində uzunluğu 70 m və eni 5.5 metr olan Kosinc körpüsü tikilmişdir. Çayda tez–tez daşqınlar olduğu üçün suyun axmasını asanlaşdıran silindrik yarıqlarla inşa edilən körpü 1936-cı ildən istifadəyə verilmişdir. Lika çayı üzərində Su elektrik stansiyaları qurulub. 1971-ci ildə Senj SES və Sklope SES su ehtiyaclarını ödəmək üçün çayın qarşısını kəsərək süni Krusçika gölü yaradıldı. Hər 10 ildən bir süni gölün dibini, bənd konstruksiyalarını və hidromexanik avadanlığını yoxlamaq,aşınmaları düzəltmək üçün gölün suyu boşaldılır. 2010-cu ildə göl yenidən boşaldıldı.
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Meqhna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. == Hövzə == Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Meqxna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. == Hövzə == Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Mokşa (çay)
Mokşa (mokş. Мо́кша) və ya Yov (mokş. Йов) — Rusiyanın Penza, Ryazan vilayətləri və Mordoviya Respublikasında çay. Oka çayının sağ qoludur. Uzunluğu 656 km, hövzəsinin sahəsii 51 min km²-dir. Volqaboyu yüksəkliyindən başlanır. Əsasən, qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Ağac axıdılır. Kadom qəsəbəsindən gəmişiliyə yararlıdır.
Mureş (çay)
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. == Fiziki xüsusiyyətləri == Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. == Region və şəhərlər == Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. == Tarixi == Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. == Qorunması == Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Niger (çay)
Niger (fr. Niger [niˈʒɛʁ], ing. Niger [ˈnaɪdʒər], yor. Niger, Ọya) — Qərbi Afrikada çay. Niger çayı Qvineya, Mali, Niger, Benin, Nigerya ölkələrinin ərazisindən keçir.
Obsekvent çay
Obsekvent çay (rus. река обсеквентная, ing. obsequent river) — B. M. Devisə görə konsekvent çayın ikinci dərəcəli qolu, layların yatımının əksi istiqamətdə axan çay.
Oka (çay)
Oka — Rusiyanın Avropa hissəsində çay, Volqa çayının ən iri qolu. Uzunluğu — 1498,6 кm. Sahəsi — 245 min кm².
Okumi (çay)
Okumi və ya Okum (abx.Uakəym, meqr. ოქუმ [Okum], gürcü ოქუმი [Okumi]) — Abxaziyadan Qara dənizə axan çay. Mənbə Gürcüstanın Sameqrelo və Zemo-Svaneti bölgələri ilə sərhədə yaxın dağlıq ərazidə yerləşir. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın qırağında Okum, Açquara, Qudava kimi iri kəndlər yerləşir. Çayın əsas qolları: solda Eristskali (Ertskar və ya Böyük Eris-Tskali) sağda - Azura, Ohoja / Çuartal. == İstinadlar == == Xarici keçidlər == Лист карты K-37-XII. Масштаб: 1 : 200 000. Издание 1979 г. Лист карты K-37-XVIII. Масштаб: 1 : 200 000. Издание 1979 г.
Orxon (çay)
Orxon çayı (monq. Орхон гол, ing. Orkhon River, rus. Орхон) — Monqolustanda böyük tarixi-mədəni əhəmiyyəti olan çay. Çayın uzunluğu 1 124 km-dir, Hövzəsinin sahəsi 132 835 km2 == Coğrafiyası == Xangai dağlarından, 1 124 m yüksəklikdən başlayan Orxon çayı şimala tərəf axır və Rusiya sərhəddini keçmədən Selenqa çayı(monq. Сэлэнгэ гол) ilə birləşərək Baykal gölünə tökülür. Çayın uzunluğu 1 124 km-dir. Selenqa çayından 100 km uzun olan Orxon çayı Kerulen çayından (1254 km) sonra Monqolustanın ən uzun çayıdır. Qış aylarında buzla örtülü olur. May və Sentyabr aylarında çayın təqribən 175 km-lik hissəsi gəmiçilik üçün yararlı olur.
Po (çay)
Po çayı — İtaliyanın birinci, Avropanın da ən böyük çaylarından biridir. 652 km uzunluğundadır. Qolları ilə birlikdə 71,000 km²-lik bir hövzəyə malikdir. Ponun ən mühüm qolları Qərb Alplarında Mont Blanc və Monviso Dağları ətəklərindən gələn çaylardır. Çay Po düzənliyində şimaldan gələn Casale, Ticino, Mincio, Adda, Oglio; cənubdan gələn Tonaro, Trebbia, Secchina, Panaro kimi çaylarla birləşərək Venedikin 60 km qədər cənubundakı Mesolada Adriatik dənizinə tökülür. Çayın mənsəbindən Piacenza və Cremona şəhərlərinə qədər olan 260 km-lik məsafə nəqliyyata əlverişlidir. Çayın qolları ilə birlikdə suladığı Po Düzənliyi, İtaliya iqtisadiyyatına mühüm mühüm kömək edir. Lombardiya, Emilia- Romagna, Piemonte, Veneto əyalətlərinin sərhədləri daxilində 46.000 km² lik bir sahəni örtən düzənlikdə heyvandarlıq, taxıl, yem, sənaye bitkiləri, meyvə, tərəvəz yetişdirilməsi çox inkişaf etmişdir.
Psou (çay)
Psou (abx. Ҧсоу, Gürcücə ფსოუ) Qərbi Qafqazda çaydır. Uzunluq - 53 km, hövzə sahəsi təxminən 421 km². Qara dənizə orta illik axını 0.65 km³-ə çatır. Orta su istehlakı 19.2 m³ / s təşkil edir. Çay uzunluğu boyunca Gürcüstan tərəfindən Rusiya və Gürcüstan arasında dövlət sərhədi (Gagra bələdiyyəsi) olaraq qəbul edilən Rusiya Federasiyası (Krasnodar Bölgəsi) ilə Abxaziya Respublikası (Qaqra bölgəsi) arasında dövlət sərhədini təşkil edir. Aqepsta dağından 4,5 km məsafədə, Turih dağlarının cənub yamaclarından axır. Mzımta çayından 8 km cənub-şərqdə Qara dənizə axır. Soçinin şərq sərhədi Psou çayı boyunca uzanır. Psou vadisində Aibqa, Yermolovka, Nijneşilovskoe, Vesyoloye kəndləri var.
Pəmbək (çay)
Pəmbək çayı (erm. Փամբակ գետի (Pambak qeti)) — Ermənistanda çay, Tona (erm. Դեբեդ գետի (Debed qeti), (gürc. დებედა (Debeda)) çayının sağ qolu. Pəmbək çayı İrəvan quberinyasının Aleksandropol qəzasında, indi Quqark rayonu ərazisində çaydır. Uzunluğu 86 km-dir. Hidronim türk dilində «dar çay vadisində hündür, dik qayalıq bənd», «çayın içərisinə doğru uzanmış hündür, sıldırım burun və sahil boyu çətinləşdirilmiş yer», «çay içərisində qırılmış qayalıq» mənasında işlənən bom // boom sözü ilə, «hündür, yüksəklik, başlanğıc» mənasında işlənən bak sözünün mənasında işlənən bom // boom sözü ilə birləşməsindən əmələ gəlib.
Qara çay
Qara çay — xüsusi çay növü olub, Oolonq, yaşıl və ağ çaylardan daha çox oksidləşmiş. Bütün dörd növ Camellia sinensis kolunun (və ya kiçik ağacını) yarpaqlarından hazırlanır. Ümumiyyətlə, qara çay, dad baxımından az oksidləşmiş çaylardan daha çox güclüdür. == Həmçinin bax == Erl Qrey çayı Leydi Qrey çayı == Qara çay orqanizmi tonusda saxlamağa kömək edir == Çay kamelia sinensis bitkisinin qurulmuş yarpaqlarına isti su tökmək, çay yarpaqlarını dəmləmək və suya təam və ətir verməklə hazırlanan içkidir. Çayın tərkibində faydalı minerallar və C vitamini var. Ürək-damar xəstəliklərinə yaxşı təsir edir, həzm prosesini asanlaşdırır, dişləri çürüməyə qoymur. Amma bəzən yayda çay içməkdənsə su içməyə üstünlük verənlər də olur. Mütəxəssislər bildirirlər ki, çay içməyin mövsümü yoxdur, əksinə sərinlik gətirən vasitədir. Bir fincan isti çaydan sonra dərinin temperaturu 1-2 dərəcə endiyinə görə orqanizmdə sərinlik yaranır. NKPI.AZ AZƏRTAC-a istinadla bildirir ki, hazırda pandemiya dövründə tez-tez çay içmək daha yaxşı olar.
Qarağac (çay)
Qarağac, İranın Fars ostanında çay, farsça Mənd. Şiraz şəhərindən 50 km şimal-qərbdə yerləşən Teresk dağının buzlağından başlayır. Əvvəlcə cənub-şərqə axır, sonra tədricən cənuba və cənub -qərbə burulmağa başlayır və Nəhilu burnu rayonunda Fars körfəzinə tökülür. Mənsəbində bataqlıq və qamışlıqlarla səciyəvidir. Aşağı yarısında Mənd adlanır.
Qovuq çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hacı Əhməd kəndi (Çaypara)
Hacı Əhməd kəndi (fars. حاجي احمدكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (75 ailə).
Hacılar (Çaypara)
Hacılar (fars. حاجيلار‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanının Hacılar bəxşinin ərazisinə daxil olan şəhər və bu bəxşin mərkəzi. == Adının mənşəyi == Kənd ağsaqqallarının dediyinə görə keçmişdə ətraf kənlərdən məkkəyə gedən hacılar bu kəndə toplaşarmışlar, ondan bəri kəndin adı belə qalıb.Başqa bir fakta görə kəndin əsasını qoyanlar Çors kəndindən olan dörd hacı(qardaş)imiş ki ona görə buraya hacılar adı verilibdir. == Tarix == Kəndin əskiliyi 450 il eramızdan əvvələ gedib çıxır.Hacılar yerlərinin əkinə yararlı olması və Ağçayın sahilində yerləşməsi insanların burada məskunlaşmasına səbəb olubdur.Kəndin yaxınlığında Sarıdaş yaşayış yerinin xarbalığları və bir tarixi təpə yerləşir. . == Coğrafiya == Hacılar kəndi dəniz səviyyəsindən 1055m yüksəklikdə yerləşərək, havası qışda quraq soyuq yayda isə quraq isti keçir. Ortalama illik yağıntı miqdarı 224mm təşki edir. Hacılara ən yaxın yaşayış məntəqəsi etnik kürdlər (Türkiyənin van ilindən buraya gələn kürdlər) yaşayan Babilabad kəndidir ki burailə 1 km aralıdır. Hacılar Xoy şəhərindən 60 km şimalda yeralıb. == Yer adları == Abısərdar bağı, Kümbəz arxı, Göbü, Mərdan yeri, Ənabi yeri, Mollakərim yeri, Şıx vahhab yeri və sairə. == Su dəyirmanları == Keçmişdə burada Salah dəyirmanı, Mahrül dəyirmanı, Ağdəyirman və Hacıəhməd dəyirmanı fəaliyyət göstərərmiş, ancaq indi işlək deyillər.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Hibiskus çayı
Hibiskus çayı — rozella (lat. Hibiscus sabdariffa) bitkisinin kasacıqlarından hazırlanan içki. Bu çay bütün dünyada həm soyuq, həm də isti olaraq içilir. Hibiskus çayının ağızbüzən turş dadı var. Şirinləşdirmək üçün ona şəkər və ya nabat əlavə edilir. Çay C vitamini və mineralları ilə zəngindir və xalq təbabətində ondan sidikqovucu kimi, ürək və sinir xəstəliklərinin, eləcə də xərçəngin müalicəsi üçün istifadə olunur. Afrikada, xüsusilə də Sahel bölgəsində bu bitkinin qurudulmuş güllərindən bitki mənşəli çay, Şərqi Afrikada isə "Sudan çayı" adı ilə öskürək sakitləşdirici məhlul hazırlanır. Bitkinin duz, istiot, çadıruşağı otu və doşab ilə qarışdırılaraq əldə olunan şirəsindən öd kisəsinin tədavisində istifadə olunur. Tailandda isə qandakı xolesterolun səviyyəsini azaltmaq üçün bu bitkidən hazırlanan çay içilir.
Hind çayı
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hüseynabad (Çaypara)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 177 nəfər yaşayır (35 ailə).
Hüseynbəyli (Çaypara)
Hüseynbəyli (fars. حسين بيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 417 nəfər yaşayır (97 ailə).
Həkəri çayı
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Jurua çayı
Jurua (port. Juruá) — Amazon çayı nın sol qolunu təşkil edir. Uzunluğu 3280 km, hövzəsinin sahəsi isə 224 min. km² təşkil edir. Çayın məbəyi La-Montaniya (Peru) Peru And öndağlığından başlayaraq şimaldan cənuba doğru axır. Sonradan Amazon düzənliyinə çıxır. Braziliyanın Akri və Amazonas ştatları ərazisindən axır. Şərq istiqamətdə axarkən özünün ən böyük qolunu Taraukanı qəbul edir. Sonradan şimal-qərbə istiqamətlənir. Burada sahilləri bataqlaşmışdır.
Jurunea çayı
Jurunea çayı (Río Juruena) — Cənubi Amerikanın mərkəzində yerləşən çay. Braziliya ərazisindən axaraq Yapajos çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 960 km təşkil edir. Çay öz başlanğıcını Serra-dus-Paresis dağından başlayır və Braziliyanın az məskunlaşılmış öndağlıq ərazisindən axaraq şimala istiqamətlənir. Üzərində çoxlu sayda astana və şəlalələr vardır. Dekabrdan aprelədək gursululuq dövrüdür.
Kafil (Çaypara)
Kafil (fars. كفيل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (25 ailə).
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Kamalabad (Çaypara)
Kamalabad (fars. كامل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 380 nəfər yaşayır (79 ailə).
Kamenka çayı
Kamenka — Rostov vilayəti ərazisindən axan çay. Mius çayınln sol qolunu təşkil edir. Çayın uzunluği 36,5 kilometrdir. Ən böyük qolu Makarovadır. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi isə Ryajenoe kəndidir ki, buradada 2242 nəfər yaşayır. == Adı == Çayın adı ruscadan tərcümədə «daş» sözündən törəmişdir. == Axarı == Çay öz başlanğıcını Marevka kəndinin 4 km şimal-şərqindən götürür. İlkin axarı boyunca cənub-qərbə axır. Politotdelskoe kəndi yaxınlığında ən böyük qolu olan Makarovanı qəbul edir. Kamenno-Andrianovo kəndindən isə istiqaməti qərbə götürür.
Kampuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir. Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır. == Hidroqrafiyası == Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³.
Kamsala çayı
Kasmala çayı — Altay diyarından axan çay. Ob çayını sol qolunu təşkil edir. Çay öz başlançıcını iki su ayrıcı olan ərazidən götürü. Onun mənbəyi Altay diyarının Rebrixinski rayonu Podstepnoe kəndi ərazisində yerləşir. Çayın mənsəbi Obun qolu olan Tixaya çayıdır. Çayın mənsəbi Altay diyarının Pavlovski rayonunda qərarlaşır. Çayın uzunluğu 119 km, du toplayıcı sahəsinin sahəsi isə 2660 km² təşkil edir. Su toplayıcı sahə düzənlikdir. Prionskoe platosunda qərarlaşır. Dərə qədim axının yerində qərarlaşır.
Kamçatka çayı
Kamçatka çayı (rus. Камчатка) — Rusiyanın Uzaq Şərq regionunda, Kamçatka yarımadasından axan çay. Çay Sakit okeanına daxil olan Kamçatski körfəzinə tökülür. Çayın bəzi hissələri gəmiçilik üçün yararlıdır. Çay boyunca Milkovo, Klyuçi və Ust-Kamçatsk yaşayış məntəqələri yerləşir. == Coğrafiyası == Çayın uzunluğu 758 km, hövzənin sahəsi 55.900 km², orta hövzənin hündürlüyü dəniz səviyyəsindən 560 metr yüksəkdir. Çayın ümumi düşməsi 1200 m, orta mailliyi 1,58 ‰ -dir. Başlanğıcını yarımadanın mərkəzi hissəsindəki dağlardan götürür və Pravaya çayı ilə birləşmədən əvvəl Ozernaya Kamçatka adlanır. İki çayın birləşməsindən başlayaraq mənsəbə qədər sahil boyunca Petropavlovsk-Kamchatsk—Ust-Kamchatsk avtomobil yolu keçir Üst hissədə çox sayda astana vardır. Orta axarda çay Mərkəzi Kamçatka ovalığına çatır və düzənlik xarakterini alır.
Kan çayı
Kan çayı —Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Rusiya Federasiyası Krasnoyarsk əyalətində yerləşir. Çayın uzunluğu 629 km, su hövzəsinin sahəsi isə 36,9 min km²-dir. Kan çayı dağlıq Aqul gölünü keçərək, Aqul çayına tökülür.
Kazikumux Koysu çayı
Kazikumux Koysu — Rusiyada, Dağıstanın cənub-qərb hissəində çay. Karakoysu çayının sağ qolu. Lak, Levaşi və Gergebil rayonları ərazisindən axır. Çayın orta illik su sərfi — 13,0 m³/s-dir. Çayın mənsəbi dəniz səviyyəsindən 650 metr yüksəklikdə yerləşir. Mənbəyi isə dəniz səviyyəsindən 3200 metr yüksəklikdədir. Kazikumux Koysu çayının meyilliyi — 31,5 m/km-dir. == Coğrafiyası == Kazikumux Koysu çayı öz mənbəyini Duti-Dağ silsiləsinin şimal yamacındakı buzlaqdan götürür və Karakoysu çayının mənsəbindən 10 km aralıda, Gergebil kəndi yaxınlığında çaya tökülür. Çayın uzunluğu 81 km, enməsi isə 2550 metrdir. Çay hövzəsinin sahəsi 1850 km²-dir.
Ket çayı
Ket çayı — Sibir ərazisindən axan çay, Obun sağ qolu. == Coğrafiya == Uzunluğu - 1621 km, hövzəsinin sahəsi - 94,2 min km²-dir. Başlanğıcını Ob-Yenisey su ayrıcısından götürür. Qərbi Sibir düzənliyi boyunca, Krasnoyarsk diyarı və Tomsk vilayətinin ərazisindən axır. Orlovka çayının axınından əvvəl çay dolama olaraq axır. Aşağı axarlarda isə çoxlu kanallara bölünür. Ket Oba iki qola birləşir - Toqur Ket və Kopılov Keti. Orta illik axını 560 m³/s-dir. İldə 17.7 km³ su baxıdır. May-avqust aylarında gursululuq müşahidə olunur.
Keyla çayı
Keyla çayı (est. Keila jõgi) — Estoniyanın şimal-qərbində axan çay. Yurudan cənubda yerləşən Raplamaa vilayətinin Loosalu bataqlığından başlayır və kiçik kənd yeri Keyla-Yola tərəflərdə Fin körfəzinə tökülür. Çayın uzunluğu 111.8 km, hövzəsinin sahəsi 669.3 km²-dir. Keyla, Fin körfəzinin ən uzun çayıdır. Əsas qolları Atla və Maydladır. Keyla şəlaləsi dənizdən gələn balıqların miqrasiyasına faktiki olaraq maneə olur.

Значение слова в других словарях