Xınalıqdan Şah dağına getmək üçün əvvəlcə çaylağa enməli olursan.
[Döyüşçülər] bir az yoxuşla dırmaşdıqdan sonra enişə, həm də çaylağa endilər.
□ Çaylaq daşı – bax çaydaşı.
Yolun o əl-bu əlində yuyulub təmizlənmiş muncuq kimi gözəl çaylaq daşları parıldayır, tez-tez təkərlərin ağzından qoparaq çırtaçırtla dörd yana səpələnir.
Çaylaq daşından tikilmiş [Xınalıq kəndinin] evləri, torpaq eyvanları, səkiləri, ağacsız dar küçələri elə bil çiçəklərlə, güllərlə bəzənmişdi.