ÇEX

I
сущ. чех, чешка. Çexlər чехи (западнославянский народ, составляющий основное население Чехии, до 1992 г. входившей в состав Чехословакии)
II
прил. чешский (относящийся к чехам, принадлежащий им). Çex dili чешский язык
ÇEÇƏYƏ-ÇEÇƏYƏ
ÇEXCƏ
OBASTAN VİKİ
Andreo Çex
Andreo Çex (rum. Andreo Cseh, 12 sentyabr 1895 – 9 mart 1979, Haaqa) Rumıniyalı Rahib və esperant olmuşdur. == Bioqrafiya == 12 sentyabr 1895-ci ildə Rumıniyanın Luduş şəhərində anadan olmuşdur. 1910-cu ildən Esperantist, 1919-cu ildə katolik kilsədə Rahib olmuşdur. Sibiu şəhərində 1920-ci ildə məşhur Esperanto tədrisi üçün, Çex metodu hazırlamışdır. Bu münasibətlə, o, bir neçə Esperanto kursunu tədris etmək üçün Targu Mures şəhərinə dəvət olunmuşdu. Orada Kluj-Napoka şəhərinə getdi, kurslarda tədrisə başladı və Rumıniya Esperanto hərəkatını təşkil etməyə başladı. 1922-ci ilin payızında Andreo Çex, onunla Rumıniya Esperanto Mərkəzi (Esperanto-Centro Rumana) quran Henriko Fisher Qalati tərəfindən Buxarestə dəvət olundu. İki il, Esperanto təbliğ etdi və onu Buxarest və ətraf şəhərlərdə öyrətdi. 1921-ci ildən Çex, Dünya Esperanto Assosiasiyasının nümayəndəsi olmuşdur.
Petr Çex
Petr Çex (çex. ); 20 may 1982[…], Plzen) — çex futbolçusu, Londonun "Çelsi" futbol klubunun və futbol üzrə Çexiya millisinin qapıçısı. Karyerası ərzində 153 penalti qaytaran Çex, dünyanın ən çox penalti qaytaran qapıçısıdır. U-21 Çexiya milli futbol komandasının heyətində 21 yaşadək futbolçular arasında 2002-ci il Avropa Çempionatının qalibi olub. 2004-cü ildə Çelsiyə transfer olunub və 2012-ci ildə bu komandanın heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Onun Çelsidə həm də liqa və ölkə kuboku çempionluqları olub.
Artyom Çex
Artyom Çex (13 iyun 1985, Çerkasi) — ukraynalı yazıçı və jurnalist. Ukrayna Silahlı Qüvvələrinin əsgəri kimi o, Donbasdakı müharibədə və Rusiya-Ukrayna müharibəsi iştirakçısı. == Həyatı == Artyom Çex 1997-ci ildə musiqi məktəbini (fortepiano, gitara, boru) bitirib. 2002-ci ildə Çerkası şəhərində orta məktəbi bitirib. 2002-ci ildən Kiyevdə yaşayıb, 2002–2007-ci illərdə Ukrayna Mədəniyyət və İncəsənət İdarəetmə Kadrları Dövlət Akademiyasında təhsil alıb. 2008-ci ilin dekabr ayından etibarən Çerniqov vilayətinə gedib. Uzun müddət orada yaşayıb. 2012-ci ildə Kiyevə qayıdıb. 2015-ci ilin aprelindən 2016-cı ilin iyulunadək Ukrayna Silahlı Qüvvələrində xidmət göstərib. Artyom Çexin həyat yoldaşı yazıçı və rejissor İrina Tsilıkdır.
Çex məsələsində son həll
Çex məsələsində son həll (alm. Endlösung der tschechischen Frage‎) — Nasist Almaniyasının Bohemiya və Moraviya protektoratını tamamilə almanlaşdırmaq haqqında planı. Almaniya sosioloqu və antropoloqu Karl Valentin Müller Çexiya xalqının böyük bir hissəsinin ari irqinə mənsub olduğunu və almanlaşdırıla biləcəyini iddia etmişdi. Bu, Almaniyanın yəhudi məsələsinin son həlli ilə tamamilə ziddiyyət təşkil edirdi. Bununla belə, Müller iddia edirdi ki, almanlaşma məcburiyyət olmadan həyata keçirilməlidir və bunun əvəzinə sosial həvəsləndirmə sistemini təklif etmişdi. Mikš, Ing. Josef. "Německo a řešení české otázky" [Germany and the Czech Question] (çex). Křesťanskosociální hnutí. February 2006.
Çex
Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar. Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, Avstriyada və Polşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışdırlar. Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ və *čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır. Bir etnos kimi çexlər bugünkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar.
Çex Respublikası
Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası (çex. Česká republika) — Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlət. Tarixən Bohemiya kimi tanınan ölkə cənubda Avstriya, qərbdə Almaniya, şimal-şərqdə Polşa və cənub-şərqdə Slovakiya ilə həmsərhəddir. Çex Respublikası əsasən mülayim kontinental və dəniz iqlimi olan 78.871 kv. km. (30.452 kv. mil) ərazini əhatə edən dağlıq ölkədir. Paytaxtı və ən böyük şəhəri Praqadır. Digər böyük şəhərlərinə Brno, Ostrava, Plzen və Liberets daxildir.
Çex batbatı
Qara batbat (lat. Hyoscyamus niger) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır. Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir. Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir.
Çex dili
Çex dili (özünü adlandırma: čeština, český jazyk tarixi adı: Bohemiya dili olmuşdur) — slavyan dillərindən biri olmaqla çexlərin dilidir. Qərbi Slavyan qrupuna aiddir; Çex-Slovak altqrupunda birləşdiyi slovak dilinə ən yaxındır. Əsasən Çex Respublikasında yayılmışdır; çex dilində danışanların kiçik qrupları həmçinin Slovakiya, Avstriya, Rusiya, Xorvatiya, bir sıra Qərbi Avropa ölkələrində, ABŞ, Kanada, Argentina, Avstraliya və digər ölkələrdə yaşayır. Çex Respublikasının rəsmi dilidir (úřední jazyk) və Avropa İttifaqının 24 rəsmi dilindən biridir (2004-cü ildən). Çexlərin adətən kompakt məskunlaşdıqları Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərində (Avstriya, Bosniya və Herseqovina, Xorvatiya və Slovakiya) çex dilinin regional dil statusu almaq imkanı var. Dünyada çex dilini ana dili kimi danışanların ümumi sayı 10,62 milyon nəfəri ötür, onlardan 10,40 milyonu Çexiyada yaşayır (2012). Çex-Slovak qrupu Qərbi Slavyan daxilində yüksək orta əsrlər dövründə inkişaf etmişdir və Çex-Slovak dialekt kontinuumu daxilində Çex və Slovak dillərinin standartlaşdırılması erkən müasir dövrdə ortaya çıxmışdır. 18-ci əsrin sonu — 19-cu əsrin ortalarında müasir yazılı standart Çex Milli Dirçəlişi kontekstində kodlaşdırıldı. Ümumi Çex kimi tanınan əsas qeyri-standart çeşid, Praqanın xalq dilinə əsaslanır, lakin indi Çexiyanın əksər hissəsində interdialekt kimi danışılır. Ölkənin şərq hissəsində danışılan Morav dialektləri də çex dili kimi təsnif edilir, baxmayaraq ki, onların bəzi şərq variantları slovak dilinə daha yaxındır.
Çex kronu
Çex kronu (ISO 4217: CZK) — Çex Respublikasının rəsmi pul vahidi. Çexiya Milli Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkədəki inflyasiya dərəcəsi 2014-cü ildə 0,4 % olmuşdur. 10 sentyabr 2016 tarixinə aid məzənnədə 1 Çexiya kronu = 0.0415581 ABŞ dolları. Bu söz çex dilində "koruna" kimi səslənir və tərcümədə "tac" mənasını verir. Çex kronası 8 fevral 1993-cü ildə dövriyyəyə buraxılmış və Çexoslovakiya kronasını əvəz etmişdir. 1 krona 100 halerə bərabərdir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çex Respublikası Milli Kitabxanası
Çexiya Milli Kitabxanası ( çex. Národní knihovna České republiky ) — Çex Respublikasının mərkəzi kitabxanası. Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur. Kitabxananın əsas binası Praqanın mərkəzindəki tarixi Klementin binasında yerləşir və burada kitablarının təxminən yarısı saxlanılır. Kolleksiyanın digər yarısı Hostivar rayonunda saxlanılır. Milli Kitabxana Çexiyanın ən böyük kitabxanasıdır və burada 6 milyona yaxın sənəd saxlanılır. Hazırda kitabxananın 20.000-ə yaxın qeydiyyatdan keçmiş oxucusu var. Əsasən çex mətnlərindən ibarət olsa da, kitabxanada Türkiyə, İran və Hindistandan olan köhnə materiallar da saxlanılır. Kitabxanada Praqadakı Çarlz Universiteti üçün də kitablar var. 13-cü əsrdə Praqanın Köhnə Şəhərindəki Dominikan monastırında Studium generale məktəbi yaradılmışdır.
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası (çex. Českomoravská konfederace odborových svazů, ČMKOS) — Çexiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Praqa şəhərində yerləşir. Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası 1990-cı ilin martında yaradılmışdır. Təşkilat hər zaman üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması və işçilərin iqtisadi rifahının təmin edilməsinin əsas qarantı kimi çıxış edir. Sosial partnyorluğa böyük önəm verir. Son illər Konfederasiya fəaliyyət siyasətini dəyişib. Belə ki, təşkilat əvvəllər işini adi klassik həmkarlar ittifaqı prinsipi üzərində qururdusa, hazırda müasir, uzunmüddətli strateji konsepsiyaya üstünlük verir. Belə ki, iş yerlərində müasir tələblərə uyğun şəraitin yaradılmasına, son model avadanlığın tətbiqinə və bu avadanlıqları idarə edən işçilərin ixtisaslaşmasına nail olmağa çalışır. Konfederasiya hüquqi resursların qorunması istiqamətində də fəaliyyətini gücləndirib.
Çex Respublikası milli mədəni abidələri
A.P.Çexov adına Respublika Kitabxanasının binası (Qroznı)
A. P. Çexov adına Respublika Kitabxanasının binası — Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının paytaxtı Qroznı şəhərində A. P. Çexov adına Respublika Kitabxanası üçün tikilmiş bina. Binanın açılışı 1966-cı ilin yanvar ayında olmuşdur. Bina 1996-cı ildə Birinci Çeçenistan müharibəsi zamanı dağıdılmışdır. == Tarixi == Gələcək Çeçeni̇stan Milli Kitabxanası adlandırılan Respublika Universal Elmi Kitabxanası, 1904-cü ilin oktyabrında Qroznıdakı Puşkin məktəbinin müəllimlərinin səyləri sayəsində açılmışdır. 11 iyul 1945-ci ildə Anton Pavloviç Çexovun ölümünün 40 illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmışdır. 1966-cı ilin yanvarında A. P. Çexov meydanında yeni kitabxana binası açılmışdır. == Tikilməsi == A. P. Çexov adına Respublika Kitabxanasının binasının layihəsi Qrozni Universitetinin Tikinti fakültəsinin birinci kursunun məzunu, Leninqrad Avtomobil Yolları İnşaat İnstitutunun məzunu Mixail Stepanoviç Çiroçkin tərəfindən hazırlanmışdır. O, kitabxana binasının şəklini Leninqrad-Peterburq memarlıq abidələrindən birindən köçürmüşdür. Kitabxana layihəsi üzərində işləyərkən, layihənin həmmüəllifliyini edən memar Berkoviç represiya qurbanı oldu. Cəza çəkmə müddətinin sonunda, bəraət alan zaman Mixail Stepanoviç Çiroçkinin şəxsən rəhbərlik etdiyi kitabxana binasının inşasının başa çatdığını öyrənmişdir.
A. P. Çexovun heykəli (Rostov-na-Donu)
A. P. Çexov abidəsi — bürüncdən ibarət olan abidə yazıçı Anton Pavloviç Çexovun yuz əlli illiyi şərəfinə ucaldılmışdır. Abidə Rostov-na-Donu şəhərində Çexov prospekti ilə Puşkinskaya küçələrinin kəsişdiyi ərazidə ucaldılmışdır. == Tarixi == Anton Pavloviç Çexovun şərəfinə müxtəlif şəhərlərdə heykəllər ucaldılmışdır: Moskva, Taqanroqе Yujno-Saxalin, Krasnoyarsk, Tomsk və bir çox elə də böyük olmayan şəhər və qəsəbələrdə. 2010-cu ilin yazında Rostov-na-Donu şəhərində Anton Pavloviç Çexova heykəl ucaldılması düşünülürdü. İdeyanın gerçəkləşdirilməsi üçün təşkilatlanma həyata keçirilir. Kommisiya təşkil edilir. Üstəlik müsabidə elan edilir. Müsabiqənin nəticəsində rostovlu heykəltaraş Anatoli Andreyeviç Sknarinin layihəsi bəyənilmişdir. Anatoli Andreyeviç Sknarin Rusiyanın əməkdar rəssamıdır. Müəllif Anton Pavloviç Çexovun arxiv şəkilləri əsasında heykəlini düzəltmişdir.
Aaron Çexanover
Aaron Sixanover (1 oktyabr 1947, Hayfa) — israilli bioloq, kimyagər və 2004-cü il Kimya üzrə Nobel Mükafatının sahibi. == Həyatı == Aaron Sixanover 1947-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. Atası hüquqşünas və anası isə müəllim idi. Sixanoverin dediyinə görə evi kitablarla dolu idi. Uşaq yaşlarından biologiya ilə məşğul olmağa başlayan Sixanover daha sonra bir qurudulmuş çiçək kolleksiyası yaratmışdır. Biologiyada daha fərqli təcrübələr də etmişdir. Bir müddətdən sonra bir mikroskop almış və osmos təcrübələrini həyata keçirmişdir. Daha sonralar cürbəcür bitkilərin hüceyrələrini araşdırmışdır. Ancaq 11 yaşında ikən anası, 17 yaşında ikən isə atası vəfat etmişdir. Bundan sonranı isə Hayfa şəhərində xalasıyla, tətilləri də Tel-Əviv şəhərindəki böyük qardaşı ilə keçirmişdir.
Anfisa Çexova
Anfisa Çexova (Rusca:Анфи́са Алекса́ндровна Че́хова) - rus tele-aparıcısı və aktrisası. 21 dekabr 1977-ci ildə Moskva şəhərində anadan olmuşdu. Məşhur "Anfisa Çexova ilə seks" rus. Секс с Анфисой Чеховой erotik şousunun aparıcısı idi. == Həyatı == Anfisa Çexova 21 dekabr 1977-ci ildə Moskva şəhərində anadan olmuşdur. Uşaqlıqda üç məktəb dəyişib. Sonralar o musiqi karyerasına başlamağa qərar alır və "Безумные светлячки" adlı musiqi qrupuna daxil olur. Daha sonra o Muz TV kanalından proqramların birinə teleaparıcı kimi işləməyə dəvət alır. 2005-ci ildən Anfisa TNT kanalında Anfisa Çexova ilə seks proqramını aparmağa baçlayır. Burada o bir neçə ampluada çıxış edirdi.
Anton Çexov
Antоn Pavloviç Çeхоv (rus. Анто́н Па́влович Че́хов, rusca tələffüz: ˈpavɫəvʲɪtɕ ˈtɕɛxəf; 17 (29) yanvar 1860[…], Taqanroq, Yekaterinoslav quberniyası, Rusiya imperiyası[…] – 15 iyul 1904[…], Badenvayler[d], Baden knyazlığı[d], Almaniya imperiyası[…]) — görkəmli rus yazıçısı. Rus pyeslərinin və qısa hekayələrinin yazıçısıdır. Rus ədəbiyyatı tarixində ən böyük yazıçılardan biridir. Bir dramaturq kimi karyerasında dörd klassik əsər hazırladı və ən yaxşı qısa hekayələri, yazıçı və tənqidçilərin müsbət rəylərini aldı. Çexov Henrik İbsen və Avqust Strindberqlə birlikdə teatrda tez-tez erkən modernizmin yaranmasında rolu olan üç yaradıcı şəxsdən biri kimi xatırlanır. Çexov ədəbi karyerasının böyük hissəsini tibb həkimi kimi keçirdi və dedi: "Tibb mənim qanuni həyat yoldaşımdır". Çexov 1896-cı ildə Qağayılar tamaşasında sonra teatrı tərk etdi, lakin tamaşa 1898-ci ildə Konstantin Stanislavskinin Moskva İncəsənət Teatrı tərəfindən yenidən canlandırıldı. Moskva İncəsənət Teatrı daha sonra Çexovun dayısı Vanyanı səhnələşdirdi və Çexovun son iki pyesi – Üç bacı və Albalı bağçasının premyerası oldu. Çexov ruh əhval-ruhiyyəsi teatrı təklif etdiyi üçün və ənənəvi fəaliyyət əvəzinə batmış bir həyat vurduğundan, bu dörd əsər həm tamaşaçılara, həm də ansambl üçün çətinlik yaradır.
Anton Çexovun büstü (Taqanroq)
Anton Çexovun büstü — Anton Pavloviç Çexovun şərəfinə ucaldılmış büst. Abidə 1935-ci ildə Vera Qeorqiyevna Morozova tərəfindən hazırlanmışdır. Bu abidə Anton Çexovun şərəfinə SSRİ ərazisində ucaldılmış ilk abidədir. == Büst == Büst gipsdən hazırlanmışdır. Onun hündürlüyü 104 sm-dir. Büstün altlığı suvaqla üzlənmiş kərpiçdən ibarətdir və hündürlüyü 104 sm-dir. == Tarixi == Büst üzərində işləyən Vera Qeorqievna Morozova əri ilə birlikdə 1931-ci ildə Taqanroqa gəlmişdir. Əri Aleksadr Platonoviç Morrioson yerli Taqanroqskaya pravda qəzetində redaktor təyin edilmişdir. Morozova heykəltaraş olsa da bu sahə ilə bağlı heç bir təhsil almamışdır. Aleksandr Morrioson Taqanroqda Anton Çexovun yubileyi ilə bağlı bir çox tədbirlərə rəhbərlik etmişdir.
Anton Çexovun evi
Anton Çexovun evi — Rusiyanın Taqanroq bölgəsində məşhur yazıçı Anton Çexovun anadan olduğu evdir. Hal-hazırda yazıçının ev muzeyi kimi fəaliyyət göstərir. Ev 1859-cu ildə Çexov küçəsində (əvvəlki adı ilə Kupeçeskaya küçəsi. Yazıçının ölümündən dərhal sonra 1904-cü ildə şərəfinə adlandırılıb) başqa şəxsə malik bağda kiçik tikili şəklində inşa edilib. Kiçik tikilinin sahəsi 30.5 m2 idi. Ev və torpaq sahələri 1860-cı ildə tacir Qnutov, 1880-1915-ci illərdə isə burjua Kovalenkoya məxsus olmuşdur. Pavel Yeqoroviç Çexov və ailəsi (həyat yoldaşı Yevqeniya Yakovlevna və onların iki oğlu - dörd yaşlı Aleksandr Çexov və 2 yaşlı Nikolay Çexov) 1859-cu ilin dekabrında bu tikilini icarəyə götürdülər. Anton Çexov 17 yanvar 1860-cı ildə bu evdə anadan olub. 1861-ci ilin mart ayında Pavel Yeqoroviç Çexov ailəsi ilə başqa bir mənzilə köçdü. 1910-cu ildə 1905-ci ildə yazıçı Yevgeni Qarşin tərəfindən qurulan Çexov Dərnəyinin təşəbbüsü sayəsində Çexovun doğulduğu evə xatirə lövhəsi qoyuldu.1916-cı ildə Taqanroq şəhər bələdiyyəsi Çexov dərnəyinin təşəbbüsünü dəstəklədi və Anton Çexovun evini qorumaq üçün Çexov küçəsi 69-da ev və torpaq sahələrini satın aldı.
Futbol üzrə Çexiya superkuboku
Mariya Çexova
Mariya Çexova (rus. Мария Павловна Чехова 19 (31) avqust 1863 və ya 1863, Taqanroq, Don Voysko vilayəti[d] – 15 yanvar 1957, Yalta, Krım vilayəti[d]) — Anton Çexovun bacısı. Müəllim, rəssam, Yaltadakı A. Çexov ev-muzeyinin qurucusu. RSFSR əməkdar incəsənət xadimi (1953). == Bioqrafiyası == 12 avqust 1863-cü ildə Taqanroqda (indiki Rostov vilayətində) anadan olmuşdur. 1872-ci ildə Taqanroq Mariinskİ Gimnaziyasına daxil olur. Ailənin dağıdılmasından sonra 1876-cı ildə Moskvaya köçür. 1884-cü ildə Filaretovski Qadın Yeparxiya Məktəbini başa vurur. 1882-1885-ci illərdə Vladimir Qerenin ali qadın kurslarında təhsil alır. 1886-1904-cü illərdə L.F.Rjevski adlı xüsusi Moskva qız gimnaziyasında tarix və coğrafiya fənnini tədris etmişdir.
Mixail Çexov
Mixail Çexov (rus. Михаи́л Алекса́ндрович Че́хов; 29 avqust 1891, Sankt-Peterburq – 30 sentyabr 1955[…], Beverli-Hillz, Kaliforniya) — rus və amerikalı dram aktyoru, teatr müəllimi, rejissor. RSFSR-in əməkdar artisti (1924). Yazıçı Anton Çexovun qardaşı oğlu, publisist Aleksandr Çexovun oğlu. Məşhur "Aktyorun texnikası haqqında" kitabının müəllifidir. Alexander Çexov və ikinci həyat yoldaşı Natalya Aleksandrovna oğlu (1855–1918). 1907-ci ildə Sankt-Peterburq Balaca (Suvorinsk) Teatrının teatr məktəbinə daxil oldu, burada müəllimlərindən biri Boris Qlaqolin və Vladimir Sladkopevtsev (Suvorinski Teatrının səhnəsində oynadığı rolları, xüsusən "Yay Kottecləri" pyesində Tusik rolunu oynadı); 1912-ci ildə K. S. Stanislavski tərəfindən Moskva İncəsənət Teatrına dəvət edildi və bir filiala daxil oldu. Bir il sonra, Moskva İncəsənət Teatrının Birinci Studiyasında E. B. Vaxtanqovun rəhbərliyi ilə fəaliyyətə başladı. 1921-ci ildə Mütəxəssisin məşhur prodüserində (dir. Stanislavsk və Nemiroviç-Dançenko) Xlestakov rolunu oynayır.
Mühacir Çexoslovakiya hökuməti
Mühacir Çexoslovakiya hökuməti — Çexoslovakiyanın Azadlıq üzrə Milli Komitəsinin qeyri-rəsmi adı ilk növbədə Böyük Britaniyadan hökumət kimi diplomatik tanınmağa çevrildi. Adı İkinci Dünya müharibəsində Böyük Britaniyanın digər müttəfiqləri tərəfindən istifadə edilmiş və sonradan onların tərəfindən tanınmışdır. Azadlıq Komitəsi ilk olaraq 1939-cu ilin oktyabrında Parisdə keçmiş Çexoslovakiya Prezidenti Edvard Beneş tərəfindən yaradılmışdır. Fransanın diplomatik statusu ilə yanaşı, Fransanın gələcək nasist işğalı ilə bağlı Fransanın uğursuz danışıqları Komitəni 1940-cı ildə Londona köçürməyə məcbur etdi. Oradan, 1941-ci ildə, o, Eston-Abbots şəhərinə köçdü, burada o, Almaniyanın London bombalanmasından nisbətən təhlükəsiz idi. İkinci Dünya müharibəsi zamanı, bu hökumət Çexoslovakiya qanuni hökumətini tanıyıb (xüsusilə, Sovet İttifaqı London Allied hökumətləri Sovet səfirliyi vasitəsilə ilə diplomatik münasibətləri). Bir anti-faşist olaraq, Münhen Saziş və Çexoslovakiya sonrakı alman işğalı legitimliyi tanınması ləğv və onun 1937 sərhədlərinə Respublikası bərpa etmək istədi. Belə ki, onu tanımaq həmin ölkələrin hissəsi, o de-yure hökumət First Çexoslovakiya Respublikası qalmamışdı. Neil Rees «The Secret History of The Czech Connection — The Czechoslovak Government in Exile in London and Buckinghamshire» compiled by Neil Rees, England, 2005. ISBN 0-9550883-0-5.
Orta Çexiya diyarı
Stredoçesk diyarı (çex. Středočeský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati–ərazisinə daxil olmasa da inzibati mərkəz Praqa şəhəridir. Orta Çexiya diyarı sözdə Orta Bohemia bölgəsində yerləşir. Bölgənin şimal və şərqində ərazi düzdür, cənub və cənub-qərbdə təpələr uzanır. Ən yüksək nöqtə Tok (dəniz səviyyəsindən 864 metr yüksəkdir), ən aşağı nöqtəsi dəniz səviyyəsindən 153 metr yüksəklikdə olan Melnik bölgəsindəki Laba (Elba) sahillərindədir. Ərazinin 61% -i kənd təsərrüfatı əraziləridir. Bölgə ərazisinin əksər hissəsində, cənubdakı dağlıq ərazilər istisna olmaqla, yüksək humus tərkibli münbit chernozem torpaqları. Dağlı ərazilərdə qumlu torpaqlar üstünlük təşkil edir. Ərazinin 28% -i meşədir.
Qara göl (Çexiya)
Qara göl — Çexiya ərazisində yerləşən və təbii şəkildə əmələ gələn göl. Göl həmcinin sahəsinə və dərinliyinə görə ölkənin ən birinci gölüdür. İnzibati cəhətdən göl Çexiyanın Plzen diyarının Şumava rayonu ərazisində yerləşir. Göl Jelezna-Ruda şəhərində 6 km şimal-qərbdə yerləşir. Göl buzlaq məşəllidir. Sonuncu buzlaşma dövrünün sonunda buzlağın ekzarasiya fəaliyyəti nəticəsində meydana gəlmişdir. Göl üçkünc formaya malikdir Gölün kənarları bütünlüklə meşələrlə örtülmüşdür. Göldən Qara adlı arx başlayır. Gölün özünə isə Ulavu çayı tökülür. Göl hövzə baxımından Elba çayı ilə əlaqələnir.
Serb Respublikasında çexlər
Serb Respublikasında çexlər (serb. Чеси у Републици Српској, çex. Češi v Republice srbské) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 218 slovak yaşayır. Çexlər Bosniya və Herseqovina ərazisində ilk dəfə onun Avstriya-Macarıstan ərazisinə birləşdirilməsindən sonra peyda olmuşlar. Çexlər burada mədən sənayesi, meşəçilik, şaxta tikintisi, dəmir yolları, telefon və teleqraf xətlərinin çəkilişində çalışırdılar. Serb Respublikası ərazisinə əsasən Çexiyadan gələnlər və Qalisiyadan gələn çexlər üstünlük təşkil edirdi. Bir köç əsasən Banya Luka, Sarayevo, Brod, Derventa və Mostar şəhərlərində cəmləşmişdir.
Venesuela çexləri
Venesuela çexləri — Cənubi Amerika qitəsinin şimal hissəsində yerləşən Venesuelada məskunlaşmış çex əsilli əhali. Venesuelada yaşayan çexlərin sayı iki min nəfərə yaxındır. Venesuelaya çexlərin gəlişi İkinci dünya müharibəsidən sonraya təsadüf edir. 1950-ci illərdə Venesuelada yaşayan avropalıların ən kiçik icması çexlərə məxsus idi. 50-ci illərin məlumatlarına əsasən ölkədə 1,124 çex yaşayırdı. Serb icmasından fərqli, çex icmasının Venesuelada məskunlaşmasının əsas səbəbi siyasi amillər olmamışdır. Əsasən daha inkişaf etmiş ölkələrə getmək istəyən çexlər Venesueladan keçid məntəqəsi kimi istifadə etmək fikirində idilər. Ölkənin çexlər üçün cəlb edici olmasının bir digər səbəbi digər dövlətlərdən fərqli Venesuela üçün viza rejiminin daha sadə olmasında idi. 1968-ci ildə Çexoslovakiyadan gələn ikinci mühacir dalğası ilə Venesuela çexlərinin sayında artım müşahidə olundu. 70-ci illərin Qərbi Avropasında xaricdə yaşamaq məqsədi ilə insanların daha çox üz tutduqları ölkələr ABŞ və Kanada idi.
Xarici İşlər Nazirliyi (Çexiya)
Çexiya Xarici İşlər Nazirliyi (çex. Ministr zahraničních věcí České republiky) — Çexiya hökumətinin yüksək vəzifəli nümayəndəsi və Xarici İşlər Nazirliyinin rəhbəri olaraq xarici siyasət və xarici əlaqələrlə bağlıdır. Çexiyada Xarici İşlər Naziri, Baş nazir tərəfindən irəli sürüldükdən sonra Prezident tərəfindən təyin edilir.
Çexiya Milli Bankı
Çexiya Milli Bankı (çex. Česká národní banka) — baş ofisi Praqada yerləşən Çexiya Respublikasında mərkəzi bank və maliyyə bazarlarına nəzarətçi olan maliyyə qurumu. 1 yanvar 1993-cü ildə Çexoslovakiyanın dağılması nəticəsində çex kronunun dövriyyəyə buraxılması ilə eyni vaxtda formalaşan Çexiya Respublikasının mərkəzi bankıdır. O, Çexoslovakiya Dövlət Bankının varisidir. Baş ofisi Praqada yerləşən Çexiya Respublikasında mərkəzi bank və maliyyə bazarlarına nəzarətçidir. Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Əsas məqsədinə uyğun olaraq, ÇMB pul siyasətini müəyyən edir, əskinas və sikkələr buraxır və çex kronasının dövriyyəsini, ödəniş sistemini və banklar arasında hesablaşmaları idarə edir. O, həmçinin bank sektoruna, kapital bazarına, sığorta sənayesinə, pensiya fondlarına, kredit ittifaqlarına və elektron pul institutlarına, habelə valyuta nəzarətini həyata keçirir. Milli Bankın əsas məqsədi Çexiya Milli Bankı haqqında qanunda və Çexiya Respublikasının Konstitusiyasında qeyd edildiyi kimi məzənnə sabitliyidir. İkinci məqsəd davamlı iqtisadi artımı dəstəkləməkdir.
Çexiyada islam
Çexiyada islam — Çexiyada təxminən 20.000 müsəlman var ki, bu da ölkə əhalisinin 0,2%-ni təşkil edir. 2010-cu ilin siyahıyaalınmasına əsasən, 1991-ci ildəki 495-ə qarşı Çexiyada təxminən 3500 müsəlman yaşayır. Bu da ölkə əhalisinin 0,1%-dən azını təşkil edir. Çexiyada Praqada iki, Brnoda bir məscid var. İslamdan xəbəri olan bir şəxsin ilk sənədləşdirilmiş səfəri yəhudi taciri İbrahim ibn Caqub tərəfindən (964–965) olmuşdur. Onun xatirələri sonralar Mərkəzi Avropanın ilk hesabatlarından biri kimi İslam dünyasında nəşr olundu. Vyananın hər iki mühasirəsi zamanı Osmanlı ordularının kəşfiyyat qrupları Moraviyaya çatdı. 19-cu əsrdə Avstriya-Macarıstan ilə Osmanlı İmperiyası arasında güclü ticarət əlaqələri yarandı. 19-cu əsrin sonlarından Bosniya Avstriya-Macarıstan imperiyasının bir hissəsi olduqdan sonra ayrı-ayrı müsəlmanlar Çexiya torpaqlarında məskunlaşmağa başladılar. Ənənəvi olaraq İslamın Çexiya mədəniyyətinə təsiri azdır.
Çexoslovakiya bayrağı
Çexiya bayrağı — Çexiya Respublikasının dövlət bayrağı. Çex Respublikasının bayrağı, köhnə Çexoslovakiya bayrağının eynisidir. Çexoslovakyanın dağılması sonrası Slovakiya özünə yeni bir bayraq yaradarkən, Çexiya Respublikası tarixi bağlardan ötəri bu bayrağı qorumuşdur. Bayrağın əsas rənglərini təşkil edən qırmızı və ağ çox köhnə milli və Bohemia bayrağında yer alan rənglərdir.
Gənc Çexlər
Gənc Çexlər — Çexiyada siyasi partiya. 1874-cü ildə Karel Sladkovski, Yuli Qreqr, Eduard Qreqrın və bir neçə silahdaşının başçılığı ilə Çexiya Milli Partiyasının müxalif qanadının üzvləri tərəfindən yaradılmışdır. Proqramlarında liberal prinsiplərinə sədaqət, parlament quruluşunun islahatı və yerli idarəetmənin genişləndirilməsi əks olunmuşdu. Partiyanın mərkəzi mətbuat orqanı "Narodny listy" qəzeti idi. 1890-cı il Zemstvo seyminə və 1891-ci il reyxsrata seçkilərində inamlı qələbəsi nəticəsində Çexiyada ən nüfuzlu partiyaya çevrilmişdi. 1890-cı illərin ikinci yarısında dil məsələsinin həlli üçün bir sıra uğursuz cəhd göstərdilər. XIX əsrin sonundan yeni partiyaların yaradılması və seçki sistemində islahatın keçirilməsi nəticəsində Çexiyanın aparıcı siyasi qüvvə mövqeyini itirmişdilər. 1907-ci ildə sənaye burjuaziyasının və maliyyə dairələrinin mənafeyi uğrunda çıxış edən ən iri şəhər partiyası kimi qüvvətlənmişdilər. Partiyanın rəhbəri Karel Kramar idi. 1918-ci ildə Çexiya Xalq Partiyası və digər siyasi qruplaşmalarla birgə Karel Kramarın rəhbərliyi ilə "Çexiya dövlət-hüquqi demokratiya" partiyasını yaratmışdılar.
Çexiya Superkuboku
Çexiya Superkuboku (çex. Český Superpohár) — Futbol üzrə Çexiya çempionatının çempionu ilə Çexiya kubokunu qazanan komanda arasında oynanılır. Çexiya Futbol Assosiasiyası tərəfindən təşkil olunur. Hazırda kubokun sponsoru "Synot Tip" firması olduğundan kubok həm də rəsmən "Synot Tip Supercup" adlanır. Oyun Çexiya çempionunun stadionunda keçirilir. Superkubok uğrunda ilk görüş 8 iyul 2010-cu ildə keçirilib. "Çexiya - Superkubok finallarının siyahısı". Rec.Sport.Soccer Statistics Foundation. 23 İyul 2015. İstifadə tarixi: 29 Fevral 2016.
Çex Respublikası milli mədəni abidələrinin siyahısı
Çex torpaqları və Sovakiya Pravoslav Kilsəsi
Çex torpaqları və Slovakiya Pravoslav Kilsəsi (çex. Pravoslavná církev v českých zemích a na Slovensku, slovak. Pravoslávna cirkev v českých krajinách a na Slovensku), 1992-ci ilə qədər – Çexoslovakiya Pravoslav Kilsəsi (çex. Pravoslavná církev v Československu, slovak. Pravoslávna cirkev v Česko-Slovensku) — Çexiya və Slovakiyada avtokefal pravoslav kilsə.

Значение слова в других словарях