ÇİÇƏKLƏNMƏK

1. ÇİÇƏKLƏNMƏK (gül haqqında) [Qəndab:] Ağaclar çiçəklənməyə başladı (B.Bayramov); Bu günədək qış paltarından çıxmaq olmur, ağaclar çiçəklənir, bülbüllər oxumur (N.Nərimanov); AÇILMAQ Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənəfşə, yasəmən, sünbül (Q.Zakir). ÇİÇƏK AÇMAQ Qəndab; Alçamız çiçək açdı (B.Bayramov); GÜL AÇMAQ Bizim həyətdə qaysı, alma və armud ağacları gül açmışdı (M.İbrahimov); GÜLLƏNMƏK Südabənin anası: Yəqin indi oralarda badam güllənir, hə?.. (M.İbrahimov); ŞÜKUFƏLƏNMƏK Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər (Ə.Haqverdiyev).

2. ÇİÇƏKLƏNMƏK Dostusunuz ilk baharın; Çiçəklənən bu diyarın (S.Rüstəm); TƏRƏQQİ ETMƏK [Mirzə Mehdi xan:] Bunun çalışdığı odur ki, qüvvətlənsin, millət ayılsın, Vətən tərəqqi etsin (N.Nərimanov); İNKİŞAF ETMƏK (ELƏMƏK).

ÇİÇƏK
ÇİÇƏKLİK

Значение слова в других словарях