Konqo Respublikası
Konqo Respublikası — Qərbi Afrikada dövlət. Konqo – Brazzaville olaraq da adlandırılan və 1969–1991-ci illərdə Konqo Xalq Respublikası olaraq mövcudluğunu qoruyan ölkənin sərhəd qonşuları (şimaldan saat istiqamətində) Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Anqola ərazisi olan ancaq ölkənin əsas hissəsindən ayrı olan Kabinda bölgəsi, Qabon və Atlantik okeanıdır. Paytaxtı Brazzavil şəhəridir.
== Coğrafiyası ==
Konqo hövzəsinin ən şimal-qərb bölgəsində yerləşən ölkədə Konqo çayı və Ubangi çayı ölkənin şərq və cənub-şərq bölgələrində sərhəd təşkil edir. Paytaxt Brazzavil, Konqo çayının bir göl kimi genişlənməsi Malebo Hovuzu üzərində yerləşir, çayın digər sahilində isə qonşu ölkə Demokratik Konqo Respublikasının paytaxtı Kinşasa yerləşir. Bu vəziyyətləri ilə Brazzaville və Kinşasa dünya bir-birinə ən yaxın paytaxtlar statusu daşıyır.
Ekvator üzərində qitənin orta qərb hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyatı baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin cəmi sahib olduğu 5.504 km-lik quru sərhəddən 201 km-i Anqola (Cabinda bölgəsi), 523 km-i Kamerun, 467 km-i Mərkəzi Afrika Respublikası, 2.410 km-i Demokratik Konqo Respublikası, 1.903 km-i Gabon ilə olduğu halda, ölkənin Atlantik Okeanına da 169 km-lik çıxışı var.
== Əhalisi ==
2013-cü ilin məlumatlarına görə ölkədə əhali təxmini sayı 4,492,689 nəfərdir. Ölkədə əhalinin orta yaş həddi 19,2 səviyyəsində olub , əhali sıxlığı 11 nəfər/km² ilə aşağı sıxlıqdadır.