Xəta (riyaziyyat)
Xəta – müşahidə edilən və ya ölçülən nəticələrlə həqiqətdə olacaqlar arasında uyuşmazlıq. Riyaziyyatda və hesablama texnikasında “ERROR” ilə “MISTAKE” heç də eyni şey deyildir. Riyaziyyatda xəta (error), alınmış qiymət ilə verilmiş standart kəmiyyət arasındakı fərqdir; məsələn, statistikada xətalar qaçılmazdir və statistik verilənlər, adətən, “Seçmə yolu ilə aparılmış araşdırmanın xətası: ±5%” kimi qeydlərlə müşayət olunur. Kompüterlərin aparat və proqram təminatında xəta, ya hadisələrin gözlənilməz gedişinin nəticəsi, ya da mümkün olmayan və ya yolverilməz hərəkətləri həyata keçirmək cəhdinin nəticəsidir. Belə ki, veriliş xətası bir və ya bir neçə bitin təhrif olunmasını, “sıfıra bölmə” xətası isə proqramın sıfıra bölməni həyata keçirməyə cəhd etməsini göstərə bilər. Xətalar çox kiçik ola bilər, məsələn, disksürənin kilidi bağlı olmadıqda proqram diskdən istifadə edə bilmir; çox ciddi problemlər də ola bilər, məsələn, aparat təminatındakı nasazlıq və ya ciddi proqram xətası sistemin sıradan çıxmasına səbəb ola bilir.
Praktik məsələlərin həllində bəzi hallarda kəmiyyətin dəqiq qiyməti ilə yanaşı onun təqribi qiymətindən də istifadə olunur. Tutaq ki, hər hansı kəmiyyətin dəqiq qiyməti
A
{\displaystyle A}
, kəmiyyətin
A
{\displaystyle A}
dəqiq qiymətə uyğun təqribi qiyməti isə
a
{\displaystyle a}
ilə işarə olunmuşdur. Kəmiyyətin təqribi qiyməti onun dəqiq qiymətindən az fərqlənir və hesablama proseslərində ondan olunur. Bundan sonra dəqiq və təqribi ədəd uyğun olaraq
A
{\displaystyle A}
və
a
{\displaystyle a}
ilə işarə edəcəyik.