Öl

das; -s, -e 1. (Pflanzenöl) yağ; 2. (Petroleum) neft; fig. ~ ins Feuer gießen yanan ocağa yağ tökmək, qızışdırmaq
ökumenisch
Ölbaum
OBASTAN VİKİ
Seç ya da öl
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
Qoşul ya da öl
Qoşul ya da öl (ing. Join, or Die) — On üç koloniyadakı parçalanmanı göstərən siyasi karikatura. Bencamin Franklinə məxsus original karikatura 9 may 1754-cü ildə "The Pennsylvania Gazette" tərəfindən nəşr olunmuşdur.
Seç ya da öl (film, 2022)
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
Gəzən ölülər (teleserial, 2010)
Gəzən ölülər (ing. The Walking Dead) — postapokaliptik qorxu-drama janrında ABŞ teleserialı. Serial Robert Kirkman, Toni Mur və Çarli Adlardın yaratdığı "Gəzən ölülər" komiksi əsasında çəkilib. Süjetdə bir qrup insanın zombi qiyaməti zamanı sağ qalmağa çalışdıqları göstərilir. "Gəzən ölülər" serialı ilk dəfə 31 oktyabr 2010-ci ildə "AMC" kanalında yayımlanıb. Birinci mövsüm 6 seriyadan, ikinci mövsüm isə 13 seriyadan ibarətdir. Birinci mövsüm tənqidçilər tərəfindən yaxşı qəbul olunmuş və bir neçə mükafatlara, o cümlədən, "Qızıl Qlobus" mükafatının "Görkəmli Dram Serialı kateqoriyasında" mükafata layiq görülmüşdür. == Məzmun == Şerifin köməkçisi Rik Qrayms cinayətkarlara qarşı mübarizə aparan zaman ağır güllə yarası alır və bu səbəbdən komaya düşür. Tibb məntəqəsində ayılandan sonra Rik görür ki, həkimlər yerlərində yoxdur və bütün bina bərbad haldadır. Getdikcə Rik başa düşür ki, bütün bunlara səbəb dirilən ölülər olub.
Hameleon 2: Ölüm oyunu (film, 1999)
Hameleon 2: Ölüm oyunu (ing. Chameleon II: Death Match) — 1999-cu ildə istehsal olunmuş ABŞ Elmi fantastika filmidir.
Hamımız öldük (serial, 2022)
Hamımız öldük (ing. All of Us Are Dead, kor. 지금 우리 학교는) — Cənubi Koreya istehsalı, zombi mövzulu qorxu serialı. Serial Cu Donq-cunun Now at Our School (2009-2011) adlı webtoon-una (Cənubi Koreya istehsalı veb cizgi romanı) əsaslanır. Serial 28 yanvar 2022-ci ildə Netflix-də yayımlanmışdır. == Mövzu == Elmi araşdırma nəticəsində zombi virusu məktəbə yayılır. Zombilərlə dolu məktəbdə virusa yoluxmamış bir qrup şagird sağ qalmaq üçün mübarizə aparırlar. Ac və susuz qalan şagirdlər xilas olmaq üçün məktəbdə tapdıqları hər şeyi istifadə edirlər. == Rollarda == Park Ci-hu - Nam On-co rolunda. Çonq-sanın qonşusu və uşaqlıq dostudur.
Harri Potter və Ölüm Hədiyyələri. II hissə (film, 2011)
Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part II) — ingilis yazıçı Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmiş Harri Potter filmlər seriyasında səkkizinci filmi və eyni zamanda həmin kitabın ekranlaşdırılmasının ikinci hissəsidir. Seriyanın üç əvvəlki filmlərin çəkilişlərinə qatılan rejissor Devid Yets və prodüser Devid Heyman bu kinolentin yaradılmasında da iştirak ediblər. Harri Potter filmlər silsiləsində yeddinci və səkkizinci filmlərin kassa yığımı 1,3 milyard dolları ötəndən sonra, həmin film kinematoqrafiya tarixində ən çox gəlir gətirən filmlərin siyahısında səkkizinci yer tutub, və 2011-ci ilin ən gəlirli filmi hesab olunmuşdur. == Məzmunu == Dobbini dəfn edəndən sonra, Harri Potter Qriphuk adında olan qoblindən Qrinqots bankında yerləşən və Bellatrisa Lestreyncə məxsus olan seyfi qarət edilməsində ona və dostlarına kömək göstərilməsini xahiş edir. Qriphuk razılaşır, amma əvəzinə vaxtilə Qodrik Qriffindora məxsus olan qılıncını tələb edir. Ollivander Malfoyların malikanəndən götürülmüş iki ədəd sehrli çubuğların Bellatrisa və Drakoya məxsus olduğunu, həmçinin Drakonun çubuğunun ona yox, Harriyə sadiq olmasını Potterə açıqlayır. Bellatrisanın seyfində olarkən, Harri, Ron və Hermiona nəvaxtsa Helqa Puffenduya məxsus olan kubokunun əslində hortkuluq olduğunu aşkar edirlər. Harri kuboku götürən zaman Qriphuk qılıncı öz əlinə keçirir, trionu mühafizə dəstəsi ilə üz-üzə qoyub, onları tərk edir. Dostlar zirzəmidə olan keşikçi əjdahanı azad edir, onun kürəyinə minib, qaçırlar.
Harri Potter və Ölüm Hədiyyələri. I hissə (film, 2010)
Harri Potter və Ölümün Hədiyyələri: 1-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part I) — Harri Potter və ölüm hədiyyələri (seriyada 7-ci) əsasında çəkilən birinci film. 2010-cu ildə çəkilən, David Yatesin rejissorluq etdiyi film fantastika janrındadır. Həmçinin, J. K. Rovlinqing 2007-ci ildə nəşr olunmuş eyni adlı romana əsasən çəkilmiş iki hissəli filmin ilk hissəsidir.
Heydər Əliyevin ölümü və dəfni
Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib. Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib. == Dəfn prosesinin təşkili == Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin dəfni üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Aşağıdakı siyahıda komissiyanın üzvləri göstəriib. İlham Əliyev - Respublika Prezidenti, Dövlət Komissiyasının sədri Murtuz Ələsgərov - Azərbaycan Milli Məclisinin sədri Artur Rasizadə - Azərbaycanın baş naziri Ramiz Mehdiyev - Prezident Administrasiyasının rəhbəri Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri Vilayət Quliyev - Xarici İşlər Naziri Səfər Əbiyev - müdafiə naziri Namiq Abbasov - milli təhlükəsizlik naziri Ramil Usubov - daxili işlər naziri Zakir Qaralov - Baş prokuror Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Hacıbala Abutalıbov - Bakı meri Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri == Dəfni == Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib. Dəfn mərasimi Azərbaycanın əsas telekanalları ilə canlı yayımlanıb. Heydər Əliyevlə vida mərasimi yeddi saat çəkib. Dəfndə 250,000 nəfər iştirak edib.
Hiakinfin ölümü
Hiakinfin ölümü (fr. La Mort d'Hyacinthe) — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçək çıxmışdır. == Təsviri == Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır.
Həcmli axını ölçən
Həcmli axını ölçən bir mayenin axdığı izin hər hansı bir kəsişməsindən vahid vaxtda keçən mayenin həcmidir. Bir axan su tərəfindən ötürülən suyun miqdarını təyin edərkən, bir boru sisteminin müxtəlif nöqtələrində ötürülən mayenin miqdarını təyin edərkən və s. yerlərdə istifadə olunur. Hidrologiya, hidravlika, hidroaeromexanikada tez-tez istifadə olunan bir anlayışdır. Ölçüsü həcm/vaxt, adətən istifadə olunan metrik vahidi m 3 / s a n {\displaystyle m^{3}/san} , ümumi göstərici isə Q hərfidir == Tez-tez istifadə olunan tərifi == Həcmli axını ölçən (və ya axını ölçən), həcmə əsaslı axın sürəti olaraq müəyyənləşdirilə bilər. === Düsturu === Q = A ⋅ V {\displaystyle Q=A\cdot V} Burada; " Q {\displaystyle Q\,} ": Həcmli axını, m e t r e 3 s a n i y e {\displaystyle {\frac {metre^{3}}{saniye}}} vahidində. " V {\displaystyle V\,} ": Mayenin sürəti, m e t r e s a n i y e {\displaystyle {\frac {metre}{saniye}}} vahidində.
Hədis Nəcəfinin öldürülməsi
Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı – 21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi. == Haqqında == Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub. Anası və atası Miyanədən olan azərbaycanlılardır. Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib. Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb. == Ölümü == 21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib.
Hədis Nəcəfinin ölümü
Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı – 21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi. == Haqqında == Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub. Anası və atası Miyanədən olan azərbaycanlılardır. Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib. Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb. == Ölümü == 21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib.
Həmzə Əli əl-Hatibin ölümü
Həmzə Əli əl-Hatib (ərəb. حمزة علي الخطيب‎; 24 oktyabr 1997 – 25 may 2011, Dəra) 13 yaşında olarkən Dərada Suriya vətəndaş üsyanlarında Suriya hökumətinin nəzarəti altında həyatını itirən suriyalı uşaq. 29 aprel 2011-ci ildə nümayiş zamanı tutulan Həmzə Əli əl-Hatibin ağır dərəcədə qançır, yanıq izləri olan, üç güllə izi tapılan, cinsi orqanları parçalanmış cəsədi 25 may 2011-ci ildə ailəsinə təhvil verildi. Həmzənin ailəsi cəsədin foto və videolarını jurnalistlərə və fəallara payladıqdan sonra görüntülərdən təsirlənən minlərlə insan internetdə və küçə nümayişlərində ailəni dəstəklədiklərini bildirdilər. == Arxa plan == Dəra əyalətindəki Əl-Cize kəndində yaşayan Həmzə, 2010-cu ildə quraqlıq olduğu üçün əvvəllər olduğu kimi üzməyə vaxt sərf etmək əvəzinə bəslədiyi göyərçinlərlə məşğul olmağa başladı. Əl-Cəzirə ilə müsahibəsində əmisioğlu Həmzənin səxavətlə tanındığını və ailəsinə kasıblara kömək etməsini tövsiyə etdiyini bildirdi: "Həmzə bir dəfə kiməsə 100 suriya funtu ($2) vermək istədi, amma ailəsi bunun çox olduğunu söylədi. Amma Həmzə dedi: "Məndə bir yataq və yemək var, o adamın isə heç bir şeyi yoxdur. Və beləliklə, o, valideynlərini yoxsul kişiyə 100 suriya funtu ($2) verməyə inandırdı" deyə əmisioğlu Əl-Cəzirəyə dedi. == Həbs olunması == Həmzənin siyasətlə maraqlanmadığını bildirən əmisioğlu, Həmzənin 29 aprel 2011-ci ildə ailəsi ilə Dəra şəhərinin mühasirəsinə etiraz etmək üçün bir aksiyada iştirak etdiyini bildirdi. Əmisioğlu bu vəziyyəti "hərkəs nümayişə gedirdi.
Kulon (ölçü vahidi)
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir. BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur. == Tərifi == Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur: 1 Kl =1 A·s. Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir: 1 Kl = 1/3600 amper-saat. Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur. Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir. == Tarixi == Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ).
Körfəz ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Körpə P-nin ölümü
Peter Connelly (ing. Peter Connelly; 1 mart 2006 - 3 avqust 2007) (həmçinin " Baby P ", " Child A " və " Baby Peter " kimi tanınır) — 17 aylıq Britaniyalı uşaq idi. O, səkkiz ay ərzində 50-dən çox xəsarət aldıqdan sonra 3 avqust 2007-ci ildə İngiltərənin London şəhərində uşaq zorakılığından ölmüşdür. Anası, ortağı və qardaşı ona hücum etdikləri üçün həbsxanaya göndərilib. İş, Haringey Şurasının sosial xidmətlər şöbəsinin təhlükədə olan uşaqlara baxaraq işini necə yerinə yetirdiyi ilə bağlı bir neçə böyük araşdırma ilə nəticələnmişdir.
Körpə ölümü
Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var. Körpə ölümü daha çox erkən doğum zamanı baş verir. Digər əsas səbəblər boğulma, pnevmaniya, doğuş zamanı yaranan qüsurlar (məsələn, dölün göbək ciyəsinin anomaliyaları), eləcə də doğuş prosesinin uzun müddət davam etməsi, neonatal infeksiya, ishal, malyariya, qızılca və aclıqdır (malnutrisiya). Körpə ölümlərinin qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir. Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur. Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər. 1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi.
La-Plata hövzəsi ölkələri
La-Plata hövzəsi ölkələri — Argentina, Paraqvay və Uruqvay Cənubi Amerikanın cənub-şərqində, La-Plata çayı hövzəsində yerləşir. Tərkibinə 3 respublika, həm də asılı ərazi — Böyük Britaniya ilə Argentina arasında münaqişəli Folklend adaları daxildir. La-Plata hövzəsi LA-nın yeganə regionudur ki, əsasən subtropik və mülayim iqlim qurşağında yerləşir. Cənub yarımkürəsində ən iri məhsuldar qaratorpaqlar olan Pampa La-Plata hövzəsində yerləşir. Bu ölkələr zəngin və müxtəlif faydalı qazıntı resurslarına malikdir. Regionun əhalisinin böyük hissəsi Avropadan gələnlərin nəsilləridir. Ərazisinin böyüklüyünə görə Cənubi Amerikada ikinci yeri tutan Argentina adambaşına düşən gəlirə görə LA ölkələri arasında ilk sıralardadır. Son illərdə emaledici sənayenin (metallurgiya, maşınqayırma, kimya) sürətli inkişafı Argentinanı İEÖ-lərə yaxınlaşdırmışdır. Ölkənin əsas istehsal gücü La-Plata hövzəsinin Pampasında təmərküzləşmişdir. Uruqvayda kənd təsərrüfatının heyvandarlıq sahəsi yüksək inkişaf etmişdir.
Labirint qaçışçısı: Ölüm əmri
Ölüm əmri və ya original adı ilə The Kill Order adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının dördüncüsü olub 2012-ci ildə çap olunmuş gənclik romanıdır.
Labirint qaçışçısı: Ölümə dərman
Ölümə dərman və ya original adı ilə The Death Cure adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının üçüncüsü olub 2011-ci ildə nəşr edilmiş gənclik romanıdır. Filmin ekranlaşdırılmış versiyasının buraxılış tarixi 2018-ci il yanvarın 12-də olmuşdur.
Labirintdə qaçış: ölümə dərman (film, 2018)
Labirintdə qaçış: ölümə dərman eyniadlı roman əsasında rejissor Ues Balın çəkdiyi distopik elmi-fantastik döyüş triller filmidir. T.S. Nowlinin ssenarisini yazmış olduğu film 2018-ci ildə ABŞ-də istehsal edilmişdir. == Süjet xətti == “Labirintdə qaçış” saqasının sonuncu hissəsi: Tomas sonuncu və təhlükəli missiyanı yerinə yetirmək üçün qleyderlər ordusuna başçılıq edir. Dostlarının xilası üçün onlar əfsanəvi Sonuncu şəhərə, QUDUZ tərəfindən idarə olunan ölümcül labirintə daxil olmalıdırlar. Orada sağ qalan hər kəs labirintə düşən andan qleyderlərə əziyyət verən bütün suallara cavab tapacaq.
Lataşa Harlinsin ölümü
Lataşa Harlins — Ja Du (Hangul: 순 자두) adlı 51 yaşlı Koreya əsilli mağaza sahibi bir qadın tərəfindən öldürülən 15 yaşındakı afroamerikalı bir qız idi. Du Harlinsi affekt vəziyyətində öldürüldüyünə görə beş il şərti azadlıqdan məhkum edilmiş və 400 saat ictimai işlər, 500 ABŞ dolları və dəfn xərcləri ilə cərimə olunmuşdu. Bəziləri Lataşa Harlinsin güllələnməsini 1992-ci il Los-Anceles iğtişaşlarının səbəblərindən biri kimi göstərirlər. Harlinsin ölümü, Rodni Kinqin polislər tərəfindən döyülməsinin videoya çəkilməsindən 13 gün sonra baş vermişdi.
Liza Dmitriyevanın ölümü
Liza Dmitriyeva (tam adı: Yelizaveta Dmitriyeva; 6 mart 2018, Vinnitsa – 14 iyul 2022, Vinnitsa) — 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya Ordusunun hücumu nəticəsində öldürülən 4 yaşlı qız. == Həyatı == Tam adı Yelizaveta Dmitriyeva olan Liza Dmitriyeva 2018-ci il martın 6-da Vinnitsa vilayətinin Vinnitsa şəhərində anadan olub. Lizada anadangəlmə Daun sindromu var idi. Diaqnoz hələ doğuşdan əvvəl məlum idi və tibb işçiləri uşağı abort eləməyə düşünürdülər. Amma ailə uşağı saxlamaqda israrlı idi. Loqopedin dediyinə görə, Liza ağıllı və bacarıqlı idi. Liza 6 aylıq olanda çətin əməliyyatdan uğurla çıxdı. Lizanın anası İrina Dmitriyeva mütamadi olaraq instagramda uşağın həyat uğurundan yazırdı və bənzər məsələlərdə başqa valideynlərə məsləhətlər verirdi. Lizan valideynləri ilə birgə Kiyev şəhərində yaşayırdı. 2019-cu ilin iyununda Liza oturmağı öyrəndi.
Meqadivers ölkələri
Meqadivers ölkələri Yerdəki əksər növlərin və ya çox sayda endemik növün yerləşdiyi ərazini bildirmək üçün işlədilən termindir. Conservation International 1998-ci ildə 17 meqadivers ölkənin olduğunu açıqlayıb. Onların bir çoxu tropik və ya subtropik bölgələrdə yerləşir. Meqadiverslilik geniş biomüxtəliflik deməkdir. Meqadivers ölkələri üçün əsas meyar növlər, cinslər və ailələr səviyyəsində endemizmdir. Meqadivers ölkəsi ən az 5.000 növ endemik bitkiyə sahib olmalı və dəniz ekosistemləri ilə sərhəd olmalıdır. 2002-ci ildə Meksika bioloji müxtəliflik və əlaqəli ənənəvi biliklərlə zəngin ölkələrdən ibarət Bənzər Meqadivers Ölkələri adlı ayrı bir təşkilat qurdu. Bu təşkilata Conservation International tərəfindən müəyyənləşdirilən üç meqadivers ölkədən başqa hamısı daxildir.
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki, 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km edir.
Milli giriş çıxışların ölçülməsi
Milli giriş çıxışların ölçülməsi (ing. Measures of national income and output) iqtisadiyyatda — ölkədə və ya bölgədəki ümumi iqtisadi aktivliyi qiymətləndirmək üçün müxtəlif milli gəlir və məhsul ölçülərini, o cümlədən ümumi daxili məhsul (ÜDM), ümumi milli məhsul (ÜMM), xalis milli gəlir (NPI) və düzəldilmiş milli gəliri daxil olmaqla istifadə edir (Resurs tükənməsi üçün tənzimlənən NNI — faktor dəyəri NNI də adlandırılır). Hamısı xüsusilə iqtisadiyyatda və müxtəlif sahələrdə istehsal olunan mal və xidmətlərin ümumi həcminin hesablanmasında maraqlıdır. Sərhəd ümumiyyətlə coğrafiya və ya vətəndaşlıqla müəyyən edilir və eyni zamanda bir millətin ümumi gəliri olaraq təyin edilir və sayılan mal və xidmətləri məhdudlaşdırır. Məsələn, bəzi tədbirlər barter malları istisna olmaqla yalnız pula dəyişdirilən mal və xidmətləri nəzərə alır, digər tədbirlər isə barter mallarını onlara pul dəyəri qoyaraq daxil etməyə cəhd edə bilər. == Milli hesablar == Bir ölkə kimi böyük bir bölgədə mal və xidmətlərin ümumi istehsalının bir göstəricisini əldə etmək çox miqdarda məlumat toplanması və hesablamaları tələb edir. Milli gəliri qiymətləndirmək üçün bəzi cəhdlər XVII əsrdə baş vermiş olsa da, bu rəqəmlərin bir hissəsi olduğu milli hesabların sistematik olaraq aparılması ABŞ-də və bəzi Avropa ölkələrində 1930-cu illərə qədər başlamamışdı. Bu böyük statistik iş üçün təkan, vəhdət və Keynsçilik iqtisadiyyatının yüksəlişi idi, bu da hökumətə iqtisadiyyatı idarə etməkdə daha çox rol tapşırdı və hökumətləri iqtisadiyyata müdaxilələrinin davam etməsi üçün dəqiq məlumat almağa məcbur etdi. mümkün qədər məlumatlıdır. == Bazar dəyəri == Bir məhsulu və ya xidməti saymaq üçün ona bir dəyər təyin etməlisiniz.
Minimum əməkhaqqına görə ölkələrin siyahısı
Siyahıda Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkə və həmçinin bu təşkilatın keçmiş üzvlərinin, məhdud tanınmaya sahib ölkələrin, o cümlədən Şimali Kipr Türk Respublikası və Kosovonun rəsmi minimum əməkhaqqı dərəcələri göstərilmişdir. Bəzi ölkələrin çox qarışıq minimum əməkhaqqı təyinetmə sistemi vardır. Məsələn, Hindistan 1202-dən artıq minimum əməkhaqqı dərəcəsinə sahibdir. == Metodologiya == Siyahıda sadalanmış ölkələrdəki əməkhaqqıları ümumi miqdara əsasən hazırlanmışdır, yəni, əməkhaqqının ölkədən ölkəyə fərqlənən vergi ödənişləri və sosial təhlükəsizlik ianələrindən əvvəlki vəziyyət nəzərə alınır. Həmçinin ictimai bayramlar, xəstəlik maaşı, məzuniyyət və işə götürən tərəfindən ödənilən sosial sığorta ianələri də əməkhaqqılarının hesablanması zamanı nəzərə alınmamışdır. Müqayisə məqsədilə illik əməkhaqqının sadalandığı sütun insanların son istehlak xərclərinin alıcılıq qabiliyyəti paritetinə (ing. purchasing power parity, PPP) əsaslanaraq hesablanan fərzi valyuta olan beynəlxalq dollarla təqdim olunmuşdur. İllik əməkhaqqını hesablamaq üçün ən kiçik ümumi minimum əməkhaqqı istifadə olunmuşdur.