ÜMİDSİZ

sif.zərf
1. Heç bir ümid verməyən, ümid edilməyən, arxayın etməyən. Ümidsiz cavab.
2. Ümidini kəsmiş, məyus, naümid.
Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. A.Şaiq.
Teymur isə o qədər də ümidsiz deyildi. M.Hüseyn.

// Sağalmasına, xilas olmasına, qurtarmasına ümid olmayan, çarəsiz (ağır xəstə haqqında).
Qüdrət ümidsiz ağır yataqdan qalxmışdı. Mir Cəlal.

Синонимы

  • ÜMİDSİZ ÜMİDSİZ (ümidini kəsmiş) Kərəm ömründə bu qədər qəmgin və ümidsiz olmamışdı (M.Hüseyn); MƏYUS [Direktor] məyus nəzərlərlə Könülü süzüb, yanında durmuş
ÜMİDLİ
ÜMİDSİZCƏ

Значение слова в других словарях