ÜMMAN

is. [ ər. ]
1. Böyük dəniz, dərya, okean.
Bir fırtına quşu olub; Baş vurmuşam ümmanlara; Dənizdə dürr axtarmışam. R.Rza.
Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli.

// Şairanə təşbehlərdə.
Xoş olar ürəyin ümmanı varsa; Sevinci, şadlığı duyanı varsa. N.Xəzri.

2. məc. Hədsiz, həddən artıq, sonsuz, çox.
Ümman dərdim var mənim; Könlüm olur xar mənim; Məskənim dağlar başı; Həmdəmimdir qar mənim. (Bayatı).

Синонимы

  • ÜMMAN ümman bax okean
  • ÜMMAN dərya — dəniz

Антонимы

  • ÜMMAN ÜMMAN – DAMLA O, kiçik damlada bir ümman görür (B.Vahabzadə)
ÜMİDVERİCİ
ÜMMƏT

Значение слова в других словарях