ÜRƏKLƏNMƏK Sonra yavaş-yavaş ürəklənib yenə əvvəlki Mirzoppa kimi böyük-böyük danışmağa başladı.. (Elçin); CÜRƏTLƏNMƏK Hamı uşağa tərəf döndü, uşaq cürətlənib hərəkətə gəldi (Mir Cəlal); RUHLANMAQ Cahangir qoca atasının bu sözlərindən daha da ruhlandı (M.Hüseyn); CƏSARƏTLƏNMƏK (bax).