ÜSLUB

is. [ ər. ]
1. Yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideyabədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. Romantik üslub. Qotik üslub.
– Bir tərəfdə ərəb üslubunda yapılmış bir köşk, ötəki tərəfdə Şərq bazarı, qarşısında uzunsaçlı dərviş qəsidə oxuyur. Çəmənzəminli.

// Ümumiyyətlə, üsul, tərz.
2. Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu. Qəzet üslubu. Felyeton üslubu. Nağıl üslubu.
// Nitqin sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulması. Üslub səhvləri. Öz əsərinin üslubu üzərində işləmək. Məqalənin üslubunu düzəltmək.

Синонимы

  • ÜSLUB ÜSLUB (dilç.), STİL, TƏRZ, DİL
ÜSKÜKOTU
ÜSLUBİ

Значение слова в других словарях