ÜZZA

ərəblərin ən tanınmış bütlərindən biri olmuşdur. Bu büt Məkkə ilə Mədinə arasındakı Nəhl adlanan bölgədə yerləşmişdir. Üzzaya daha çox Qatafan qəbiləsi tapınırdı. Bu bütün üstündə örtüklə örtülmüş bir tikili də olmuşdur. Burada müqəddəs daş və qurban qanlarının saxlandığı Gabğab mağarası da yerləşirdi. Məbədi Bənu-Şeyba qəbiləsi qoruyurdu. Bu büt qureyşlilərdə Lat və Mənatla birlikdə üçlük təşkil edib, “Allahın qızları” adlanırdı. Rəvayətlərə görə Məhəmməd peyğəmbərə Allahın qızlarının olmaması haqqında 16: 57 ayəsi nazil olmuşdur. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Xalid ibn Valid Məhəmməd peyğəmbərin əmri ilə bu bütü dağıtmışdır.
ÜZEYR
VACİB

Digər lüğətlərdə