ŞİRPƏNCƏSİ
ŞİŞ
OBASTAN VİKİ
Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilir Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Şistlər
Şistlər - əsasən kvars və yaxud çöl şpatı və onların tünd rəngli minerallarından (amfibollar istisna olmaqla) ibarət olan aşağı pilləli metamorfizm məhsulu. Şistlər üçün xırda dənəlilik, şistlilik, relikt quruluş və tekstur səciyyəvidir. Bəzən metamorfizmin orta (və qismən yüksək) pilləsinin metamorfik süxurlarını (qneyslər, qranulitlər və b.) birləşdirən kristallik şistlər qrupu ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Şistosoma mansoni
Şistosomalar (lat. – Schistosoma) — Strigeidida dəstəsindən olan qansoran yastı qurdların (trematodların) cinsidir. Şistosomaların 5 növü mövcudur. Onlar şistosomiaz xəstəliyinin törədiciləridir. Törədicinin növündən asılı olaraq şistosomiazın 2 əsas forması olur – mədə-bağırsaq və genitouriya. Bağırsaq şistosomiazın törədicilərindən biri də Şistosoma Mansonidir (lat. Schistosoma mansoni). Bağırsaq şistosomiazı tropik və subtropik bölgələrdə, xüsusən təhlükəsiz içməli su və düzgün sanitariya imkanı olmayan yoxsul icmalarda geniş yayılmışdır. Müalicəyə ehtiyacı olan şistosomiaz xəstələrinin təxminən 90% -i Afrikada yaşayır. Schistosoma mansoni əsas sahibləri insanlar, mal-qara, itlər, gəmiricilər, müvəqqəti sahibləri isə Biomfalariya cinsindən olan ilbizlərdir.

Digər lüğətlərdə