ƏBU SÜFYAN

(32/653 ildə vəfat etmişdir) – qüreyş qəbiləsinin öndə gedən başçılarından biri olmuşdur. O, Əməvilərdən idi. Əsl adı Saxr ibn Hərb olmuşdur. O, hicrətə 57 il qalmış (miladi 565- ci ildə) Məkkədə zəngin və hörmətli bir ailədə doğulmuşdur. O, Məkkədə oxuyubyazmağı bacaran az saylı insanlardan biri idi. Əbu Süfyan uzun müddət müsəlmanların düşməni, qüreyşlilərin rəhbəri olmuşdur. O, mühafizəkar bir insan kimi ərəblərin ənənəvi həyat və dünyagörüşlərinin qorunub saxlanılmasını müdafiə edirdi. Müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən sonra onlar güclü icmanın yaradılması işinə başladılar. Bu da qüreyşliləri narahat edirdi. Buna görə də, bir birinə qarşı olan iki qrup arasındakı toqquşma qaçılmaz olmuşdur. Hicrətin 2-ci ilində Əbu Süfyanın başçılıq etdiyi böyük bir karvan Suriyadan Məkkəyə qayıtdıqda müsəlmanlar Mədinə yaxınlığında bu karvanın ələ keçirmə niyyəti ilə yürüşə çıxmışlar. Ancaq, Əbu Süfyan müsəlmanları qabaqlayaraq yolunu dəyişmiş, problemsiz Məkkəyə gəlib çata bilmişdir. Bu hadisə zamanı qüreyşlilər bütün alış-veriş yollarının Mədinə yaxınlığından keçdiyinə görə şəhərin rifahının təhlükə altında olduğunu bir daha anladılar. Buna görə də, Əbu Cəhl və digər qüreyşlilər müsəlmanlara zərbə endirmək qərarına gəldilər. Bu məqsədlə onlar 1000 nəfərlik qoşun yığaraq müsəlmanlara qarşı yürüşə çıxdılar. Müsəlmanlar onlara qarşısına təqribən 300 nəfərlik ordu ilə çıxmışdırlar. Məhəmməd peyğəmbərin başçılıq etdiyi müsəlman döyüşçüləri məkkəliləri Bədr quyularının yanında qarşılayıb, onlara qalib gələ bildilər. Əbu Cəhl və bəzi digər qüreyşlilər orada həlak olmuşdurlar. Bundan sonra Əbu Süfyan Məkkənin başçısı oldu və müsəlmanlara qarşı yeni hücum tərtib etmək üçün güclü bir ordu yarada bilmişdir. Bu ordu hicrətin 3-cü ilində müsəlmanlara qarşı yürüşə çıxmış Uhud döyüşündə onları məğlub etmişdir. Bu döyüşdə müsəlmanlar ağır itkilər vermişdilər. Məhəmməd peyğəmbərin əmisi Həmzə, eləcə də digər məşhur səhabələr həlak olmuşdurlar. Bu uğurdan sonra Məkkənin müsəlmanlar tərəfindən fəth edilməsinə qədər Əbu Süfyan şəhərə 8 il başçılıq etmişdir. O, qüreyşlilərin ordusuna Xəndək və başqa döyüşlərdə özü başçılıq etmişdir. Ancaq, Əbu Süfyanın bütün cəhdləri sonda uğursuzluqla nəticələnmişdir. Bunun əsas səbəbi Ərəbistanda İslam dininin surətlə yayılması olmuşdur. Eyni zamanda, Məhəmməd peyğəmbərin siyasi bacarığı Məkkənin təcrid olunması və məğlub olmasına gətirib çıxartmışdır. Məkkə şəhərinə on minlik müsəlman ordusunun yürüş etməsi qüreyşlilərin Hüdeybiyə sülh anlaşmasını pozmasından sonra baş vermişdir. O zaman Əbu Süfyan Mədinəyə gələrək Məhəmməd peyğəmbərlə sülh anlaşmasını təzələmək istəmişdir. Bununla da o, şəhərin müsəlmanlar tərəfindən alınmasının qarşısını almaq istəmişdir. Ancaq, heç bir uğur əldə edə bilməmişdir. Bu uğursuzluqdan sonra o, Məkkəyə dönməli olmuşdur. Müsəlmanlar Məkkəni aldıqdan az əvvəl Əbu Süfyan müsəlmanların düşərgəsinə gəlmiş, orada o, uşaqlıq dostu olduğu Məhəmməd peyğəmbərin əmisi Abbasla onun hüzuruna getmişdir. Orada Əbu Süfyan İslamı qəbul etdiyini bəyan etmişdir. Məhəmməd peyğəmbər müsəlman ordusuna qarşı müqavimət göstərməyən məkkəlilərin Kəbədə, öz evlərində və ya Əbu Süfyanın evində olsalar onlara toxunulmazlıq vədini vermişdir. Bundan sonra müsəlman ordusu Məkkəyə daxil olub qan tökmədən şəhəri fəth etmişdirlər. Kəbəyə girmiş Məhəmməd peyğəmbər oradakı bütün bütləri dağıdıb, sonra bütün düşmənlərini bağışladığını bildirmişdir. Peyğəmbərin rəhmli bir insan olduğunun şahidi olmuş məkkəlilər, onu Allahın elçisi kimi tanıyıb İslamı qəbul etmişdirlər. İslamı qəbul etdikdən sonra Əbu Süfyan Hüneyn döyüşündə və Taifin alınmasında müsəlman ordusuna qatılaraq döyüşmüşdür. Sonra Məhəmməd peyğəmbər onu Nəcranın valisi vəzifəsinə təyin etmişdir. Əbu Süfyan Əbu Bəkr və Ömərin xəlifəliyi dövrlərində də ölkədə yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Əbu Süfyan 70 yaşında ikən belə Suriyada Bizans ordusuna qarşı döyüşlərdə iştirak etmişdir. Oğlu Yəzidin başçılıq etdiyi qoşunun tərkibində Yərmuk döyüşündə vuruşmuşdur. Onun ikinci oğlu Müaviyə isə Xilafəti 100 ilə yaxın idarə etmiş Əməvilər xanədanının ilk xəlifəsi olmuşdur. Əbu Süfyan təxminən 88 yaşında vəfat etmişdir.
ƏBU SƏİD XUDRİ
ƏBU ÜBEYDƏ
OBASTAN VİKİ
Əbu Süfyan
Əbu Sufyan ibn Hərb (təq. 565, Məkkə – 640, 653 və ya 650, Mədinə, Rəşidi xilafəti) — Məkkənin köhnə kafirlərindəndir (561 - 652) əsl adı Səhrdir. Məkkənin fəthindən sonra müsəlman olub.
Muaviyə ibn Əbu Süfyan
I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır. Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Resullahın əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan elədi. Üsyan eləməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifənin qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər.
Rəmlə binti Əbu Süfyan
Rəmlə binti Əbu Süfyan (ərəb. أم حبيبة بنت رملة أبي سفيان‎; təq. 594, Məkkə – 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Onun tam adı Ummu Həbib Rəmlə bint Əbu Süfyan Sərh ibn Hərb ibn Üməyyə ibn Əbd Şəmsdir. O, Qüreyşin nüfuzlu lideri Əbu Süfyan ibn Hərbin qızı idi. Rəmlə İslamı qəbul etməzdən əvvəl əcdadlarının bütpərəst inancından ayrılır və həniflərin inancını qəbul edir. O, İslamdan əvvəl xristian olan əri Ubeydullah ibn Cəhş ilə birlikdə İslamı qəbul etmişdir. Onlar Qüreyşin zülmündən qaçaraq Efiopiyaya hicrət edirlər və burada Ubeydullah birdən-birə azğınlıq (riddə) edir və yenidən xristianlığı qəbul edir. Rəmləni xristianlığı qəbul etmək üçün israrlı cəhdlərinə baxmayaraq, o, İslama sadiq qalər və ondan boşanır. Bundan sonra o, Məkkəyə qayıda bilmir.
Əbu
Əbu Dücanə
Əbu-Səfa
Əbu-Səfa (ərəb. حقل أبو سعفة‎) — Səudiyyə Ərəbistanı və Bəhreyndə neft yatağı. İran körfəzi sularında, Rəs-Tənnurə limanından 50 kilometr (31 mil) şimal-şərqdə yerləşir. 1963-cü ildə açılmışdır. 1966-cı ildən inkişaf etmişdir. Yağın sıxlığı 876 kq/m3, özlülüyü 12,2 cps, S 2,6% təşkil edir. İlkin neft ehtiyatları 1 milyard tondur. Neft və qaz potensialı yura çöküntüləri ilə bağlıdır. "Qatif Project" tərəfindən hazırlanmışdır. 2000-ci illərdə gücü artırmaq üçün 1,2 milyard dollar xərclənmişdir.
Əbu Bəkir
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. Əbu Bəkr Məhəmmədin etibar etdiyi hörmətli yoldaşı idi. Sünni müsəlmanlar ona böyük hörmət bəsləyir və ona “doğru danışan” mənasını verən əs-Siddiq adı ilə şərəfləndirirlər. Əbu Bəkr Bənu Teym qəbiləsindən Əbu Quhafa və Umm əl-Xeyrin ailəsində anadan olmuşdur. O, İslamı qəbul edən ilk insanlardan biri idi və başqalarını da qoşulmağa dəvət edərək imanın yayılmasına kömək edirdi. Onun səyləri sayəsində bir çox səhabələri də İslamı qəbul etmişdilər. O, Bilal Həbəşi da daxil olmaqla çox sayda qulu azad etməkdə tanınıb. Əbu Bəkr, Məhəmmədin əqidəsinə qarşı çıxan müşriklər tərəfindən pis rəftarla üzləşmişdir.
Əbu Bəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. Əbu Bəkr Məhəmmədin etibar etdiyi hörmətli yoldaşı idi. Sünni müsəlmanlar ona böyük hörmət bəsləyir və ona “doğru danışan” mənasını verən əs-Siddiq adı ilə şərəfləndirirlər. Əbu Bəkr Bənu Teym qəbiləsindən Əbu Quhafa və Umm əl-Xeyrin ailəsində anadan olmuşdur. O, İslamı qəbul edən ilk insanlardan biri idi və başqalarını da qoşulmağa dəvət edərək imanın yayılmasına kömək edirdi. Onun səyləri sayəsində bir çox səhabələri də İslamı qəbul etmişdilər. O, Bilal Həbəşi da daxil olmaqla çox sayda qulu azad etməkdə tanınıb. Əbu Bəkr, Məhəmmədin əqidəsinə qarşı çıxan müşriklər tərəfindən pis rəftarla üzləşmişdir.
Əbu Cəhl
Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə – 13 mart 624, ərəb. أبو جهل‎) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur. Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir. Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4]. Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır.
Əbu Cəndəl
Əbu Cəndəl (Məkkə, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, həmçinin Abdullah ibn Süheylin qardaşı və Qureyş natiqi Süheyl ibn Əmrin oğlu olur. 624-cü ildə Bədr döyüşündən əvvəl İslamı qəbul edir. Bunu qəbul edə bilməyən atası Süheyl ibn Əmr tərəfindən zəncirlənir. Hüdeybiyyə müqaviləsi günü müsəlmanların yanına qaçır. Müqavilənin şərtlərindən biri olan geri qayıtma şərtinə görə onu Məkkə heyətini təmsil edən atası geri Məkkəyə aparır. Sonra yenidən qaçaraq Qırmızı dəniz sahilində bir mövqeyə yerləşir. Məkkədən qaçanlar müqavilənin şərtlərinə uyğun olaraq Mədinəyə gedib müsəlman cəmiyyətinə sığına bilməzdilər. Onların çoxu Qırmızı dənizin Sifülbəhr adlanan yerində toplanırdı.
Əbu Dücanə
Əbu Dücanə (bilinmir, Mədinə – 634, ərəb. أَبو دجانة سماك بن أوس‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mədinədə anadan olub. Əslən Xəzrəc qəbiləsindəndir. Məkkəli müsəlmanların Mədinəyə köçməsindən əvvəl İslamı qəbul etmişdir. O, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı o, tez-tez başına qırmızı lent bağlıyar və rəqibləri qarşısında döyüşlərdən əvvəl özünü göstərirdi. Uhud döyüşündə həyatını təhlükəyə ataraq Məhəmməd peyğəmbəri müdafiə etmiş və ağır yaralanışdır. Xəlifə Əbu Bəkrnin dövründə mürtədlərlə vuruşurdur. O, “yalançı peyğəmbər” Müsaylimə ilə döyüşdə həlak olmuşdur.
Əbu Firas
Əbu Firas Həmdani ( ərəb. أبو فراس‎), tam adı ilə Əbu Firas ibn əl-Haris ibn Səid ibn Həmdan əl-Həmdani (ərəb. أبو فراس الحمداني‎ ; 932, Mosul – 4 aprel 968[…], Homs) — X əsr ərəb şairi və dövlət xadimi. Həmdani aristokrat ailəsinə mənsub idi. Bizansa qarşı müharibələrdə iştirak etmiş, iki dəfə əsir götürülmüş və fidyə qarşılığında azad edilmişdir. O, döyüşlərin birində həlak olmuşdur. Əbu Firasın lirikasında cəngavər xüsusiyyətləri, döyüşkənlik və sevgiliyə pərəstiş üstünlük təşkil edir. Ərəb poeziyasında ilk dəfə səhər nəğməsi motivinə malikdir. Elegiyalarda əsirlikdən gələn mesajlar vermiş, anasına, yurduna və ölkəsinə olan sevgisini böyük qüvvə ilə ifadə etmişdir. Onun poeziyasının dili sadədir.
Əbu Fukeyhə
Əbu Fukeyhə — Məhəmməd peyğəmbərin səhabəsi. İslamı qəbul edən ilk şəxslərdən olan Əbu Fukeyhə Səfvan ibn Üməyyənin qulu idi. Bu səbəbdən o, Məkkə dövründə digər qul müsəlmanları kimi ağır işgəncələrə məruz qalmışdır. Onu Əbu Bəkr satın alıb azad etmişdir. O, Həbəşistana hicrət edən ikinci dəstəyə qoşulur. Buradan Mədinəyə gedir və Bədr döyüşündən əvvəl vəfat edir.
Əbu Huzeyfə
Əbu Huzeyfə (581, Məkkə – 633, ərəb. أبو حذيفة‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Atası Məkkənin və bütpərəstlərin qabaqcıl simalarından biri olan Utbe bin Rəbiədir. O, həm də “qara ciyər yeyən qadın” kimi məşhur olan Hind binti Utbanın bacısıdır. Əbu Huzeyfə atasının bütün maneələrinə baxmayaraq müsəlman olur. Rəvayətlərdə onun 44-cü müsəlman şəxs olduğu bildirilir. O, həm də Məkkə dövründə yazıb-oxumağı bacaran 17 nəfərdən biri idi. Sehlə binti Süheyl ilə evlənir və Həbəşistana iki hicrətdə iştirak edir. Sonra Məkkəyə qayıdır və hicrətə qədər orada qalır. Bədr, Uhud və Xəndək döyüşlərində və digər bütün hərbi əməliyyatlarda iştirak etmişdir.
Əbu Hüreyrə
Əbu Hüreyrə (602, Tixama, Məkkə bölgəsi[d] – 679, ərəb. أبو هريرة‎) və ya Əbu Hüreyrə Əbdürrəhman bin Səhr əd-Devsi — Yəmən əsilli səhabələrdən biri. Əsl adı bilinməsə də, müsəlman olmadan əvvəl adının Əbdüləmr, Sükeyn, Əbdüşəms olduğu barədə müxtəlif şayiələr vardır. Sahibsiz pişikləri bəslədiyi və böyütdüyü üçün o, “Pişik atası” mənasını verən Əbu Hüreyrə adı ilə tanınırdı. Yəməndə doğulan Əbu Hüreyrənin doğum tarixi məlum deyil və o, Ezd qəbiləsinin Devs qoluna mənsubdur. 628-ci ildə Məhəmməd Xeybərdə olarkən onun yanına gəlir və müsəlman olur. O, mühasirə zamanı Xeybərin fəthində və ondan sonrakı bütün müharibələrdə iştirak etmişdir. Bu tarixdən ölümünə qədər üç il Məhəmmədin yanından ayrılmamılşdır. Bu səbəbdən də onun ən çox hədis nəql edən səhabə olduğu deyilir. Onun 5375 hədis rəvayət etdiyi təxmin edilir.
Əbu Hənifə
Əbu Hənifə Numan bin Sabit bin Zuta bin Mah (5 sentyabr 699, Kufə, Əməvilər xilafəti[…] – 18 iyun 767, Bağdad, Abbasilər xilafəti, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamın dörd fiqh məktəbindən biri olan Hənəfi məzhəbinin banisi, sünni fiqhinin ən böyük ustadlarından sayılan İslam fiqhi və hədis alimi. Əsl adı "Numan bin Sabit olmuşdur və tərəfdarları tərəfindən "İmam Əzam" ləqəbi ilə anılırlar. Əbu Hənifə 699-cu ildə dövrünün mühüm elm mərkəzlərindən biri olan Kufədə anadan olmuşdur. Atasının adı Sabit, babasının adı Zutadır. Əbu Hənifənin "Hənifə" adını haradan aldığı aydın deyil. Əbu Hənifə adı ərəbcə "qələm atası" deməkdir. Çox güman ki, bu adı onun tələbələri həniflərin atası kimi istifadə etmişlər. Babası Zuta Əfqanıstan ətrafında yaşamış və ərəblərin buranı zəbt etməsi nəticəsində əsir düşmüşdür. O, Teym qəbiləsinin quluna çevrilsə də, sonradan azadlığını əldə etmişdir.
Əbu Kalicar
İmadəddin və Mühyiddin Əbu Kalicar Mərziban ibn Sultanüddövlə (?-ö. oktyabr 1048) buveyi əmiri, (1024–1048)-ci illərdə Farsın, (1028–1048)-ci illərdə Kermanın, (1044–1048)-ci illərdə İraqın hökmdarı. Əbu Kalicar 1024-cü ildə hakimiyyətə yiyələnmişdi. Azərbaycandan İraqi-Əcəmə qayıdan oğuzlar iki qola ayrılmışdılar. Gök-Taş və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana, Bukanın buyruğundakılar isə Reyə getdilər. Gök-Taş Həmədanı mühasirəyə aldı. Şəhərin valisi İsfahan hakimi Əlaüddövlənin oğlu Əbu Kalicar idi. Mühasirə uzun çəkdi. Əbu Kalicar davam gətirə bilməyəcəyini görüb Gök-Taş ilə saziş bağladı və onun yaxın bir qohumu ilə evləndi. Buka ilə Qızıl isə getdikləri Rey şəhərini mühasirəyə almışdılar.
Əbu Kamal
Əbu Kamal — Suriyada şəhər. Şəhər həmçinin İraqın Suriyaya ən yaxın Mühafəzəsi Anbar mühafazası ilə sərhəddir. Şəhər Fərat çayı üzərində yerləşir. Osmanlı imperiyası dövründə Əbu Kamal "qışla" adlanırdı. Mənası ordunun yeri, məkanı idi. Daha sonra, 1918-ci ildə Əbu Kamal adlanmağa başlandı. Mənası Kamalın ailəsi deməkdir.
Əbu Kamil
Əbu Kamil (d. 850 – ö. 930) — ərəb riyaziyyatçısı, əslən misirlidir. Əl-Xarəzminin kvadrat tənliklər nəzəriyyəsini, qeyri-müəyyən tənliklər haqqında Diofant təlimini inkişaf etdirmişdir. Cəbr üzrə "Əl-cəbr və əl-mukabala haqqında kitab" traktının müəllifidir (IX əsrin sonu X əsrin əvvəli).
Əbu Ləhəb
Əbu Ləhəb (549, Məkkə – 624, Məkkə) — Məhəmməd peyğəmbərin əmilərindən idi. Adı Əbdüluzza, künyəsi Əbül-Ubtədir. peyğəmbərə çox əziyyət etməsi, kin bəsləməsi və məsğərəyə qoyması səbəbiylə "Atəşlər Atası", yəni cəhənnəmlik mənasında "Əbu Ləhəb" ləqəbilə məşhur oldu. Bu ləqəbi Qurani-Kərimdə Məsəd surəsində zikr edilib. Peyğəmbərin əmisi olduğu halda müsəlman olmadı. Müsəlmanların ən qəddar düşməniydi. Heç bir kəsin müsəlman olmaması üçün gecə-gündüz çalışırdı. Peyğəmbərin dünyaya gəldiyi günün səhəri xidmətçisi Süveybə; "Qardaşın Abdullahın oğlu oldu" deyə sevinərək ona müjdə gətirincə sevinərək; Ona süd vermək şərtilə səni azad edirəm demişdi. Beləliklə, Rəsulullahın ilk süd anası Süveybə oldu. Əbu Ləhəb Rəsulullaha olan düşmənçiliyi heç bir zaman əldən buraxmadı.
Əbu Mina
Əbu Mina (qibt. ⲁⲃⲃⲁ ⲙⲏⲛⲁ, ərəb. أبو مينا‎ ) — İsgəndəriyyədən təqribən 50 km (31 mil) cənub-qərbdə, Misirdə bir şəhər, monastır kompleksi və xristian ziyarətgah mərkəzi idi. Şəhərin qalıqları 1979-cu ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu günə gəlib çatan çox az qalıq olsa da, böyük bazilikalar kimi ən böyük binaların təməlləri asanlıqla görünməkdədir. Bölgədəki son kənd təsərrüfatı səyləri su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və bu da ərazinin bir sıra binalarının dağılmasına və ya qeyri-sabit vəziyyətə düşməsinə səbəb oldu. Ərazi 2001-ci ildə Təhlükədə olan Dünya irsi siyahısına əlavə edildi. Səlahiyyətlilər ərazidə ən çox təhlükə altında olan binaların altına qum yığmağa məcbur oldular. İsgəndəriyyəli Müqədddəs Mina 3-cü əsrin sonu və ya 4-cü əsrin əvvəllərində şəhid oldu. 5-ci əsrdə və sonrakı müxtəlif hadisələrdə onun dəfn edilməsi və kilsəsinin sonrakı qurulması ilə bağlı bir qədər fərqli versiyalar verilmişdir.
Əbu Nuvas
Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi və ya Əbu Nüvas (ərəb. أبو نواس الحسن بن هانئ الحكم‎, fars. ابو نواس‎; təq. 756 və ya 762, Əhvaz – 814, 813, təq. 810 və ya 815, Bağdad) — Abbasilər dövründə yaşamış ərəb şairi. Əbu Nuvas çox yoxsul bir ailədə, Xuzistan ərazisində Əhvaz şəhərində dünyaya göz açmışdı. Doğum tarixi müxtəlif mənbələrdə fərqli (747-62) qeyd edilmişdir. Atası Hani ərəb, anası Gülüban fars əsilli idi. 7-8 yaşlarındaykən ailəsi ilə birlikdə Bəsrəyə köçmüşdülər. Əbu Nuvasın uşaqlıq illəri Bəsrədə ehtiyac içində, sıxıntılı keçmişdir.
Əbu Simbel
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Simbəl
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Səid
Əbu Səid — Elxanilərin IX hökmdarı (1316-1335), Xorasan valisi (1315-1316). Əbu Səid — Teymurilərin Qaraqoyunlulardan olan Azərbaycan hakimi (1428-1429). Əbu Səid — 1451–1469-cu illərdə Teymurilər dövlətinə hökmdarlıq etmiş, VII Teymuri hökmdarı.
Əbu Talib
Əbu Talib — Bəni Haşim qəbiləsinin başçısı, şiələrin ilk imamı və sünnilərin dördüncü xəlifəsi Əlinin atası. İslam peyğəmbəri Məhəmmədin atası Abdullahın ata-ana bir qardaşıdır. Abdullahın vəfatından sonra Məhəmməd Mustafanın qəyyumu olmuşdur. Əbu Talib 535-ci ildə Hicaz bölgəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Haşimilərin başçısı Əbdül-Müttəlibin oğlu və Məhəmməd peyğəmbərin doğumundan əvvəl ölən atası Abdullanın qardaşı idi. Gələcəkdə peyğəmbər olacaq Məhəmməd kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçmişdir. Həmçinin İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qorumuşdur. Əbu Talib təqribən 619-cu ildə 80 yaşında vəfat etmişdir. "Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib - Muhəmməd Cavad Xəlil". 313news.net (az.).