ƏHYA

is. [ ər. ] klas.
1. Diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma.
Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikri-ləlindir, kim eylər dəmbədəm təkrar sübh. Füzuli.

2. məc. Yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb şənləndirmə, canlandırma.
□ Əhya etmək – yenidən həyat vermək, canlandırmaq, bərpa etmək, abadlaşdırıb şənləndirmək.
Biz behiştə bərabər olan vətənimizin şərafətini əhya etməliyik. M.F.Axundzadə.

// Vücuda gətirmə, təsis etmə.
3. din. Dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olması. Əhya gecələri.
– Orucluq ayının [ramazanda] 19, 21, 23-cü günlərinə əhya axşamı və ya sadəcə əhya deyərdilər. H.Sarabski.
Əhya gecəsi olduğu üçün, əsil möminlər … başlarına Quran qoyub dua oxumaqla səhəri açmaq niyyətində idilər. B.Talıblı.

ƏHVALPÜRSANLIQ
ƏHYANA

Значение слова в других словарях